Nur surəsinin 31- ci ayəsi başqa olmaqla çox sayda hədis və ayələr qadının hicabı barəsində söhbət açmışdır.həmçinin Nur surəsinin 31- ci ayəsində buyurulur: "Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çəkindirsinlər, namuslarını qorusunlar; öz- özlüyündə görünən (əl- az) istisna olmaqla, zinətlərini göstərməsinlər baş örtüklərini yaxalarına çəksinlər; zinətlərini ərlərindən başqasına göstərməsinlər; ayaqlarını yerə bərk vurmasınlar."
Bundan əlavə usuli kafi kitabının çox sayda olan babında hicabın necəliyi barəsində çoxlu hədislər vardır. Bu hədislərin çoxusu "ançe əz zənan əst, nigah kərdən be an caiz əst" kitabından toplanmışdır.
Məsadət ibni Ziyad İmam Sadiqdən (ə) belə nəql edir ki, İmamdan qadının zinətlərinin görünməsi barəsində sual etdikdə İmam buyurmuşdur: "Yalnız iki əl və üz."
Əlbəttə İslam dininin nəzərində o üzlər görünə bilər ki, bəzənməmiş olsun. Yəni kosmetika əşyalarında istifadə etməmiş olsun. Amma sadə bəzənmənin (üz və qaş aldırmaq kimi) görünməsinin eybi yoxdur.
Qadının hicabının və geyiminin necəliyini Allah- Taala Qurani- kərimdə buyurmuşdur.[1] Yuxarıda qeyd etdiyimiz ayəyə əsasən bəziu din alimlərinin nəzərinə əsasən ayədəki əl sözündən məqsəd biləklərdən aşağı qismət nəzərdə tutulur. Yəni əlin içi və üstü. Hətta ayədə buna açıq aşkar işarə olunduğu da iddia edilir.
1). Yuxarıdakı ayədə istisna olunan zinətlərin adlarının çəkilməsi və çəkilməməsi əhəmiyyətli deyildir. Çünki, ayədən açıq- aşkar məlum olur ki, Əli və üzü örtmək zəruri deyildir.
2). Ayədəki "şallarını başlarına və sinələrinə çəksinlər" sözündən başın örtülməsinin vacibliyi başa düşülür. Amma üzün və əlin örtülməsi başa düşülmür.[2]
Bundan əlavə tarixə müraciət edərkən də niqabın (üz örtüyü) vacibliyinə rast gəlmirik.[3] Həmçinin İmamlarımız (ə)- da bu ayənin təfsirində hicabın necəliyini bəyan etmişdirlər. İmam Sadiqin (ə) səhabələrindən biri olan Fuzeyl Yasir belə nəql edir:
İmam Sadiqdən (ə) soruşdum ki, qadının bikəngindən dirsəyinə kimi olan məsafə Nur surəsinin 31- ci ayəsində olan zinət yerlərinə aiddirmi?
İmam buyurdu: Bəli, məqnədən aşağı hər nə varsa zinət hesab olunur.[4]
Həmçinin Müsaət ibni Ziyad İmam Sadiqdən (ə) belə nəql edir ki, İmamdan qadının zinətlərinin görünməsi barəsində sual etdikdə İmam buyurmuşdur: "Yalnız iki əl və üz".[5]
Əlbəttə bu iki mətləbə gərək diqqət yetirək:
1). İslam dininin nəzərində o surət və əl görünə bilər ki, müxtəlif boyalarla və laklarla bəzədilməmiş olsun. Əgər xırda bəzənmələr olsa və o bəzənmələr el arasında zinət sayılmasa eybi yoxdur. O cümlədən qaş və üz aldırmaq kimi.[6]
2). Belə nəticə alırıq ki, üzü və əli örtməyə ehtiyac yoxdur.[7] Amma bu o demək deyil ki, bu yerlərə kişilər tamaşa edə bilərlər. bu yerlərin örtülməsi əhkam baxımından ixtiyarlıdır. Amma naməhrəmin ona baxması haramdır.
[1] - Nur surəsi, ayə 31.
[2] - Ayənin nazil olma səbəbində deyilir ki, o zaman ərəb qadınları şallarını ləçək formasında bağlayırmışlar. Belə olan halda da qadının qulaqları, buyunu, boğazı və sinəsi açıq qalırmış.
[3] - Nümunə təfsiri, cild 14, səhifə 450- 451.
[4] - Üsuli kafi, cild 5, səhifə 521.
«عَنِ الْفُضَیْلِ بْنِ یَسَارٍ قَالَ: سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ ع عَنِ الذِّرَاعَیْنِ مِنَ الْمَرْأَةِ أَ هُمَا مِنَ الزِّینَةِ الَّتِی قَالَ اللَّهُ تَبَارَکَ وَ تَعَالَى وَ لا یُبْدِینَ زِینَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ قَالَ: نَعَمْ وَ مَا دُونَ الْخِمَارِ مِنَ الزِّینَةِ وَ مَا دُونَ السِّوَارَیْنِ»
[5] - Vəsailüş- şiə, cild 20, hədis 25429 səhifə 203.
«عَبْدُ اللَّهِ بْنُ جَعْفَرٍ فِی قُرْبِ الْإِسْنَادِ عَنْ هَارُونَ بْنِ مُسْلِمٍ عَنْ مَسْعَدَةَ بْنِ زِیَادٍ قَالَ: سَمِعْتُ جَعْفَراً وَ سُئِلَ عَمَّا تُظْهِرُ الْمَرْأَةُ مِنْ زِینَتِهَا قَالَ: الْوَجْهَ وَ الْکَفَّیْن»
[6] - Bax: Şəri suallara cavab: İmam Xomeyni cild 3, səhifə 256. sual 33- 34. Tozihul məsail (İmam Xomeyni) cild 2, səh 929, sual 598: Qadın və bəzəklərinin görünməsi (sayt: 651)
[7] - Bax: Mürtəza Mütəhərri, səh 164- 235, hicab məsələləri kitabı.