Saytın kodu
fa596
Arxiv kodu
13318
Sualın xülasəsi
Avropa, Hind və (qeyri Sami xalqların) xalqların içindən Allah tərəfindən Peyğəmbərlər göndərilibdirmi?
Sual
Peyğəmbərlik iddiasında olan insanların hamısı niyə sami xalqlardan seçilib və hamısı yaxın Şərq ərazisindəndirlər? 124000 Peyğəmbərlərdən heç birinin dünyanın digər yerlərində iddia etməsinə sübut yoxdur?
Qısa cavab
İnsan mükəlləf bir varlıqdır. Təklif və vəzifə Allah tərəfindən vəzifələri ona çatdırmaq üçün Peyğəmbərlərin göndərilməsini lazım tutur. Əks halda təklif və vəzifə mənasız olacaq.
Qurani- kərim müxtəlif ayələrdə buyurur: Tayfa və xalqların yaşadığı bütün yerlərə onları hidayət etmək üçün Allah tərəfindən bir insan göndərilmişdir. Əlbəttə Quranda yalnız onların az bir qisminin adı çəkilmişdir. Necə ki, buyurur: (Biz) Peyğəmbərlər göndərdik. Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləməkdir..."[1] Yəni ey Peyğəmbər biz yalnız öz Peyğəmbərlərimizin bəzisinin əhvalatını sənin üçün bəyan etdik, hamasını yox.
Hər bir qövm və ümmətin dininin olması din şunaslar tərəfindən də təsdiqlənmişdir. Amma Allahın Peyğəmbərlərin əhvalatından tərbiyəvi istifadə etmək hədəfində olduğuna görə, yalnız yaxın şərq Peyğəmbərlərinin əhvalatlarını bəyan edib ki, camaat gedib və Quranın dediklərinin doğru olduğunu təsdiqləyə bilərlər.

Ətreaflı cavab
Allah insanı yaradıb və ona saysız nemətlər o cümlədən ağıl və düşünmək neməti vermişdir. Ona verdiyi çoxlu nemətlər qarşısında bəzi vəzifələri də ondan istəmişdir. Hərçənd bu təklif və vəzifələr də öz növbəsində ilahinin böyük nemətlərindən sayılır. Təklif və vəzifə, vəzifə və göstərişləri insana çatdırmaq üçün, Allah tərəfindən Peyğəmbərlərin göndərilməsini lazım tutur. Əks halda təklif və vəzifə mənasız olacaq.
İlahi Peyğəmbərlər Allah tərəfindən Allahın əmrlərini çatdırmaq və insanları hidayət etmək üçün, məmur olmuş tərbiyələndirilmiş insanlardırlar. Allahın adət və qanunu buna əsaslanıb ki, hər bir qövm və milləti hidayət etmək üçün, bir nəfər göndərsin. Necə ki, Qurani- kərimdə buyurur: "Həqiqətən hər bir ümmətə bir Peyğəmbər göndərdik..."[1] Belə məzmun Qurani- kərimin digər ayələrində də bəyan olubdur.[2] Deməli dünyanın hər hansı bir yerində yaşayan bütün xalqların hidayəti üçün Peyğəmbərlərin göndərilməsi gətidir.[3] Amma Quran ayələrində və məsumların rəvayətlərində onların hamısının adları qeyd olunmamışdır. Qısaca bizim bəzi rəvayətlərimizdə gəlibdir ki, "Allah yüz igirmi dörd min Peyğəmbər" və bəzisində "Səkizmin Peyğəmbər" camaatın hidayəti üçün möcüzə və sübutla göndərilibdir.[4] Quranı- məcid yalnız ilahi Peyğəmbərlərdən 25- nin adını çəkmişdir. Elə o qədər ya da az miqdar rəvayətlərdə gəlibdir. Bu az miqdar hara və yüz iyirmi dörd min və ya səkkizmin Peyğəmbər hara?
Quran bir yerdə buyurur:" Biz Peyğəmbərlərin bəzisinin əhvalatını söylədik, bəzisinin əhvalatını isə söyləmədik."[5] Digər bir yerdə isə buyurur: "Biz səndən qabaq Peyğəmbərlər göndərdik, onların bir dəstəsinin əhvalatını sənə söylədik, bəzisini isə söyləmədik..."[6] Bunların hamısı, din şünasların dediyi bütün xalqların dinə malik olması, sözünü təsdiq edə bilər.
Rabert Hyum dünyanın canlı dinləri adlı kitabında deyir: "Bəşər tarixində heç bir qəbilə olmayıb ki, onun bir cürə dini olmasın." O deyir: Din insanları (heyvanlardan) ayıran əsas xüsusiyyətlərdir.[7] Təbiidir ki, dünyanın yaşayan dinləri ilə və hal- hazırda aradan getmiş dinlər arasında fərq qoymaq lazımdır. O deyir: "Asiya dünyanın canlı dinlərinin hamısının yaranma yeridir."[8] Amma dünyanın digər yerlərindəki ölmüş dinlərindən bir neçəsinin adını çəkir ki, Peyğəmbərlərin ilahi din sahibləri olaraq, insanların yaşadıqları bütün yerlərdə olmalarını göstərir. O deyir: "Afrikada qədim Misr dinləri, Amerikada qədim Peru və ..."[9]
Deməli Allahın Quranda adlarını çəkmədiyi çoxlu Peyğəmbərlərin olması qətidir.[10] Quranın bəyan etdiyi yaxın şərqdə yaşayan Peyğəmbərlərin əhvalatıdır. Bəlkə də Quranın bu Peyğəmbərlərin adını çəkməsindən hədəfi, camaatın onların əhvalatlarından tərbiyəvi istifadə etməlidir. Çünki, yalnız bunların tarix və əsərləri o zamanın camaatının əlində olub və o zamanın camaatı üçün onları tanımaq daha çox asan olubdur. Ona görə də Quran bu Peyğəmbərlər barəsində danışarkən, o Peyğəmbərləri inkar edən xalqların mədəniyyətlərinin xarabalıqlarını görməyə dəvət edir və buyurur: "Yer üzündə səfər edin və (Peyğəmbərləri) inkar edən kəslərin sonunu görün."[11] (və onlardan ibrət alın). Buna görə də, əgər həzrət Musanın əhvalatı daha çox danışılıbsa, digərlərinin ibrət alması üçün lazımi xatırlamalar və müsəlmanların əhli- kitabla üzləşmələri üçün münasib olduğuna görədir.
Belə ehtimal da verilibdir ki, müxtəlif mədəniyyətlər yaxın şərqdə zühur edibdir. Arxeloqların və xalqların və millətlərin mədəniyyət tarixini araşdıran şəxslərin dediyinə görə, ilk nümunələr bu məntəqədə formalaşıbdır. Ona görə də Peyğəmbərlərin göndərilmə zərurəti lazım tutmuşdur.
Əlbəttə diqqət etmək lazımdır ki, müəyyən Peyğəmbərin seçimində çoxlu şərtlər var ki, Peyğəmbərləri göndərən Allah, özü onları bilir. Bəlkə də belə demək olar ki, Fələstin, Ərəbistan yarmadası, Məkkə və Mədinə kimi yerlərdə, din və Allah adamları və haq dəvəti qəbul etməyə hazır olan insanlar yetişdirmişlər. Necə ki, məsələn Yunanıstanda, filosoflara daha çox yaranma şəraiti var idi. Hər bir halda, bu ilahi bir işdir və Allah ona hamıdan çox elmlidir.
Hər nə olursa olsun və hansı tərəf olursa olsun, Quranda adları çəkilən Peyğəmbərlər bu mübarək yerdən qiyam ediblər. Dünyada mövcud böyük dinlərin hamısının yaxın Şərqdə yaranmasında və əsrlər boyu digər dinləri özündə yox edib və ardıcıllarını özünə tabe olmağa dəvət etməklə heç bir mübahisə yeri yoxdur. Hazırda xristianlıq kimi bir dinin Avropanın hər yerində və Amerika qitəsində çoxlu tərəfdarı varsa, amma qətiyyətlə deyə bilərik ki, onun yaranma yeri bütün İbrahimi dinlər kimi, Asiyada və xüsusilə yaxın Şərqdə olubdur. Amma bu, belə mənada deyil ki, İlahi Peyğəmbərlər dünyanın digər yerlərində olmayıbdır. Əgər indiki zamanda bu böyük dinlərdən başqa digər bir din yoxdursa, onun heç vaxt olmamasının əlaməti deyil. Əksinə əgər düzgün tarixi qazıntılarla Asiyadan başqa yerdə ilahi Peyğəmbərlərin olması isbat olunsa, qəbul olunacaqdır. Hazırda bədəvi qəbilələrdə və ya Amerika qitəsinin qırmızı dərililərində (zəif ya təhrif olsa da) açıqca Allahpərəstliyin əlamətləri gözə çarpır ki, ilahi Peyğəmbərlərin təlimlərinin əlamətidir.
Deməli buna əsasən, yaranışın əvvəlindən, insanın yaşadığı bütün yerlərdə Allah öz təkliflərini bəyan etmək üçün, onlara çoxlu Peyğəmbərlər göndəribdir. Amma onların hamısının adları və əhvalatları ətraflı formada səmavi kitablarda, o cümlədən Quranda açıqlanmışdır. Əlbəttə bu iş Quranın istədiyi hədəfi nəzərə almaqla, lazım da olmamışdır.

[1] - Nəhl surəsi, ayə 36.
[2] - Fatir surəsi, ayə 24, İsra surəsi, ayə 15 və Taha surəsi, ayə 134.
[3] - İlahi hikmət və ədalətdən əlavə, bütün əsr və nəsllərdə bütün xalqların bütün insanlarını hidayət etməyi lazım tutur.
[4] - Biharul- ənvar, cild 11, səh 21
«قال الطبرسي رحمه الله روي عن علي ع أنه قال بعث الله نبيا أسود لم يقص علينا قصته و اختلف الأخبار في عدد الأنبياء فروي في بعضها أن عددهم مائة ألف و أربعة و عشرون ألفا و في بعضها أن عددهم ثمانية آلاف نبي أربعة آلاف من بني إسرائيل و أربعة آلاف من غيرهم بِآيَةٍ أي بمعجزة و دلالة...»
[5] - Nisa surəsi, ayə 164.
[6] - Ğafir,surəsi, ayə 78.
«وَ لَقَدْ أَرْسَلْنا رُسُلاً مِنْ قَبْلِكَ مِنْهُمْ مَنْ قَصَصْنا عَلَيْكَ وَ مِنْهُمْ مَنْ لَمْ نَقْصُصْ عَلَيْكَ ...»
[7] - Dünyanın yaşayan dinləri, Rabert Hyum, səh 17.
[8] - Həmin, səh 30.
[9] - Həmin, səh 29.
[10] - Baxın: Amuzeşi əqaid, Misbah Yəzdi, səh 237.
[11] - Nəhl surəsi, ayə 36.