Saytın kodu
fa6033
Arxiv kodu
73849
Dəstə
تاريخ بزرگان,Cürbəcür
Sualın xülasəsi
Həzrət Əlinin (əleyhissalam) dövründə xumsun cəm olunması kimin öhdəsində idi?
Sual
Həzrət Əlinin (əleyhissalam) dövründə xumsun cəm olunması kimin öhdəsində idi? Onlar kim idilər?
Qısa cavab
Bütün müsəlmanların etiqadı budur ki, ilahi vaciblərdən biri də xumsdur və ona əməl etmək lazımdır. Bu hökm, şəriətdə tətbiq olunduğu vaxtdan yəni, Bədr döyüşündən sonra müsəlmanlar arasında həmişə əməl olunub. Həzrət Əli (əleyhissalam) də o kəslərdən idi ki, İslam Peyğəmğbərinin (sələllahu ələyhi və alihi və səlləm) yanında Allahın bu vacib hökmə əməl etmişdir. İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) dünyadan köçməsindən sonra da son ana qədər bir an da olsun bu ilahi vacibi tərk etməmişdir. Tarix şəhadət verir ki, Əmirəl-möminin Əlidən (əleyhissalam) sonra da yəni, məsum İmamların (əleyhimussalam) dövründə şiyələr həmişə bu vacib hökmə əməl etmiş və öz xumslarını İmamlara (əleyhimussalam) təhvil vermişlər. Diqqət olunmalı məsələ budur ki,istər İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) dövründə, istərsə də Əmirəl-möminin Əlinin (əleyhissalam) dövründə, həmçinin məsum İmamlarımızın (əleyhimussalam) zamanında döyüşdən olan qənimətlər və qeyri-qənimətlər üçün o cümlədən, xəzinə tapmaq və mədən xumsu və sair də alınırdı. Amma, tarix İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) və Əmirəl-möminin Əlinin (əleyhissalam) dövründə illik xərcdən artıq qalan mənfəət üçün xumsların yığılması haqqında bir şey nəql etməmişdir. Əlbəttə, tarixi dəlilin nəql olunmaması xümsun bu qismətinin vacib olmamasına dəlalət etmir; çünki, müsəlmanların çoxlu kitabları tarix boyu hədsiz müharibələr naticəsində aradan getmişdir. Bundan əlavə, digər məsum İmamların (əleyhimussalam) dövründə xumsun bu qisməti tam şəkildə açıqlanmışdır.
Ətreaflı cavab
Din və Quran[1] təlimlərinə əsasən, xüms ilahi vacibatlardan biri sayılır. Xumsun ilk hökmü Bədr döyüşündən sonra İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) zamanında şəriyət hökmü kimi döyüşdən ələ gələn qənimətlərə aid olub. Bu məsələdə sünnü və şiə arasında bir sıra cüzi məsələləri çıxmaq şərti ilə heç bir ixtilaf yoxdur. Əhli-təsənni alimləri xümsu təkcə, döyüş qənimətləri, mədənlər və xəzinələrə aid edirlər. Amma, şiyələr bu ünvanlardan əlavə, digər mövzularda məsələn, illik qazancdan artıq qalmış gəlirə də xüms düşməsini vacib bilirlər. Əlbəttə, şiə və sünnü arasındakı bu ixtilafın kökünü Quran ayəsindəki, "ğənimtum"[2] üzərində axtarıb araşdırmaq lazımdır; çünki, əhli-təsənni alimləri bu ayədəki "qənimət" sözünü təkcə döyüş qənimətlərinə aid edirlər. Amma, şiə alimləri hər bir insanın ələ gətirdiyi qənimətə mütləq olaraq, ilin sonunda artıq qalarsa aid olmasını qəbul edirlər. Fərq etməz ki, bu qənimət döyüşdən, ticarətdən, dənizin dibinə üzgüçülükdən və mədənlərdən ələ gəlmiş olsun. Şiyənin bu əqidəsi həmin Quran ayəsindən də ələ gəlir və isbat olur. Çünki, ürf lüğətində bütün qeyd olunmuşların hamısını qənimət adı sidq edir.[3] Şiə etiqadında, İslam Peyğəmbərindən (sələllahu ələyhi və alihi və səlləm) və məsum İmamlardan (əleyhimussalam) tarixi sünnə dəlilləri var. Nümunə üçün İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) və İmam Əlinin (əleyhissalam) zamanında demək olar ki, döyüş qənimətlərindən əlavə, mədənlərdən, xəzinələr, həmçinin dənizə baş vurub üzgüçülük vasitəsi ilə (yəni, üzgüçülük vasitəsi ilə dənizdən ələ gətirilən cəvahirə) də xums alırdılar. Sünən Beyhəqidə belə bir məsələ nəql olunur ki, İmam Əlinin (əleyhissalam) dövründə bir nəfər xəzinə tapır və Həzrət Əlinin (əleyhissalam) yanına gəlir. İmam (əleyhissalam) buyurur: Tapdığın xəzinənin beşdən dörd hissəsi sənin bir hissəsi isə bizə çatır."[4]
Həmçinin əhli-təsəninin ən tənınımış kitabı olan həmin kitabda yenə də İslam Peyğəmbərindən (sələllahu ələyhi və alihi və səlləm) belə nəql olunur ki, Həzrət buyurur: "Rikazda" xums var. Soruşurlar ki rikazdan məqsədniz nədir? Buyurur: "O qızıl və gümüş ki, Allah-Taala ilk gündən torpaqda qərar vermişdir."[5]
Vəsailuş-şiə kitabında da həmin mövzuda Həzrət Əlinin (əleyhissalam) zamanına aid olan hadis müfəssəl nəql olunur. Bir nəfər rikaz tapır (mədən ya xəzinə). İmam Əli (əleyhissalam) ondan xəbərdar olan zaman əmr edir ki, bu malın xumsunu gətir təhvil ver!"[6]
Amma, əsəs məsələ yenə yerində qalır və o da bundan ibarətdir ki, İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) və İmam Əlinin (əleyhissalam) dövründə illik gəlirdən artıq qalan pula xums alınıb ya yox?
Bu sualın cavabında demək lazımdır ki, əlimizdə dəqiq tarixi sənəd yoxdur ki, İslam Peyğəmbəri (sələllahu ələyhi və alihi və səlləm) və İmam Əli (əleyhissalam) öz dövründə müsəlmanlardan illik gəlirdən qalan qənimətə də xums alsın. Amma, bu tarixi dəlilin olmaması heç də bu vacib əməlin xumsa aid olmaması demək deyildir. Çünki, bizim digər məsum İmamlarımız (əleyhimussalam) vasitəsi ilə bu mövzuda çoxlu göstərişlər və hədislər nəql olunmuşdur. Vəsailuş-şiə kitabının müəllif bütün bu rəvayətləri müxtəlif bablarda cəm etmiş və dəqiq sənədi nəql etmişdir. Belə rəvayətlərin çox olmasının özü dəlalət edir ki, camaat tərəfindən müxtəlif mövzularda xumslar verilmişdir. Bu rəvayətlərin bəzilərini nümunə olaraq diqqətdən keçirək:
1.Səhabələrdən biri doqquzuncu İmama (əleyhissalam) belə yazır: Bizə xəbər verin ki, xums insanın bütün istifadə etdiyi şeylərə, az və çox da olsa bütün növ gəlirlərinə, həmçinin, sənətkarlara da vacibdirmi? Belə xumsu necə çıxarmalayıq? İmam (əleyhissalam) öz xətti ilə cavabında yazır: "Xums, insanın illik xərclərini ödənilməsindən sonradır."[7]
2.Sualın bu ibarətindən məlum olur ki, ümümiyyətlə sual edən həm xüms haqqında, həm də xumsun keyfiyyətində şəkkidə olub. Amma, İmam (əleyhissalam) o zamanın adəti üzrə bir bir cümlə ilə elə cavab yazır ki, sual verənin hər iki sualına cavab verir. Yəni, İmamın (əleyhissalam) xumsun yaşyış xərclərindən sonra vacib olması kimi cavabı, iki məsələni həll edir. Əvvəl, xumsun keyfiyyətini bildir ki, beşdən bir hissəsi, həm də xumsun insanın mütləq qənimət ələ gətirdiyindən il axrında artıq qalanına aid olmasına dəlalət edir.
2.İmama (əleyhissalam) söylədim: Mənə əmr etmisiniz ki, sizin işlərinzə yetişim. Haqqınızı alım.Mən bu mövzunu dostlarınıza çatdırdım. Onlardan bəziləri soruşur: İmamın (əleyhissalam) haqqı nədir? Mən bu sualın cavabında bir şey deyə bilmədim. İmam (əleyhissalam) buyurdu: Onlara xums vacibdir. Soruşdum: Nələrdə? Buyurdu: mallarda və sənaye işlərində. Soruşdum: ticarətlə məşğul olub, əlləri ilə bir şey düzəldənlərdə də xums var? Buyurdu: Bəli. O zaman ki, illik yaşayış xərcləri ödənilmiş olsun və ondan artıq qalsın.[8]
Bu rəvayəti nəql edən Əbu Əli ibn Raşid adlı bir nəfərdir. O, doqquzuncu və onuncu İmamın (əleyhissalam) xüsusi vəkillərindən biri olub. Belə bir şəxs, əgər məktubunda yazır ki, məni özünüzə haqqınızı yığmaqdan ötrü məmur etmisiz, bu o mənadadır ki, heç bir şəkk yoxdur ki, məktub birbaşa İmama (əleyhissalam) xitab olunub.
3.İbrahim ibn Həmədani İmama (əleyhissalam) yazır: Əli (ibn Məhziyar) atanızın məktubunu mənə oxudu. O məktubda əmr verilib ki, torpaq və su sahibləri z xərclərini götürdükdən sonra gəlirlərinin on ikidən birini O Həzrətə çatdırsınlar. Amma, qeyd olunub ki, mülkü və suya olanların gəlirləri öz xərclərini ödəmirsə onlara bir şey vacib deyil. Nə on ikidən biri, nə də başqa hesab. Yanımızda olanlar bu mövzuda danışıq və ixtilafları var. Onlar deyirlər: Suya və toprağın özünə xumsdan əvvəl xərc lazımdır. Bu xərc, suya və torpağa çəkilən xərcdən sonra lazımdır. Amma, ailə, həyat yoldaşı və uşağın və yaşayışın xərci tam başqadır. İmam (əleyhissalam) cavabında belə yazır: Əli ibn Məhziyar o məktubu müşahidə etdi. Belə bir şəxsə, yaşayışının, ailə-uşağın və hökumətin xərcini verdikdən sonra artıq qalan gəlirə xums düşür.[9]
Sənəd cəhətdən səhih və möhkəm olan bu hədis tam aydınlığı ilə dəlalət edir ki, camaat öz gündəlik gəlirlərini və xərclərini, yaşayış xərclərini çıxdıqdan sonra il başında xums verməlidirlər. Əgər diqqət etsəniz, bəzi İmamlar (əleyhimussalam) on ikidə birdən artıq xums götürməyiblər. Ona görə ki, o zamanın şərait və sıxıntılarına uyğun olaraq, xumsun bir qismətini çətinlikdə olanlara və bəzi ehtiyaclı şiələrə bağışlayıblar ki, ağırlığa düşməsinlər.
Yuxarıdakı mətləblər tam şəkildə qənimət və qeyri-qənimətə olan xumsun həm İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) zamanında və həm də İmam Əlinin (əleyhissalam) dövründə icra olunmasına dəlildir. Amma, Həzrət Əlinin (əleyhissalam) dövründə xums cəm edənlərin kimlər olmasını haqda tarixdə məlumat yoxdur. Əlbəttə, tarixin bir şeyə bizə çtadırmaması, o Həzrətin dövründə məsələnin tam olmamasına dəlalət etmir. Çünki, şiələrin bir çox mötəbər kitabları ağır müharibələrdə yandırılıb və ya tarix boyu müxtəlif səbəblərdən aradan getmişdir. Beləliklə, bir çox mühüm rəvayətlər və kitablar əlmizə çatmamışdır.
Nəticədə qəti olaraq deyə bilərik ki, ilahi hökmlərin İmam Əlinin (əleyhissalam) və ya digər İmamlar (əleyhimussalam) vasitəsi ilə bəyan olması[10] məsələsindən ələ gəlir ki, şiə fiqhində bugünkü xums verilməsi əməli, İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) və məsum İmamların (əleyhimussalam) qanunlarından mənşə alır və buda əsl həqiqi İslam və Allah-Taalanın vacib buyurduğu maliyyat vaciblərindən biridir.

[1] Ənfal surəsi -41
[2] وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ (Bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, ………….)
[3] Rağib, Müfrədat, c.1; səh.615; Bəbərsi, Məcməul-bəyan təfsiri, c.4; səh.544
[4] Sünən Beyhəqi, c.4; səh.156
[5] Sünən Beyhəqi, c.4; səh.152
[6] Hürr Amili, Vəsiluş-şiə, c.9; kitab xums, altıncı bab; 1-i hədis;Alul-Beyt müəssisəsi, Qum, 1409 h.qəməri ili
[7] Hürr Amili, Vəsailş-şiə, c.9; kitab xums, bab səkkiz; hədis-1; Müəssiseyi Alul-Beyt; Qum, 1409 h.qəməri
[8] Həmin mənbə; altıncı bab; hədis-2
[9] Kuleyni, Usul-Kafi, tərcümə Müstəfvi, c.2; səh.478; Elmiyyəi islami kitab satılan yer, birinci çap, Tehran
[10] Kuleyni, Usul-Kafi, tərcümə Müstəfvi, c.2; səh.478; Elmiyyəi islami kitab satılan yer, birinci çap, Tehran