Təfsirçilər bu ayənin habelə buna oxşar digər ayələrin təfsirində, fərqli nəzərlər bəyan ediblər. Qabaqkı təfsirçilərin bir çoxu bu ayənin təfsirində ayənin zahirini qorumağa təkidli olublar. Amma Alusi öz təfsirində bu cür təfsirlərə bir çox iradlar edib və onların cavabında bəyan edibdir.
"Təfsiri fi zilalın" yazıçısı kimi bəziləri bu ayələrdən və buna oxşar ayələrdən bu adla ki, bunlar elə həqiqətlərdir ki, onların dərki bizim üçün mümkün deyil deyə kənardan rahatlıqla keçiblər. Bir dəstədə ayələrin zahirindən yuxarı qalxıb və deyiblər o səmadan (göydən) məqsəd ki, mələklərin yeridir bir metafizik və mələkuti aləmdir. Bu hiss olunan dünyadan ucadır. Şeytanların bu səmaya gizli qulaq asmaq üçün yaxınlaşmasından və onlara şələlənmiş od parçalarının atılmağından məqsəd budur ki, onlar istəyirlər mələklər dünyasına yaxınlaşsınlar ki, yaradılışın sirlərindən və gələcəkdə baş verən hadisələrdən xəbərdar olsunlar. Amma onlar şeytanları mənəvi mələkuti nurlardan istifadə etməklə ki, şeytanlar o nurlara dözə bilmirlər, qovurlar.
Cin surəsinin doqquzuncu ayəsi cinlərdən nəql edərək buyurur:
«وَ أَنَّا كُنَّا نَقْعُدُ مِنْها مَقاعِدَ لِلسَّمْعِ فَمَنْ يَسْتَمِعِ الْآنَ يَجِدْ لَهُ شِهاباً رَصَداً»[1]
Bu ki, bir bundan qabaq göylərdə pusmaqa əyləşirdik, amma indi hər kəs pusmaq istəsə alovlu od parçasını arxasında görür. Təfsiri bəyan etməzdən əvvəl neçə əsas kəlmənin mənasını bilməliyik:
Bir. Gizli qulaq asmaq: İstiraq "sirqət" maddəsindən oğurluq mənasınadır:[2] Oğurluq yəni bu ki, bir kəsin malını gizlicə aparalar və malın sahibi xəbərdar olmaya. Amma istiraq sözü oğurluq mənasınadır: Yəni o zaman ki, iki nəfər bir- biriylə asta söbbət edirlər və heç kəsin eşitməsini istəmirlər, bir kəs gizlində onların söhbətinə qulaq asa və bu böyük günahlardan biridir.[3]
İki. Şəhab: Lüğətdə oddan qalxan şölə mənasınadır.[4]
Üç. Rəsəd: Qorunmaq üçün hazırlanmaq, gizlənmək və hazır güdən mənasınadır.[5]
Həmin ayənin məzmunu Quranın başqa iki surəsində təkrar olubdur:
Bir: Saffat surəsi: "Məgər onlar qısa bir anda gizlin qulaq asmaq üçün göyə yaxınlaşsalar ki, "şəhabi saqib" oonları təqib edər"![6]
İki, hicr surəsi: Məgər o kəs ki, pusquda qalsa (gizlində qulaq asa) ki, "şahabi mübin" onu təqib edər) və (və qovar).[7]
Cin surəsinin ayəsi habelə digər iki işarə olmuş ayə o ayələrdəndir ki, təfsirçilər onun təfsirində çox söz deyib və müxtəlif çıxarışlar ediblər, o cümlədən:
- "Təfsir fi zilali" yazan kimi bəziləri bu ayələrin və oxşar ayələrin kənarından rahat keçiblər.
Bu adla ki, bu həqiqətləri dərk etmək bizim üçün mümkün deyil. Bu dünyada bizim həqiqi əməlimizdə təsirli olan şeylərə məşğul olmaq lazımdır.
Qısa təfsirlə kifayətlənib və bu məsələnin izahından boyun qaçırıbdır.
O bu həqiqətlərin dərkində aciz olmasını etiraf edərək, deyir: "Şeytan və onun necə pusquda durması, habelə şeytan nəyə gizlində qulaq asır? Allahın qeyblərindən ki, nəslərin arasında ona əl tapmaq olmaz. Onunla məşğul olmağın nəticəsi yoxdur; çünki etiqadlarımıza bir şey artırmır.
İnsana xüsusi əlaqəsi olmayan işdir ki, zehni məşğul edir və onu bu həyatda həqiqi işləri yerinə yetirməkdən saxlayır, bir halda ki, heç bir xeyri yoxdur".[8]
Təfsir nümunənin sahibi cavabda belə yazır: "Əlbəttə şübhəsiz Quran böyük bir insan tərbiyə edən və həyat kitabıdır. Əgər bir şeyin insanların həyatında əlaqəsi olmasa heç vaxt Quranda gəlməz. Onların hamısı həyat dərsidir. Çünki Quran Nur və aşkar kitabdır və xalqın anlamağı, fikirləşməsi və hidayəti üçün nazil olubdur. Bəs necə bu ayələri anlamağın bizə əlaqəsi yoxdur?
Hər halda biz bu cür və buna oxşar ayələrin qarşısında belə mövqey seçməyi bəyənmirik".[9]
- Təfsirçilərdən diqqət cəlb edən dəstə, məxsusən qədim təfsirçilər, təkid ediblər ki, ayələrin zahiri mənalarını kamil şəkildə qoruyun onlar deyirlər:
"Səma" həmin göyə işarədir. "Şəhab" həmin şəaba işarədir (həmin tüfeyli daş cınqıllardır ki, bu sonsuz fəzada dolanırlar. Bəzən yerin cazibə məhdudəsinə qərar tuturlar və yer tərəfə çəkilmiş olurlar. Hava dalğalarıyla sürətlə toqquşma nəticəsində, isti yandırıcı, şöləli və kül olurlar)ş "Şeytan" həmin xəbis varlıqlardır ki, göylərə getmək istəyirlər. Bizim bu aləmin xəbərlərindən bir hissəsi ki, göylərdə öz əksini tapıbdır pusqu (gizli qulaq asmaq) yoluyla öyrənsinlər. Nəticədə bu xəbərləri yerdəki dostlarına çatdırsınlar. Amma alovlu od parçaları güllə kimi onlar tərəfə atılırlar və onları bu hədəfə çatmaqdan saxlayırlar.[10]
Alusi "Ruhul- məanidə" bu zahiri təfsiri deyəndən sonra o müxtəlif iradları ki, qədim heyəti, soğan qabığı fələkləri və onun kimiləri nəzərdə tutmaqla ki, bu təfsirə olunubdur geniş şəkildə bəyan edib və cavablandırıbdır. İzah əldə etmək üçün onun təfsirinə müraciət olunsun.[11]
- Cin surəsinin 9- cu ayəsinin başlanğıcı qabaq kı, ayə ilə uyğunlaşdırılsa, bu məna istifadə olunur:
"Göyün gizli qarolçularla dolması axır zamanlar qarşıya gəlib və qabaqlar belə olmayıb, bəlkə cinlər azad şəkildə göyə qalxırdılar və o yerdə ki, qeybi xəbərlər və mələklərin sözləri qulaqlarına çatırdı əyləşirdilər". Ayədən ki, "fa" ilə təfri buyurub: " فمن .." istifadə olur ki, cinlər demək istəyirlər bu gündən bizdən hər kəs istəsə
Göyün alovlu oxlarla üzləşəcək ki, xüsusoyyatı budur ki, güllə baran ola bilər.
Nəticədə bu hadisəylə əlaqədar iki ayədən ələ gəlir ki, cinlər səmavi bir hadisəylə üzləşiblər, təzə hadisə ki, Quranın nuzulu və xatəmul ənbiyanın (s) besətiylə bir baş verib.
O bundan ibarətdir ki, o cənabın besətiylə cinlər qeybi xəbərləri almadan və onları əldə etmək üçün pusquda durmaqdan qadağan olublar.[12]
Əllamə Təbvatəbai başqa yerdə deyir: "O burada ehtimal adıyla demək olar budur ki, Allah kəlamında bu cür bəyanlar qeyri hissi həqiqətlərin hiss olunan şəkildə aydınlaşması üçün misal kimi deyilir. Necə ki, Allah buyurur: "Bunlar misallardır ki, camaat üçün vuruquq və alimlərdən başqa onları dərk etmirlər".[13] Buna oxşar təbirlər Quranda çoxdur. Ərş, kürsü, lövh, kitab kimi.
Buna əsasən, bu cür demək olar ki, göydən məqsəd ki, mələklərin yeridir bir metafizik və mələkuti aləmdir. Bu hiss olunan dünyadan ucadır. Şeytanların bu göyə gizli qulaq asmaq üçün yaxınlaşmalarından və onlara şələlənmiş od parçalarının atılmağından məqsəd budur ki, onlar istəyirlər mələklər dünyasına yaxınlaşsınlar. Nəticədə yaradılmışın sirlərindən və gələcəkdə baş verən hadisələrdən xəbərdar olsunlar. Amma mələklər şeytanları mənəvi mələkuti nurlardan istifadə etməklə, ki, şeytanlar o nurlara dözə bilmirlər, qovurlar.[14] Deyilən fərqli təfsirlərin bu ayələrin təfsirində ən məşhur nəzərlərdir.
[1] - Cin surəsi, ayə 9.
[2] - Lisanul- ərəb, cild 10, səh 156.
[3] - Təyuib, seyyid Əbul- Hüseyn, Əttəyyibil- Quran, cild 8, səh 20. İslam nəşriyyatı, ikinci çap, Tehran, 1378 hicri şəmsi.
[4] - Rağib, Müfrədat fi ğəribi- Quran, cild 1, səh 465.
[5] - Qamusi Quran, cild 3, səh 101.
[6] - "إِلاَّ مَنْ خَطِفَ الْخَطْفَةَ فَأَتْبَعَهُ شِهابٌ ثاقِبٌ.".
[7] - " إِلاَّ مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهابٌ مُبينٌ".
[8] - Şazili, Seyyid Qütb, Təfsir fi zilali Quran, cild 4, səh 2133 daruş- şuruq nəşri, on yeddinci çap, Beyrut, 1412 hicri qəməri.
[9] - Məkarim Şirazi, Nasir, Təfsir nümunə, cild 11, səh 43, Darul- kutubul- İslamiyyə, birinci çap, Tehran, 1374 hicri şəmsi.
[10] - Məkarim Şirazi, Nasir, Təfsir Nümunə, cild11, səh 43.
[11] - Alusi, seyyid Məhmud, Ruhul- məani, cild 7, səh 270, Darul- kutubul- İslamiyə, birinci çap, Beyrut, 1415 hicri qəməri.
[12] - Təba- təbai Seyyid Muhəmməd Hüseyn, Əlmizan, tərcümə Musəvi, cild 20, səh 64.
[13] - Ənkəbut surəsi, ayə 43
«وَ تِلْكَ الْأَمْثالُ نَضْرِبُها لِلنَّاسِ وَ ما يَعْقِلُها إِلَّا الْعالِمُونَ».
[14] - Əlmizan, cild 17, səh 186- 187.