Etibarlı tarix kitablarında Malik Əştərin əcdadını tək Allaha pərəstiş etməsi barəsində ki, "Nəx" və "Məzhəc" tayfalarından və Yəmən torpqalarında olmuşdur, heç bir şey qeyd olunmamışdır.
Tarixdə yalnız buna işarə olunmuşdur ki, Yəməndən ilk İslama üz gətirən tayfalardan olmuşdurlar.
Malik Əştərin iki övladı olmuşdur; İbrahim və İshaq adlarında, İshaq, Kərbəlada İmam Hüseynin (ə) köməkçilərindən olmuş və o həzrətin yanında şəhid olmuşdur; İbrahim isə Muxtar Səqəfinin İmam Hüseynin qanını almaq üçün etdiyi qiyamda onunla şirkət etmiş və qoşun başçılğını layiqincə yerinə keçirmiş və imam Hüseynin (ə) qatillərindən bir çoxunu o cümlədən ibni Ziyadı həlak etdi. Tarix kitablarında İbrahimin beş övladı olduğu qeyd olunmuşdur: Noman, Malik, Məhəmməd, Qasim və Xəvlan, onun övladlarından Qasim və Məhəmməd hədis rəvayətçilərindən olmuşdur.
"Malik ibni Əlharis ibni Əbu Yəğus ibn Sələmə ibni Rəbiə ibni əl haris ibni Xərimə ibni Səd ibni Malik ibni Əl- Nəx" Yəmən torpağında olan tanınmış "Nəx" və "Məzhəc" tayfasından dünyaya göz açmışdır.[1]
O İslamdan əvvəl və cahillik dövründə dünyaya gəlmişdir.[2] Amma onun və tayfasının əqidəsi barəsində ki, nə vaxt müsəlman olmuşdurlar, tarix kitablarında heç bir məlumat verilməmiş və heç bir hədis və xəbər bu mövzuda əldə olunmamışdır.[3]
Bəzi tarixçilər ehtimal verirlər. Yəmənin böyük tayfaları o cümlədən "Nəx", "Məzhəc" və "Həmdan" tayfalarının müsəlman olması, hicrətin oluncu ilində Peyğəmbərin İmam Əlini onlara tərəf göndərib İslama dəvət etməsindən sonra dəstə- dəstə İslam gətirmişdirlər.[4] Bu ərəb əsilli ailə Əbu Bəkrin xilafəti zamanı Şam şəhərinə gəlmiş və sonralar isə Kufəyə üz tutmuş və orada yaşamışdırlar. Sonralar isə onlarda böyük bir tayfa yaranmışdır. Malikin nəslindən böyük şəxsiyyətlər o cümlədən Bənu Malik, Bənu İbrahim və başqaları dünyaya gəlmişdir, İndiki dövrdə İraqda böyük və hörmətli nəsillər misal üçün Kaşiful- Ğuta və Ali- Şeyx Rza ailələri Malikin nəslindən sayılırlar.
Tarixdə Malikin iki övladı olduğu qeyd olunmuşdur: İshaq və İbrahim. İshaq Kərbəlada İmam Hüseynin vəfalı əshablarından olmuş və həbib ibni Məzahirdən sonra döyüş meydanına getmiş və orada şəhid olmuşdur.[5]
Malik Əştərin digər oğlu İbrahim şücaətli, şiə və Əhli- beyt aşiqi olmuşdur. O şiə olmağında möhkəm və payidar idi, nəin ki, atasının ruhiyyəsi və əxlaqından bəhrələnmiş bəlkə vücud və surətinin oxşarlığında da Malik kimi idi.[6] Sünni alimi Zəhəbi onun barəsində yazır: İbrahim atası kimi qəhrəman böyük şəxsiyyət və məqam sahibi idi.[7]
İbrahim Muxtar Səqəfinin qan alma qiyamında iştirak etmiş və Muxtarın qoşunlarından birində qoşun rəhbərliyini öz öhdəsinə götürmüşdür. O öz şücaətiylə əhli beyt düşmənlərini məğlub edib imam Hüseynin (ə) qatillərindən bir çoxunu öz cəzasına çatdırdı. O ibni Ziyadın hicrətin 67- ci ili Muhərrəm ayının onu həlak etdi.[8]
Tarix kitablarında İbrahimdən beş övladın adını müşahidə etmək mümkündür: Noman, Malik, Məhəmməd, Qasim və Xəlvan. İbrahimin övladlarından Məhəmməd və Qasim hədis rəvayətçisi olmuşdurlar.[9]
Əlavə məlumat üçün bax: Əmin, Seyyid Möhsin, Əyanuş- şiə, cild 2, səh 200, Darul- Təarif lil- mətbuat, Beyrut, 1406, hicri qəməri.
[1] - Əl- Ələmi Əl- hairi, Məhəmməd Hüseyn, Dairətul- məarif, əl- Şiəyyətul- Ammə, cild 16, səh 40, ikinci çap, Əl- Ələmi lil- mətbuat müəssisəsi, Beyrut 1413; Əl- Əmin, Seyyid Möhsün, Əyanuş- şiə, cild 9, səh 38. Darul- Təaruf lil- mətbuat, Beyrut, 1403.
[2] - Əz- Zərkəli, Xeyruddin Əl- əlam, cild 5, səh 259, beşinci çap, Darul- elm, Beyrut.
[3] - Bax: Əl- həkim, Seyyid Məhəmməd Rza, Malik Əl- Əştər, səh 33, birinci çap, Əlməktəbətul- heydəriyə. Qum 1427.
[4] - Bax. Məhəmmədi Reyşəhri, Məhəmməd Malik Əştər, səh 19, ikinci çap, pəyame azadi intişaratı, Tehran 1372.
[5] - Məhəmmədi Reyşəhri, Malik Əştər, səh 188.
[6] - Əl- Ələmi Əl- hairi, Məhəmməd Hüseyn, Dairətul- Məarif Əşşiyətul- Ammə, cild 2, səh 131.
[7] - Zəhəbi, Seyri Əlamun- nubəla, cild 4, səh 35, doqquzuncu çap, Əl- risalə müəssisəsi, Beyrut, 1413.
[8] - İbni Əsir, Əl- Kamil- fil- tarix, cild 4, səh 264, yazan Nəzəri Munfərid, Əli Qisseye Kərbəla, səh 670, altıncı çap, Sudur nəşriyyatı, Qum 1379.
[9] - Bax: Mahmud, Təhqiqi dər zendeqaneye Maliki Əştər, ruznameye risalət şomareye 6054, 1385/10/16.