Kərbəla səhnəsinin iki üzü vardır:
1). Nurani, aydın və iftixarlı səhnə.
2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır.
Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq:
Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni bunlar hadisənin əsil mətləblərini məcazi mənada, məzmunu itirmədən və dəyişmədən çatdırırlar. Bəzən bəzi təmsillərə də yol verərək Kərbəla yanqısını daha da alovlandırırlar. Belə artırmalar hadisənin əslinə xələl gətirməzsə heç bir iradı yoxdur.
İkinci baxışda isə yalançı mərsiyəxanlar dayanır. Belə mərsiyə oxuyanların sözlərinin heç bir tarixi əsası yoxdur və eyni zamanda da iradı vardır. Gərək belə insanların qarşısı alınsın.
Cavabın daha da aydınlaşması üçün aşağıdakı qeydlərə diqqət yetirmək lazımdır.
1). Aşura qiyamının və inqilabının iki əsas cəhəti vardır: İlkin cəhət nuranilikdən, iftixardan, həqiqətin təcəllasından və insaniyyətdən ibarətdir. İkinci cəhət isə qaranlıqdan, cinayətdən və vəhşilikdən ibarətdir. Bu səbəbdən ilkin baxışda Kərbəla səhnəsinə cinayət, insanlıqdan kənar hadisə və müsibət kimi baxmaq lazım gəlir. Çünki, tarixin bu səhifələrində cavaları, uşaqları və qadınları öldürməkdən və ya uşaqları və qız gəlinləri əsir aparmaqdan söhbət gedir.[1] Yəni zərrə qədər vicdanı olan insan bu hadisəni olduğu kimi dəyərləndirməlidir. Bu səbəbdən Kərbəla hadisəsindən daim danışıb insanları maarifləndirmək lazımdır.
2). Mərsiyə deyənlərin və rövzəxanların dedikləri şerlərə və oxuduqları mərsiyələrə də iki cəhətdən yanaşmaq lazımdır.
1). Əgər mərsiyəxan əsil hadisənin məzmununu qorumaq şərti ilə təmsillərdən və məcazi sözlərdən istifadə edirsə bunun heç bir iradı yoxdur. Çünki onlar oxuduqları və dedikləri şerdə tarixin əsas sənədini qoruyub saxlayırlar. Yəni istinad edəcəkləri etibarlı mənbələr vardır.
2). Amma ikinci sırada özünə yer tutan mərsiyəxanlar isə heç bir tarixi sənədə istinad etmirlər və öz fikirlərindən keçmələri aşuranın mahiyyəti kimi ihsanlara çatdırırlar. Bu kimi insanların qarşısının alınması olduqca zəruri bir işdir. Həmçinin belə artırmalarında şəri iradı vardır.
3). Bəzilərinin belə səhvlərə yol verməkdə fikirləri nədir?
Yuxarıda qeyd etdiyimiz yalançı mərsiyəxanların bu barədə fikirləri müxtəlifdir. Məsələn: Bəziləri: ürəyiyananlıq və xeyirxahlıq səbəbi ilə deyirlər: "Hədislərə əsasən İmam Hüseyn (ə) üçün ağlamaq və ağlatmaq çox savab bir işdir. Əgər bir damcı yaş gözündən bu səbəblə düşərsə min ehsanata yazılar (yəni savabı çoxdur). Əgər belədirsə ağlayın İmama və başqalarını da ağladın! Həmçinin bu işdə heç bir tarixə istinad etmək lazım deyildir!.
Belə səhv düşüncələr səbəb olmuşdur ki, bəzi tanınmış müəlliflər Kərbəla hadisəsini yazarkən tarixi sənədlərə diqqət yetirməmişdirlər.[2] Hətta bəziləri bunun ziyanına varmadan bu kimi işlərin yayılmasına Allaha xatir kömək də edirlər.
Bəziləri isə özlərində nağılbazlıq, əfsanə uydurmaq istedadı hiss edir.
Bu minvalla ələ qələm alaraq Kərbəla hadisəsini özü görmək istədiyi və ya dərk etdiyi kimi qələmə alır. Daha düşünmür ki, onun yazdığı və təbliğ etdiyi bu cəfəngiyat aşura qiyamının və İmamın hədəfinin solmasına gətirib çıxarır.
Bundan əlavə şiə məzhəbi belə səhv addımlar nəticəsində töhmətlərə və ya cavabı olmayan bəzi suallara məruz qalır. Biz gərək tarix boyu aşura məktəbinə qarşı olanların hiyləsindən və onların hədəflərindən xəbərsiz olmayaq. Başa düşək ki, bizim bu işimiz düşmənə nə qədər cürət verir.[3]
4). Bizim bunların müqabilində vəzifəmiz nədir?
Dinə bidətlərin artırılmasının qarşısını almaq və ya onun stünlarını silkələyəcək təhriflərə yol verən insanlarla mübarizə etmək hər bir müsəlmanın şəri və ümdə vəzifəsidir. Xüsusən oxumuş alim və tədqiqatçı şəxslərə bunun qarşısını almaq vacibdir. Peyğəmbərimiz bu barədə buyurmuşdur: "Həqiqəti gizlədən və onu kökündən qoparan alimlər Allahın nifrin və lənətinə düçar olmuşdur".[4]
Amma bu o demək deyil ki, ümumi insanların da bunun müqabilində vəzifələri yoxdur. Çünki bəzi məsələlərin qarşısını almaq üçün elmi dərəcəyə yüksəlmək lazım deyildir. Hər bir insan öz elm və zəkasına istinad edərək ağı- qaradan, haqqı- batildən seçməyə qadirdir. Bəzi vaxtlar elə dastanlar söylənilir ki, dastan bitməmiş onun həqiqətdən kənar olduğunu hamı dərk edir. Əgər kimsə bizim bu dediklərimizə belə cavab versə ki, "hədəf müqəddəs olsa eybi yoxdur" (yəni günah sayılmaz, Allah keçər) bilsin ki, bu cavab yalnız avam insanları ovundura bilər. belə cavabların elmdən danışan İslam dinində yeri yoxdur.[5]
Necə qəbul etmək olar ki, bir nəfər gün kimi hamıya aydın olan hadisəni, tarixdə öz alovu ilə qəlblərdə şölələnən hadisəni yalanla insanlara çatdırsın? ,Bu minvalla insanların dindən, namazdan və bir çox vacibatlardan yayındırsın və biz də tamaşa edək?[6]
Ya elə məclislər qurulsun ki, İslam dininin əxlaq qanunlarına zidd olsun.[7] Əsla belə xoşagəlməz hadisələri qəbul etməməliyik.
[1] - Mütəhhəri, Mürtəza, Əsərlərinin cəmi, cild 17. 1 bəxş.
[2] - Kitabhayi rövzətuş- şühəda, Məhəmməd Hüseyn Kaşifi.
[3] - Mürtəza, Mütəhhəri, yenə də ora, cild 17, təhrifin səbəbləri. "Ayətullah Fazil Lənkərani rövzələrdə söylənən aşura günü Qasim və İmamın qızının məsələsinə belə nəzər bildirir:
Bu deyilənlərin heç bir tarixi əsası yoxdur. Mərhum Tərihinin kitabında buna oxşar məsələyə rast gəlmək olar. Amma bu məsələnin düzlüyünə heç bir dəlilimiz yoxdur. Həmçinin Tərihinin söylədikləri də bu gün məclislərdə oxunanlarla çox fərqlidir". (Camiul- məsail, cild 2, səh 620- 624.
[4] - Hədisin ərəb dilində yazılışı.
«قال رسول الله (ص) : "اذا ظهرت البدع فی أمتی فلیظهر العالم علمه و الا فعلیه لعنة الله"»
[5] - Bax: Həmaseye Hüseyn, cild 1, şəhid Mütəhhəri.
[6] - Bir halda ki, İmam Hüseyn (ə) aşuranın zöhründə döyüşü saxlayıb namaz qılır. Həmçinin insanlara vacibin əhəmiyyətini çatdırır.
[7] - Biharul- ənvar cild, 45, səh 60- 61. Bu hədisdə İmamın qızı xanım Zeynəbdən parça alaraq öz hicabını qorumaq istəyir. Amma onlara saxlanan əza məclislərində hicabsızlıq baş alıb gedir.