Allah- Taala insanı Allahpərəst, Allah tanıyan və zəkalı yaratmışdır. Həmçinin doğru yola yönəlməsi üçün Peyğəmbərlər göndərmişdir. Deməli, Allah Taala heç kəsi kafir, yəhudi, xristian yaratmamışdır. İnsan özü öz ixtiyarından sui istifadə edərək yolunu azır və müxtəlif adlara şamil olur. Peyğəmbərimiz (s) buyurmuşdur:
"Hər bir insan pak sifətlə Allahpərəst yaradılır. Sonradan atası və anası onu yəhudi və xristian edirlər.
Sualın cavabı daha da aydın olması üçün aşağıdakı qeydlərə diqqət edək:
1). Allah Taalanın mübarək vücudu kamalın, rəhmətin və xeyrin özüdür. Yəni bütün gözəlliklər Allahın mübarək vücudunun özüdür və bu sifətlər ondan ayrı deyildir. Həmçinin bütün yaranmışları bu xeyir və bərəkət sifəti ilə yaratmışdır. Bu səbəbdən də hər bir yaranmış öz xilqətində kamil və eybsizdir.
2). İnsan Allahın ən kamil yaranmışıdır. Yəni Allahın yer üzündəki xəlifəsidir.[1] Bundan əlavə bütün yaranmışlar insana xidmət üçün yaranmışdır.[2]
Bu səbəbdən də insanın müxtəlif kamilliyi vardır. Biz burada insanın müxtəlif olan kamal sifətlərinin bəzisinə işarə edəcəyik:
A). İlahi nemətlərlə ağıl və düşüncə ilə rəftar etmək: "And olsun nəfsə və onu yaradana, sonra xeyri və şəri ilham etdi".[3]
B). Daxilən Allahı tanımaq və ona ibadət etmək: Allah- Taala təkallahlığı və öz maarifini insanların fitrətində yerləşdirmişdir".[4]
"Yadına sal ki, sənin Allahın Adəmin belindən nəslini çıxardı və onları özlərinə şahid edib soruşdu ki: Mən sizin Allahınız deyiləmmi? Dedilər: Bəli. Şahidlik edirik. Qiyamət günü bizim bundan xəbərimiz yox idi deməyəsiniz".[5] "Ya Peyğəmbər! Batildən haqqa tapınaraq Allahın fitri olaraq insanlara verdiyi pak İslam dininə tərəf üz tut. Allahın dinini heç cür dəyişdirmək olmaz. Haqqın möhkəm dini budur ki, lakin insanların əksəriyyəti onun həqiqətindən agah deyillər!"[6]
C). İradənin və ixtiyarın olması.
İnsan bəzi yaranmışların əksinə olaraq öz yaradılışından və kimliyindən agahdır. Bu səbəbdən də insanın kamilli, təkamülə çatması ixtiyar qazanmaq səbəbi ilədir.[7] Qurani kərim buyurmuşdur: "De haqq Tanrı tərəfindən yetişmişdir. Kim istəyir iman gətirsin, kimsə də küfr etsin".[8] "Biz haqqı göstərdik. Kim istəyir şükr etsin və kimsə də naşükür olsun".[9]
Allah- Taalanın elə yaratdıqları vardır ki, heç vaxt onun əmrindən çıxmaq qüdrətinə malik deyillər.[10] Amma bəzən də iradə etmişdir insan öz qüvvəsi ilə təkamül yolunu tapsın və üsyan etməsin.
1). İlahinin rəhmət paylarından biri də budur ki, insanın qəlbində fitrət yolu ilə Allahpərəstlik nişanəsi, qoyduğuna baxmayaraq, onu doğru yola yönəltmək üçün Peyğəmbər və İlahi kitablar da göndərmişdir. Bütün bunlar insanın təkamülə yönəlməsi üçün zəruridir.
2). Bütün İlahi Peyğəmbərlər insanları doğru yola dəvət etmişlər. deməli bütün Peyğəmbərlər müsəlman olmuşlar.[11] Onlar insanları İslam dininə təzə səsləyirdilər. Çünki, İslam dini insanın fitrətində olan anlamda eynidir. Başqa sözlə desək İslam dini insanın fitrətindən xəbər verir.
Amma keçmiş Peyğəmbərlərin dini təəssüflər olsun ki zaman keçdikcə təhrif olmuşdur. İslam Peyğəmbərindən savayı bütün Peyğəmbərlər gələcək Peyğəmbər barəsində xəbər vermiş və qövmünə ona iman gətirməyi əmr etmişlər.
Deməli bu gün İslam dinindən savayı fəaliyyətdə olan dinlər öz zəmanətlərini əldən vermişlər və onlara iman gətirmək batildir. Çünki Allah yanında ən etibarlı din İslam dinidir. İslam dinindən savayı bütün dinlər batil olmuşdur.[12]
Hər kəs İslamdan başqa dinə üz tutsa qəbul deyildir.[13]
Nəticə:
Allah- Taala insanı Allahpərəst, təkallah aqil, tədbirli, mütəfəkkir və iradəli yaratmaqla yanaşı ona Peyğəmbər və İlahi kitab da göndərmişdir. Deməli, Allah- Taala heç kəsi atəşpərəst, yəhudi və xristian yaratmır. Bu insan özüdür ki, ona yaradılmış şəraitdən sui istifadə edərək yolunu azır.[14] Peyğəmbərimiz buyurmuşdur: "Hər kəs doğulanda Allahpərəst doğulur. Amma sonradan valideynləri onu kafir edir".[15]
[1] - Bəqərə surəsi, ayə 30.
«و اذ قال ربک للملائکة انی جاعل فی الارض خلیفة»
[2] - Casiyə surəsi ayə 13.
«و سخرلکم ما فی السموات و ما فی الارض»
[3] - Şəms surəsi, ayə 7- 8.
«و نفس و ما سویها فالهمها فجورها و تقویها»
[4] - Bax: Göstərici: Fitrət və fəsada meyl sual 44.
[5] - Əraf surəsi, ayə 172.
[6] - Rum surəsi, ayə 30.
[7] - İslam maarifi, cild 1, səh 109. Bax: Düz yoldan azmağın amiləri, sual 164. İnsan və ixtiyar, sual 278.
[8] - Kəhf surəsi, ayə 29.
«و قل الحق من ربکم فمن شاء فلیؤمن و من شاء فلیکفر»
[9] - İnsan surəsi, ayə 3.
«انا هدیناه السبیل اما شاکراً و اما کفوراً»
[10] - Tərhim surəsi, ayə 6.
«لا یَعْصُونَ اللَّهَ ما أَمَرَهُمْ»
[11] - İbrahim surəsi, ayə 67.
«ما کانَ إِبْراهیمُ یَهُودِیًّا وَ لا نَصْرانِیًّا وَ لکِنْ کانَ حَنیفاً مُسْلِماً وَ ما کانَ مِنَ الْمُشْرِکین»