İslamda təklif yaşı, yetkinliyin əsasına təyin olunubdur. Yəni, yetkinlik nişanələri (ən azı bu əlamətlər, möhtəlim olma (opllyusiya, şeytani olmaq) oğlanlar və heyz görmə (menstruasiya, aybaşı) qızlar üçün) hasil olan vaxt şəxs təklif yaşına yetişir. Amma İslam dinində təbii əlamətlərdən başqa oğlanlar və qızların yetkinliyi üçün yaş həddi də nəzərdə tutulubdur. Bəs əgər, oğlan və qızda təbii yetkinlik əlamətləri olmaya və onların təklifi üçün şəriətin müəyyən etdiyi yaş həddinə çatalar, gərək başqa mükəlləflər kimi öz şəri vəzifələrinə əməl edələr. Buna əsasən belə deyil ki, Əhli- sünnə qızların yetkinlik yaşını təbii yetkinliyin başlanğıcından, şiə isə 9 yaşından bilə, bəlkə əgər qız heyz görə (aybaşl ola) yaxud hamilə ola, bütün məzhəblərə görə həddi- büluğa çatıbdır. Baxmayaraq ki, qızın təklifinin başlanması üçün əhli- sünnənin qeyd etdiyi yaş həddinə çatmayıbdır.
İnsanların qadın və kişi olmasından asılı olmayaraq yaşayışlarının müəyyən mərhələlərində yetişdikləri təbii vəziyyətə yetkinlik deyilir. Bu mərhələdə insanın bədənində hiss olunan dəyişikliklər baş verir. Bu cismi dəyişikliklər şəxslərə, mühitin su və havası, yeməyin növü və s.... əsasən fərq edir. Bu dəyişiklilərdən, səsin bəm (aşağı ton) olması, cinsiyyət alətinin üstündə sərt tüklərin bitməsi, spermanın xaric olması (oğlanlara məxsusdur), heyz (aybaşı) olmaq (qızlara məxsusdur) və s... İslamda təklif yaşı yetkinliyin əsasına təyin olunubdur. Yəni, yetkinlik nişanələri (ən azı bu əlamətlər, möhtəlim olma oğlanlar və heyz görmək qızlar üçün) hasil olan vaxt şəxs təkilf yaşına yetişir. Amma İslam dinində təbii əlamətlərdən başqa oğlanlar və qızların yetkinliyi üçün yaş həddi də nəzərdə tutulubdur. Bəs əgər, oğlan və qızda təbii yetkinlik əlamətləri olmaya və onların təklifi üçün şəriətin müəyyən etdiyi yaş həddinə çatalar, gərək başqa mükəlləflər kimi öz şəri vəzifələrinə əməl edələr.
Şiə və əhli- sünnə məzhəblərinin hamısı bunu qəbul edirlər[1] ki, qız əgər heyz ola[2] həddi- büluğ yaşına çatır. Bu əlamətlərdən başqa əlamətlər də bəyan olunubdur ki, bütün məzhəblər yekdil olmadığı üçün onu zikr etməkdən çəkinirik.
Buna əsasən belə deyil ki, əhli- sünnə qızların yetkinlik yaşını təbii yetkinliyin başlanğıcından bilələr və deyək ki, şiə, təkcə qızların 9 yaşlı olması ilə kifayətlənir. (Əlbəttə bəzi mühitlərdə qızlar, həmin 9 yaşında təbii yetkinliyə yetişirlər), bəlkə əgər qız heyz görə yaxud hamilə ola, bütün məzhəblərə görə həddi büluğa çatıbdır. Baxmayaraq ki, qızın təklifinin başlanması üçün Əhli- sünnənin qeyd etdiyi yaş həddinə çatmayıbdır.[3]
Bəs yetkinlik nişanələri üçün şiə və əhli- sünnə arasında fərq yoxdur. Şiə və əhli sünnə arasındakı fərq qızların yetkinlik (həddi- büluğ) yaşında olan ixtilafdadır.
Yaş yetkinliyi (yəni həddi- büluğ üçün nəzərdə tutulan yaş):
Qızın yetkinlik yaşında əhli- sünnənin şiə ilə ixtilafı vardır. Həmçinin əhli- sünnə məzhəblərinin arasında da bu ixtilaf aşkar görünür.[4]
Məşhur şiə fəqihlərinin nəzəri qızların yetkinlik yaşı barədə qəməri ili ilə 9 il və oğlanların yaş həddi qəməri ili ilə 15 ildir.[5]
Qızların yetkinlik yaşı barədə əhli- sünnənin nəzəri:[6]
Hənəfiyyə: Qız və oğlanın yetkinlik yaşını qəməri ili ilə 15 il bilirlər. Baxmayaraq ki, əbu Hənifə oğlanın yetkinlik yaşını 18 il və qızın yetkinlik yaşını 17 il bilir.
Malikiyyə: Oğlan və qız üçün 18 ilin tamam olması.
Şafiiyyə: Oğlan və qız üçün 15 ilin tamam olması.
Hənbəlilər: Oğlan və qız üçün 15 ilin tamam olması.
Hənəfiyyə: Oğlan və qız üçün 15 ilin tamam olması.
[1] - Bax: Cəziri, əbdül- həmman, Əl- fiqhi ələl- məzahibil- ərbəə və məzhəbi əhlil- beyti, cild 2, səh 412, Darus- səqəleyn, Beyrut, 1419 hicri qəməri.
[2] - Əlbəttə ən az heyz (aybaşı) yaşını 9 yaş fərz ediblər.
Bax: Kitabut- təharət (liimamil- Xomeyni, ta- əl- hədisə), cild 1, səh 9.
[3] - Əl- fiqhu ələl- məzahibil- ərbəə və məzhəbi əhlil- beyti, cild 2, səh 412.
[4] - Həmin.
[5] - Bax: Tusi, Məhəmməd ibnil- Həsən, əl- məbsut, cild 3, səh 37; Şərayiul- İslam, cild 1, səh 179; Camaeul- məqasid, cild 5, səh 180; Təzkirətul- fuqəha, cild 14, səh 188; İzahul- fəvaid, cild 2, səh 50; Kəşfur- rumuzi fi şərhi moxtəsərin- nofe, cild 1, səh 552.
[6] - Bax: Əl- fiqhi ələl- məzahibil- ərbəə və məzhəbi əhlil- beyti, cild 2, səh 412; Əl- əzhər fətvaları, cild 10, səh 426; Əl- mövsimətul- fiqhiyyə, cild 2, səh 332, Vəzarətul- ovqaf vəş- şuunul- İslamiyyə bil- Kuveyt:
«و قد اختلف في سنّ البلوغ: فيرى الشّافعيّة والحنابلة وأبو يوسف ومحمّد من الحنفيّة ، وبرأيهما يفتى في المذهب ، والأوزاعيّ ، أنّ البلوغ بالسّنّ يكون بتمام خمس عشرة سنةً قمريّةً للذّكر والأنثى ' تحديديّة كما صرّح الشّافعيّة ' ، لخبر " ابن عمر»