Ərəb dilində azan demək üçün olan ən əsas sübut budur ki, azan ibadət və Peyğəmbər (s)- in sünnələridir. İbadətlər toqifidirlər, yəni, onları yerinə yetirmək Allahın müəyyən etdiyi formada olmalıdır. Bundan əlavə ibadət əsrlər boyu, azalıb və çoxalmadan həmişəlik qalmalı, onun dərin mənası sonrakı nəsillərə ötürülməli və tarix boyu dəyişilməməlidir. İndi azanın əsl dili olan ərəb dilinə riayət etmədən belə bir şey mümkündürmü?
Digər bir tərəfdən, İslam dünyəvi bir dindir və bütün müsəlmanları bir cəbhədə və eyni sırada qərarlaşdırmaq istəyir. Belə bir cəmiyyəti təşkil etmək, hamının bir- birini vahid dil ilə başa düşmədən, mümkün deyil. Ərəb dili dünyanın ən zəngin dillərindən olaraq, beynəlxalq bir dil və bütün müsəlmanların azan və namazının dili olaraq, onların birliyinin əlaməti ola bilər.
Cavabı aydın olması üçün, əvvəlcə sualdan məqsəd aydın olmalıdır. Əgər məqsəd budursa, ərəb dililin əvəzinə digər bir dil onu əvəz etsin, bu sual o dili bilməyən insanlar üçün də ola bilər. Əgər məqsəd budursa, azanın niyə yalnız ərəb dilində deməliyik? Hər şəxs azanı öz ana dilində niyə deyə bilməz? Bu sualın cavabının aydın olması üçün, aşağıdakı məsələlərə diqqət etmək lazımdır:
Birinci məsələ: Azanı ərəb dilində deməyin ən əsas sübutuna bunu demək olar ki, azan ibadət və Peyğəmbər (s) sünnəsindəndir və ibadət tofiqdir.[1]
Bundan əlavə, İslam istəyir onun ən- ənələrindən olan azan kimi bir ibadət, əsrlər boyu azalıb- çıxalmadan həmişəlik qalsın. Əgər hər kəsin öz ana dilində onu deməsi qərar olsaydı, kəlmələrin azalıb- çıxalması və xurafata və əsassız məsələlərə qarışması ehtimalı aradan getmir. Ola bilər bu dəyişikliklərlə əsil azan bu dəyişikliklərlə tamamilə unudulacaq və onun dərin mənası sonrakı millətlərə ötürülməzdi.
Məlumdur ki, hər şeyin həmişəlik və tarix boyu qalmağı üçün meyar və dəyişilməz miqyaslara malik olmalıdır. Məsələn milli metr sant metr və ya metr ölçü barəsində, qram, kilo və ... ölçüləri meyar və dəyişilməz miqyaslar kimi qərar veriblər. həmçinin vacib və müstəhəb ibadət barəsində, azan və namaz kimi, vacib və əsaslar adında işləri meyar kimi qərar veriblər ki, onların biri, onun əsl əsaslarını zikrlərinin ərəb dilində olmasının lazım olmasıdır.
İkinci məsələ: İslam dünyanın hamısına aid bir dindir və bütün müsəlmanları bir cəbhədə və vahid sırada qərar vermək istəyir. Belə bir cəmiyyəti hamının bir- birini başa düşəcək vahid bir dil etmədən təşkil etmək, mümkün deyil. Fən əhlinin etirafı ilə ərəb dili dünyanın ən zənhin və kamil dillərindəndir və beynəlxalq dil və bütün müsəlmanların azan və namazının dili kimi, onların vəhdətinin əlaməti olsun. Bu qayda, vahid qibləyə bütün müsəlmanların namaz qılması və... kimi İslamın digər əmrlərində də özünü göstərmişdir.
Üçüncü məsələ: Ərəb dilini bilməyən camaatı ərəb dilində azan və namaz qılmağa məcbur etməyin, onlar üçün çətinlik yaratmaq və onlara zülm etməyin olması, kiminsə fikrinə gəlməsi mümkündür. Cavabında demək olar ki, özlərinin gündəlik ehtiyaclarını aradan qaldırmaq üçün onlarla hətta yüzlərlə yad kəlmələri asanlıqla öyrənib və işlərdən camaat üçün, sayı az olan azan və namaz kəlmələrini öyrənmək, çətin iş deyil. Digər tərəfdən, həmin kəlmələrin zahiri və səthi mənası, çox asan və sadədir və camaatın hamısı asanlıqla o kəlmələrin zahiri və səthi mənasını öyrənə bilərlər, hərçənd kəlmələrin dərin və geniş mənaları da var.
Dördüncü məsələ: Dilçi alimlərin nəzərindən, ərəb dili dünyanın ən kamil dillərindəndir ki, dərin və geniş mənaları qısa və gözəl formada yaxşıca açıqlaya bilər.[2]
Qeyd olunanlara diqqət etməklə bütün müsəlmanların hansı tayfa və hansı dildən oolmasına baxmayaraq, quran dili və ərəb dili olan İslamın ibadət dilinə əməl etməsinin lazımlığı aydın olur.
Əlaqəli göstərici: Ərəb dili və ibadətlər, sual 146.