Həkim Allah kişi və qadını bir- biri üçün yaradıb və İslam nəzərindən onlar bir- birlərini tamalayırlar. Çünki bir- birinin aramlığına səbəb və bir- birinin eşqi, ruhi və cinsi ehtiyaclarını yerinə yetirirlər.
İslam iki tərəfin ehtiyaclarının həll olması üçün, evlilik çərçivəsi təyin edib və qadınla kişi arasındakı bütün əlaqələr bu çərçivədə olmalıdır. Müctəhidlərin çoxunun nəzərinə əsasən, qızın atasının razılığı, evlənmə əqdinin düzgün olmasının şərtlərindən biridir. Yalnız o yer istisna olur ki, ata qızın məsləhətinin əksinə olaraq, onun bir oğlanla evliliyinə razılıq verməsin.
Hər halda, ata və ana həmişə öz övladlarının xeyrini istədiklərinə görə, yaşadığınız yerin ruhanisi və ağsaqqalının köməyi ilə, bu problemi həll etməyə çalışın.
İslam nəzərindən qadın və kişi, bir- birini tamamlayan və bir- biri üçün yaranmış varlıqdırlar. Qurani- kərim buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aramızda (dostluq) sevgi və mərhəmət yaratması da onun qüdrət əlamətlərindəndir..."[1]
Qadın və kişinin ehtiyaclarından biri, cinsi ehtiyacdır, amma bu ehtiyacı təmin etmək, iki tərəfin iffət və paklığına heç bir nöqsanın gəlməməsi üçün, İslam qayda- qanunları çərçivəsində olmalıdır.
İslam qadın və kişinin ehtiyavlarının təmin olunması üçün, evlilik çərçivəsi müəyyən etmişdir. Aşiqanə söhbətlər, əl sürtmə, nəvaziş və ... kimi cinsi əlaqələrin hamısı daimi ya müvəqqəti (siğə) evlilikdən sonra olmalıdır. Hətta nişanlı oğlan və qız da, hələ əqd oxumayıb və yaxın gələcəkdə evlənəcəklər, bir- birindən cinsi ləzzət və istifadə edə bilməzlər, baxmayaraq ki, bu iş aşiqanə söhbətlər və əl- ələ tutmaq həddində də olsa.
Buna əsasən, siz keçmişdə etdiyiniz işlərə görə, Allah dərgahında tövbə etməlisiz. Allah bağışlayan və mehriban olduğuna görə, (çünki sizin işləriniz cahillik üzündən olmuşdur) əgər həqiqətən tövbə etsəniz, inşaallah sizin günahınızı bağışlayar. Əgər bir- birinizi sevirsinizsə, əvvəlcə evlilik əqdi oxuyun, sonra bir- birinizlə əlaqə yaradın. Amma əgər sizin atanız bu evliliyə razı deyilsə, bilməlisiniz ki, ata və ana həmişə öz övladlarının xeyir və xoşbəxtliyini istəyirlər. Onların qiymətli təcrübələri var ki, övladların gələcəyi üçün böyük sərmayədir. Ona görə də, atanızın buna qarşı çıxmasının səbəblərini öyrənin və onu təcrübələrindən istifadə edin. Bu evliliyə razı olmaq üçün əgər qane edici sübutunuz varsa, onu həmin sübutla qane edin. Əgər sizin atanız bu evliliyə razı olmasa və qane edici sübutu da olmasa və sizin sübutlarınızı da qəbul etməsə, yaşadığınız yerin ruhanisi ya qohumlardan olan ağsaqqallardan onu razı salmaq üçün kömək istəyin.[2]