Müctəhidlər arasında fətva və nəzəriyyə vəhdəti bir neçə işdən aslıdır:
1. İctihad mənbələrinin bir olması.
2. Elmin ilkin mərhələlərinin birliyi ki, ictihad onlara bağlıdır.
3. İctihad mənbələrindən bir cür anlamaq və dərk etmək.
4. Kənar mövzularda oxşar nəzəriyyəni seçib icra etmək.
Şiə fiqhində baxmayaraq ki, Müctəhidlər arasında olan ictihad mənbələri müəyyən və birdir. Amma Müctəhidlərin ictihad üçün istifadə etdiyi elmlər müxtəlif və o elmdə olan istedad və qüdrətləri də fərqlidir. mənbələrdən istifadə edib dərk etmələridə bir deyildir. Bunun üçün də fətvalarda olan fərqlər bu cür yaranır. Beləliklə mövzunun təyin edilib seçilməsində də fərqlər yaranır ki, onlarda diqqət lazımdır.
Mümkündür ki, bəzi nəzəriyyələrdə ixtilaf olsun və bu da fətvalarda ixtilafın yaranmasına səbəb olur.
Bütün bunları nəzərə alaraq, ixtilaflı məsələlər və fətvalarda ixtilaflı olması, müvafiq və bir olan fətvalara nisbət çox azdır.
İctihad sözünün kökü cəhd[1] və lüğətdə çətinliklərə dözmək və beləliklə cəhd[2] qüdrət və güc mənasındadır. Amma müctəhidlərin nəzərində isə yüksək dərəcədə elmi çalışmadır ki, onun vastəsiylə şəri hökmü dəlillər əsasında mənbələrdən əldə etmək olur. Bunun üçün də nəzəriyyə vəhdəti (birliyi) və fətva birliyi, Müctəhidlər arasında bir neçə məsələyə bağlıdır.
1- İctihad mənbələrinin bir olması.
2- İlk mərhələdə əsl olan elmlər ki, ictihad onlara bağlıdır.
3- İctihad mənbələrindən bir mənanı dərk etmək.
4- Dəqiq mövzunu təyin edib onda bir nəzəriyyə vermək.
Şiə fiqhində (şəri hökümləri) baxmayaraq ki, ictihad mənbələri (Quran, sünnət, ağıl) bütün müctəhidlər arasında müştərəkdir və bütün bunları etibarlı bilirlər. Amma bu mənbələrdən istifadə edib şəri hökümləri əldə etmək üçün, ərəb ədəbiyyatı, məsum İmamların dövründə istifadə olunan sözlərlə tanışlıq, məntiq, usul- fiqh elmi, Rical elmi, Quran və hədis və ...[3] ehtiyac duyulur ki, hər bir Müctəhid bu elmlərlə tanışlıqdan əlavə, onların qanunlarını da bildirməkdir ki, bunların vasitəsiylə ictihad mənbələrindən istifadə etmək imkanına malik olsun; misal üçün mümkündür bir Müctəhid hədis və rəvayətlərdən istifadə etməkdə, rical elmində qəbul olunan əsasa görə, əgər bir rəvayətin sənədi düzgün olmadığı üçün qəbul edilməyib etimad olunmursa və o məsələ də o rəvayətdən başqa bir rəvayət və heç bir dəlil yoxdursa, bəs o müctəhid bu məsələdə fətva verə bilməz. Bnu halda başqaları bu rəvayətin sənədini düzgün bilərək onu dəlil gətirərək fətva verirlər.
Bər bir məsələni təhlil edib məsələni əldə etmək üçün istedad, bütün Müctəhidlərdə bərabər deyildir. Buna əsasən, Müctəhidlərdən hər biri mümkündür ki, fərqli mənaları əldə etsinlər; və yaxud mümkündür bir şeyi müəyyən mövzuya məxsus olduğunu bilsin, amma başqa bir Müctəhid bu cür nəzəriyyəyə sahib olmasın.
Bunlardan hər biri, ayrı- ayrılıqda ixtilafın yaranmasına səbəb olur, amma bütün bunlarla, Müctəhidlərin fətvaları arasında olan fərqlər və ixtilaflar çox azdır ki, onu da kiçik məsələlərdə müşahidə etmək olur. Amma, daha çox üstünlük təşkil edən məsələlərdə (bunu nəzərə alaraq ki, Müctəhidlərin şəri hökümləri kitablarında 3000- dən çox məsələ vardır və bir çox məsələlər və suallar ki, olunur saymaq mümkün deyildir; çünki bir çox məsələlər vardır ki, yeni məsələlərdir və insanların onlara ehtiyacı vardır). Müctəhidlərin nəzəri və fətvaları birdir.