Quran ayələrindən istifadə olunur ki, Habilin Qabilin əli ilə öldürülməsinin səbəbi, Qabilin vücudunda alovlanan çirkin həsəd sifəti olubdur və sonda Habilin məzlumcasına öldürülməsinə gətirib çıxardı.
Qurani- məcid Adəmin övladlarının əhvalatını və birinin o birisinin əli ilə öldürülməsinə belə izah vermişdir: "Onlar qurban gətirdikləri zaman, birinin (Habil) qurbanı qəbul edilmiş, digərinki (Qabil) isə qəbul olinmamışdı.[1] Bu məsələ də qurbanı qəbul olmayan qardaşın, o biri qardaşı ölümlə hədələməsinə səbəb oldu. "(Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdir: "Səni mütləq öldürəcəyəm".[2] Amma ikinci qardaş (Habil) ona nəsihət edib dedi: Belə bir hadisənin baş verməsi mənim günahım deyil, əksinə irad sənin özündədir ki, əməlin təqvaya uyğun deyil.Və "Allah yalnız müttəqilərdən (qurban) qəbul edər".[3]
Sonra əlavə etdi: Hətta "sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm".[4] Çünki "mən aləmlərin Rəbbi olan Allahdan qorxuram"[5] və heç vaxt belə bir iş görmərəm.
Bundan əlavə, mən digərinin günahını daşımaq istəmirəm "əksinə istəyirəm sən (məni öldürməklə) mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən".[6] (çünki əgər bu hədələri yerinə yetirsən mənim keçmiş günahlarım da sənin üstünə düşəcək, çünki, yaşamaq haqqımı məndən aldın və onun əvəzini verməlisən. Yaxşı əməlin olmadığına görə, mənim günahlarımı üstünə almalısan). Bu böyük məsuliyyəti qəbul etməklə cəhənnəm sakinlərindən olacaqsan. Zalımların cəzası budur".[7]
Bu ayələrdən yaxşıca istifadə olur ki, ilk ixtilafı qətl və insanlıq dünyasında təcavüzlərin hamısının mənbəyi, həsəd olubdur. Bu məsələ bizi bu çirkin xüsusiyyətin əhəmiyyətinə və onun ictimai hadisələrdə olan böyük təsiri ilə tanış edir.[8]
[1] - Maidə surəsi, ayə 27.
"إِذْ قَرَّبا قُرْباناً فَتُقُبِّلَ مِنْ أَحَدِهِما وَ لَمْ یُتَقَبَّلْ مِنَ الْآخَرِ".
[2] - Maidə surəsi, ayə 27.
"قالَ لَأَقْتُلَنَّکَ".
[3] - Maidə surəsi, ayə 27
"قالَ إِنَّما یَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِینَ".
[4] - Maidə surəsi, ayə 28.
"لَئِنْ بَسَطْتَ إِلَیَّ یَدَکَ لِتَقْتُلَنِی ما أَنَا بِباسِطٍ یَدِیَ إِلَیْکَ لِأَقْتُلَکَ".
[5] - Maidə surəsi, ayə 28
"إِنِّی أَخافُ اللَّهَ رَبَّ الْعالَمِینَ".
[6] - Maidə surəsi, ayə 29.
"إِنِّی أُرِیدُ أَنْ تَبُوءَ بِإِثْمِی وَ إِثْمِکَ".
[7] - Maidə surəsi, ayə 29.
"فَتَکُونَ مِنْ أَصْحابِ النَّارِ وَ ذلِکَ جَزاءُ الظَّالِمِینَ".
[8] - Baxın: Təfsiri nümunə, cild 4, səh 346, Əl- mizan təfsirinin tərcüməsi, cild 5, səh 491, Min hud- əl- Quran, cild 2, səh 353. Min hudəl- Quan təfsirində belə oxuyuruq: Qabili bəşər tarixindəki ilk qətl cinayətini törətməyə vadar edən şey, həsəd sifəti idi. Həsəd insanda olan üstünlük istəməyə hərislik xüsusiyyətidir.
İnsanlar döyüşmədən yer üzündə olan bütün nemətləri öz aralarında bölə bilərlər. Çünki Allah yaşamaq üçün zəruri olan bütün şeyləri bolluca hazırlayıbdır. Onları ələ gətirmək üçün digər insanlarla mübarizəyə ehtiyac yoxdur.
Ama döyüşlər insanın özünü hamıdan üstün etməsi qərizəsinin coşması nəticəsində yaranır ki, şeytani bir qərizədir. İnsan onu məhdudlaşdırmalıdır.