Hindistanda uzun əsrlər əvvəl də (tənasux) ruhlarla rabitə nəzəriyyəsi vardır ki, ruhların təkrar olaraq bu dünyaya qayıtmasını bildirir. Bu nəzəriyyə illər keçdikcə bir çox insanları özünə cəlb etmişdir və bəlkə bəzi insanlar buna bir məzhəb olaraq ürək bağlamışdır. Bu uzun müddətdə böyük alimlər bu mövzuda bəhslər edərək onun batil olduğunu bildirmişdirlər.
İslam, ruhların başqa bir insan şəklində və ya başqa bir canlı varlığın şəklində dünyaya qayıdıb yaxşı bir iş görməsini və ruhlarla yaşamasını qəbul etmir və bir başa onu rədd edir. Qurani- kərim bu barədə buyurur: O vaxt ki, bir şəxsin ölüm vaxtı çatır deyir: Ey mənim Rəbbim əmr et məni dünyaya qaytarsınlar, bəlkə o xeyir işlər ki, həyata keçirməmişəm (gələcəkdə) həyata keçirim. (Cavab verəcək) heç vaxt bu (mənasız) bir sözdür ki, ona deyən özü üçün deyir (ona əhəmiyyət verilməz). Onların ölümündən sonra həyat bərzəx aləmidir ki, qiyamət günü çatsın və qəbrlərindən qalxsınlar.
İmam Rza (ə) buyurur: O şəxs ki, ruhlarla rabitənin yaranıb onlardan istifadə olunmasını qəbul edərsə, Allaha küfr etmiş və behiştlə duzəx aləmini inkar etmişdir.
İlahi Peyğəmbərin şəriəti əsasında insanın ölməsiylə ruh bədəndən ayrılır və bərzəx aləminə köçür və o dünyada öz həyatına davam edir. Əgər yaxşı insan olmuşdursa o dünyada da o yaxşılıqlarından bəhrələnəcəkdir. Amma düzgün adam olmazsa qiyamət gününə kimi etdiyi günahların əzabını çəkəcəkdir. Peyğəmbərin (s) dininə görə, Allahın hökmü bunu tələb edir ki, insan öldükdən sonra onun ruhu, bu dünyada yaşamaq üçün bir daha dünyaya qayıtmasın. Bərzəx aləmində qiyamət gününə kimi qalmalıdır ki, sən əbədi dünyaya köçsün . Amma uzun əsrlər əvvəl Hindistanda bu nəzəriyyə yaranmışdır ki, ruhlar insan ölümündən sonra davamlı olaraq bu dünyaya qayıdırlar. Əsrlər keçdikcə bu nəzəriyyə bir dəstə insanları özünə cəlb edərək, özünün həqiqət olduğunu göstərir və bir çox insanlar onu bir din kimi qəbul etdilər, bu uzun əsrlər boyu bir çox böyük alimlər bu məsələni bəhs edərək bunun batil və düzgün olmadığına bir çox dəlillər gətitmişdirlər. bu nəzəriyyənin (ruhun dünyaya qayıtması) tərəfdarının əqidəsi budur ki, iki dəstə insanların ruhu dünyaya qayıtmaz: Birinci: O şəxslər ki, səadət yolunda kamilliyə çatmışdırlar və ölümlərindən sonra tam kamiliyə nail olurlar. Bunların heç bir çatışmamazlığı yoxdur ki, ikinci dəfə dünyaya qayıtmağa ehtiyacları olsun və öz həyatlarında olan çatışmamazlığı həll edərək kamilləşdirsinlər.
İkinci dəstə onlardır ki, çirkin əməllərin ən yüksək dərəcəsinə çatmışdırlar. Bunlar da dünyaya qayıtmayacaqlar; çünki həyatlarında o qədər nahaq yola üz tutaraq səadət yolunu özlərinə bağlamışlardırlar ki, özlərinin əbədi məhv olmalarına səbəb olmuşdur və dünyaya qayıtmaqla, keçmiş çirkin əməllərini təmizləyə bilməzlər və səadətə yetişə bilməzlər.
Onlar inanırlar ki, dünyaya qayıtmaq yalnız üçüncü dəstəyə məxsusdur; yəni orta səviyyəli insanlar ki, kamilliyə nail olub səadətə çatan insanlarla, ən çirkin insanlar arasındakı mərhələyə sahibdirlər. Onlar dünyadan köçdükdən sonra, ruhları dünyaya qayıdır və təbii həyatdan fərqli olaraq müxtəlif şəkillərdə dünyada yaşayırlar. Bunun üçün də hər bir şəkildə olduğu üçün onlara məxsus adlar da təyin olunur. Əgər insan şəklində qayıdarsa onu (nəsx) və əgər heyvan şəklində qayıdarsa onu (məsx) amma əgər insanın ruhu (bitkilərə) daxil olarsa (fəsx) varlıqlara daxil olarsa onu (rəsx) adlandırırlar.
Ruhun qayıtmasına inanan şəxslərin əqidəsi budur ki, çox vaxtlar insanların ruhları dünyaya yalnız nöqsanlarını həll edib kamilliyə çatmaq üçün qayıdır.
Bundan əlavə deyirlər: Dünyaya qayıdışın illətlərindən biri də bundan ibarətdir ki, həyatda yaxşı olanlar ikinci dəfə də bu gözəl əxlaqa yiyələnir və yaxşı işlər görərək ondan bəhrələnəcəklər amma ləyaqəti olmayan şəxslər isə öz çirkin əməllərini görəcəklər; amma bir çox insanlar öz ömürlərini ləyaqətli keçirmiş və lakin həmişə bir çox nemətlərdən məhrum olmuşdurlar, həyatlarını fəqir olaraq və yaxud xəstəliklə sona yetirmişdirlər, onlar sonrakı həyatlarında gözəl əxlaqa sahib olduqları üçün onun qarşılığını alacaqlar və sağlam ruhiyyə və bədənə sahib olacaqlar. Amma o insanlar ki, həyatlarında gözəl əxlaqa yiyələnməyib və çirkin əməllərə sahib olmuşdurlar və insanlar onlardan əziyyət çəkmişdirlər və bir çox nemətlərdən bəhrələnmişdirlər, bu cür insanların ruhları, onların əxlaqı əsasında, heyvan, həşərat, bitki və cansız varlıqlar və yaxud naqis insan, əlil və xəstə şəklində cəmiyyət arasına qaytarılır və hər bir halda ruhi və cismi əzablara məruz qalırlar.
Amma İslam, ruhların dünyaya qayıdıb başqa bir insan və ya bir varlıq şəklində yaxşı işlər görüb və ruhlarla bir zamanda yaşamasını qəbul etmir və onu bir başa rədd edir. Quran bu barədə buyurur: Onlardan birinin ömrü çatdıqda deyir: Ey mənim Rəbbim, əmr et məni bir daha dünyaya qaytarsınlar, bəlkə keçmişdə tərk etdiyim işləri həyata keçirim, (cavab veriləcək) heç vaxt, bu yalnız (mənasız) södür ki, onu deyən özü üçün deyir (və ona əhəmiyyət verilməz) və ölümdən sonra bərzəx aləminə köçməli və qiyamət günü qayıtdıqda qəbrlərdən qalxarlar.[1]
Onlar ki, ruhun dünyaya qayıtmasını qəbul edirlər bu əqidəyə sahibdirlər ki, qiyamət insanların əməllərini hesabına yetişmək behişt və duzəx isə savab və əzabın xülasəsin, axirət aləmi isə tamamıyla hesabını vermək xüsusiyyətini itirir; bunun üçün də onlar deyirlər bütün insanlar öldükdən sonra dünyaya qayıdaraq öz əməllərini qarşılığını alırlar. Bu cür nəzəriyyə Allahın Peyğəmbərinin diniylə müxalix və İslam dininin zıruriyyətinə qarşı- qarşıya durur, bunun üçün də şiə İmamları onu küfr adlandırırlar.
Həmin Həzrət İmam Rza (ə)- a deyir: o şəxslər ki, ruhun dünyaya qayıtmasına qaildirlər nə deyirsən: Həzrət cavabında buyurur: O şəxs ki, bu nəzəriyyəni qəbul edib ona əqidəsi olsa, Allah Taalaya küfr edib, behişt və duzəx aləmini inkar etmişdir.[2]
İmam Sadiq (ə)- da bu nəzəriyyə sahibləri haqqında buyurur: Bunlar hesab edirlər ki, behişt və cəhənnəm yoxdur, qiyamət bərpa olmayacaqdır, qiyamət onların nəzərində bundan ibarətdir ki, ruh bir şəkildən (insandan) ayrılaraq başqa bir varlığa qovuşmasıdır. Əgər birinci varlıqda xeyir iş sahibi olmuşdursa dünyada daha yaxşı və yüksək bir varlığa qovuşacaqdır. Amma əgər pis əməl sahibi olmuşdursa, onların ruhu yük daşıyan və həmişə zəhmət çəkən dörd ayaqlı heyvanlara verilərək və yaxud çirkin və kiçik quşlara ki, gecələr qəbristanlıqda uçurlar, veriləcəkdir.[3]
Əlbəttə buna diqqət etmək lazımdır ki, ruhun dünyaya qayıtması yalnız İlahi Peyğəmbərlərin gətirdiyi din və Allaha qarşı küfr və ya məadın və beləliklə qiyamətdə verilən savab və əzabın əksinə deyil bəlkə filosof və alimlərin də nəzərində bu məsələ qəbul edilməz və bu batil edən dəlillər açıqlanmışdır.
Tanınmış filosof Sədrül- Mütəllihin Şirazi deyir: " ... nəfs (insan ruhu) ilk mərhələdə, dərəcəsi təbiət dərəcəsində idi sonra isə kamilliyə doğru hərəkət etdiyində bitki və heyvan aləmindən keçmişdir. Bunun üçün də əgər insan ruhu fəaliyyət dövründə çalışır ki, öz kamilliyini ələ keçirsin və bu mərhələni keçdikdən sonra mümkün deyildir ki, ikinci dəfə geri qayıdıb o mərhələni yenidən geri qoysun. Bundan əlavə o cür ki, əvvəldə işarə olundu maddə və surət vahid bir şeydir ki, iki cəhətdə hal hazırda və gələcəkdə kamilliyə çatmaq üçün hərəkət edirlər və hər bir istedad və qabiliyyətin qarşısında xüsusi bir məqama nail olurlar.
Bunun üçün də mümkün deyil bir ruh ki, bitki və heyvan aləmini geridə və ana bətnindəki bir uşağa qayıtsın.[4]
Bu nəzəriyyədə başqa bir nöqsan bundan ibarətdir ki, necə mümkündür bir varlıq (ruh) bir insanda olduğu an başqa bir zamanda digər bir insanda olsun?
Bizim hər birimiz həyatımızda bir neçə mərhələni arxada qoyuruq ki, onların cismi və ruhi xüsusiyyətləri bir- birindən fərqlidir. Amma xatirə silsilələri bu mərhələləri bir- birinə baxmaq üçün təsəvvür olunur və bu silsilə şəxsin tək olmasını imza edir. Amma ruhun qayıtmaq nəzəriyyəsində hansı dəlil əsasında bir ruhun iki zamanda almasına hökm verilir? Əgər əsas xatirədirsə, çox zamanlar (ki, ruhun qayıtması nəzəriyyəsində bütün insanların ruhu yenidən dünyaya qayıdır) bir şəxs heç zaman keçmiş xatirələrini yad edə bilmir və əgər əsas cinsin cisminin davamlı olaraq yaşamasıdırsa, ruhun dünyaya qayıtması nəzəriyyəsində buna dəlil yoxdur; çünki bu nəzəriyyə əsasında bir şıxs bəzi vaxt qadın və bəzi vaxt isə kişi şəklində və bəzi vaxt insan və bəzi vaxtlar isə heyvan şəklində dünyaya gəlir. Əgər ruhi baxımdan oxşarlıq əsasdırsa, bir şıxs və başqa bir şəxs ki, bir zamanda bir- birinə oxşayırlar qəbul edilməzdir. Başqa cür desək, bu problem bu cür açıqlanır ki, xüsusiyyətlərdə nə qədər axşarlıq lazımdır ki, bir hökm iki nəfər üçün birlikdə nəzərdə tutulsun? Bəs bir şəxsin iki zamanda yaşaması mümkün deyildir.[5]
Ruhun ikinci dəfə yaşamaq üçün dünyaya qayıtma nəzəriyyəsinin yaranmasına səbəb olan amillər:
Burada yaxşı olar ki, bu nəzəriyyənin yaranmasına səbəb olan amillərdən bir neçəsinə işarə olunsun:
A- Fəlsəfə və fikri amillər:
1)- Qiyamət və başqa aləmi inkar etmək.
Bir çoxları başqa bir dünyaya etiqadları olmadığı və bəlkə də onun mümkün olmadığını bilirlər, başqa bir tərəfdən isə yaxşı və pis əməllərin qarşılığının verilməsini Allahın "ədalətiyə" düzgün olmadığını bilirlər. Bunun üçündə buna qaildirlər ki, yaxşı insanların ruhları yenidən başqa bir insan ki bu dünyada əvvəlki insandan daha yaxşıdır daxil olur və keçmişdə etdiyi xeyir işlərin savabına yetişir. Amma yaxşı əmələ sahib olmayan insanların ruhları əziyyət və çətinlik çəkən insanların bədəninə daxil olmaqla öz əzablarını çəkirlər və yaxudnöqsanı və əlil bir insan bədəninə daxil olaraq əzablarını çəkirlər. Əsilndə bu vasitəylə təmizlənib kamilliyə yol tapırlar.
2)- Xəstə və əlil uşaqların yaranmasının fəlsəfəsini açıqlamaq üçün çıxış yolu:
Bir dəstə insanlar, xəstə və əlil uşaqları müşahidə etməklə bu fikrə gəlirlər ki, bu uşaqlar günah etməmişdirlər; bunun üçün Allah bunları bu şəkildə yaratmışdır ki, bunlarda olan ruhlar, günah əhli olan insanların ruhlarıdır ki, çirkin əməllərinin nəticəsini almaq üçün bu şəkildə yenidən dünyaya qaytarılmışdırlar!
B- Psixoloji amillər:
1)- Həyatda üzləşdiyi müvəffəqiyyətsizliyi həll etmək üçün.
Bunu başa düşmək olar ki, bu əqidənin psixoloji amillərindən biri həyatda müxalif növ müvəffəqiyyətsizlik olmuşdur ki, bir çox insanlar bunu həyatda təcrübə etmişdir. Bu müvəffəqiyyətsizliyin təsirini müxtəlif şəkillərdə müşahidə etmək olar. Bəzi vaxtlar isə öz daxilində və bəzi məqamlara etimad edərək, xəyallar aləmində özünün itirdiyini tapması, o cür ki, bir çox insanlar müqəddəs məqamlar çərçivəsində müşahidə olunur. Onlar o zaman ki, məhəbbət qədəmlərini bu dünyada görürlər, onu xəyallar aləmində təsəvvür edərək bu aləmdə görüb xoşhal olurlar!
Bir sıra insanlar da yenidən həyata qayıdıb bu dünyada yaşamağı özlərinin rahatsız fikirlərini sakit etməsini düşünürlər.
Bu cür həyatda məğlub olan insanlar, bir daha müvəffəq olmaq üçün təsəvvür edirlər ki, yenidən dünyaya qayıdıb ürəklərində istədikləri kimi onda yaşayacaqlar.
2)- Kobud əməllərini islah etmək məqsədi:
Psixolojivə ruhi amillərdən biri bundan ibarətdir ki, özünün kobud əməllərinin intiqamını istəyənlər qarşısında təmizləsin: Misal üçün cahillik dövründə ərəblər, intiqamlarını və yaxud razılıq əldə etmək üçün çox israrlı idilər. mümkün idi ki, bu intiqam və kin- küdurəi ata- babalarından irs aparsınlar.
Bəzi vaxtlar insan vəhşicəsinə intiqam alacağı xüsusiyyətini gizlətmək fikriylə, bu əqidəyə əl atır. Onlar bu əqidəyə sahibdirlər ki, əgər bir zaman onların tayfasından öldürülərsə, onun ruhu hime adlanan bir quş şəklində onun cəsədi ətrafında fırlanaraq qorxulu nalələr çəkir, amma onu qəbrə qoyulduğu zaman, onun qəbri ətrafında gəzər və davamlı olaraq fəryad çəkər! Əsquni; yəni mənə su verin... doyuzduğun! Qatilin qanı tökülməyənə qədər onun qəmli naləsi sona yetməz.
Sonda bu nöqtəyə diqqət etmək lazımdır ki, rəcətə etiqadlı olmaq (ki, şiənin haqq əqidələrindən biridir) ruhun dünyaya qayıtması nəzəriyyəsiylə fərq edir; çünki rəcətə ruh əvvəlki kamilliyi və əvvəlki bədəniylə bu dünyaya qayıdır, bunun üçün də qayıtmağın imkansız olmaması və dəyişilməsi ki, olduğu haldan keçmiş hala qayıtması məsələsi müzakirə olunmur, o cür ki, ruhun dünyaya qayıtması nəzəriyəsində bu məsələyə işarə olunur ki, ruh kamillik dərəcəsinə yetişdikdən sonra, başqa bir şəkillərə çevrilir.