Şübhəsiz ki, dünyada elə bir şey yoxdur ki, Allah Taala məchul olsun və Allahın o şeydən xəbəri olmasın. Belə ki, bu anlamı Allaha Taalaya nisbət vermək mümkün deyil. Təbii ki, öz bəndələrinə də naməhrəm deyil. Amma insan ibadət zamanı özünü Allahın hüzurunda hiss etməli və onunla söhbət etməlidir. Bu zaman o, (insan) bu iş üçün ən münasib paltarı geyinməlidir. Bu yerdə qadın üçün ən münasib geyimin kamil geyim olması artıq aydınlaşır. Yəni qadının iffətinin həyasının nişanəsi olaraq onun ən gözəl simasını əks etdirən paltarı gryinməlidir. Belə ki, yalnız Allaha ibadət üçün bu geyim münasibdir. Həmçinin bu məsələ kişilərə dəaiddir. Kişilərin də açıq bədənlə namaz qılmaları batildir və bu ibadətdə qəlbin iştirakı da mühümdür. Belə ki, kişilər də namaz qılarkən bədənlərini örtməli və tam diqqətlə ibadət etməlidirlər.
Bunlardan əlavə namaz qılarkən hicabda olmağın bəzi fəlsəfəsi vardır ki, aşağıda onlardan bir neçəsini qəbul edirik:
1). Bütün hallarda qadına (naməhrəm qarşısında) hicab bağlamaq vacib oduğu üçün qadın gündə beş dəfə bunu təkrar etməklə hicaba adət etməlidir.
2). Ümumi yerdə qadın namaz qılarsa ona hicab vacibdir. Bu qadının iffətinin qorunmasına şamil olan haldır.
Əlbəttə bu saydıqlarımız əsas mətləbi çatdırmır. Çünki, əsas fəlsəfə qadının ibadət halında iffətli və kamil geyimdə olmasıdır.
Bu mövzunun əsil səbəbini sübuta yetirən, geniş surətdə izah edən ayə və hədis nəql olunmamışdır. Bunun da qeyd edək ki, adətən şəri məsələlərdə bir çox hökümlərin səbəbi açıqlanmır. Çünki onun səbəbi, sirri və fəlsəfəsi onu bizə vacib buyurmuş İlahinin yanındadır. Biz yalnız mövzunun zahirindən ələ gəlmiş və ya hədislərdə və ayələrdə qeyd olunmuş hikmətləri qeyd edə bilərik. O ki, qaldı əsas səbəbdən yalnız Allah- Taala agahdır. Yalnız bəzi məsələlər olduğu kimi hədislərdə məsumlar tərəfindən açıqlanmış və bəzi hökümlər isə elmin inkişafı sayəsində açıqlanıb izah edilmişdir. Əlbəttə hicab məsələsinə gəldikdə bunu deyə bilərik ki, namaz halında bu iffətə riayət olunarsa ibadətin qəbulu ilə yanaşı çoxlu mənəvi əsərlərə səbəb olacaqdır. Çünki, bu əmr İlahi tərəfindən gəlmişdir. Biz aşağıda hicabın namazda nə kimi əhəmiyyətə malik olduöunu qeyd edirik.
1). Paltarın kamil və gözəl olması insanın vüqarını artırır. İnsanın zahiri görkəminə qədər kasıb olsa bir o qədər ictimaiyyətdə özünü aşağı səviyyədə hiss edər. bunu nəzərə alaraq hicabı bir növ kamil geyim və ədəb forması kimi qəbul edə bilərik. Həmçinin böyüklərin və şəxsiyyətcə üstün insanların yanında ədəbli olmaq və kamil geyimə riayət etmək etika qanunlarına əsaslanır. Bütün dini məzhəblərdə və dini mərasimlərdə hicab geyinilmişdir. Xüsusən İslam dinində qadının ictimai geyimi hicabdır.
İnsan namaz qılarkən məlaikə dolu İlahi rəhmətə dolu adımlayırlar. Bu da rəsmi bir mərasimlər sırasına daxil edilir. Deməli, insan bu müqəddəs mərasimdə hər nə qədər gözəl, kamil, ətirli geyinsə ədəb qaydalarına riayət etmiş olur. hətta kişilər belə köynəklərinin düymələrini axıra kimi bağlamağı məsləhət bilirlər.
İmam Sadiq (ə) buyurub: "Allaha elə ibadət et ki, güya onu görürsən. Sən onu görməsən də o, səni görür".[1]
2). Hicaba hər gün namaz vaxtı riayət etmək bir növ iffətə və hicablılığa adət etmək deməkdir. Belə ki, qadının bütün hallarda hicaba riayət etməyi onun mənəvi sağlığını qoruyur: Qadın ictimai səhnələrdə və digər ibadət mərasimlərində hər nə qədər öz hicabına riayət etsə bir o qədər onun iffətinə, namusuna və sair. faydalıdır.
Qadının namazda kamil hicabda olması onun İlahi mərifətin qarşısında nə qədər ədəbli olduğunu və İslam dininin nə qədər iffət tərəfdarı olduğunu sübuta yetirir. Bundan əlavə qadının hər gün namazda beş dəfə onu geyinməsi bir növ ona adət etməsi deməkdir. Bu əməl də hər hansı bir müsəlman qadın üçün olduqca faydalıdır.
3). Ümumi yerlərdə namaz qılmaq üçün qadının kamil hicabda olması olduqca vacibdir.
Xüsusən ruku və səcdə halında qadının hicabı onun iffətini qoruyur və onu şeytanın zəhərli oxundan qoruyur.
Biz bura kimi bacadığımız cavabı verdik. Amma əsli cavabın Allahın yanında olmağına yəqinliklə dəlil gətirə bilərik.