Din təlimlərinə istinadən, inanırıq Mələklər öz vəzifələri qarşısında heç bir zaman etiraz etməmişdirlər.
Allah Taala Mələkləri vəsf etdikdə buyurur: Heç bir zaman Allahın əmrindən boyun qaçırmayırlar və onlara olunan əmrləri (olduğu kimi ) icra edirlər; yəni mələklər Allahın əmr və göstərişlərini qəbul edib həyata keçirirlər. Məlum olur ki, buna əsasən Mələklər arasında heç bir ixtilaf olmamalıdır.
Odur ki, Mələklər arasında sual- cavab olur nəinıi ixtilaf və muxalifətçilik.
Lakin sualda açıqlanan rəvayət, sənəd və dəlalət cəhətindən bəzi nöqsanlarla qarşılaşır; çünkü bizim rical kitablarımızda bir sıra bu cür ravilər (Əhməd ibn Əbdullah, Əbdullah ibn Məhəmməd Əbəsi, Həmmad ibn Sələmə, Əəməş və Ziyad ibn Vəhəb ) qəbul olunmamışdırlar. Bu rəvayət də heç bir etibarlı hədis kitablarında gəlməmişdir, bəlkə yalnız Şeyx Mofidin İxtisas və Əllamə Məclisinin Biharul- Ənvar kitabında bu hədisi müşahidə edirik. Bundan əlavə “təşacor ” (ixtilaf ) kəlməsi ( hədisdə Mələklər barəsində işlədilmişdir ) cox yerlərdə ixtilaf və etiraz mənasında işlədilmişdir. Amma qeyd etdik ki, Mələklər barəsində bu məsələ düzgün deyildir.
Nəticə alırıq ki, hədis və rical elmlərinə əssən bu hədisin etibarlı olmasına hökm vermək olmaz.
Sual iki hissədə açıqlanmışdır; bunun üçün də sualı dəqiq açıqlayıb- cavablandırmaq üçün bir çox hissələrə bölürük:
- Mələklərin məsum olmasını nəzərə alaraq, nəfsi istəklərdən uzaqdırlar; belə olduqda onların arasında ixtilafın olması ehtimalı vardırmı?
Din təlimlərinə əsasən, inanırıq ki, Mələklərin ixtiyarına qoyulan heç bir işdən boyun qaçırmamışdırlar. Allah- Taala Mələkləri vəsf etdikdə buyurur: Heç bir zaman Allahın əmrindən boyun qaçırmayırlar və onlara olunan əmrləri (olduğu kimi ) icra edirlər![1]; yəni Mələklər Allahın əmr və göstərişlərini qəbul edib ona nisbət payidardırlar.[2]
Əlbətdə diqqət etmək lazımdır ki, Mələklərin itaət və yaxud tüğyan etmələri, şəriət deyil bəlkə əməli vəzifələridir. Təkvini itaət həmişə vardır, başqa cür desək onla bir cür yaradılmışdırlar ki, İlahi əmrləri eşitdikləri anda icra edirlər.[3] Mələklərin məsum olması barəsində əlavə məlumat əldə etmək üçün sual 1740 (sayt 2139) (Mələklərin isməti), muraciət edin. Əlbətdə Mələklərin təklifləri (ixtiyarlarına qoyulan iş ) biz insanların təklifləri kimi deyildir. Onlar bir növ nurlu və pak xususiyyətlərə malikdirlər ki, Allahın iradəsindən başqa heç bir iradə etmirlər və heç bir işi həyata keçirmirlər yalnız Allahın əmri çərçivəsində; o cür ki, Allah- Taala buyurur:
«بَلْ عِبادٌ مُكْرَمُونَ لا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَ هُمْ بِأَمْرِهِ يَعْمَلُونَ»[4]
Bunun üçün də Mələklər aləmində cəza və əzab yoxdur, əsl mənada mələklər təkvini olaraq öz vəzifələrinə əməl edirlər. Nəinki şəri vəzifələri olaraq onlara əməl edirlər və təkvini vəzifələrində olan fərq isə onların aralarknda olan məqamlarına bağlıdır.[5] Buna əsasən də yenə məlum olur ki, mələklər arasında heç bir ixtilaf olmamalıdır.
- Mələklər arasında nəzər və səliqə cəhətindən ixtilaf vardırmı?
Yuxarıda qeyd olunanlara əsasən həqiqətən mələklər arasında ixtilaf və anlaşılmamazlığ yoxdur; mümkündür ki, qəbul etsək onların arasında nəzəriyyə və səliqə cəhətindən ixtilaf olsun.
Allah- Taala Quranda peyğəmbərin (s) tərəfindən buyurur: Mən (peyğəmbər ) qeyb aləmindən (mələklər aləmindən ) o vaxt ki, (həzrət Adəmin (ə) yaranması barəsində ) ixtilaf (sual- cavab ) edirlər xəbərim yoxdur.[6]
Məlum olur ki, ayədə nəzərdə tutulan ixtilaf mənası hədisdərdə[7] də nəzərdə tutulmuşdur ki, mələklərin öz aralarında olan sual- cavab və mübahisədir nəinki ixtilaf,[8] bu da bizim iddiamızı təyid edir.[9]
- Mələklərin ruh, insanların isə cism (və ruh ) olmasını nəzərə alaraq, bu sözlər necə həyata keçəcəkdir?
Quran və dini təlimlərinə əsasən, baxmayaraq ki, mələklər ruhdurlar lakin Allahın izniylə bu qüdrətə malikdirlər ki, müxtəlif şəkillərdə hətta insan şəklində olsunlar.
Numunə olaraq:
- .Əhli- Sünnət və Şiyənin bir çox təfsir və rəvayətlərinə əsasən Cəbrayıl Dəhiyyeyi Kəlbi- nin şəklində peyğəmbərin xidmıtində hazır olurdu.[10]
- O mələklər ki, imtahan üçün həzrət İbrahimə (ə) nazil olurdu, iki nəfər insan şəklində idilər və iki nəfər ixtilaflı insan kimi hazır olub O həzrətdən onlar barəsində qəzavət etməsni istədilər.[11]
- İbrahim və Lut peyğəmbərə nazil olan mələklər, qonaq şəklində nazil olmuşdular.[12]
- “Harut” və “Marut” iki mələk idilər ki, sehri və onu batil etməyin yollarını insanlara öyrətmək üçün nazil olmuşdular.[13]
Bunun ücün də qeyd olunanlara əsasən heç bir ixtilaf nəzərdə tutulmur ki, insanlar o ixtilafı həll etsin. Ocür ki, ilk yaradılışda onlara (mələklərə ) bütün varlıqların adlarını (sirlərini ) onlara xəbər vermişdi![14]
Diğər kamil bir insanın hakim şəklində onlara tərəf gedib onları öyrədib rəhbərliketsin.
Lakin bütün bunlar məsələnin bir hissəsini təşkil edir, amma bu cür hadisə baş vermişdir ya xeyir bunun ücün hec bir dəlil yoxdur.
Hədisin sənəd və dil baxımından təhqiqi:
Əhməd ibni Abdüllah ibni Məhəmməd əbəsi, Həmmad ibni Sələmədən o da Əəməşdən o isə Ziyad ibni Vəhəbdən xəbər verir ki, Abdüllah ibni məsud dedi: Həzrət Fatimənin xidmətinə yetişib soruşdum Əli (ə) hardadır? Buyurdu: Cəbrail onu göy aləminə apardı. Soruşdum nə ücün? buyurdu: Bir necə mələk arasında məsələ üstündə ixtilaf yaranmışdır və Allahdan istədilər onlara adam tayfasından bir hakim o göndərsin, Allah – Taala buyurdu: Özünüz tərif edin. Onlar Əli ibni Əbi talibi secdilər.[15] Bu hədisdə sənəd və dəlalət cəhətindən nöqsanla qarşılaşır. Dəlalət baxımından
Hədisdə mələklər barəsində istifadə edilən təşacür gəlməsi cox yerlərdə döyüş və ixtilaf mənasında istifadə olunmuşdur.[16] Bundan əlavə bəyan etdik ki,mələklər barəsində bu məsələ düzgün deyildir. Odur ki, hədis bu iddiayə dəlalət etmir bəlkə şübhəylə qarşılaşır. Amma rəvayət sənəd cəhtindən
Birinci: Bizm rical kitablarımızda , qeyid olunmuş rəvayətin silsilə sənədi nəinki qeyid olunmamişdır bəlkə bu ravilərin bir coxunun təyid olunmamışdır. [17]
İkinci: Bu hədis şiyənin hec bir mötəbər kitablarında, o cümlədən (ərbəə) şiyənin ən etibarlı kitablarında belə gəlməmişdir. Bu hədis yalnız Şeyx Mofidin İxtisas və Əllamə məclisinin Biharul- Ənvar kitablarında gəlmişdir Əllamə məclisi də bu hədisi İxtisas kitabından nəql etmişdir. Bəs nəticə alirıq ki, rical və hədis elimlərinə əsasən bu rəvayətin düzgün olmaslna höküm vermək olmaz.
[1] - Təhrim, 6.
[2] - Fəxruddin Razi, Əbu Əbdullah Məhəmməd ibni Ömər, Məfatihul- ğeyib, cild 3, səh 573. Daru ehyaul Turas Əl- ərəbi nəşriyyatı, ücüncü cap, 14 20.
[3] - Məkarim Şirazi, Nasir, Numunə təfsiri, cild 24, səh 288.
[4] - Ənbiya, 27.
[5] - Təba təbayi, Məhəmməd Hüseyin, Əlmizanın tərcüməsi, Musəvi Həmadani, Seyyid Məhəmməd Baqir,
cild 19 , səh 561 və 562. Dəftəre intişarate islami camee mudərrisin hövzeye elmiyyeye Qum nəşriyyatı, Qum, beşinci çap, 1374, şəmsi.
[6] - Sad surəsi, 69
[7] - Məclisi, Məhəmməd Baqir, Biharul- Ənvar, cild 18, cəh 375, Əl- Vəfa muəssisəsi, Beyrut lobnan, 1404, qəməri. Peyğəmbər (s ) , o həzrətin səhabələrindən birindən soruşdu: Bilirsən göy aləmində Mələklər nədən bəhs edirlər?! Dedi xeyir, buyurdu: Onlar kəffarələr” (o işlər ki, günahları əvəz edir) “dərəcələr “ (o işlər ki, insanın məqam və dərəcəsini yüksəldir) bəhs etdilər: amma qışın soyuqunda cox suyla dəstamaz alıb, camaat namazına qədəm götürüb namazdan sonra namazı gözləmək kəffarələrdir. Məqamvə dərəcələrisə coxlu salam və fəqirlərə yemək vermək, insanlar yuxuda olduğu zaman gecələr namaz qılmaqdı.
[8] - Məkarimi Şirazi, Nasir,Numunə təfsiri, cild 19. Səh 333.
[9] - Əlbətdə bir coxlarının nəzəri budur ki,söhbət mələklərin arasında deyil bəlkə mələklərlə Allah arasında ölmüşdür. Əlavə məlumat əldə etmək ücün bu mövzuda olan ayələrin təfsirlərinə müraciət edin.
[10] - Kuleyini, Məhəmməd ibni Yəqub, Kafi,cild 2, səh 587. Darul- kitab Əl- islamiyyə Tehran, 1365 şəmsi.Səhih Muslim nömrə (2451 ) htt:// www. Al- islam. Com, məktəbeye- şamilə sayt; İbni Kəsir Əl- Qərəşi Əl- Dəməşqi, Əl- Quranil- Əzim təfsiri, Daru- Təyyibə lil nəşri vəl- tozih nəşriyyatı, ikinci çap, 1420 qəməri, 1999 miladi.
[11] - Sad surəsi, 24.
[12] - Hud, 62- 83
[13] - Bəqərə 102.
[14] - Bəqərə 33. Buyurur: Ey Adəm! Onlara (mələklərə ) varlıqların adlarını (sirlərini ) agah et.
[15] - Şeyx Mofid, Əl- İxtisas, səh 213, Beynəlxalq Şeyx Mofid nəşriyyatı, Qum 1413 qəməri.
[16] - Tureyhi, Məcmıul- Bəyan, cild 3, səh 343. Ketabfuruşiye Murtəzəvi nəşriyyatı, Tehran, üçüncü çap, 1375 şəmsi.
[17] - Rical kitablarında “Əhməd ibni Abdullah, Abdullah ibni Məhəmməd Əbəsi, Həmmad ibni Sələmə, Əəməş, və Ziyad ibni Vəhəb” adlarına müraciət edin.