Rozaxanlıq termini xətiblərin və minbər əhlinin «روضة الشهداء» "rovzətüş- şühəda" kitabı oxumaq adətindən irəli gəlibdir.
Bu kitab Kərbəla hadisəsini zikr edən ilk kitablardandır ki, Molla Hüseyn Kaşifiyi Səbzvarinin (M 910 q) vasitəsiylə fars dilində yazılıbdır uzun müddət əzadarlıq məclislərində oxunulubdur. Buna görə əzadarlıq məclisləri rozaxanlıq adıyla şöhrət tapıb ki, indiyə qədər bu termin istifadə olunur.
Bu gün roza və rozaxanlıq termində Məsumlar (ə) üçün və onların ailəsi üçün mərsiyə oxumaqla və müsibət saxlamağa deyilir ki, bizim İmamlar xalqı buna çox həvəsləndiriblər və eyni halda dinin qalmasının səbəblərindən biridir və insanların din övliyalarıyla mənəvi və ruhi bağlılıqdır.
Əslində rozanın mənası, bağ və bostandır, amma mərsiyə xanlığın rozaxanlığa şöhrət tapmasının səbəbi olur ki, mərsiyə xanlar keçmişdə Kərbəla hadisələrin Molla Hüseyn Kaşifinin yazdığı "Rövzətüş- şühəda" kitabının üzündən oxuyurdular. Molla Hüseyn Kaşifi hicrinin 910- cu ilində vəfat edibdir. Hicrinin doqquzuncu əsrində Səbzvarın xoş avazlı xətiblərindən və alimlərindən biri olub. Soltan Hüseyn Bayqaranın səltənət dövründə hərata (bu padşahın hakimiyyət mərkəzi) getdi, çünki güclü hafizəsi və gözəl cəzb edən avazı var idi və eyni zamanda alim bir xətib idi. Tezliklə şöhrət tapdı. Onun zikr və moizə məclisləri bir çoxunu özünə cəlb etdi. O, padşahın şahzadələrin dövlət böyüklərinin və məxsusən "Əmir Əli Şirnəvayi" adlı hünər sahibi olan vəzirin diqqət mərkəzində qərar tapdı. O qırxdan artıq kitab və məqalı təlif etdi.
O cümlədən "Rövzətüş- şühəda" kitabı ki, Kərbəla vaqiəsi haqqındadır fars dilində yazılıbdır. Bu kitabın mətninin şirinliyinə görə minbər əhli uzun illər əzadarlıq məclislərində onun mətləblərini kitab üzündən oxuyurdular. Tədricən rozanı kitab üzündən oxumaq kənara qoyuldu və onun mətləblərini əzbərdən oxuyurdular.
Bu kitab onuncu əsrdə Muhəmməd ibni Süleyman Fizulinin vasitəsiylə türk dilinə tərcümə oldu.[1]
Hər halda bu əsərin şöhrətinə görə və İmamların əzadarlıq məclislərində ondan istifadə olduğu üçün bu məclislər rozaxanlıq məclisləri adıyla şöhrət tapdı ki, indiyə kimi bu termin istifadə olunur.
[1] - Ətraflı məlumat üçün müraciət edin: Muhəddisi, Cavad. Aşura fərhəngi, səh 189. Məruf nəşr, Qum, 1384 h ş; Tərxan, Qasim, İmam Hüseyn (ə) qiyamına və şəxsiyyətinə fəlsəfi kəlami və irfani bir baxış, səh 470, çılçıraq nəşri, Qum, 1388 h. Ş.