Ətraflı axtarış
Baxanların
25497
İnternetə qoyma tarixi: 2010/04/03
Sualın xülasəsi
Nə ücün şiə azanda “Əşhədu ənnə Əliyyən vəliyullah” cümləsini oxumağa təkid edirlər?
Sual
Nə ücün şiə azan və meyyidin təlqinində “Əşhədu ənnə əliyyən vəliyyullah” cümləsinin deyilməsinə təkid edir? Bax: Furui - Kafi, cild 3, səh 82.
Qısa cavab

“Vəli” kəlməsi bir cox mənalarda istifadə olunmuşdur, onlardan daha cox əhəmiyyət daşıyan mənalarına işarə edirik.

A: Rəhbər və himayəci

B: Dost mənasında

C: Həmdəm və yar (köməkci) mənasında

Baxmayaraq ki, bu üc mənanın hər biri Əli (ə) barəsində düzgündür, lakin bu barədə bizə catan rəvayətlərə əsasən azanda istifadə olunan bu cümlə birinci mənanı daşıyır: yəni: Əli (ə) rəhbər, himayəçi və hər bir şeydə haqqı vardır, bu vilayət Allah tərəfindən o həzrətin ixtiyarında qoyulmuşdur. O cür ki, “Məhəmməd rəsulullah” cümləsinin mənasında deyilir Məhəmməd (s) Allah tərəfindən göndərilmiş peyğəmbərdir.

Amma “Əliyyən vəliyullah” azanın bir hissəsidir ya xeyir? Demək lazimdır: Əhli- beyit rəvayətlərinə və fiqh alimlərinin fətvasına əsasən azanın on səkkiz cümləsi vardır və “Əşhdu ənnə Əliyyən vəliyullah” azandan sayılmır və onu azanın bir hissəsi kimi nəzərdə tutub demək olmaz.

Ətreaflı cavab

Suala dəqiq cavab vermək ücün onun üc hissədən təşgil olduğunu nəzərdə tutub bu mərhələylə onu cavablandırırq.

  1. Bir mənalı olaraq “Əliyyən vəliyullah” sözünü demək düzgündürmü yoxsa əbəs söz işlədirik?
  2. Əgər qəbul etsək ki, düzgündür. Azanın bir hissəsidirmi?
  3. Əgər azanın bir hissəsi deyildirsə, azan niyyəti olmadan onu azanda oxumağın eybi vardırmı?

Sualın birinci hissəsinin cavabı ücün, lazımdır ki, “vəli” kəlməsinin mənalarına işarə edək.

“Vəli” kəlməsinin Mənası:

Vəli kəlməsi bir cox mənalara malikdir ki, onlardan ən cox əhəmiyyət daşıyan mənalarına işarə edirik.

A: Rəhbər və himayəci; ocür ki, quranın bir cox ayələrində “vəli” kəlməsi bu mənadə istifadə olunmüşdur; o cümlədən: Onlar üçün ondan (Allahdan) başqa vəli (rəhbər, sərpərəst) və şəfaətci yoxdur.[1]

B: Dost mənasında[2], əlbətdə yenə də quranda bu mənada istifadə olunmuşdur; misal üçün: (Ey Məhəmməd) yaxşılıqla- pislik eyni ola bilməz ! (ey mömün kimsə) sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən![3]

C: Yavər və köməkci mənasında[4]: Qurani- Kərim buyurur: İmanlı kişilər və qadınlar, bir- birlərinin yavər və köməkciləridirlər.[5]

Şübsəsiz ki, bəyin olunan mənalaran “Vəliyullah” Sözünün mömünlər ücün ikinci və ücüncü mənada (dost və yavər) işlədilməsinin də hec bir eybi yoxdur, bəlkə şiə və sünnü rəvayətlərində də bu mənada istifadə olunmuşdur.[6] Amma birinci məna barəsində demək lazımdır bir cox rəvayətlər vardır ki: Əlinin Rəhbəri, vəli və hərbir insanın malında huququ olduğunu bildirir cunki, islam peyğəmbəri də bu cür idi. Əlbətdə Əli (ə) vəliyullahdır yəni Əli Allah tərəfindən ümmətin rəhbəri və vəlisi təyin olunmuşdur. O cür ki, istifadə olunur “Məhəmməd rəsulullah” yəni Məhəmməd Allah tərəfindən göndərilən peyğəmbərdir.

Amma “Əliyyən vəliyullah” cümləsini demək azandan hesab olunur ya xeyir? Əhli- beyitdən bizə catan rəvayətlərə əsasən azana on səkkiz cümlədənibarətdir o cümlələr bunlardır:

«اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ أَشْهَدُ أَنَّ مُحَمَّداً رَسُولُ اللَّهِ أَشْهَدُ أَنَّ مُحَمَّداً رَسُولُ اللَّهِ حَيَّ عَلَى الصَّلَاةِ حَيَّ عَلَى الصَّلَاةِ حَيَّ عَلَى الْفَلَاحِ حَيَّ عَلَى الْفَلَاحِ حَيَّ عَلَى خَيْرِ الْعَمَلِ حَيَّ عَلَى خَيْرِ الْعَمَلِ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لَا إِلَهَ إِلَّا اللَّهُ لَا إِلَهَ إِلَّا اللَّهُ»

Allahu Əkbər, Allahu əkbər, Allahu Əkbər, Allahu Əkbər, Əşhədu Ənla ilahə illəllah, Əşhədu ənla ilahə illəllah, Əşhədu ənnə məhəmmədən rəsulullah, Əşhədu ənnə Məhəmmədən rədulullah, həyyə ələs- səlat, həyyə ələs- səlat, həyyə ələl fəlah, həyyə ələl fəlah, həyyə əla xəyril əməl, həyyə əla xəyril əməl, Allahu Əkbər, Allahu əkbər, la İlahə illəllah.[7]

Bəs “Əşhdu ənnə Əliyyən vəliyullah” cümləsi yəni ücüncü şəhadət azanın bir hissəsi deyil, odur ki, şiə fiqh alimləri də bu rəvayətlərə əsasən onun azanın bir hissəsi olmadığını bildirirlər.

İmam Xumeyni bu barədə buyurur: Azan on səkkiz cümlədən ibarətdir:

«اللَّهُ أَكْبَرُ»

Allahu Əkbər dörd dəfə

«اشْهَدُ انْ لا إِلهَ إِلَّا اللَّهُ، اشْهَدُ انَّ مُحَمَّداً رَسُولُ اللَّهِ، حَىَّ عَلَى الصَّلاةِ، حَىَّ عَلَى الْفَلاحِ، حَىَّ عَلى‏ خَيْرِ الْعَمَلِ، اللَّهُ أَكْبَرُ، لا إِلهَ إِلَّا اللَّهُ»

Əşhədu ənla ilahə illəllah, Əşhədu ənnə məhəmmədən rəsulullah, həyyə ələs- səlat, həyyə ələl fəlah, həyyə əla xəyril əməl, Allahu əkbər, la İlahə illəllah” hər biri iki dəfə. Sonra buyurur:

«اشْهَدُ انَّ عَلِيّاً وَلِيُّ اللَّهِ»

“Əşhədu ənnə Əliyyən vəliyullah azan və iqamədən hesab olunmur.[8]

Amma “Əşhədu ənnə əliyyən vəliyullah, azanda demək, bir nöqsan yaradırmı? Şübhəsiz ki, azanın bir hissəsi olmayaraq onu demək heç bir nöqsan yaratmır. Bəziləri deyirlər, bir cür deyilsə ki, azan və iqaməylə fərqi bilinsin, bəs bu zaman hec bir nöqsanı yoxdur.[9]

Bəs şübhə bucür yarana bilər ki, mümkündür onu demək bidət (dinə əlavə etmək) sayılsın.

Lakin bu nöqtəni nəzərə alaraq, bidət sözünün mənasında yazmışdılar: Dində olmayan bir şeyi dinə əlavə etmək,[10] əgər bir şəxs onu azanın bir hissəsi bilsə və azanda desə bidət və haramdır. Lakin şiə fəqihlərindən hec bir kəs bu cümləni azanın bir hissəsi olduğunu bildirmir və əgər deyilərsə mümkün olduğu müqdarda azandan fərqli olsun; bunun ücün də bu cümləni demək bidət deyil və hec bir nöqsana səbəb olmur.

Bu rəvayətlərdən əlavə bəzi rəvayətlərlə də qarşılaşırıq ki, şəhadət verdiyimiz zaman peyğəmbərin risalətinə və Həzrət Əlinin vilayətinə də şəhadət verməyə təkid olunur.

Bir sözlə şiə alimlərinin ücüncü şəhadətin deyilməsinin illətini, onun azanın bir hissəsi olmadığı kimi hesab edirlər, rəvayətlərə əsasəndir ki, aşkar olaraq deyirlər: Hər an tohid və peyğəmbərin risalətinə şəhadət verdiniz, Əli ibni Əbitalibin (ə) də vilayətinə şəhadət verin. Bu rəvayət mütləq olduğu və hec bir qeyid gətirmədiyi ücün, azana da şamil olur. Bəs hər zəman tohid və peyğəmbərin (s) risalətinə şəhadət verilərsə, Əlinin (ə) vilayətinə də şəhadət verilir, bu isə azanın bir hissəsi olmadığına dəlalət edir.

O cümlədən şiə rəvayətlərində vardır ki, ücüncü şəhadət azanda təyin möhrünü vurur,[11]

Bunun ücündə azan və təlqində “əşhədu ənnə Əliyyən vəliyullah” cümləsini Əlinin (ə) məqam və mənzilətini nəzərə alaraq[12] təbərrük və qürbət niyyətiylə deməyin hec bir eybi yoxdur. Qeyid etmək lazımdır bir cox sünnü alimləri iddia edirlər ki, “Əssəlatu xəyrun minən-nəvm” azanın bir hissəsi deyil bəlkə ikinci xəlifənin dinə gətirdiyi bidətlərdən biridir.

Malikdən nəql olunmuşdur ki, müəzzin Ömər ibni Xəttabın yanına getdi ki, sübh namazının vaxtı oldüğunu bildirsin gördü Ömər yatıbdır dedi: “Əssalatu xəyrun minən-nəvm” (namaz yatmaqdan xeyirlidir) Ömər ona əmr etdi ki, bu cümləni azanda desin.[13]

Bu zaman sual yaranır, bəs nə ücün sünnülər bu cümləni azanda deyilməsinə icazə verirlər? Bu işi şiənin etdiyi işlə müqayisə etmək mümkündürmü ki, bir cox rəvayətlər ona təkid edir.

 


[1] - Səcdə, 4.

[2] - Təbəri Kiya Hərasi, Əbulhəsən Əli ibni Məhəmməd Əhkamul- Quran (Əl-Kiya Hərasi) cild 3, səh 83, Darul- Kitab Əl- elmiyyə nəşriyyatı, Beyrut, 1405 qəməri

[3] - Fussilət, 34.

[4] - İbni mənzur, Məhəmməd ibni Mukrim, Lisanul- Ərəb, cild 15, səh 407, Daru Sadir nəşriyyatı, Beyrut, ücüncü çap, 1414 qəməri

[5] - Tövbə, 71

[6] - İbni Əbi Hatəm, Əbdül Rəhman ibni Məhəmməd. Təfsirül- Quanil- Əzim (ibni Əbi Hatəm) cild 2, səh 675. Məktəbətu nəzar mustafa əl- baz, ücüncü çap, 1419 qəməri.

[7] - Səduq, Mənla yəhzuruhul- fəqih, cild 1, səh 289- 291, Camiətul- mudərrisin nəşriyyatı, Qum, 1413 qəməri.

[8] - Tozihul- Məsail (Əl- məhşa lil imam Əl- Xumeyni) cild 1, səh 519, məsələ 918.

[9] - Həmin.

[10] - Rağib İsfıhani, Hüseyin ibni Məhəmməd, Ən- Müfrədat fi ğəribul- quran, səh 111, Darul- elm əl-darul şamiyə nəsriyyatı birinci cap, 1412 qəməri.

[11] - Bu mövzuda bax: Azan, iqamə və namazda ücüncü şəhadət.

[12] - Bu mövzuda məlumat əldə etmək ücün bax: İmam Əlinin (ə) imamətini isbat etmək, nömrə 1126, və Quran və imam Əlinin imaməti, nömrə 1817, göstəricilərinə muraciət edin.

13 - Malik, Muvəttə, cild 1, səh 200, (http://www.al-islam.com)

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəsnasın keyfiyyəti və varlığı necədir?
    6148 Hədis elmləri 2015/05/04
    Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar. Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər. ...
  • Qurani- Kərimin hansı surəsində peyğəmbərin gecə namazı qılmasına hökm edilmişdir?
    7943 Təfsir 2011/10/31
    Peyğəmbərə gecə namazının əmr edilməsi Quranın bir neçə yerində bəyan edilmişdir. O cümlədən Allah Quranın Muzəmmil surəsində peyğəmbərə buyurur: “Gecəni qısa bir hissədən savayı ayaqa qalx.[1] Baxmayaraq ki, bu surədə müraciət olunan peyğəmbərdir (s), amma surənin davamından anlaşılır ki, möminlər də peyğəmbərin (s) bu proqramında birlikdə olmuşlar. İndi ...
  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13996 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Həqiqi mənəviyyata meyillilik nə deməkdir?
    8892 Əməli əxlaq 2010/10/03
    Çox vaxt mənəviyyat və imana meyilli şəxslərin məsləki duyğulu və həssasdır. Yəni ata- ana, mühitə tabe olma bəzi hadisələri məsələn Allah övliyalarının kəramətlərini görmək və camaat namazı, həcc, əzadarlıq və bayramları müşahidə etməklə onların hissiyyatlarının cuşa gəlməsinin təsiri altına düşməklə, mənəvuyyata meyl edib və dinə və onun əməllərinə əməl etməyə ...
  • Bu ayə hansı mənadadır: “(Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər.”?
    8403 Qədim kəlam 2011/08/23
       Kəlamelmindəisbatolunubki, insanözişlərindəixtiyarsahibidirvəQurandanöyrəndiklərimizdə
  • Şəhidi Əvvəlin həyatını qısa şəkildə bəyan edin.
    7788 تاريخ بزرگان 2012/03/14
    Şəhidi Əvvəl (birinci şəhid) adı ilə tanınan Məhəmməd ibni Məkki Amili Cəzini (rəhmətullahi əleyh) 734-cü hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəzin adlı yerdə dünyaya gəlmişdir. Atası dövrünün alimlərindən biri idi. Şəhidi Əvvəl dərslərindən bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm öyrənmək üçün sair islam ...
  • " السلام علیک یا حجة الله لا تخفی" "Əssəlamu ələykə ya höccətəllahi la təxfa" cümləsindən məqsəd nədir?
    6758 Qədim kəlam 2012/02/07
    "Əssəlamu ələykə ya höccətəllahi la təxfa",«السلام علیک یا حجة الله لا تخفی» İmam Zamanın (ə.c.) ziyarətlərindən birinin bir fəqərəsidir ki, dua və hədis kitablarında gəlibdir.[1] Onun mənası barədə iki ehtimal vermək olar:
  • Digərlərinə nahaq təkfir (küfrdə təqsirləndirmə) və lənətin təsiri və şərii hökmü nədir?
    5650 Əməli əxlaq 2012/02/15
    Bizim dini təlimlərdə, digərlərinə nahaq təkfir nisbəti və lənətləməkdən çəkindirməkdən əlavə, İslam dini heç kəsə belə bir icazəni verməyibdir. Din rəhbərlərimizdən də rəvayətlərimiz var ki, deyir: Əgər bir şəxs, lənətə layiq olmayan şəxsi lənətləsə, bu lənət, lənət edən insanın özünə qayıdır. ...
  • Heyz quslunun fəlsəfəsi nədir?
    9214 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    İslamın bütün hökm və qanunları, camaatın maddi və mənəvi məsləhət və mənfəətlərini qorumaq üçün, və heç bir başqa hədəfin burada rolu yoxdur. Allah bu hökmlərlə, həm mənəvi paklıq həm də cismi paklğın camaat üçün yaranmasını istəyir. Əslində quslun, o cümlədən heyz quslunun hikməti, zahiri və ...
  • Kilsədə namaz qılıb, Allaha ibadət etmək olarmı?
    10319 Nizamlar hüquq və əhkam 2012/05/19
    Kilsəyə daxil olmağın eybi yoxdur. Əks halda əgər bir müsəlman şəxsin oraya daxil olması kilsəyə meylin artmasına səbəb olarsa yaxud müsəlman oraya getməklə onun etiqadı sarsılarsa və yoldan kənara çıxmaqa səbəb olarsa, ağıl və şəriət hökm verir ki, müsəlman məscidə meylin azalmasına səbəb olacaq hərəkətlər etməsin. Həmçinin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164005 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    160168 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118966 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112220 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106940 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92856 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54353 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50583 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45245 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44727 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...