Şiənin İmamlarından rəvayətlər var ki, Allahın yer üzünə nazil olma etiqadının batil olmasının məntiqi şəkildə açıqlayır və ona İmamların kafir olmalarına heç bir işarə etmir. Allahın yer üzünə nazil olmasına etiqad, nəticəsi Allahın cism olmasına gətirib çıxaran təhrif olmuş rəvayətdən səhv anlayışın nəticəsidir. Çiə və sünnü alimlərinin nəzərində Allahı cism saymaq, bilərəkdən və bunu anlayaraq baş versə, küfrə səbəb olur.
İslamın ilk yayılıb və genişlənən dövrlərindən indiyədək kəlami firqə və məzhəblər arasındakı ixtilaflardan biri, Allahın zatı və xəbəri sifətlərini əhatə edən, İlahi sifətlər barəsində mübahisələrdir. Əlbəttə bu ixtilaflar xəbəri sifətlərdə daha çox baş verirdi və bəzən qarşı tərəfin kafir elan edilməsinə şərait yaradıbdır.
Fəthlər zamanı müsəlmanlar yavaş- yavaş məğlub olmuş və qonşu tayfaların fikir, əqidə, adət və ayinləri ilə tanış olur və bəzən bu əlaqələr bəzi alimlərin bu tayfa və qəbilələrin düşüncə və fikirlərindən təsirlənməsinə səbəb olurdu. Məzhəbi firqələrin bəzisinin baxışlarına dəqiq nəzər saldıqda, Na əffatuhi, Yəhudi, Zərdüşt və... düşüncələrdən qaynaqlanan dınşünaslıq və dünya tanımaqlığın müxtəlif sahələrində onların təsir miqdarını görürük.
Ümumiyyətlə etiqadi məsələlərdə və xüsusilə Allahın sifətləri mövzusunda, müsəlmanlar həmişə digər dinlərin fikirlərindən təsirlənən bəzi alimlərin səhv təfsirlərinə düçar olublar.
Allahın Quranda özünü vəsf etdiyi xəbəri sifətlər barəsində ixtilaflar olan bir yerdə, bir dəstə (əhli- hədis) Quran ayələrində:
«ید الله فوق ایدیهم"، "و یبقی وجه ربک" و... ؛ "ینزل الی السماء الدنیا"؛ "قلب المؤمن بین اصبعین من...»
"Yədullahi fəvqəı əydihim", "və yəbqa vəchi rəbbikə" və... kimi və "Yənzilu iləs- səmaid- dünya" və ya "Qəblul- munin bəynə isbəəyni min..." kimi rəvayətlərdəki xəbəri sifətlərin zahirinə diqqət etməklə digərləri ilə mübarizəyə qalxdılar ki, bu iş Allahın təşbih və təcsiminə səbəb oldu. Sonra əşairə təcsimdən qurtulmaq üçün, onlardan bir az fərqli olan bir fikir irəli sürdü və bu sifətlərin keyfiyyət olmadan isbat olunması etiqadını açıqladı ki, öz fikirlərində təcsimdən (Allahı cism sanma) xilas olmuşdular. Amma onlar bir növ müəmmaya düçar oldular. Digər bir dəstə də, axırıncı bir iki nəzəriyyənin qarşısında, xəbəri sifətləri əsassız təvil etməyə başladılar.
Belə bir vəziyyətdə şiə İmamları da, şiələrin etiqadda yollarını azmalarının qarşısını almaq üçün, bu məsələlər barəsində öz fikirlərini aydın formada açıqlamalı idilər. Ona görə də, münasib vaxtlarda bu mövzularla qarşılaşdıqda, verilən sual və iradları açıq və sübutlu formada açıqlayıblar.
Sualınızdakı ünvana müraciət etdikdə bu mövzu ilə əlaqəli heç bir rəvayət tapmasaq da, lakin bu mövzunu açıqlamaq üçün İmamların (ə) səylərinə işarə edən bir rəvayət, Üsuli- kafidə mövcuddur.[1] İmam Sadiq, Kazım və Hadi (ə), Allahın yer səmasına ya yer üzünə nazil olması məsələsi ilə qarşılaşdıqları zaman, bu sözün sübut gətirmə formasına irad edib və eşidəni Allah üçün məhdudiyyət qoymaq, ona nöqsanlıq nisbət vermək və yaratdıqlarına bənzətməkdən çəkindirirdilər. Qeyd etmək lazımdır ki, bu rəvayətlərdə, təcsimə inananların kafir- olmalarına heç bir işarə olmayıbdır.
Amma söhbət burdadır ki, bu rəvayət yəni Allahın dünya səmasına ya yer üzərinə nazil olması nə qədər doğrudur? Qeyd etməliyik ki, əqli və nəqli sübutlarla bu rəvayət bu formada qəbul oluna bilməz.
- Bildiyiniz kimi, əqli dəlillər Allah- Taalanın cism olmasını inkar edirlər. Yuxarıdan aşağı enmə, Allahı cism sanma, onda nöqsanı qəbul etmə və məkanın onu əhatə etməsinə gətirib çıxaracaq. Həmçinin bir yerdə digər bir yerə hərəkət etməyi və Allah üçün məhdudiyyət və hərəkət edən olmasını isbat etməyi lazım tutacaq ki, yaratdıqlarının xüsusiyyətlərindəndir. Rəvayət də incəliklə ona işarə edibdir.
- Qurani- kərim də açıqca, Allahın mümkünlər aləminə əhatə etməsi və onun yaradanı olması məsələsinə işarə edir.
Bu mübarək ayələr:
«و هُوَ مَعَكُمْ أَيْنَ ما كُنْتُمْ وَ اللَّهُ بِما تَعْمَلُونَ بَصير»[2]
«وَ لَقَدْ خَلَقْنَا الْإِنْسانَ وَ نَعْلَمُ ما تُوَسْوِسُ بِهِ نَفْسُهُ وَ نَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَريد»[3]
«وَ هُوَ الَّذي فِي السَّماءِ إِلهٌ وَ فِي الْأَرْضِ إِلهٌ وَ هُوَ الْحَكيمُ الْعَليم»[4]
Və bu məsələyə işarə edirlər. Deməli, Allahın bir yerdə olduğunu və bəzi vaxtlar yer dəyişmə etməsini düşünməyimiz yaxşı deyil.
Allahın yer səmasına nazil olma rəvayəti, hədis mənbələrində necə yer alıb və əhli- sünnə arasında yayılıbdır?
İmam Rza (ə)- ın buyurduğuna əsasən, bu rəvayət təhrif olubdur. Beləki, rəvayətdə Allahın əmrinin nazil olması olub ki, sonralar əmr kəlməsi rəvayətdən silinibdir.[5]
Açıqlanan sual ilə əlaqədar deməliyik ki, şiə və sünnünün bəzi alimlərinin fikrincə, Quranda xəbəri sifətlərlə və ya belə sifətləri Allah üzün deyən rəvayətlərlə qarşılaşanda, Allahın cism olmasına və naqisliyinə səbəb olan bir təfsiri qəbul edib və bu məsələyə qiddət edib və etiqadlı olan şəxslər, kafir sayılırlar.
Burada, bu həqiqəti açıqlayan əhli- sünnədən olan iki alimin sözünə işarə edirik:
- Əbu Hamid Qəzzali Yədullah mövzusunda deyir: Allahın cism olmasını və bədən üzvlərindən tərkib tapdığını düşünən hər kəs, bütpərəstdir. Çünki hər cism yaranmışdır və yaranmışa ibadət etmək, küfrdür.[6]
- İbn Həzm Andolosi də, Əl- fəsl kitabında belə deyir: Allahın bir cism olduğunu deyən hər kəs, əgər cahil ya təvil edən olsa, üzrlüdür və ona təlim etmək vacibdir. Əgər Quran və sünnətdən ona höccət gətirilsə və bilərəkdən ona qarşı çıxsa, kafirdir.[7]
Bütün bu vəziyyətlərlə belə (müsəlmanlar arasında sifətlər barəsində müxtəlif nəzərlər) şiənin İmamları bütün müsəlmanlar qarşısında, onlarla yaşamağa əmr edir və cənazələrini aparmaqda və məscidlərində iştirak etməyə göstəriş verirdilər. Bu məsələ, onları kafir deyil, əksinə müsəlman bilmələrinə sübutdur.[8]
Şiə İmamları İmamlıqları dövründə həmişə müsəlmanların əqidələrini düzəltməyə məşğul olublar.
Hətta təcsimi qəbul edən şəxslər də, bu düşüncədən çəkindirib və təlim və yol göstərərdilər.
Həmçinin şiənin fəqih və mərcələri küfrü açıqca tərif ediblər. Allaha şərik qoşmayan və onun Peyğəmbərlərinə iman gətirənləri müsəlman sayırdılar.[9]
[1] - Kuleyni, Məhəmməd bin Yəqub, Əl- kafi, cild 1, səh 125- 126, Babul- hərəkəti vəl- intiqal, Darul- kutubul- islamiyyə, Dördüncü çap, Tehran, 1365 hicri şəmsi
[2] - Hədid surəsi, ayə 4
[3] - Qaf surəsi, ayə 16
[4] - Zuxruf surəsi, ayə 84
[5] - Səduq, Məhəmməd bin Əli, Mən la yəhzuruhul- fəqih, cild 1, səh 421, İslami nəşrlər müəssisəsi, üçüncü çap, Qum, 1413 hicri qəməri
[6] - Götürülüb: Sübhani, Cəfər, Muzahiratın fil- İlahiyyyat, səh 123, çap səkkizinci, İmam Sadiq müəssisəsi, Qum, 1426 hicri qəməri
[7] - Andolosi, Əli bin Əhməd, Əl- fəslu fil- miləli vəl- həvai vən- nihəl, cild 2, səh 269
[8] - Əl- kafi, cild 2, səh 635
[9] - İmam Xumeyni, Tozihul- məsail (Əl- məşhi lil- imamil- Xumeyni), cild 1, səh 76, m 106, çap səkkizinci, İslami nəşrlər dəftəri, Qum, 1424 hicri qəməri.