İnsan bir neçə təbəqədən təşkil olmuş bir varlıqdır; ruhi və İlahi, maddi və mənəvi, ictmai və atifi və... təbəqələrdən ibarətdir. Bu təbəqələr həmişə bir- biriylə mübarizədədirlər ki, bu da insanı əqidəsiylə əməlləri arasında müxalifətə doğru yol açır. İlahi dinlər, xüsusiylədə İslam dini insanları nəfsin istəkləri tələsindən qurtarıb onu həqiqi kamala və Allaha doğru yönəldir.
İnsan nə qədər də kamillik dərəcəsinə yaxın olsa, onun əməlləriylə əqidəsi arasında olan müxalifətçilik bir daha azalacaqdır, o həddə ki, həqiqi kamal (kamillik) dərəcəsinə çatarsa, kamil bir insan (məsum) kimi onun əməlləriylə əqidəsi arasında heç bir müxalifət olmayacaqdır.
Qurani- kərim əqidəylə əməl arasında olan müxalifətçiliyi rədd edir. Bu müxalifətçilik bir çox yollardan qaynaqlanır ki, onlardan bəziləri ibarətdir: İslami göstərişlərdən tamamıyla xəbərin olmadığı, imanın zəifliyi, nəfsin istəkləri, səhv adət- ənənə, insanların çirkin mühütü təsiri altında qalması və...
Diqqət etmək lazımdır ki, bu iki əməl və əqidə arasında olan çatışmazlıq və müxalifəti sona yetirmək üçün onun əsl mənbəyini aradan aparmaq lazımdır ki, Peyğəmbərin (s) və xüsusiylə də İslam Peyğəmbərinin əsl hədəfi bundan ibarət idi.
İnsan bir neçə hissi təbəqən təşkil olmiş varlıqdır, ruhi və İlahi, maddi və mənəvi, ictimai və atifə və hisslərindən təşkil olunmuşdur.
Bu təbəqə və hisslər özünə məxsus cazibələrə malikdir ki, həmişə bir- biriylə mübarizədədirlər. İnsan dünyaya gəldiyi andan maddi və heyvani hisslərlə rabitədədir, başqa bir tərəfdən isə maddi əşyalar və varlıqlar aşkarda olan hisslərlə dərk və müşahidə olunur. Bunun üçün də hər gün davamlı olaraq insanın heyvani (maddi) istəkləri, insanın vücudunda möhkəm və qüdrət tapır. Amma İlahi və ruhi təbəqənin qalması və inkişaf etdirilməsi isə müşahidə olunmadığı üçün və insan bir başa zahirdə onunla yatmağa qüdrəti olmadığı üçün daha çox səy və zəhmətə ehtiyacı vardır ki, rahatlıqla əldə olunmur. İnsan vücudunda olan İlahi təbəqə insan fitrətiylə düyünlənmişdir və olun payidar olması ruhun pak qorunub saxlanması lazımdır. Sədrül- Mütəllihin deyir insanda olan heyvani hisslər, insan həddi buluğa çatmamışdan əvvəl onun qəlbində özünə yer tutur və ona hakim olur, amma insanın ruh və ağıl hissləri isə buluğ (yetginlik) yaşlarından başlayaraq öz fəaliyyətini göstərir.
Qırx yaşlarında isə kamillik həddinə çatır; amma ruh və ağıl qarşılığında heyvani hisslərin mübarizəsi isə ilkin yaşlardan başlayır.[1]
İlahi dinlər, xüsusiylə də İslam dini insanları kamilliyə doğru çəkib, heyvani və nəfsin istəklərə olan meyllərdən azad etmək üçün və bundan əlavə bu hisslər arasında bərabərliyin yaranması üçün göndərilmişdir. Buna görə də insanda olan heyvani hisslərlə İslam göstərişləri arasında ki, İlahi və ruhi məqamların yüksəlməsinə səbəbdir, görünmüşdür. İnsan nə qədər kamillik dərəcəsinə yaxın olsa, onun İlahi əmirləri və əqidəsi rəftar və əməlləriylə o qədər də bir- birinin ziddinə olmayacaq və yaxud az bir miqdarda müşahidə olunacaqdır; o hədd kimi ki, kamil (məsum) insanda heç bir zaman əqidə və əməlləri arasında müxalifətçilik müşahidə olunmadığı kimi. Amma adi insanlarda və o şəxslər ki, imanda zəifdirlər bu ziddiyyəti müşahidə etmək mümkündür. Məlum olduğu kimi, bəzi müsəlmanların əqidəsiylə əməlləri arasında müxalifətçilik olur. Müsəlmanlara məxsus seyil, bəlkə bütün məzhəb və dinlər ki İlahi məqamdan bəhrələnirlər onlarda da bunu müşahidə etmək olar. Amma İslam dini ən kamil bir din olduğu üçün onun göstərişləri hər tərəfli olaraq kamildir. Onun davamçısı olduqlarını iddia edənlər və İslamdan itaət edənlər arasında bu nöqsanları da aşkar olaraq müşahidə etmək olur; çünki İslama həqiqi iman gətirən şəxs o insandır ki, hər tərəfli olaraq onun göstərişlərinə əməl etsin.
Qurani- kərim həmişə bu çatışmazlıqla (əməllə əqidə arasında olan ziddiyyət) mübarizə etmiş və onu bəyənilməz bir iş bilmişdir, başqa cür desək bunu rədd etmişdir; və buyurur: Ey o şəxslər ki iman gətirmisiniz! Nə üçün o sözləri deyirsiniz amma əməl etmirsiniz! Allahın qəzəbinə səbəb olur və o söz ki, deyəsiniz əməl etməyəsiniz![2]
İndi nə etmək lazımdır?
Aya düzgün əqidəmizdən əl çəkməliyik? Aya əqidəmizdə kaqislik var və ya o insanların imanında ki, İslam və iman əhli olduqlarını iddia edirlər?
Məlum olduğu kimi İslam etiqada və maarifləndirməsi ən kamil və düzgün maafirləndirmədir.
Bəs bu ziddiyyətin əsl mənbəyini tapıb onları aradan aparmaq lazımdır ki, onlardan bəzilərinin mənbəyi bunlardan ibarətdir:
1. Cahillik və İslamın kamil şəkildə insan həyatında təsiri olan göstərişlərdən və onun fəlsəfə və nəticələrindən xəbərsiz olmaq:
Təbiidir ki, hər nə qədər mərifət və tanışlıq çox olsa, əlaqə və bağlılıq daha da çox olur. bunun üçün də İslamın ən çox əmr etdiyi göstərişlərdən biri də ömrün bütün mərhələlərində elm və savad öyrənib ona yiyələnməkdir.
Bu cür şəxslərin imanları da qiymətli hesab olunmuşdur. Amma təəssüflər olsun ki, bunu qəbul etməliyik İslam və iman iddia edənlərin bir çox hissəsi, İslam hökümləri və göstərişlərindən xəbərsizdirlər. bəs bu həqiqət səbəb olur ki, onların əməlləri İslamdan ayrı düşsün.
2. İmanın zəifliyi:
İslam nəzərində iman bir neçə mərtəbədən ibarətdir ki, onun ən zəif dərəcəsi isə imanı dillə başlayır və onun ən uca məqamı isə dini inamlara inanmaqdan qaynaqlanır.
İmam Cəfər Sadiq (ə) buyurur: İmanın dərəcəsi yüksəldikcə, möminlərin də dərəcəsi Allah- yanında yüksəlir... [3]
Hər zaman insan öz etiqadlarında kamil yəqin dərəcəsinə çatarsa, onun əməliylə əqidəsi arasında ziddiyyət (müxalifətçilik) olmaz. Din və Peyğəmbərlərin (ə) əsas hədəfi bundan ibarət olmuşdur ki, insanlarda iman ruhiyyəsini gücləndirərək, onların əmələriylə əqidələri arasında olan fasiləni azaltsınlar, bu cür fasiləni azaltmaq üçün çoxlu səy və çalışmağa və heyvani istəklərlə mübarizə etməyə ehtiyac vardır. Baxmayaraq ki, bu iş çətindir, amma mümkündür. Məsum (ə) insanlardan başqa insanlarda vardır ki, bu dərəcəyə sahib olaraq bu müxalifətçiliyi aradan qaldırmışdırlar.
3. Nəfsin istəkləri:
Məlum olduğu kimi insan bir neçə təbəqədən təşkil olmuş bir varlıqdır ki, hər birinin özünə məxsus cazibə və istək qüvvəsi vardır və həmişə bir- biriylə mübarizədədirlər. Əgər insan bu heyvani istəklərə güc gəlib onları kontrol edə bilmirsə, dinin göstərişlərinə ki bir sıra çətinliklərlə birlikdədir, onlara əməl etməklə çətinliklərlə üzləşəcəkdir.
4. Səhv adət- ənənə və təəssüb:
Bəzi millətlər və tayfalar səhv adət- ənənə və təəssüb keşliy üzündən bir çox şeyləri qoruyub saxlayırlar ki, heç bir məntiqi dəlili yoxdur. Onları öz ata- babalarından irs aparırlar; təəssüflər olsun ki, onu öz əməllərində ülgü qərar vermişdirlər. Misal üçün bir şəxs nə iş görərsə o birisi də onu görməli və... bu cür işlərdir ki, onları İslamın nurani hökümlərindən uzaq salır. İslam bu cür təəssüblərlə şiddətli mübarizə aparır. Amma təəssüflər olsun ki, bu cür təəssüblərin insanların həyatından bir çox yerlərdə hələ də məhv olunmamışdır.
5. İnsanların çirkin mühit təsirinə məruz qalması:
İnsan ictimai bir varlıqdır (o insanlar nəzərə alınmışdır ki, yüksək ruhiyyəyə malikdirlər və mühiti öz təsirləri altına alırlar).
İnsanların böyük bir cəmiyyəti mühitin təsirinə düşürlər və bir çox yerlərdə mühütin münasib olmadığı, insanlarda mənfi təsir qoyur. Xüsusiylə də ümumi cihazların inkişafı dövründə. Misal üçün radio, televizor, krosno, internet və degərləri ki, dünyanı bir kəndə çevirmişdir. Məqsəd budur ki, baxmayaraq rabitənin genişlənməsi inkar edilməz bir həqiqət və lazımdır. Onun inkişafı hər zaman lazım görülür, amma bu amillərin bəyənilməz təsiri ki, insanların mədəniyyətində təsir qoyur qafil olmaq olmaz və bu cür çirkinliyi və zəhərli maddənin cəmiyyətdən qorunması da lazımdır. Bunlar bu müxalifət ki, əməl və əqidə arasında görünür, mənbəyidir ki, bu həddə açıqlandı və qəbul edirik ki, bu bəhs daha ətraflı təhqiqə ehtiyacı vardır; ümid var gələcəkdə bu bəhsə işarə edək.
Bir sözlə demək istərdik ki, müsəlmanların əməlləriylə əqidə və dini göstərişlərinin bir olması, lazımdır birinci: Fasilə və müxalifətçiliyi tanımaq və ikinci: Onları aradan qaldırmaq üçün yol tapmaq lazımdır.
[1] - Əsfar əl- ərbəə, cild 9, səh 93.
[2] - Səf surəsi, ayə 2- 3. Tərcümə Məkarim Şirazi.
[3] - Biharul- ənvar, cild 66, səh 171.
«عَنْ أَبِی عَمْرٍو الزُّبَیْرِیِّ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ بِالزِّیَادَةِ فِی الْإِیمَانِ تَفَاضَلَ الْمُؤْمِنُونَ بِالدَّرَجَاتِ عِنْدَ اللَّهِ قُلْتُ وَ إِنَّ لِلْإِیمَانِ دَرَجَاتٍ وَ مَنَازِلَ یَتَفَاضَلُ بِهَا الْمُؤْمِنُونَ عِنْدَ اللَّهِ فَقَالَ نَعَمْ قُلْتُ صِفْ لِی ذَلِکَ رَحِمَکَ اللَّهُ حَتَّى أَفْهَمَهُ قَالَ مَا فَضَّلَ اللَّهُ بِهِ أَوْلِیَاءَهُ بَعْضَهُمْ عَلَى بَعْضٍ فَقَالَ تِلْکَ الرُّسُلُ فَضَّلْنا بَعْضَهُمْ عَلى بَعْضٍ مِنْهُمْ مَنْ کَلَّمَ اللَّهُ وَ رَفَعَ بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجاتٍ الْآیَةَ وَ قَالَ وَ لَقَدْ فَضَّلْنا بَعْضَ النَّبِیِّینَ عَلى بَعْضٍ وَ قَالَ انْظُرْ کَیْفَ فَضَّلْنا بَعْضَهُمْ عَلى بَعْضٍ وَ لَلْآخِرَةُ أَکْبَرُ دَرَجاتٍ وَ قَالَ هُمْ دَرَجاتٌ عِنْدَ اللَّهِ فَهَذَا ذِکْرُ دَرَجَاتِ الْإِیمَانِ وَ مَنَازِلِهِ عِنْدَ اللَّهِ". "عَنْ أَبِی بَصِیرٍ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ لَا نَقُولُ درجة [الدَّرَجَةُ] وَاحِدَةٌ إِنَّ اللَّهَ یَقُولُ دَرَجَاتٌ بَعْضُهَا فَوْقَ بَعْضٍ إِنَّمَا تَفَاضَلَ الْقَوْمُ بِالْأَعْمَالِ"»