İslamın bütün qanunları və göstərişləri məxluqatın xeyrinə çox dəqiq hikmətlər əsasındadır.
O cümlədən İslamın hökmlərindən və qanunlarından biri budur ki, hacılara vacibdir qurban bayramı günündə mina adlı yerdə qurbanlıq etsin. Həcdə qurbanlıq etməyin hikmətlərindən bəzilər bunlardan ibarətdir: Hacıların nəfsani istəklərini qurbanlıq etməyə və əmmarə nəfsi zibh etməyə diqqəti, təqvanı və Allaha yaxınlığı ələ gətirmək, kasıblara və kimsəsizlərə kömək və.... hətta qurbanlıq ətlərindən heç bir istifadə olmayan halda da bu hikmətlərdən bəzilərini ələ gətirmək olar.
Xoşbəxtlikdən son illərdə Məkkənin heyvan kəsilən yerlərində bir çox imkanat hazırlanıbdır. Ətləri dondurmağa və bu ətlərə kasıbların ehtiyaclarını ödəməklə bir çox həddə israfın qarşısı alınıbdır. Baxmayaraq ki, bu uğurlar müvəffəqiyyət yüz faizlik mərhələyə yetişməyib amma bu yolda böyük uğurlar əldə olunubdur. Yüz faizlik istifadə mərhələsinə az fasilə qalıbdır.
O cəhətdən ki, İslamın hökmlərini və qanunlarını qoyan hikmətli Allahdır. İslamın bütün qanunları və göstərişləri məxluqat üçün xeyirli çox dəqiq hikmətlər əsasında yaranıbdır. Mümkündür biz onların bir çox hikmətlərindən və səbəblərindən xəbərdar olmayaq. İslamın hökmlərindən və qanunlarından biri budur ki, o kəslər ki, təməttü və Quran həcci yerinə yetirirlər qurban bayramı günündə Minada qurban kəsmələri vacibdir.[1]
İslam dünyasının alimləri ayələrdən və rəvayətlərdən istifadə etməklə həcdə qurbanlıq etmək üçün müxtəlif fəlsəfələr və hikmətlər bəyan ediblər ki, burada onlardan bəzisinə işarə edirik:
- Qurbanlıq etmək nəfsani istəklərlə mübarizə senbuludur.
Qurban bayramı günündə hacıların qurbanlıq etməsi nəfsani istəklərin qurbanlığı və əmmarə nəfsin zibhinin (başın kəsmək) senbuludur. Necə ki, Allahın həzrəti İbrahimə (ə) həzrəti İsmailin (ə) zibhi haqqında verdiyi göstəriş bu məqsədlə olubdur.
O həzrət bu əməlin sayəsində övlada qarşı məhəbbət ki, nəfsin köklü və möhkəm bağlılıqlarındandır mübarizə etsin. Allahdan itaət etməklə nəfsani bağlılıqları qırsın. Buna əsasən bu göstərişdən itaət etməyin həzrəti İbrahimin (ə) və həzrətio İslamailin (ə) nəfsin bağlılığları zindanından azad olmaqda böyük rolu olub və onların Allah yolunda dərəcəsini ucaldıbdır.
Hacılarında qurbanlıq etməsi dünya tələblik, mal pərəstlik zindanından azad və maddi dünyəvi bağlıəlıqlardan açılmaq üçün nəfslə bir növ mübarizədir.[2]
- Təqva əldə etmək və Allaha yaxınlaşmaq .
Quranı məcid bu barədə buyurur: "Bu qurbanlıqların ətləri və qanları heç vaxt Allaha yetişmir bəlkə Allaha yetişən şey təqva, pərhizkarlıq və siz bəndələrin əməllərinin paklığıdır..."[3] çünki Allahın qurbanlıq ətinə ehtiyacı yoxdur, çünki o nə cismdir və nə də ehtiyaclı, o kamil və hər cəhətdən sonsuz bir varlıqdır.
Başqa sözlə desək: Allahın qurbanlığı vacib etməkdən məqsədi odur ki, siz təqva yollarını getməklə kamil bir insan yolunda və istiqamətində qərar tutasınız. Gün bə gün Allaha daha yaxın olasınız. Bütün ibadətlər tərbiyət məktəbinin sinifləridir. Qurbanlıq insanlara isar, fədakarlıq, güzəşt və Allah yolunda şəhid olmaq üçün hazırlıq dərsini örgədir.
Habelə qurbanlıq etmək kasıbları və ehtiyaclılara kömək etmək dərsini örgədir.[4]
Təkcə əgər deyilən hikmətlərə diqqət etmiş olsaq, hətta qurbanlıq ətlərindən heç bir istifadə olmayan halda bu hikmətlərdən bəzilərini əldə etmək olar.
- Kasıblara kömək etmək (onlara yemək vermək).
Quran ayələrindən yaxşı istifadə olur ki, qurbanlığın hədəflərindən biri budur ki, onun ətindən lazımı istifadələr olsun. həm qurbanlıq edən ondan istifadə etsin həm də ehtiyaclı kasıblar.[5]
Bu dəyərli hədəfə əsasən müsəlmanlar edə bilməzlər qurbanlıq ətləri Minada yerə atsınlar ki, iyləsin və yaxud torpağa bastırsınlar. Bəlkə müqəddəs Mina torpaqlarında qurbanlıqdan ələ gələn ətləri birinci dərəcədə o yerin ehtiyaclı insanlarına versinlər, əgər həmin gün o yerdə ehtiyaclı tapılmasa, gərək o ətləri başqa məntəqələrə daşısınlar və ehtiyaclı insanların ixtiyarına versinlər. Hətta bu hikmətə əsasən əgər bu ətlər vaxtında ehtiyaclı insanların əlinə çatmasa və xarab olsada, qurbanlıq lazım deyil demək olmaz. Bəlkə müsəlmanlar çalışmalıdırlar inkişaf etmiş imkanlardan istifadə etməklə bu böyük sərvəti tez bir vaxtda ehtiyaclı insanların ixtiyarına qoysunlar.
Başqa sözlə desək: Kasıbların əlinə çatmadığı üçün qurbanlıq etməyin demək olmaz. Bəlkə demək lazımdır qurbanlıq etmək vacibdir və onun hikmətlərindən biri bu ətdən fəqirləri istifadəsidir, lazım olan imkanatı hazırlamaq lazımdır.
Xoşbəxtlikdən son illərdə Məkkəni heyvan kəsilən yerlərində bir çox imkanat hazırlanıbdır. Həccin rəhbərliyi (işçiləri) bir çox həddə müvəffəq olublar bu ətləri dondurmaqla israfın qarışısını alıb və onları ehtiyaclı insanların istifadəsinə çatdırsınlar. Baxmayaraq ki, bu uğurlar yüz faizlik mərhələyə yetişməyibdir. Amma bu yolda böyük uğurlar əldə olunubdur. Yüz faizlik istifadə mərhələsinə az fasilə qalıbdır.
[1] - Mənasik həcc (Əlməhşi lil- İmam Xomeyni: s 100 Mənasik həcc (lil Xomeyni), s 16.
[2] - Porsimani Quran saytından götürülüb.
[3] - Həcc surəsi, ayə 37.
«لَنْ يَنالَ اللَّهَ لُحُومُها وَ لا دِماؤُها وَ لكِنْ يَنالُهُ التَّقْوى مِنْكُمْ»
[4] - Təfsir nümunə, cild 14, səh 107.
[5] - Təfsir nümunə, cild 14, səh 83.