Mütaliə və təlif üçün daha çox çalışmaq və diqqət yetirmək lazımdır. Əgər bu iki əsas amil olmasa müvəffəqiyyət əldə etmək çətin olur. Belə ki, hər nə qədər mütaliə etsən, əgər qeydlər etməsən, onu başa düşməsən və sair. Deməli sən mütaliə etməmiş sayılırsan. Çünki ondan heç bir fayda əldə edə bilmirsən. Əlbəttə mütaliə etmək üçün müəyyən şərait olmalıdır ki, insan o mütaliədən faydalana bilsin. Bu şəraitin bəzilərini aşağıda qeyd edirik:
1) İlk növbədə mütaliə etmək üçün insanın məqsədi olmalıdır. Səni hədəf, fikir və məqsəd
2) Əlaqənin, səbrin və sair olması.
3) İşlərdə nəzmin və düzgün proqramın olması.
4) İstirahət, idman və az qədər əyləncə.
5) Elm çərçivəsində kitab seçmək, (yəni insan öz elmi çərçivəsində kitablar mütaliə etməlidir).
6) Səssiz, hava tempratoru münasib və işıqlanma şəraiti düzgün olan otaq şəraiti.
7) Mütaliə etmək üçün düzgün və standartlara uyğun vasitələrdən istifadə etmək. Bu barədə həkim məsləhətinə müraciət etmək.
8) Xülasə və qeydlər etmək.
9) Oxuduğun mətləblər və yaddaş etdiyin yazılardan istifadə etmək.
10) Düzgün qidalanmaq.
11) Daxili və xarici paklığın olması və daim dəstəmazlı olmaq.
12) Mətləbləri başa düşmək üçün dua etmək.
Bütün yaranmışların ən gözəli böyük İslam Peyğəmbəri Məhəmməd (s) Alaha belə dua edərək istəyir: (زِدْنِی عِلْماً) "İlahi mənim elmimi artır". Sizə məsləhət biləcəyim duanın tərcüməsi belədir: "İlahi mənə qaranlıqlardan nicat ver, bizim elm nurumuzu artır, İlahi rəhmət qapılarını mənim üzümə açıq qoy və elm xəzinəni mənə əta etməklə onu genişləndir! Ey mehribanların ən mehribanı. İnşaallah bu duanı oxumaqla və yuxarıda qeyd etdiyimiz şəraitə riayət etməklə elm yolunda müvəffəq olarsan.
Mütaliə etmək, diqqətlə yazmaq, onu başa düşmək və onun barəsində agahlıq ələ gətirməyə deyərlər. bu səbəbdən mütaliə diqqətlə, səbrlə və düzgün proqramla olmalıdır. Əgər hər bir "oxu" bu şəraitlə olmasa ona mütaliə demək olmaz.[1] Təbii ki, elm dəryasına baş vurmaq və oradan lazım olan elmi ələ gətirmək üçün xüsusi şərait lazımdır. Əgər mütaliənin şəraitinə uyğun əməl etməsək heç bir faydalı mütaliə ələ gəlməyəcək və nəticədə savadsız qalaraq yerimizdəcə sayacağıq. Bu səbəbdən də bu balaca məqalədə faydalı mütaliənin ələ gəlməsi üçün müəyyən şəraiti aşağıda qeyd edirik.
Birinci şərt: Mütaliə edən şəxs əvvəlcədən öz hədəfini və fikrini müəyyən etməlidir. Bundan əlavə mütaliəni sevə- sevə eşqlə etməlidir.
İkinci şərt: Böyük ruh yüksəkliyi və hövsələ ilə mütaliə etməkdə müvəffəq olmağın ümdə şərtlərindəndir. Çünki süstlüklə və hər bir problemlə mütaliədə müvəffəq olmaz gərəkdir. Fikir dağınıq olarsa heç bir fəhimdən və öyrənməkdən danışmaq olmaz.
Üçüncü şərt: Ürəyə yatan saatda mütaliə etmək; məsələn sübh və səhər çağları mütaliə etmək üçün ən münasib vaxt hesab olunur.[2]
Əgər kiminsə mütaliə etmək istedadı başqalarına nisbətən çoxdursa o hər zaman mütaliə edə bilər. Yəni onun üçün heç bir saat fərqi yoxdur. O hər vaxt mütaliə etsə əlaqə və eşqlə bu işi edəcəkdir. Ümumiyyətlə bu vaxta qədər mütaliənin saatı barəsində olunan təcrübələr hər hansı bir vaxtı konkret olaraq görməyiblər. Amma psixoloji qanunlara əsasən gecə yuxusundan oyandıqdan 30- 40 dəqiqə sonra olunan mütaliələr faydalı olur.
Amma bunu da qeyd edək ki, bizim yuxarıda qeyd etdiyimiz kəslər kimi mütaliə istedadımız yoxdur. Bu səbəbdən də əzgin və yorğun olduğumuz halda biz mütaliə etməməliyik.
Dördüncü şərt: Mütaliə etməkdə insanın konkret olaraq hədəfi müəyyən olmalı və mütüliə üçün seçdiyi kitab onun elm dairəsinin əhatəsinə daxil olmalıdır. Bundan və düzgün səlist üzünə oxumaq və oxunuşu dayana- dayana hecalamamaq mətləbi başa düşərək yadda saxlamaq da olduqca təsirlidir. Belə oxumaq elmi mövqeyi nəzərdən qəbul lunmamışdır. Belə oxunuşlar adətən vaxtın itməsinə və zehnin yorulmasına səbəb olur. Mütaliə edən şəxs konkret olaraq gecə- gündüz öz mütaliə saatını təyin etməli və bu proqram üzrə kitab oxumalıdır. Belə ki, bu proqram həftəlik, aylıq və illik olmalı və hər növ nəzimsizlikdən xaric olmalıdır.
Beşinci şərt: Mütaliə edən şəxs öz elmi tədqiqatlarında olduqca ciddi olmalıdır. Belə ki, heç bir mühüm olmayan amil onu bu işdən çəkindirməməlidir. Əksinə hər gün öz elmini artırmaqla daha da elm qülləsinə yiyələnməlidir.
Altıncı şərt: Mütaliə edən şəxs gün ərzində özü üçün konkret olaraq istirahət saatı təyin etməlidir. Belə ki, hər 30- 40 dəqiqə mütaliədən sonra 5- 10 dəqiqə istirahət etməlidir. O, bu işlə öz psixi və fiziki sağlamlığını qorumaqla öz işini davaç etdirməlidir.
Yeddinci şərt: Mütaliə salonu olduqca sakit və hər növ bər- bəzəkdən uzaq olmalıdır. Çünki salonda olan səs- küy və zinət əşyaları fikrin cənməlnəsinə mane olur, və nəticədə faydalı mütaliə ələ gətirmək olmur. Həmçinin salonun atmosfer tempratoru və işıqlandırma sistemi də mütaliə üçün münasib olmalıdır. Bütün bunlar insanın zehninin cəmlənməsinə və fiziki cəhətdən yorulmamasına kömək edir.
Səkkizinci şərt: Mütaliə vasitələri: O cümlədən mütaliə stolu və stulu standartlara uyğun olmalı və mütüliəyə kömək edən texniki avadanlıqdan istifadə etmək əlverişli olmalıdır. Bu və bu kimi məsələlərdə həkim məsləhətindən istifadə etməlidir. Məsələn: Mütaliə zamanı necə oturmaq lazımdır; hansı oturacaqlardan istifadə etsə daha yaxşı olar; stolla stulun məsafəsi nə qədər olmalıdır; neçə dəqiqədən sonra bir az gəzsə onun yorulmasına səbəb olar; hansı gimnastika proqramlarından istifadə etsə əzələlərin tutulmasına səbəb olar; hansı səhifələrdən istifadə etsə və kitabla nə qədər fasiləsi olsa gözləri ağrımaz və sair.
Bütün bunlar faydalı mütaliə etmək üçün olduqca təsirlidir.
Doqquzuncu şərt: Mütaliə edən şəxs oxuduğu kitablardan qeydlər və xülasələr götürərsə, bu onun yadda qalmasında olduqca təsirlidir. Yəni oxuduğu kitabın mündəricatından bəzi fəsilləri, qolları qeyd etmək, bəzi mövzuları konkret çəklində yazıb sonra təkrarlamaq və sair. Mütaliə üçün olduqca faydalıdır.
Onuncu şərt: Allaha təvəkkül, təvəssül etmək, daxili və zahiri paklıq və daim dəstəmazlı olmaq elm öyrənmək üçün ən mühüm amillərdən biridir.
On birinci şərt: Düzgün qidalanmaq, zehnə xeyirli qidaların istifadəsi bədənin və zehnin süstlüyünün qarşısını alır. İnsan qida proqramını elə tənzimləməlidir ki, onun zehninə xeyirli və faydalı olsun. O cümlədən, ağartı məhsulları, protein tərkibli qidalar; qırmızı ət məhsulları, tərəvəz məhsulları, meyvə məhsulları və xüsusən qoz, badam fındıq məsləhət görülür.[3]
On ikinci: şərt: Qəlbi gözəlləşdirmək, zikr etmək, Allahdan elm tələb etmək, öz və ya ərəb dilində dua oxumaq elm yolunda müvəffəq olmağın ümdə şərtlərindəndir. Böyük İslam Peyğəmbəri (s) öz Ulu Yaradanından belə istəyir:
«ربّ زِدْنِی عِلْماً»
"İlahi! Mənim elmimi artır"[4]
Aşağıdakı duanı oxumağı sizə məsləhət bilirəm:
1- " İlahi məni xəyal və cəhalətin qaranlığından çıxart və mənə elm nurunu əta et. İlahi elm qapılarını mənim üzümə açıq qoy və mənə elm xəzinəndən əta et, ey mehribanların ən mehehribanı".
«اللهم اخرجنی من ظلمات الوهم و اکرمنی بنور الفهم اللهم افتح علینا ابواب رحمتک و انشر علینا خزائن علومک برحمتک یا ارحم الراحمین»[5]
2- "İlahi sənə yolumu azmaqdan və azdırmaqdan, büdrəməkdən və kiminsə büdrəməyinə səbəb olmaqdan, zülmdən və zülm etməkdən, pənah aparıram. İlahi mənə əta etdiyin elmlərdən faydalanmağı mənə qismət et!
Mənə faydalı olan elmləri əta et və məni faydalı elmə tərəf yönəlt. İlahi mənə elmin mərtəbələrini və agahlığı əta et!"
«اللهم إنی أعوذ بک أن أضل أو أضل أو أزل أو أزل أو أظلم أو أظلم أو أجهل أو یجهل علی اللهم انفعنی بما علمتنی و علمنی ما ینفعنی و زدنی علما و الحمد لله على کل حال اللهم إنی أعوذ بک من علم لا ینفع و من قلب لا یخشع و من نفس لا تشبع و من دعاء لا یسمع»[6]
İlahi faydasız elmlərdən sənə pənah aparıram. Sənin müqabilində əyilməyən qəlbdən və qəbul olunmayan dualardan sənə sığınıram. Ey mənim Allahım".[7]
Bu duaları oxumaqla və yuxarıda qeyd etdiyimiz şərtlərə əməl etməklə faydalı və bərəkətli mütaliyə yetişmək olar. Amma bunu da yadda saxlanaq lazımdır ki, bizim qeyd etdiyimiz bu şərtlərə əməl etməsən mütaliə elm yolunda müvəffəq olmayacaqsan.[8]
[1] - Mukəni, Əbdür- rəhim, rəveşe mütaliə və təlxis, səh 23.
[2] - Şəcəri, f, yadgiriye əxlaq, səh 125, nasir əncüməni qələm, İran 1377.
[3] - Yenə də ora, səh 119.
[4] - Taha surəsi, ayə 114 Bax: Hidayət təfsiri, cild 14, səh 327.
[5] - Qomi, Şeyx Abbas, Məfatihul cinan, səh 1201 Mütaliə duası.
[6] - Şəhid sahi, minyətul murad, səh 211.
[7] - Minyətul murad, höccəti, seyyid Məhəmməd Baqirin tərcüməsi, abad təlim dər İslam.
[8] - Bax: Əbzar və rəveşe təhqiq, dəşti Məhəmməd Mehr Qom çapı, 1366. İdariye amuzeşi zimmi xidmət 2 çap, 1360, şəcəri, yadgiriye əxlaq əncüməni, qələm naşiri, 1377.