İmam Hüseyn (ə)- ın İslam qoşununa əsir düşən Şəhrbanu ilə izdivacı barədə, neçə nəzər mövcuddur, çünki rəvayətlərin bəzisində bu xanımın Ömərin xilafəti zamanında əsir düşməsi yazılıb və digərlərində Osmanın xilafəti zamanı. Həmçinin onun və atası üçün çoxlu adlar qeyd olunubdur. Bu məsələlərə nəzər saldıqda, imam Hüseyn (ə) ın həyat yoldaşının və imam Səccad (ə)- ın anasının İranlı olması (və Şəhrbanu adlı bir qadın olması) barəsində qəti nəzər vermək çətindir.
İmam Hüseyn (ə)- ın üçüncü Yezdgerdin qızı (Şəhrbanu) ilə izdivacı barədə, tarixçilər və hədisçilər arasında neçə nəzər var:
1. Şeyx Səduq (rh) həzrət imam Zeynul- Abidin (ə)- ın anası barəsində bu hədisi yazmışdır: Səhl ibn Qasim Nuşcani deyir: İmam Rza (ə) Xorasanda mənə buyurdu: Bizimlə sizin aranızda qohumluq var. Dedim: Bu qohumluq nədir? Buyurdu: Abdullah ibn Amir ibn Kəriz Xorasanı fəth edən zaman İran şahı Yezdgerddin qızlarından ikisini tapdı və onları Osman ibn Əffanın yanına göndərdi. Osman ibn Əffan onlardan birini İmam Həsənə, digərini imam Hüseynə (ə) bağışladı.
Bu iki qız doğandan sonra vəfat etdilər. İmam Hüseyn (ə)- ın həyat yoldaşı imam Səccadı dünyaya gətirdi. İmam Hüseyn (ə)- ın həyat yoldaşı vəfat edəndən sonra, imam Hüseyn (ə)- ın kənizlərindən biri, imam Səccada dayəlik etdi."[1] Bu rəvayətə əsasən, Yezdgerdin qızı, Ömər ibn Xəttabın zamanında deyil Osmanın zamanında Mədinəyə aparılıb.
Şeyx Abbas Qummi bu rəvayət barəsində deyir: Bu hədis Yezdgerdin qızını Ömər ilə ibn Xəttabın zamanında gətirməyi qeyd edən hədislərlə müxalifdir və o hədislər daha məşhur və daha möhkəmdirmər.[2]
2. Kuleyni (rh) İmam Səccadın (ə) anasının kimliyi barəsində bu hədisi qeyd edibdir: "Yezdgerdin qızını Ömərin yanına gətirən zaman, Mədinə qızları ona tamaşa etmək üçün boyunlarnı uzadırdılar. Məscidə daxil olan zaman, Məscid onun nurundan parladı. Ömər ona baxdı, qız üzünü örtdü və dedi: "Of, biruc bada Hormoz" (vay, Hormozun dövranı qaralsın). Ömər dedi: Bu qız məni söyür və ona tərəf üz tutdu. Əmirəl- möminin Ömərə buyurdu: Sənin ona zərər yetirməyə haqqın yoxdur. Ona bu ixtiyarı ver ki, özü müsəlman kişilərdən birini seçsin, və qənimət payında hesab et. Ömər ona icazə verdi. Qız gəldi və əlini Hüseyn (ə)- ın başına qoydu, Əli (ə) ona buyurdu: Sənin adın nədir: Dedi: Cahanşah. Həzrət buyurdu: Əksinə Şəhrbanudur.
Sonra Hüseynə (ə) buyurdu: Ey əba Əbdillah! Bu qızdan sənin üçün yer üzünün ən yaxşı şəxsi doğular. Əli ibnil Hüseyn (ə) ondan dünyaya gəldi. O həzrətə İbnul- xeyrəteyn (iki seçilmişin oğlu) deyirdilər. Çünki, Allahın ərəblərdən seçdiyi "Haşim və əcəmlərdən "Fars" idi.[3]
Bu rəvayəti sənəd və mətn nəzərindən çoxlu araşdırıcılar tənqid ediblər. Məsələn deyilibdir: Onun sənədində "Əmr ibn Şemr" adlı bir şəxs var ki, rical alimləri nəzərindən zəif olub və əmin insan deyil.[4]
Mətn cəhətindən də ona çoxlu iradlar tutulubdur, məsələn:
A). Yezgirdin qızının əsir olması, çox şəkilli bir məsələdir.
B). İmam Hüseyn (ə)- ın belə bir qızla həmin zamanda evlənməsi şəkklidir. Çünki birinci rəvayətə əsasən, bu qız Xorasan fəth ediləndən yəni hicrətin 22- ci ilində Osmanın zamanında əsir düşüb. Halbu ki, ikinci rəvayət, Ömərin zamanında olmasını deyir ki, əgər meyar bu olsa, imam İran fəth edilənzaman 10 və 11 yaş içində olubdur. Çünki İran Ömərin xilafətinin ikinci ilində fəth olub. Buna əsasən imamın bu yaşda evlənməsi qeyri mümkündür.
C). İmam Səccad (ə)- ın anasının nəsəbi barəsində də keçən tarixi və rəvayi mənbələrdə ixtilaf var idi. Yəqubi (vəfat 284 q)[5], Məhəmməd ibn Həsən Qummi,[6] Kuleyni (vəfat 329 q),[7] Məhəmməd ibn Həsən Səffar Qumi (vəfat 290 q), Əllamə Məclisi,[8] Şeyx Səduq (vəfat 381 q)[9] və Şeyx Mufid (vəfat 413 q)[10] kimi bəzi alimlər, onu Yezdgerdin qızı sayırlar. Hərçənd onun adında eyni fikirdə deyillər.
Bu nəzərin qarşısında, bəzi keçmiş və müasir kitablar digər nəzərlər, onun sistanlı, sindi və ya Kabuldan olması kimi qeyd ediblər. Kitabların çoxu onun əsir olması yerinin adını qeyd etmədən, yalnız "Ummu vələd" (övlad sahibi kəniz) adı ilə onu yad edirlər.[11]
Bəziləri Subhan, Sencan, Nuşcan və Şiruyə kimi İranın böyük şəxslərinin adlarını onun atası kimi qeyd ediblər.
Bu rəvayətləri araşdırmaq və tənqid etmək üçün, bu xəbərlərin sənəd bəhslərinə söykənə bilmərik. Çünki nəzərlərin heç birinin möhkəm sənədi yoxdur. Bundan əlavə tarixi- Yəqubi kimi tarix kitablarının çoxu, öz yazdıqlarını sənədini qeyd etmədən nəql edirlər.
Buna əsasən yalnız mətn cəhətdən onlar haqda danışmaq olar ki, burada da aşağıdakı iradlar özünü göstərir:
1. Bu xəbərlərin ixtilafının ən mühüm iradı onun və atasının adını qeyd etməkdədir ki, müxtəlif mənbələr, Şəhrbanu, Səlaxə, Qəzzalə kimi müxtəlif adlar onun üçün nəql ediblər.
2. Onun əsir olmasının zamanı barəsində bu xəbərlərin müxtəlif olması da iradlardan biridir. Bəziləri onu Ömərin zamanında, bəziləri Osmanın zamanında və Şeyx Mufid kimi bəziləri onu həzrət Əli (ə)- ın xilafəti zamanında biliblər.[12]
3. Müsəlmanların İranlılarla müharibələrini il- ilə izləyən və Yezdgerdin İranın müxtəlif şəhərlərinə qaçma yolunu göstərən tarixi- Təbəri və İbn Əsirin Əl- kamil kimi kitabları, heç yerdə onun övladlarının əsirliyini qeyd etməyiblər, halbu ki, bu məsələ işarə olunan cüzi hadisələrdən daha mühümdür.
4. Məsudi kimi keçmiş yazıçılardan bəzisi, üçüncü Yüzdgerdin övladlarını qeyd edərkən, onun Ədrək, şahın və Mərdavənd adlı qızlarının olmasını qeyd edirlər ki, həm İmam Səccad (ə)- ın anası üçün qeyd olunan adların heç birinə uyğun deyil, həm də öz yazılarının hamısında onların əsir olması haqda heç bir xəbər vermir.[13]
Hər halda, o həzrət (ə)- ın anası barəsində mövcud olan digər nəzərlərin və həmçinin üçüncü əsrin axırlarından qabağa qədər ravilərin çoxunun onu Sind ya Kabul kənizlərindən bildiklərini[14] nəzərə alaraq və bu sübutların hamısı ilə, imam Səccad (ə)- ın anası barəsində qəti nəzərə əl tapmaq olmaz.[15]
[1] - Uyuni- əxbarir- rza, ikinci hissə, səh 128, h 6, Təshih və əlavələr, seyid Məhdi Hüseyni Lacurdi, çap 1377 hicri qəməri, naşir Mirza Məhəmməd Rza Muhtədi, çap birinci (Nur cameul- əhadis diskindən götürülüb).
[2] - Qummi, Şeyx Abbas, Muntəhəl- amal, cild 2, səh 30. Çap hicrət.
[3] - Usuli- kafi, cild 1, səh 467. Axundi nəşriyyatı.
[4] - Xulasətul- əqval fi- mərifətir- rical, ikinci bölüm, səh 241, bab 7, Əmr kəlməsi; Baxın: Şəhrbanu imam Hüseynin həyat yoldaşı.
[5] - Tarixi- Yəqubi, cild 2, səh 303.
[6] - Tarixi- Qum, səh 195.
[7] - Usuli- kafi, cild 2, səh 369.
[8] - Biharul- ənvar, cild 46, səh 9.
[9] - Uyuni- əxbarir- Rza, cild 2, səh 128.
[10] - Əl- irşad, səh 492.
[11] - Biharul- ənvar, cild 46, səh 9.
[12] - Əl- irşad, səh 492.
[13] - Əli- ibnil- Hüseyn (ə)- ın həyatı, səh 12.
[14] - Şuubiyyə, səh 305.
[15] - Baxın: İmam Səccadın anası.