Ətraflı axtarış
Baxanların
5668
İnternetə qoyma tarixi: 2012/07/24
Sualın xülasəsi
Şiənin etiqadı var ki, bütün məxluqatın hesabı, şiə İmamlarının əlində olacaq?
Sual
Şiə şeyxi Hürr Amuli deyir: Bütün məxluqatın hesabı şiə İmamlarının əlində olacaq. (Əlfusulil- mühimmə fi- usulil- əimmə kitabı, cild 1, səh446).
Qısa cavab

Əgər bir kəsin etiqadı ola ki, bir dəstə müstəqil şəkildə və Allahın icazəsi olmadan, məxluqatın hesabına yetişə bilər və onlar üçün mükafat və cəza təyin edə bilər. Aydındır ki, bu etiqad dini təlimatlarla uyğun deyil. Bundan əlavə Allahın faili tohidiylə də ziddiyyəti vardır, amma əgər bir kəsin etiqadı ola ki, bir dəstə seçilmiş və xüsusi insanlar, nəin ki, müstəqil, bəlkə Allahın icazəsiylə məxluqatın hesabına yetişə bilərlər və onlar üçün mükafat və cəza təyin etsinlər. Bu mümkün bir iş olacaq və əqli şəri cəhətdən heç bir maneəsi olmayacaq.

Nə eybi və iradı var ki, Allah bütün qüdrətlərini Allah dini üçün sərf edən kəsləri qiymətləndirmək üçün ki, bu yolda hər şeydən o cümlədən mallarından və canlarından keçiblər: Hüseyn ibni Əli (ə) kimi, bəndələrin hesabın onlara tapşırsın ki, Allah ədaləti əsasında onların arasında hakimlik etsin.

Ətreaflı cavab

Cavabdan əvvəl sualda olan qaranlığı aydınlaşdırmaq lazımdır.

Sualdakı təəccüb məlum deyil sübut məqamına aiddir ya isbat? Başqa sözlə desək, sualda müəyyənləşməyib ki, əslində mümkündür Allahdan başqa bir kəs, bəndələrin hesab kitabın öhdəsinə alsın, buna irad olub, ya bu ki, kökündən bu iş qadağandır. Amma sual şiə İmamlarının dərəcəsi haqqındadır? Bu cəhətdən biz hər iki hissəni araşdırırıq:

Sübut və mümkünlük haqqında, iki ehtimal təsəvvür olur.

  1. Bu ki, bəziləri müstəqil şəkildə və Allahın icazəsi olmadan (Allahın iradəsinin qarşısında) Allahın yaratdıqlarını hesab kitab edə bilsin və onlar üçün mükafat ya cəza təyin etsin. Aydındır ki, əgər bir kəsin dini təlimatlarla azca tanışlığı olsa, belə fikri qəbul etməz. Bundan əlavə Allahın əfali töhidiylə ziddir: Bu cəhətdən heç bir mömin bu sözə inanmaz.
  2. Bu ki, seçilmişlərdən bir dəstəsi nəin ki, müstəqil olaraq, bəlkə Allahın icazəsiylə (Allahın iradəsi boyu) Allahın yaratdıqlarını hesab kitab edə bilərlər və onlar üçün mükafat və cəza təyin edə bilərlər.

Bu iş mümkün və qəbul olunası olacaq və onun üçün heç bir əqli və şərii təcrübə gərək olmayacaq.

Amma isbat və xaricdə baş verməsi haqqdında kafi və hər tərəfli cavabda əldə etmək üçün, neçə məsələyə diqqət etmək lazımdır:

Birinci: Şübhə yoxdur ki, ilk baxışda, müstəqil olaraq bütün işlər Allahın əlindədir və heç bir başqa varlıq Allahla bu işdə şərik deyildir.[1]

İkinci: Baxmayaraq ki, Allahın təklikdə bütün mümkün işlərə qüdrəti vardır və hər şey onun iradəsiylə olur.[2] Amma Allahın sünnəti və qanunu belə qurulub ki, işlər xüsusi yollardan keçməlidir. Bu cəhətdən yaratdıqlarına tapşırılır. Buna əsasən Allahın dünyada və axirətdə elçiləri və işçiləri vardır ki, işlərin bir çoxu onlara tapşırılıbdır. Məsələn bunu nəzərə alaraq ki, bilirik ölüm və həyat Allahın əlindədir, amma Quranda Allah can almağı ölüm mələyinə[3] və başqa bir yerdə mələklərə[4] nisbət verir.

Zəkəriyya Peyğəmbərə Yəhyanı bəşarət vermək haqqında, bunu nəzərə alsaq ki, Allah özü vasitəsiz bu işi edə bilərdi, amma görürük ki, bu işi bir mələkə tapşırır və buyurur: "(Zəkəriyya) mehrabda ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: Həqiqətən Allah sənə özü tərəfindən gələn kəlməni (insanı) təsdiq edən (tayfasına) ağa nəfsinə hakim və əməli salehlər zümrəsindən bir Peyğəmbər olacaq Yəhyanın xəbərin müjdə verir:[5]

Quranda və rəvayətlərdə buna oxşar bir çox yerlər vardır.

Deyilənləi nəzərə alaraq bu işin xüsusi bir dəstə vasitəsiylə icra olunması və onu qəbul etmək çətin bir iş olmayacaq. Nə eybi var ki, Allah bütün qüvvələrini Allah dini üçün sərf edən şəxsləri qiymətləndirmək üçün ki, bu yokda hər şeydən o cümlədən mallarından və canlarından keçiblər; Hüseyn ibni Əli (ə) kimiləndələrin hesabın onlara tapşırsın ki, Allah ədaləti əsasında onların arasında hakimlik etsin.[6]

Əhli- sünnət qardaşlarımızın mənbələrində "يوم ندعو كل أناس بإمامهمَ" ayəsinin təfsirində, Peyğəmbərdən (s) və Əlidən (ə) nəql olubdur: İslam Peyğəmbəri (s) buyurub:

«قال يدعو كل قوم بإمام زمانهم و كتاب ربهم و سنة نبيهم»

Hər kəs zəmanə İmamı, Pərvərdigarının kitabı və Peyğəmbərinin sünnətiylə çağırılacaq.[7]

Həzrəti Əludən (ə) nəql ediblər ki, o həzrət buyurub: Hər kəs zəmanə İmamıyla çağırılacaq".[8]

Buna əsasən şiələrin bu inancının nə iradı var.

Qeyd etmək lazımdır ki, Quranda Allah, Peyğəmbər və möminlər, başqalarının işlərinə nəzarət edənlər sayılıblar.[9] Bizim rəvayətlərdə möminlərdən məqsəd İmamlar təfsir olubdur.[10]

Bu ayəyə və buna oxşar ayələrə diqqət edərkən, habelə bu ayələr haqqındakı rəvayətlərə diqqət edərkən, aydın olur ki, bəndələrin əməllərinə bir kəs nəzarət eedir. O kəsdən ya şahid ya hesabçı ya da hakim adıyla istifadə olunmalıdır.

Bəzi rəvayətlərdə bu məsələnin bəzi hikmətləri də bəyan olubdur.

İmam Sadiqdən (ə) " وَ عَلَى الْأَعْرافِ رِجالٌ يَعْرِفُونَ" ayəsinin təfsirində, rəvayət nəql olubdur: Hər bir ümmətin İmam Zamanı, onları mühasibə edər, İmamlar (ə) dostlarını və düşmənlərini simalarından tanıyırlar və budur Allah sözünün mənası: " وَ عَلَى الْأَعْرافِ رِجالٌ يَعْرِفُونَ"[11] Quminin rəvayətinə görə həzrəti İmam Sadiq (ə) buyurur: Hər ümmətin hesabın onun İmam Zamanı müsahibə edər. İmamlar öz dostlarını və düşmənlərini tanıyırlar. Necə ki, buyurub: " و على الاعراف رجال يعرفون كلّا بسيماهم". Onlar İmamlardırlar. O gündə öz dostlarının əməl dəftərlərini sağ əllərinə verərlər.

Öz düşmənlərinin əməl dəftyərin onların sol əllərinə verərlər, o dəstə cənnətə gedər, bu dəstə cəhənnəmə daxil olarlar".[12]

 


[1] - Kəhf surəsi, ayə 26.

[2] - Yasin surəsi, ayə 82, onun bir şeyi istədiyi zaman ona buyurduğu ancaq: "Ol!" deməkdir. O da dərhal olar.

[3] - Səcdə surəsi, ayə 11. De "Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır.

[4] - Ənfal surəsi, ayə 50. Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura- vura: Dadın yandırıcı əzabı!"- deyib canlarını alanda görəydim!.

[5] - Ali- imran surəsi, ayə 39.

[6] - Deynuri, əbu Hənifə, Əhməd ibni Davud, əxbarut- tival, Məhdi Damğani, Mahmud, cəh 298- 308, Tehran, ney nəşri, dördüncü çap, 1371, hicri şəmsi.

[7] - Suyuti, Cəlalud- din, Əddurrul- mənsur fi təfsiuril- məsur, cild 4, səh 194, naşir, Ayətullah Mərəşi nəcəfinin kitabxanası, Qum, 1404 hicri qəməri.

[8] - Qurtabi, Muhəmməd ibni Əhməd, Əlcami, li- əhkamil- Quran, cild 11, səh 297, Nasir Xosrov nəşriyyatı, Tehran, birinci çap, 1364 hicri şəmsi.

[9] - Tövbə surəsi, ayə 105, De "(Ey insanlar istədiyinizi) edin. Allah, onu Rəsulu və möminlər tezliklə əməllərinizi görəcəklər. Siz tezliklə qeybi və aşkarı bilən Allahın hüzuruna qaytaracaqsınız, o da sizə nə etdiklərinizi xəbər verəcəkdir.

[10] - Kuleyni, Kafi, cild 1, səh 219, dördüncü çap, darul- kutubul- İslamiyyə, Tehran, 1365 hicri şəmsi.

[11] - Məclisi, Məhəmməd Baqir, Bəharul- ənvar, cild 27, səh 315, Əlvəfa müəssisəsi, Beyrut 1404 hicri qəməri.

[12] - Qumi, Əli ibni İbrahim, Təfsiril- qumi, cild 1, səh 231, darul- kitab, Qum dördüncü çap, 1367 hicri şəmsi.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163850 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159146 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118741 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111913 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105761 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92596 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54137 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49529 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44951 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44400 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...