Bədr döyüşü, Müsəlmanların ilk müharibə təcrübələridir ki, tarixdə baş vermişdir. Əlbətdə islam yeni bir din və bir dəstəbüt pərəst və müşrüklərlə qarşı- qarşıya durmuşdu. Onlar islamın məhv olmasından başqa hec bir istəkləri yox idi. Odur ki, müsəlmanların Allah tərəfindən mələklər vasitəsiyləhimayət olunması zəruri idi. Biz inanırıq ki, müsəlmanlara Ühüd döyuşündə də qeyb qüvvələrindən onlara nəsib olmuşdur. Allah onların düşmənlərinin ürəyinə qorxu hissi saldı ki, onların döyüş meydanını tərk edib qacmasına səbəb oldu. Bir gecə rəvayətə əsasən, Mələklər imam Hüseynə (ə) kömək etmək ücün o həzrətin xidmətində hazır oldular lakin o həzrət bunu qəbul etmədi.
Quran ayəsinə əsasən mələklərin kömək etməyə gəlməsi yalnız bəşarət və təşviqücün idi nəyinki ələ qılınc alıb döyüşmək ücün . Yəni bu cür deyil biz bir tərəfdə oturub və Allahı onlarla müharibə etməyə məmur
Edək, o cür ki, İsrai övladları belə etdilər və dedilər:
Ey Musa hec vaxonlar orada olan müddətdə biz oraya daxil olmayacaqıq, biz burada gözləyirik sən öz rəbbinlə gedib onlarla mühibə edin. Bizim sizdən sualımız budur, O Allah ki, Həzrət İbrahimi (ə) Nəmruların, həzrət İsanın (ə) İsrail övladlarının əlindən nicat verdi , O Allah Həzrət Zəkəriyya və Yəhyanı (ə) zülımkar Hərudisiin və digər peyğəmbərləri İsrail övladları və başqa zalimlərin əlindən nicat verə bilməzdim?
Bu sualın cavabı ucün bir necə zəruri nöqtəyə işarə etmək lazımdır:
1. Dünya varlığı bir sıra qanunlara əsasındadır ki, onu hikmət sahibi olan bir şəxs qərar vermişdir.
Allahın dünyaya hakim olması qanunu əsaasında fəaliyyət edən hər bir şəxs öz işinin nəticə və səmərəsinə cataçaqdır. Əlbətdə fərqi yoxdur o insaən xeyir xah insan olsun və ya zülüm kar, xeyir iş görsün və ya bəyənilməyən.[1]
Bun əsasən müşahidə edirik bir cox peyğəmbərlər o cümlədən həzrətt Zəkəriyya və Yəhya (ə), bəlkə islam peyğəmbərindən olan rəvayətə əsasən (bir gündə) qırx üc peyğəmbər və yüz on iki nəfər xeyir işə dəvət və cirkin əməllərdən cəkinməyə insanları qacıran cağıran ilahi insanları, İsrail övladları öldürmüşdülər.
Allah Taala Bəqərə surəsində buyurur :
Sizin istəmədiyiniz bir şeylə hansı bir peyğəmbər sizin ücün göndərildi, kafir olub bir dəstəsini yalancı adlandırıb digər bir dəstəsini isə öldürdünüz.[2]
2. İlahi hikmət və məsləhəy əsasında; illəti əsərsisqərar verir və yaxud nəticəni illətə nisbət vermədən yaradır. Od kimi bir varlıq onun yandırma qabiliyyəti onun xususiyyətidir, lakin Həzrət İbrahimi (ə) üçünsoyuq olur və Həzrət İsa (ə) atası olmadan dünyaya gəlir, baxmayaraq ki, bunlar təbiət qanunlarından kınar deyil bəlkə təbiət daxilində baş verir. Amma təbiət qanunundan istisna bir haldırki, möczə olaraq baş verir.
Bu qanuna əsasən, İsrail övladları Həzrəti İsanı öldürmək qərarına gəldikdə Allah onun düşmənlərindən birini onun oxşarı qərar verir ki, o həzrətin əvəzində öldürürlər və həzrət İsanı qeb aləminə aparır.[3]
3. Allah Taala quranda buyurur: ƏgərAllaha kömək etsəniz Allah da sizə kömək edər.[4]
Bu ayə mömünləri cihada cağırır, Allaha kömək etdiklərihalda, Allah da onlara kömək etməsini vədə verdi. “Allaha kömək “dən məqsəd Allah yolunda cihad və yalnız haqq və dini təyin etməkdir, nəyinki cihad edib dünyaya rəhbərliy etsinlər və yaxud döyüşdən qənimət əldə edib öz hünər və güclərini digərlərinə elan etsinlər.“
“Allah da sizə kömək edər “cümləsindən məqsəd, düşmənlərə qələbə şəraitini sizin ücün yaradar, deməkdir. Misal ücün sizdən qorxu hissini kafirlərin qəlbinə salır, bir cox işləri sizə xeyirinə və düşmənlərin zərərinə həyata kecirib sizin qəlblərinizi möhkəm və mücaətli edər.[5]
4. Allah taala büyurur: Diqqət edin mələklərin sizin köməyinizlə gəlməsi, sizin təşviq və ruhunuzun möhkəm olması ücündür, əks halda qələbə Allah tərəfindəndir ki, hər bir şeyə qadir və hər bir işə həkimdir.“[6]
Bütün deyilənlərə əsasən cavabı müsbət və mənfi cəhətlərdən ixtiyarınızda qərar veririk:
A: Bildiyimiz kimi Ühud döyüşündə peyğəmbəri səhabələrindən bir coxu o həzrətin fərmanından boyun qacırıb rəmat dağını (Cəbəlul- əynəyn) tərk etdilər düşmənin ikinci dəfədən hucum etməsinə səbəb oldu və nəticədə düşmən qoşunu müsəlmanlara qələbə caldı, burada bizim sualımız budur, Ühüd döyüşündə Allah müsəlmanlara kömək etmədim? indiyə dək bu haqda fikirləşibsinizmi müşrüklər qələbə əldə etdikdən sonra nə ücün Mədinəyə daxil olmadılar? Nə ücün peyğəmbəri axtarıb tapmadılar? nə ücün bütün müsəlmanları öldürmədilər? Bəlkə bu hadisədən sonra peyğəmbər
onları təqib etdi ki, bu hadisə tarixdə Həmraul- əsəd adıyla məuf olunmuşdur.[7]
Bunun ücen də biz inanırıq ki, müsəlmanla Ühüd döyüşündə də qeyibi köməklərdən bəhrələnmişdirlər, Allah onların düşmənlərinin ürəyinə qorxu hissi salmışdır ki, döyüş meydanını tərk edib qacmağa səbəb olmuşdur.
İmam Həsən(ə) və Huseyin(ə) barəsində də diqqət etmək lazımdır onları və səhabələri qarşısında ki, sayları cox az idi və həqiqətən o həzrətin kənarında şəhid olmağa hazır idilər, bir dəstəsi özlərini özlərini müsəlman kimi göstərib, imam və səhabələri kimi namaz qılıb oruc tuturdular bütün bunlara əsasən;
Birinci: Onun möcüzə olmasıyla sona catması kifayət etmir.
İkinci: Dünya imtahan yeridir və hər iki dəstə bu imtahandan kecməlidirlər. Bundan əlavə bəzi rəvayətlərə əsasən mələklər kömək ücün o həzrətin xidmətində hazır oldular lakin o həzrət qəbul etmədi.[8] Mümkündür biz həyatımızda bir cox bu cür mələklərin köməyindən istifadə etmişik amma bunlara diqqət etməyib onları muşahidə etməmişik.
Lazım olan nöqtələrdən biri də budur ki, ona diqqət etmirik dördüncü nöqtədir ki, quran dabuna təkid edir, mələklərin kömək ücün gəlməsi yalnız bəşarət və ruhiyyənin güclənməsi ücündür, nəyinki ələ qılınc alıb döyışmək ücün;yəni bu cür deyil bir yerdə oturub və Allahı onlarla müharibə etməyə məmur edək o cür ki, İsrail övladları etdilər və dedilər:Ey Musa, o vaxta qədər ki, onlar oradadırlar biz hec bir zaman oraya daxil olmayacağıq, bəs biz burada otururuq sən öz rəbbinlə gedin onlarla müharibə edin.[9] Bəlkə hər bir cəmiyyət öz aqibətini öhtəsinə götürməlidir.
B: Sizdən sualımız budur, o Allah ki, Həzrət İbrahimi Nəmrudların və Həzrət İsanı İsrail övladlarının əlindən nicat verdi, Həzrət Zəkariyya Həzrət Yəhyanı zalım Hərudisin əlindən və digər peyğəmbərlərin İsrail övladları və başqaların zülümündən nicat verməyə qüdrəti catmırdımı?!
Qeyid olunanlara qısa nəzər saldıqda nəticə alarıq ki, möcüzə təbiət aləmindən kənar deyil bəlkə bu aləmdə baş verir, lakin təbiət qanunlarından istisna bir işdir ki, möcüzə olaraq həyata kecir, əlbətdə bu Allahın məsləhəti olan bir halda baş verir.
[1] - Ali İmran,195
«فاستاجب لهم ربهم اني لا اضع عمل عامل منكم دكراو انثي بعضكم»
[2] - Bəqərə,87.
«افكلما جاكم رسول بما لا تهويانفسكم استكبرتم ففريقا كدبتم و فريقا تقتلون»
[3] - Nisa,157. “Dedilər: Biz Məsih İsa ibn Məryəmi öldürdük!”Bir halda ki, onu asmayıb və öldürməmişdirlər bəlkə bu iş onlar üçün müşahidə olunmuşdur. O şəxslər ki, onun (ölümü) barəsində ixtilaf etdilər, şübhə icində idilər və yəqinləri yox idi.
[4] - Məhəmməd, 7.
[5] - Təbatəbayi, Məhəmməd hüseyin, Əlmizan, Musəvi Həmadani, Seyyid Məhəmməd Baqir, cild 18, səh 346 və 347. Dəftəre intişarate islami,Qum, beşinci çap, 1374, şəmsi.
[6] - Ali İmran 126
[7] - Əbu Əmr Yusif ibn Abdullah ibn Məhəmməd ibn əbdul Birr. Əl-İstiyab fi mərifətil-əshab,Əl-bəcavi , Əli məhəmməd,clid 3,səh 1428,
Beyrut, Darul-Cəbəl, birinci sal, 1992.
[8] - Əlavə məlumat əldə etmək ücün “Aşura günü cinlər və mələklərin imam hüseynə köməyi “göstəriciyə nömrə 7503 və “Allah Taalanın imam Hüseynin ölümünün qarşısınıalmaması “göstəricisinə nömrə 7605- ə müraciət edin.
[9] - Maidə surəsdi, ayə 24