Şiə məktəbi; digər məktəblər kimi tarix boyu ifrat və təfritlə bir olmuşdur. Bu cərəyan müxtəlif adlarla o cümlədən Ğulat, Müqəssirə, Nasibilər tanınmış şiə və onların İmamları üçün bir çox çətinliklər yaratmışdırlar. Şiə İmamların, şiələrin bu cərəyandan amanda qalması üçün çoxlu səylər etmişdirlər.
Onlar öz məqamlarını açıqlayaraq ifrat və təfritdən uzaq olmağa tövsiyə edir, bu fikrdə olanların çöhrələrini aşkar və əsl şiə əqidəsini müsəlmanlar arasında xüsusiylə də öz davamçıları arasında elan edirdilər. Şiə alimləri də İmamların kəramət və xüsusiyyətlərini bəyan etməklə ğuluv edənlərin kafir olduqlarını və onların bu cür səhv etiqadlarını rədd etmişdirlər.
İmamlar barəsində “ğuluv” məsələsi səmavi dinlərdə ən mühüm çaşdırıcı məsələlərdən biri olmuşdur.
Ğuluv həmişə özüylə bir böyük eybi vardır və o da dinin əsasına zərbə vurmaqdır; yəni Allahı pərəstiş etmək və tövhid, bunun üçün də İslam ğuluv edən şəxslər üçün ağır cəza nəzərdə tutaraq “əqaid” və “fiqh” kitablarında ən pis kafir kimi tanıtdırır.[1]
Dində ğuluv etmək onu inkar etmək deməkdir; çünki ğuluvun ziyanı dini inkar etməyin ziyanından az deyildir. Bəzi vaxtlar dində olunan ğuluv bir çoxlarının dindən üz çevirməsinə səbəb olur; çünki onların pak fitrətləri bu cür çirkinlikləri qəbul etmir.
Bu zaman o çirkinlikləri inkar və rədd etməklə dinin əsl və əsası da inkar və rədd olunur. Misal üçün Məsihilərin İsa barəsində ğuluv etmələri savadlı insanlar və elm sahiblərinin Məsihi dinindən uzaq və o həzrətin Peyğəmbərliyinin inkar edilməsinə səbəb oldu; çünki onlar təmiz fitrətlərinə əsasən dərk etmişdirlər ki, iman İlahi tərəfindən bəşəriyyətə verilən varlıqdır. Odur ki, küfrün qiymətsiz bir şey olduğunu dərk etdilər ki, özlərini çətinliklərə atmasınlar məgər həqiqi dini xurafatdan ayırsınlar.
Müxtəlif dinlərə nəzər saldıqda bəzi ğuluv fikirlərin olduğunun şahidi olduruq. Qurani- kərim bəzi yerlərdə bu mövzuya işarə edərək insanları ğuluvdan pərhiz etməyə çağırır.[2]
İslam dini də digər İlahi dinlər kimi bu qorxulu bəlaya düçar olmuşdur. İslam Peyğmərinin (s) vəfatından sonra ilk ğuluv olunan söz O həzrətin barəsində olmuşdur. Müxtəlif dövürlərdə bəzi dəstələr müsəlmanlar arasında aşkar olaraq bu cür ğuluv fikirləri təblığ etməyə başlamışdırlar.
Bu dəstələrin ən mühüm səyi bundan ibarət idi ki, bəşəriyyətdən yüksək bir məqamı bəzi dini və siyasi rəhbər və şəxsiyyətlərə nisbət versinlər. Burada bəzi mövqelər nəzərdə tutulurdu qabaqda xülasə olaraq onlara işarə edəcəyik.
- Əməvilərin hakimiyyətə gəlməsi və onların Əhli- beytlə şiddətli kin- küdrət və düşmənçiliyi, bu cür bir cərəyanın onların himayəsi daxilində yaranmasına səbəb oldu.
Bu cərəyan bir tərəfdən öz rəhbərlərinə nisbət ğuluvla olan düşüncələri idi,[3] başqa bir tərəfdən isə şiə İmamlarına öz düşmənçilik, əhanət və lənət oxumaqları idi ki, xüsusiylə də həzrət Əli (ə)- ı nəzərdə tutmuşdurlar. Bu cür sürətli cərəyan ki, sünnü tarixçilərin dediklərinə əsasən Nəvasib adıyla məşhur olmuşdurlar[4] ki, şiələr arasında əks nəticə göstərməyə səbəb olmuşdur. Bu arada belə nəticə yarandı ki, Əhli- beyti sevənlər ifrat yoluna üz qoyaraq İmamlardan müdafiə etmək məqsədiylə bəzi sözlərdən istifadə edirdilər ki, İslamdan kənar fikirlərdən təsirlənmişdir. Bəşəriyyətdən üstün bir məqamı onlar üçün canlandırırdılar.
- Bəzi şəxslər ki, məqam pərəst və İmamların hüzurunda idilər səbəb olurdu cəmiyyətdə özləri üçün bir məqam əldə etmək üçün İmamlar barəsində ğuluv edirdilər; yəni İmamlar üçün İlahi məqam qail olsunlar və özlərini O həzrətin nümayəndəsi elan etsinlər.
- İslam dini bir çox əhkam və qanunlar sadir etməklə bu cür həddi olmayan azadlıqların qarşısını aldı. Bu cür azadlıqlar qeyd olunan qanunlar çərçivəsindən çıxmağı tələb edirdi; çünki ğuluv bəzi insanlar barəsində ğuluv və onlara İlahi sifətləri nisbət vermək, onların vasitəsiylə şəriətin ləğv olunmasına və bunun düzgün əməl olmasına yol açacaqdır.[5]
O cümlədən nahaq yerə dindən müdafiə var- dövlət və ruzi toplamaq, həddindən artıq aşiq olmaq, dində fəsad etmək və dövrün hakimiyyətiylə müxalifət etmək şiə cərəyanında ğuluva gətirib çıxaran amillərdən sayılır.
Ğuluv edənlərin bir sıra qaydaları,məqsədlərinə çatmaq üçün, bir hədis düzəldib və onları İmamlara nisbət vermək idi.[6]
Bu məqsəd üçün müxtəlif yollardan istifadə edirdilər. Bunlardan biri də “dəss” dir; yəni bir rəvayət düzəldib onu şiənin rəvayət kitablarında yerləşdirirdilər.
Ğuluv edən şəxslərdən biri də ki, bu cür işlərə əl qoymuşdur, Muğeyrə ibni Səid, İmam Baqirin (ə) şagirdlərindən olmuşdur.
İmam Sadiq (ə) onun bu hiyləsinə ki, ğuluv rəvayətlərini İmam Baqirin (ə) əshabının kitablarında yerləşdirirdi, işarə etdikdən sonra ona lənət və nifrin etmişdir.[7]
İmam Rza (ə) bəzi rəvayətlərin ğuluv əhlinin vasitəsiylə düzəlməsi barəsində Əbul- Xəttab kimilərinə işarə edir.
İmam Əli (ə) Əbul- Xəttaba lənət etdikdən sonra bu cür rəvayətləri qəbul etməməyə tövsiyə edir.[8]
Bu cür cərəyanın olması, İmamlarla müxalif hakimiyyətlər üçün yaxşı bir bəhanə idi ki, bu cür sözlərdən istifadə edərək, şiələrdə küfr və şirk o cümlədən İmamlara qarşı şiddət göstərərək şiələri öz əsarətləri altında saxlayırdılar.
İmamlar da (ə) cəmiyyətə hakim olan vəziyyəti müşahidə edərək, şiələri bu cür fikirlərdən uzaq olmağa çağırırdılar. Həmişə onlarla mübarizə edərək müxtəlif şəkillərdə o cümlədən məzəmmət və lənət etmək,[9] dindən çıxmış[10] kimi vasitələrlə səy edirdilər şiələri bu yollarını azmış insanlardan amanda saxlasınlar.
Lakin bu qarşılıqda İmam və ğuluv əhli arasında iş o yerə gəlirdi ki, İmam tərəfindən bəzi şəxslərin öldürülməsinə hökm verilirdi ki, İmam Hadi (ə)- ın əmriylə Fars ibni Hatəmin öldürülməsinə işarə etmək olar.[11]
Diqqət etmək lazımdır digər dinlər və məzhəblərdə də rəhbərlərə nisbət ğuluv müxtəlif şəkillər və dəlillərdə olmuşdur. İkinci xəlifəyə nisbət ğuluv və Ömərin müvafi olması mövzusu[12] və onun Peyğəmbərdən (s) fəzilətli[13] olması ki, sünnü kitablarında bəyan olmuşdur, bu sıra rəvayətlərdəndir.
İmamların (ə) ğuluv əhli barəsində nəzərləri:
Əgər şiənin mötəbər rəvayətlərində tədqiq etsək və bir anlıq Əhli- beytin (ə) ğuluv edən şəxslər barəsində olan sözlərinə diqqət yetirsək, biləcəyik ki, şiə İmamları qədər heç kəs yollarını azmış bu dəstəylə mübarizə aparmamışdır.
İmam Əli (ə) buyurur: Ey mənim Rəbbim ğuluv edən şəxslərdən sənə sığınıram o cür ki, İsa (ə) Nəsranilərdən sənə pənah apardı. Allah onları həmişəlik xar etdi və onlardan heç biri müvəffəq olmadı.
İmam Sadiq (ə) ğuluv və onların fikirləri barəsində buyurur: Öz cavanlarınızdan qorxun ki, ğuluv əhli onları fəsada doğru çəkməsinlər. Həqiqətən ğuluv əhli Allahın ən şərr məxluqlarıdırlar. Allahın əzəmətini kiçik sayır və onun bəndəsi üçün rübubiyyət qail olurlar.[14]
O həzrət əlavə edir: Ən kiçik bir şey ki, insanı imandan xaric edir cahil şəxsin yanında otrusun və onun sözlərinə qulaq assın. Bu zaman onun dediklərini dəsdiq etsin. Sonra buyurdu: Atam, babam Peyğəmbərdən nəql etmişdir ki: Mənim ümmətimdən iki dəstə İslamdan bəhrələnməmişdir ğuluv tayfası və Qədəriyyə.[15]
Bir rəvayətdə ki, İmam Rzadan (ə) ğuluv və Müfəvvizə barəsində nəql olunmuşdur, buyurur: Ğuluv əhli kafir, Mufəvvizə tayfası isə müşrikdirlər. Hər kəs onlarla bir olsa və ya onlarla bir süfrə başında otursa və yaxud onlara qız verib qız alsa... o cümlədən sözlə onlardan müdafiə etsə, Allahın, onun Rəsulunun və O həzrətin Əhli- beytinin vilayətindən xaric olmuşdur.[16]
Şiə alimlərinin ğuluv barəsində nəzəri
Şiə alimlərinin ğuluv barəsində nəzəriyyələrini əldə etmək üçün kifayətdir şiə rical kitablarına o cümlədən, ricali Kəşşi, Nəccaşi, Əllamə Hilli, Fəzairi və... kitablarına müraciət olunsun ki, bu yollarını azmış tayfa barəsində olan şiə alimlərinin nəzəriyyəsi məlum olacaqdır.
Şiə alimlərindən olan Şeyx Mofid Səduqun əqaid kitabına yazdığı şərhdə “ğuluv”və “təfviz” kəlmələrinə işarə etmiş və ğuluv barəsində deyir: “Ğuluv əhli zahirdə İslama iman gətirmiş, İmam Əli (ə) və digər İmamları ki, O həzrətin nəslindəndirlər Allah və Peyğəmbər məqamına nisbət vermişdirlər və dində və dünyada onlar barəsində o qədər sözlər demişdirlər ki, öz həddindən təcavüz etmişdir. Bu cür şəxslər kafir və yollarını azmışdırlar. İmam Əli (ə) bu cür şəxsləri öldürüb odda yandırmalarına əmr Digər İmamlar da onların kafir və dindən xaric olduqlarına hökm vermişdirlər”.[17]
Şiə fəqihləri öz şəri risalə və kitablarında, təharət bölümündə ğuluv əhlini Xəvaric və Nasibilərin kənarında qərar verib onların nəcasətdən olduqlarına fətva vermişdirlər.[18]
Deyilənlərə əsasən, qeyd olunmuş rəvayətlərdən istifadə edərək tarixdə İmamlara nisbət verilən ğuluvun təsiri ki, bəzi dəlillərə görə olmuşdur müsəlmanlar arasında və bəzi əlimizə çatan mənbələrdə özünü aşkar edir. Əlbəttə bu məzmunda olan rəvayətləri heç bir şiə alimi qəbul etmir.
Odur ki, alimlər bu cür rəvayətlərlə ki, İmamların uluvhiyyətini bildirir, Quran ayəsi və digər rəvayətlərlə müxalif olduqları üçün, onların etibarlı olmadığına hökm verib və onları nəql edənləri ğuluv əhli olduqlarını bildirirlər. Quran və rəvayətlərin, Peyğəmbər (s) və İmamların (ə) məxluq olmasına təkidi
Qurani- kərim müxtəlif yerlərdə Peyğəmbərin bəşər olmasına işarə edib bizləri onlar barəsində ğuluv etməkdən çəkindirir.[19] Peyğəmbərləri digər insanlar kimi məxluq[20] və bəşər[21] olduğunu bəyan edir.
Peyğəmbər (s) və şiə İmamları (ə) həmişə məxluq olmalarına və ona möhtac olduqlarına təkid etmişdir. Peyğəmbər (s) buyurur: Biz Allahın məxluqu və bəndəsiyik, onun əmrinə əməl edib və nəhy etdiklərindən uzaq oluruq.[22]
İmam Sadiq (ə) atasının əhvalından nəql edərkən buyurur: Axşamlar mən atamın yatağını hazırlayıb gözləyərdim ki, gəlib yatsın. Atam yatağına girdikdə, mən də öz yatağıma gorərdim. Bir gecə çox gözlədim, təcili məscidə getdim amma heç kim məsciddə yox idi, o vaxt hamı yatmışdı. Təsadüfən atamın məscidin bir küncündə səcdədə ağlayıb nalə edərək bu sözləri dediyini eşitdim! Ey mənim Rəbbim! Pak və təmizsən, mənim həqiqi Allahım sənsən. Ey mənim mövlam sənin qarşında torpağa düşmüşəm (səcdə edirəm). Ey mənim Allahım mənim ibadət və itaətim az və dəyərsizdir sən mənim savabımı artır Allahım səni and verirəm qiyamət gününə ki, insanları yerin altından aşkar edəcəksən, məni cəhənnəm əzabından uzaq et.
Ey mənim Rəbbim! Məni bağışla ki, sən mehriban və bağışlayansan.[23]
O cümlədən İmam Sadiq (ə) o şəxsin cavabında ki, O həzrətə qarşı uluvuhiyyət qail idi buyurur: Biz yaradılmış bəndəyik ki, Allaha ibadət etmək üçün yaradılmışıq,[24] və ya buyurur: And olsun Allaha biz onun məxluquyuq, bir Allahımız vardır ki, ona itaət edirik, əgər ona pərəstiş etməsək əzab edəcəkdir.[25]
İmamlar barəsində təqsir
Bütün dediklərimiz İmamlar barəsində olan ğuluvdan bəyan olunmuş İmamlar və şiə alimləri tərəfindən rədd edilmişdir. Amma digər bir nəzəriyyə ki, İmamların məqam və mənziləti barəsində verilmişdir, təqsir adıyla məruf olmuşdur. Bu nəzəriyyənin sahiblərini isə müqəssirə adlandırırlar.
Bu nəzəriyyə ğuluv nəzəriyyəsinin əksinə olaraq, o qədər İmamların məqam və mənzilətini aşağı gətirmişdirlər ki, (məmuli) sıravi bir insan məqamında bilirlər. İmamlar və şiə alimləri bu nəzəriyyəylə də müxalifdirlər, baxmayaraq ki, ğuluv əhlinin zərərinin daha çox olmasını bildirirlər.[26]
Əslində İmamların (ə) müxalifləri bu iki vasitəylə; yəni İmamlar barəsində ğuluv və təqsir o cümlədən onların düşmənlərini məzəmmət etmək üçün rəvayətlər düzəltməklə İmamlar və şiənin əsasına zərbə vururdular. Şiənin İmamlar (ə) barəsində əsl nəzəri:
Məsum İmamlar (ə) həmişə şiələri və öz davamçılarını, müxtəlif məsələlərdə xüsusiylə bu cür işlərdə normal və bərabərliyə tövsiyə etmişdirlər.[27]
Bəzi rəvayətlərdə İmamların məqam və fəzilətlərinə necə nəzər salmağı bəyan etmişdir.[28] Şiə alimləri də Quran və məntiq dəlilləri əsasında Peyğəmbər və İmamlar üçün bəzi xüsusiyyətləri isbat edirlər ki, onlardan hər biri bu insanların məqam və mənzilət sahibi olmasına tələb edir: Misal üçün Peyğəmbər və İmamların Məsum olması və lədunni (əzəli) elmləri olması ki, Quran və rəvayətlər təyid etmiş və o cümlədən ağıl da bunu qəbul edir. Şiə alimlərinin nəzərində İmamlar kəramət sahibi və digər insanlara nisbət hamıdan üstündürlər. Bu kəramətlərdən bəziləri şiənin rəvayət mənbələrində gəmişdir.[29]
Sünnü mənbələrində də bu fəzilətlər bəyan olunmuşdur; misal üçün Peyğəmbərin (s) həzrət Əli (ə) və Əhli- beyti üçün dediyi fəzilətləri saymışdırlar.[30] Ğuluvda diqqət yetirməli nöqtə bundan ibarətdir ki, ğuluv, əhliylə digərləri arasında olan etiqadı həddə nəzər salınsın; yəni o şeylə ki, eşidirik və mümkündür onu dərk etməyək və ya bizim düşüncəmiz onunla müxalifdir onu ğuluv hesab etmək olaz. Bir çox kəramətlər mümkündür ilk baxışda həqiqət olmadığı kimi nəzərə alınsın, amma diqqət etdikdə Quran, rəvayət və ağıl baxımından onun əsasını dərk etmək mümkündür: Bəs yaxşı olar ki, atiqadi məsələləri öyrənmək üçün, məzhəbə bağlı olan etiqadi təəssübləri kənar qoyub, o cümlədən ğuluv düşüncəsi ki, Peyğəmbər (s) və İmamların kəramət və fəzilətləri barəsindədir pərhiz olunsun.
Buna əsasən, diqqət etmək lazımdır, bəzi ğuluvdan uzaq edən, bu nöqtələr ki, İmamlar bütün bu məqamlarıyla Allahın bəndələri idilər və bütün bu fəzilət, kəramət və məqama Allahın izni və onun lütfü sayəsində sahib olmuşdurlar. Onlar, o cür ki, yaradılışlarında Allaha möhtac omuşdurlar, sifətlərində də ona möhtacdırlar və özləri müstəqil deyildirlər. Odur ki, bu qüdrətləri isbat etməyin tövhidlə müxalifəti yoxdur, bəlkə tövhidə təkid edir.[31]
[1] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 25, səh 265, Cameul- əhadis CD
[2] - Nisa surəsi, ayə 171
[3] - Qəzvini, Zəkəriyya ibni Məhəmməd, Əhsən əl- təqasim, cild 2, səh 596 Əmir- kəbir, Tehran, birinci çap, 1373 hicri şəmsi
[4] - Zərkəri, Xeyruddin əl- Əlam, cild 3, səh 180, Darul- elm, Beyrut, səkkizinci çap, 1989; İbni Kəsir, İsmayıl ibni Ömər, Əl- bidayə və əl- nihayə, cild 8, səh 2, Darul- fikr, Beyrut, 1404, hicri qəməri
[5] - Səduq, Məhəmməd ibni Həsən, İləluş- şəraye, cild 1, səh 227, Heydəriyyə nəşriyyatı, Nəcəf, 1386 hicri qəməri
[6] - Hürr Amuli, Məhəmməd ibni Həsən, Vəsaiüş- şiə, cild 16, səh 181, Aulu beyt li ehyaut- turas müəssisəsi, Qum, birinci çap, 1409 hicri qəməri
[7] - Kəşşi, Məhəmməd ibni Ömər, Ricali Kəşşi, səh 225, Məşhəd inistitu nəşriyyatı, 1348 hicri qəməri
[8] - Həmin, səh 224, Məşhəd inistitu nəşriyyatı, 1348 hicri qəməri
[9] - Hürr Amuli, Məhəmməd ibni Həsən, Vəsailüş- şiə, cild 28, səh 348
[10] - Nuri, Hüseyn, Müstədrəkül- vəsail, cild 12, səh 315, Alul- beyt li ehyaut- turas, Qum, birinci çap, 1408 hicri qəməri
[11] - Hürr Amuli, Məhəmməd ibni həsən, Vəsailüş- şiə, cild 15, səh 124
[12] - İbni Kəsir Dəməşqi, İsmayıl ibi Ömər, Təfsiri əl- nQuranil- əzim, cild 1, səh 259, Darul- kitab əl- elmiyyə, Mənşurat Məhəmməd Əli Beyzun, birinci çap, 1419 hicri qəməri
[13] - Həqqi Brusəvi, İsmayıl, Ruhul- bəyan təfsiri, cild 3, səh 37, Darul- fikr, Beyrut.
[14] - Tusi, Məhəmməd ibni Həsən, Əl- əmali lil- Tusi, səh 650, Darus- səqafə nəşriyyatı, Qum, birinci çap, 1414
[15] - Səduq, Məhəmməd ibni Əli, Əl- xisal, cild 1, səh 72, Cameətu müdərrisin höveye elmiyyeye Qum nəşriyyatı, ikinci çap, 1403 hicri qəməri
[16] - Səduq, Məhəmməd ibni Əli Uyuni əxbar əl- Rza (ə), cild 2, səh 203, Cahan nəşriyyatı, 1378 hicri qəməri
[17] - Məkdermut Martin, tərcümə edən Əhməd Aram, Əndişehaye kəlamiye şeyx Mofid, səh 153
[18] - Hilli, Əllamə Həsən ibni Yusif, Qəvaidul- əhkam fi Mərifətul- halal və haram, cild 1, səh 192, Dəftəre intişarate İslami vabəste be Cameətu Müdərrisin hözeye elmiyyeye Qum, birinci çap, 1413 hicri qəməri
[19] - İbrahim surəsi, ayə 11
[20] - Ali- imran surəsi, ayə 59
[21] - Kəhf surəsi, ayə 110
[22] - Hürr Amuli, Məhəmməd ibni Həsən, Vəsailüş- şiə, cild 4, səh 302, Alul- beyt ehyaut- turas müəssisəsi, birinci çap, Qum 1409 hicri qəməri
[23] - Kuleyni, Məhəmməd ibni Yəqub, Əl- kafi, cild 3, səh 323, Darul- kitab əl- İslamiyyə, Tehran, dördüncü çap, 1365 hicri şəmsi
[24] - Ravəndi, Qutbuddin , Əl- xəraic və Əl- cəraih, cild 2, səh 637, İmam Məhdi müəssisəsi (əc), Qum, birinci çap, 1409 hicri qəməri
[25] - Şəhraşub, Məhəmməd, Əl- mənaqib, cild 4, səh 219, Müəssiseye intişarate Əllamə, Qum, 1379 hicri qəməri
[26] - Tusi Məhəmməd ibni Həsən, Əmaliye Tusi, səh 650, Darul- Səqafı nəşriyyatı, Qum, birinci çap, 1414 hicri qəməri
[27] - Səduq, Məhəmməd ibni Əli, Uyuni əxbarir- Rza (ə) cild 1, səh 303, Cahan nəşriyyatı, 1378 hicri qəməri
[28] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 8, səh 70, Əl- vəfa müəssisəsi, Beyrut, Lobnan, 1404 hicri qəməri
[29] - Ravəndi, Qutbuddin, əl- xəraic və əl- cəraih, cild 2, səh 735, İmam Məhdi (əc) müəssisəsi, Qum, birinci çap, 1409 hicri qəməri
[30] - Təbərani, Süleyman ibni Əhməd, Əl- möcəmul- Kəbir, cild 3, səh 41, 50, 56, 108, Məktəbətul- ulum və əl- həkəm, Musil, ikinci çap, 1402 hicri qəməri.
[31] - Əlavə məlumat əldə etmək üçün bax: Tərxan, Qasim, Negəreşe irfani, fəlsəfi və kəlami be şəxsiyyəte və qiyame İmam Hüseyn (ə), çilçıraq, birinci çap, 1388 hicri şəmsi