Həzrət Fatimənin (ə) Peyğəmbərin (s) vəfatından sonra hansı çətinliklərlə qarşılaşdığı barədə, çoxlu sözlər və rəvayətlər vardır. Bu mövzuda sizin diqqətinizi sünni məzhəbinin ən etibarlı kitabı səhih Buxaridən olan rəvayətə cəlb edirik.
Həzrət Fatimənin (s) Peyğəmbərin (s) vəfatından sonra hansı çətinliklərlə qarşılaşmaması barədə çoxlu söz və rəvayətlər vardır ki, mümkündür bütün bu qeyd olunmuş hədisləri, sünni qardaşlar qəbul etməsin, amma ümumi olaraq onu inkar etmək mümkün deyildir.
Bu mövzuda sizin diqqətinizi sünni məzhəbinin etibarlı kitabı səhih Buxaridə olan rəvayətə cəlb edirik:
«ان فاطمه ابنة رسول الله سألت ابا بکر الصدیق بعد وفاة رسول الله (ص) أن یقسم لها میراثها ما ترک رسول الله ص مما أفاء الله علیه فقال لها أبوبکر أن رسول الله ص قال لا نورث ما ترکنا صدقة فغضبت فاطمة بنت رسول الله فهجرت أبا بکر فلم تزل مهاجرته حتی توفیت» [1]
Fatimə (s) Peyğəmbərin (s) qızı, Peyğəmbərin (s) vəfatından sonra birinci xəlifədən istədi ki, onun mirasını ona qaytarsınlar. Əbu Bəkd dedi Peyğəmbər (s) buyurmuşdur: Biz özümüzdən sonraya irs qoymuruq bizdən qalan hər bir şey sədəqədir!
Fatimə (s) bu sözü eşitdikdə qəzəbləndi və o zamandan vəfatına kimi Əbu Bəkrlə danışmadı.
Bildiyimiz kimi həmin Səhih Buxari kitabında Peyğəmbərdən (s) rəvayət vardır ki, hər kəs Peyğəmbəri (s) qəzəbləndirsə məni qəzəbləndirmişdir.[2]
Bu iki rəvayət ki, hər iki İslam məzhəbi qəbul edir, şiə etiqadını qəbul etmək üçün Fatimeyi Zəhranın (s) məzlum olması barəsində kifayət edir.
Şiə və sünni mənbələrində daha ətraflı mənbələr ki, həzrət Zəhranın (s) həyatının tarixi barəsində sual 5256 (sayt 5512)- ni mütaliə etdikdən əlavə bu mövzuya məxsus[3] saytlara müraciət edə bilərsiniz.
[1] - Səhih Buxari, cild 4, səh 42. Darul- fikr, Beyrut 1401, hicri qəməri.
[2] - Həmin, cild 4, səh 210.
[3] - Nümunə üçün buraya müraciət edə bilərsiniz.