Qeyd etmək lazımdır ki, ictihad bir sıra fərqli elementlərə malikdir; o cümlədən ictihad mənbələri (Quran, sünnət, ağıl və s.) kimi və yaxud onların mövzu və şərtləri (elm, müctehidin dini mətnlərdən çıxarışı və s.) kimi bu qəbildən olan elementlərə işarə etmək olar. Hər bir müctehid, daim bu fərqlilik və ziddiyyətləri diqqətə almalıdır. Buna əsasən xüsusi bir məsələ barəsində müctehidin verdiyi fətvanın zaman axarında dəyişməsi mümkündür. Ümumi qaydaya görə əgər mərcə təqlidin rəy və fətvası dəyişilərsə, keçmiş fətvasına yox, yeni fətvasına əməl etmək lazımdır.
Dünyasını dəyişən müctehidin verdiyi ilk fətvanın qüvvədə qalmasını ya ölümdən sonra (həqiqətləri kəşf etdikdən sonra) bu nəzərinin dəyişdiyini bilmirik. Ona görə ki, təkcə ölümdən sonra hansı rəyin daha dolğun olduğu üzə çıxır. Daha aydın desək müctehid ölümündən qabaq kitab əsasında fətva verirdisə, ölümündən sonra həqiqətin özü ona əyan olur.
Bunlarla yanaşı müctehidin fətvası ölümündən sonra etibarsız sayılmır. Əksər fəqihlərin nəzərincə ölən müctehidin müqəllidləri diri müctehidin icazəsi ilə ona təqlidi davam etdirə bilərlər. Hətta bəzi elm adamları meyit müctehidə “ibtidai təqlid”i icazəli bilirlər.
İctihad bir sıra fərqli və dəyişkən elementlərə malikdir; o cümlədən ictihad mənbələri (Quran, sünnət, ağıl və s.) və yaxud onların mövzu və şərtləri (elm, müctehidin dini mətnlərdən çıxarışı və s.) bu qəbildən olan elementlərdəndir. Bir müctehid öz fətvaları qarşısında öhdədar və məsul olduğu üçün Allah dərgahında onlara görə cavab verməlidir. Deməli, müctehid daim ictihad və ünsürlərin dəyişkənliyini fətvalarında nəzərə almalıdır. Bu əsasla müctehidin bir məsələ barəsində rəyi zaman çərçivəsində dəyişkənliyə məruz qalır.
Bu o vaxtdır ki, müctehid diri və “istinbat” qüdrətinə malikdir. Eyni zamanda onun elmi hökmləri, mövzuları, onların şərait və qeydlərini, həmçinin şərait və qeydlərin dəyişkənliyini əhatə edir. Müctehid dünyasını dəyişdiyi və ya “istinbat” qüdrətini itirdiyi təqdirdə isə elementlərin dəyişkənliyini öz fətvalarında diqqətə ala (emal edə) bilməyəcəkdir. Bu motivdən əksər fəqihlərin rəyi budur ki, bu cür müctehidə "ibtidai təqlid" (yəni ona yeni təqlid etmək istəyənlər) düzgün deyil və diri vaxtında ona təqlid edənlər təqlidi davam etdirmək üçün diri müctehidin icazəsi şərtdir. Amma yeni məsələlərə görə diri müctehidə təqlid edilməlidir. Deməli, müctehidin fətvasının ölümündən sonra qüvvədən düşməsi fikri qəbuledilməzdir. Necə ki, bəzi məşhur alimlər, o cümlədən mühəqqiq Qumi, "Şərif əl-üləma" (Şeyx Ənsari) vəfat etmiş ələm müctehidə "ibtidai təqlid"i icazəli bilirlər.[1]
Bu məzmun (mərcə təqlidin diri olma şərti), şiə ictihadının diri və tədqiqatçı olmasına sübutdur ki,[2] nəinki fətvasının keçərli olmasından ötrü müctehid diri olmalı, bəlkə həyatdan əlavə istinbat qüdrətinə, ağıl və fikri sağlamlığa da sahib olmalıdır. Buna əsasən şüur və fikir sağlamlığını itirən müctehidə təqlid etmək olmaz.
Baxmayaraq ki, müctehidin keçmiş fətvaları sağlığında ona təqlid edən müqəllidlər üçün etibarlı (diri müctehidin izni ilə) və mütəxəssis nəzəri ünvanında əhəmiyyət və etibara malikdir, elm ocaqlarında dərslik olaraq alimlərin tədqiqat predmeti kimi istifadə olunur.
Yaxşı olar ki, cavabımızı əllamə Cəvadi Amulinin sözləri ilə təkmilləşdirək. O, bu temanın isbatında buyurur: "Vəfat etmiş müctehidə təqlidi davam etdirməyin düzgün olub-olmadığımı məsələsində müctehid və fəqihin vəfatı ilə fikir və rəylərinin aradan getməsi, bununla da ona təqlidin etibarsızlığı məsələsi mühüm çətinlik deyil. Çünki ölüm ruhun məhvi deyildir. Bəlkə ölüm ruhun bədəndən ayrılmasıdır. Ölən ruh yox, nəzarətçisini itirən bədəndir. Deməli, rəy sahibi ölməmişdir və ya ölən, rəy sahibi deyildir.
Beləliklə, müqəllidin diriliyində təqlid etdiyi müctehidə təqlidini davam etdirməsi məsələsi həllini tapmışdır.
Əsas çətinlik bundadır ki, ümumi bir qanun əsasında əgər müctehidin fətva və rəyi yenilənərsə, köhnə fətvasına əməl etmək olmaz. Bəlkə onun yeni fətvasına əməl edilməlidir. Müctehidin dünyadan köçəndən sonra (həqiqətləri kəşf etməklə) əvvəlki nəzərinin dəyişib-dəyişməməsi bizə məlum deyil. Ona görə ki, ölümdən sonra hansı rəyin düzgünlüyü məlum olur. Belə ki, müctehid diriykən fətvaları kitablardan çıxarış edirdisə, ölümündən sonra isə kitab, mədrəsə, hövzə söhbəti yoxdur. Bəlkə həqiqət onun üçün aydınlaşır. Görəsən bu şəxs vəfatından sonra keçmiş nəzərində qalmışdır yoxsa öldükdən sonra başqa bir məsələ onun üçün həllini tapmışdır? Bu əsas çətinlikdir.
Başqa bir şübhə müctehiddə olan mötəbər elmdir ki, müqəllidlər sözügedən elm əsasında mərcələrə təqlid edirlər. Bu sübutlu və nəzəri elm, kitab, sünnət, icma, nəzəri və əqli dəlillərdən istinbatla hasil olmuşdur. Yəni, ictihad üçün bir sira bünövrələr, həmçinin istinbat üçün əsaslı ictihad mənbələri mövcuddur ki, müctehid məlum əsasları və qaydaları o mənbələrdən çıxarış edərək fətva verir. Amma vəfatından sonra sözügedən mənbələrdən istifadəyə ehtiyac olmur. Bəlkə bütünlüklə nəzəri elm şühudi (həqiqi) elmə çevrilir. Mədrəsə elmi bağlanır, qəlb elmi zühur edir. Müzakirə edilən çətinlik bundadır ki, əgər diri müctehid üçün hər hansı bir məsələ kəşf və sühud vasitəsilə aydın olarsa, (mümkündür bu onun özü üçün sübut və dəlil olsun) başqaları da məlum məsələdə ona təqlid edə bilərlər ya yox?
Cavabında demək lazımdır ki, yalnız hövzəvi, terminoloji mənbə və köklərdən istinbat edən müctehidin fətvaları mötəbərdir. Amma əgər bir kəs nəfsi saflaşdırma sayəsində, mədrəsə, fiqh, üsul yolunu keçmədən şəri hökmlər onun üçün sabit olarsa, ona təqlid etmək olmaz. İntəhası müctehid özü həqiqəti kəşf etdiyi üçün yaxşı olar ki, öz fətvasına əməl etsin. Əlbəttə, əvvəli kəşf və şühudla başlayan elmlə, həyat boyu hövzəvi mənbə və əsaslardan istinbat olunan, ölümdən sonra isə vasitəsiz elmə çevrilən elm arasında fərq var. Hər bir surətdə fikir ayrılığı müctehidin vəfatından sonra (nəzəri elmi kəşf və şühuda çevrilməklə) yenə onun fətvasına əməl edilib-edilməməsi məqamındadır.
Vəfat etmiş müctehidin təqlidində qalmaq kimi məsələlərdə hədəf, bədənin elmə təsirində deyil, bəlkə can və ruhun elmdə rolu vardır. Ruh və can ölümdən sonra nəzəri elmi vasitəsiz elmə çevirir və bu elm öz növbəsində kəşf, şühud və nəfsi saflaşdırmaqla əlaqəlidir.[3]