İnsanın günahlarının bağışlanması yolları çox olmasına baxmayaraq biz onların bəzilərini aşağıda qeyd edirik:
1). Tövbə və Allaha tərəf qayıdış (bəzi şərtlərlə)
2). Günahların bağışlanmasına səbəb olan ən gözəl savabları əldə etmək, yəni yaxşı əməllərə qədəm qoymaq.
3). Kiçik günahların bağışlanmasına səbəb olan böyük günahları tərk etmək.
4). Dünyanın bütün imthanlarına və müsibətlərinə səbr etməklə yanaşı bərzəx əzablarına da səbr etmək. Çünki o qiyamət səhnəsinin başlanğıcı hesab olunur.
5). Şəfaət. Əlbəttə bunu da qeyd edək ki, şəfaət vasitəsi ilə günahların bağışlanmasının özünə aid müxtəlif şərtləri vardır. Ən azından şəfaət olunanda şəfaəti qəbul etmək şəraiti və qabiliyyəti olmalıdır.
6). İlahi tərəfindən bağışlanmaq. Bu da həmçinin insanlara aid edilir ki, onların bağışlanmaq üçün şəraitləri vardır. (Yəni günahı az olan möminlər nəzərdə tutulur).
Qurani kərimin müxtəlif ayələrinə istinad edərək deyə bilərik ki, insanın bağışlanmaq yolları bir- birindən fərqlidir. Onların bir neçəsinə aşağıda işarə edirik.
1). Tövbə edərək böyük günahlardan çəkinmək, peşiman olaraq bir daha o günahlara qayıtmamaq, gələcəkdə belə kiçik günahlara yol verməmək və yaxşı əməllər yerinə yetirməklə insan bağışlanmaq şəraiti əldə edir. Həmçinin bu barədə çoxlu ayələr mövcuddur. Amma biz onların birini qeyd etməklə kifayətlənirik:
«هُوَ الَّذِی یَقْبَلُ التَّوْبَةَ عَنْ عِبادِهِ وَ یَعْفُوا عَنِ السَّیِّئاتِ»
"Bəndələrdən tövbəni qəbul edərək günahları bağışlayan odur."[1]
Tövbənin əsil anlamı peşiman olaraq Allaha tərəf qayıtmaqdır. Belə ki, insan tövbə etdikdən sonra tam ciddiyyətlə günahları tərk edir və yaxşı əməllərlə məşğul olmalıdır. "İstiğfar" etmək də bu mənada işlədilir. Bu üsulla tövbəni sıra ilə beş əsas şərtlə bağışlamaq olar:
1). Günahı tərk etmək, 2). Peşimançələq, 3). Gələcəkdə günaha yol verməməyi qərarlaşdırmaq. 4). Keçmişdəki günahların cəriməsini ödəmək, 5). İstiğfar etmək[2]
2). Gözəl əməlləri yerinə yetirməklə keçmişdə olan günahların bağışlanması barədə Qurani kərim buyurur:
«ِنَّ الْحَسَناتِ یُذْهِبْنَ السَّیِّئاتِ»
"Gözəl əmələr günahların təsirini zərərsizləşdirir".[3]
3). Böyük günahlardan çəkinmək kiçik günahların bağışlanmasına səbəb olur. Qurani- kərim bu haqda buyurur: "Əgər böyük günahlardan çəkinsəniz sizin kiçik günahlarınızı gizlədərik və sizi gözəl məqamlara yüksəldərik".[4]
4). Dünyanın bütün müsibətlərinə dözmək və səbr etmək möminlərin günahlarının yüngülləşməsinə səbəb olur.[5]
«إِنْ تَجْتَنِبُوا کَبائِرَ ما تُنْهَوْنَ عَنْهُ نُکَفِّرْ عَنْکُمْ سَیِّئاتِکُمْ وَ نُدْخِلْکُمْ مُدْخَلاً کَریماً»
5). Şəfaət: Böyük mövcudların kiçik mövcudlara kömək etməsinə şəfaət deyilir. Bu məsələ bəzən əməllərin gözəlləşməsinə və bəzən də günahların bağışlanmasına səbəb olur.[6]
Şəfaət anlamı İslam dini və vəhy baxımından[7]
«و لسوف یعطیک ربک فترضی»
bir şeyin başqa bir hala (şəfaət olunanın halı nəzərdə tutulur) keçməsinə deyilir. Yəni şəfaət olunan bəzi əməlləri yerinə yetirməklə onun şəraitini yaradır və pis bir vəziyyətdən nicat tapır. Belə ki, şəfaət edənin vasitəsi ilə onun vəziyyəti yaxşılaşır. Bundan belə nəticə alırıq ki, hər bir günahkar şəfaət vasiitəsilə bağışlana bilmir. Əksinə onun şəraiti gərək hər bir şəfaət olunanda olmalıdır.
Belə bir şəfaətə iman gətirmək günahkar şəxslərin oyanmasına və böyük bir ictimai islahatın baş verməsinə səbəb olur.[8]
Bu məsələ çoxlu hədislərdə də qeyd olunmuşdur. Həmçinin Quranda "Mahmud məqamı" Məhəmməq (s) Peyğəmbərə şamil olur. Belə ki, "Allah sənə o qədər əta edəcək ki, sevinəcəksən" ayəsi də bu məsələyə və İlahinin bəndələri bağışlamasına aid edilir. Bunu da qeyd edək ki, bu bağışlanma Peyğəmbərin ixtiyarında olan şəfaətin vasitəsi ilə həyata keçir.
Beləliklə möminlərin ən son ümidləri onlara vəd edilmiş şəfaətdir. O şəfaət ki, müəyyən şərait çərçivəsində möminlərə ümid verir və ictimaiyyətdə günahların azalmasına səbəb olur.
6). İlahinin xüsusi bağışlaması:[9] Bu məsələdə şəfaət məsələsində qetd edildiyi kimi müəyyən şərait çərçivəsində özünü doğruldur.
Bu anlamda hər bir bəndəyə şamil olmur. Öz əməlində səhlənkarlıq edən və kiçik günahlara qatılan möminlərə şamil edilir. Həmçinin bu şərəfə nail olan möminlər gözəl behişt məkanları ilə vədələnmişdirlər. Amma bunun əksinə olarsa o şəxslər mütləq cəhənnəm əzabına düçar olacaqlar. Bunu da qeyd edək ki, onlar əbədi olaraq cəhənnəm əzabında qalmayacaqlar. Əksinə bir müddətdən sonra yenidən İlahi əffə nail olacaqlar.[10]
Yenə də təkrar olaraq deyirik ki, Allahın insanları bağışlaması bir- başa onun əmrində olsada bu məsələ qeyd və şərtsiz deyil. Bu əmr yalnız bağışlanmağa ləyaqəti olan insanlar üçündür. Bundan əlavə Allah- Taala insanı yaradan olduğu üçün bütün xüsusiyyətlərini biləndir. Bu səbəbdən insanın bütün günahlarının bağışlanmasının mümkün olduğunu buyurur: Buna görə də bütün insanları bağışlanmaq yoluna dəvət edir və İlahinin rəhmətindən naümid olmağı böyük günah sayır. Bütün Peyğəmbərlər insanı Allahın tükənməyən rəhmət dəryasına çatdırmaq üçün seçilmişlər. Peyğəmbərimizin (s) "rəhmət Peyğəmbəri adlandırılmasına əsas amil bu İlahi məqsəd olmuşdur.
Mövzunun sonunda bu mətləbi də çatdırırıq ki, əgər mömin insan öz imanını qəbr evinə kimi qoruyub saxlayarsa, böyük günahlara qatılsa (böyük günahlara qatılmaq insandan bütün müvəffəqiyyətləri alar və onda şəkk- şübhə yaradar) və bir sözlə imanla dünyadan köçərsə əbədi əzaba mübtəla olmayacaqdır. Onun kiçik günahları böyük günahdan çəkindiyi üçün və böyük günahları da tövbə edəcəkdir. Amma buna nail olmasa dünya müsibətlərinə səbr etmək onun günahlarının yüngülləşməsinə səbəb olacaqdır. Əgər buna da nail olmasa gözəl əməllər etməklə məsumların şəfaətinə nail olmaqla günahları yüngülləşəcəkdir. Çünki şəfaət anlamı İlahinin tükənməyən mehribançılığından doğan bir anlamdır. İnsanlar bunun vasitəsi ilə cəhənnəm əzabından şəfa tapacaqdırlar. Amma insan buna arxayın olmaqla günah etməməli və daim İlahi əzabdan qorxmalıdır. Bundan əlavə əgər insan bəzi əməlləri (günah əməlləri) yerinə yetirərsə istər- istəməz o günahın təsirindən sonu xeyirlə bitməyən ölümlə üzləşəcəkdir. Yəni dünyadan imanla köçə bilməyəcəkdir. İnsan gərək elə əməl edə ki, dünyanın bəyənilməyən xüsusiyyətinə qatılmasın. Belə olmazsa o İlahi əzaba düçar olacaqdır.[11]
[1] - Şura surəsi, ayə 25.
[2] - Nümunə təfsiri, cild 24, səh 290.
[3] - Hud surəsi, ayə 114
[4] - Nisa surəsi, ayə 31
[5] - Misbah Yəzdi, Məhəmməd Təqi, Amuzeşi əqaid, səh 477
[6] - Daha çox məlumat əldə etmək üçün bax: Göstərici: "İslamda şəfaət anlamı" sualına. Sual 350 və 124
[7] - Səcdə surəsi, ayə 4, Zümər surəsi, ayə 44 Bəqərə surəsi, ayə 25, Səba surəsi, ayə 23
[8] - Nümunə təfsiri, cild 1, səh 233
[9] - Şura surəsi, ayə 25
[10] - Nümunə təfsiri, cild 26, səh 11
[11] - Amuzeşi əqaid, səh 481 482