Qadın və kişinin cismi, ruhi və hissiyyat cəhətdən çoxlu fərqləri var ki, hər birinin vəzifə və rolu yaranmış aləmində bir- birini tamamlamağı lazım tutur. Bütün bu fərqlərlə belə, İslam onların arasında ədalətin olmasını deyir. Qadın və kişinin arasında ədalətin olması bunu lazım tutur ki, hüquq, vəzifə və təkliflərin arasında bərabərlik bərqərar olsun.
Qadın və kişinin hüquqlarından biri, onların bir- birindən irs aparmaq haqqıdır ki, İslam nəzərindən qadının irsi kişinin irsinin yarısıdır. Bu fərqin səbəbi, nəfəqə (qadın və övladların xərcləri o cümlədən yemək, geyim, məskən...) ödəmək, cihad və onun mali xərcləri və ... kimi təkliflərə aiddir ki, yalnız kişinin öhdəsinə qoyulub və qadının onlara münasibətdə heç bir vəzifəsi yoxdur.
Qadın və kişinin cismi, ruhi və hissiyyat cəhətdən çoxlu fərqlərinin olmasını hamı qəbul edir. Qadın və kişi barəsində uzun illər axtarışlar edən və qadın və kişinin fərqləri barəsində böyük bir kitab yazmış professor "Rik" deyir: "Qadın və kişinin fərqli cisimləri var və tərkib cəhətdən bir- birindən ümumiyyətlə fərqlənirlər. Bu iki dəstənin hissiyyatı heç vaxt eyni olmayacaq. O, bu iki ümumi fərqlərdən başqa daha neçə fərq sıra ilə sayır".[1]
İslam nəzərindən qadın və kişi bir- birini tamamlayan, bir- birinə ehtiyaclı və hər biri digərindən ayrı olduqda naqis olan iki insandır. Buna əsasən heç vaxt bütün cəhətlərdən bərabər və oxşar deyillər. Cismi və ruhi nəzərdən inkar olunmaz fərqləri var ki, hər birinin yaranpış aləmindəki vəzifə və rolu bunu lazım tutur. Çünki, əgər hər ikisi hər cəhətdən bir- biri ilə bərabər olsaydı, bir- birinin ehtiyaclarını təmin edə bilməzdilər.
Büyün bu fərqlərlə belə, İslam onların arasında ədalətin bərqərar olmasını deyir. Qadın və kişi arasında ədalətin bərqərar olması, iki tərəfin hüquqlarının fərqli və onların güc və vəzifələri əsasında olmasını lazım tutur. Çünki, əgər qadınn və kişinin güc və vəzifələrinin fərqli, amma hüquqları bərabər olsa, onda tərəflərin birinə zülm olacaqdır.
Qadın və kişinin hüquqlarından biri, onların bir- birindən irs aparmalarıdır. Keçmiş millətlərin və İslamın əvvəlinə yaxın xalqların tarixinə nəzər saldıqda, Rumlular, qədim Yunan, Hi9nd, Misir, Çin və Ərəblərdə qadınların irsdə heç bir haqlarının olmadığını bilmək olar.[2] İslam belə bir şəraitdə, ictimai səhv qaydaları pozdu və ədalətə əsaslanaraq irsin qaydalarını təyin etdi və dünya cəmiyyətinə irs ayələrini nazil etdi.
İslam nəzərindən oğlan qızın iki bərabəri, qardaş bacının iki bərabəri və ər qadının iki bərabər[3] irs aparır. Yalnız ata və ana barəsində, əgər məyyitin övladları olsa və ata- anası da diri olsalar, ata və ananın hər biri meyyitin malının altıda birini bərabər şəkildə irs aparırlar.
Rəvayətlər irsdəki fərqin səbəbini mali- xərclər və vəzifələrlə əlaqələdirirlər ki, yalnız kişinin öhdəsinə qoyulubdur və qadının onlara münasibətdə heç bir vəzifəsi yoxdur. Bu qəbildən olan xərclər:
A). "Mehr": İslam hökmlərində kişinin qadına varməli olduğu mali hüquqlardan biri, mehriyyədir. Rəvayətlərin bəzisində[4] qadının irsinin az olmasının səbəblərindən biri, kişidən mehriyyə alması sayılmışdır.
B). "Nəfəqə": Evlilik boyu kişinin öhdəsində olan mali hüquqlardan biri də nəfəqə ya qadın və övladların gündəlik xərcləri və onların yemək, geyim, məskən və... təmin etməkdir. Mali xərclərin bu qədəri kişinin var- dövlətinin çox hissəsində payı var. belə ki, əgər müştərək həyat boyunca bu xərcləri yığmaq istəsə, bəlkə də onun qadından artıq apardığı irsdən on bərabər çox olar. Bu xərc yalnız kişinin öhdəsindədir. Əgər kişinin malı yoxdursa ya kişi onları vermirsə, qadın belə xərcləri verməyə məcbur deyil. Rəvayətdə qadının irsinin ərinin irsinin yarısı olmasının səbəblərindən biri, bu xərcləri ödəmək sayılmışdır.[5]
C). "Səhvən olan qətlin diyəsini ödəmək": Əgər bir şəxs səhvən adam öldürsə onun diyəsi aqiləsinin öhdəsinədir. Aqilə diyəsi kişilərin öhdəsinədir. Qadınlara bu vacib deyil.
D). "Cihad": Kişinin irsinin çox olması üçün rəvayətlərdə açıqlanan səbəblərdən biri də, kişilərə cihadın vacib olmasıdır. (Onun bütün mali xərclərini ödəməklə).
Bu neçə şey qadının irsinin kişidən az olmasına səbəb olubdur.
Bu sual İmam Sadiq (ə)- dan soruşulan zaman, həzrət irsdəki bu ixtilafın səbəbini belə buyurdu:
"... Bu ona görədir ki, İslam əsgərliyi (cihadı) qadının öhdəsindən götürülüb və bundan əlavə mehr və nəfəqəni onun xeyrinə kişiyə vacib edilibdir. Bəzi şəxslər olan cinayətlərdə ki, cinayətkarın qohumları ödəməlidirlər (aqilə diyəsi), qadın diyəni ödəməkdə iştirak etməkdən azad olubdur. Bu xərclərin heç biri qadının öhdəsinə deyil. Onun irsi kişidən daha azdır."[6]
Daha çox məlumat üçün baxın; göstərici:
Qadın və kişinin irsinin bərabər olan yerləri, sual 536 (sayt, 585), Göstərici: İslam fiqhində qadın və kişinin irsinin fərqləri, sual 116, (sayt: 2207).
[1] - İslamda qadının hüquqları sistemi, Murtəza Mütəhhəri, səh 166.
[2] - Əl- mizan təfsirinin tərcüməsi, cild 4 səh 57- 354.
[3] - Nisa surəsi, ayə 12.
[4] - Həluş- şərai, cild 2, səh 293, çap ələmi.
[5] - Kənzul- irfan, Fazil Miqdad, səh 645.
[6] - Əl- kafi, cild 7, səh 85:
«عَلِیُّ بْنُ مُحَمَّدٍ عَنْ مُحَمَّدِ بْنِ أَبِی عَبْدِ اللَّهِ عَنْ إِسْحَاقَ بْنِ مُحَمَّدٍ النَّخَعِیِّ قَالَ سَأَلَ الْفَهْفَکِیُّ أَبَا مُحَمَّدٍ ع مَا بَالُ الْمَرْأَةِ الْمِسْکِینَةِ الضَّعِیفَةِ تَأْخُذُ سَهْماً وَاحِداً وَ یَأْخُذُ الرَّجُلُ سَهْمَیْنِ فَقَالَ أَبُو مُحَمَّدٍ ع إِنَّ الْمَرْأَةَ لَیْسَ عَلَیْهَا جِهَادٌ وَ لَا نَفَقَةٌ وَ لَا عَلَیْهَا مَعْقُلَةٌ إِنَّمَا ذَلِکَ عَلَى الرِّجَالِ»