«لَعَنَ اللَّهُ بَنى اُمَیَّةَ قاطِبَةً»
"Lənətullahu Bəni Üməyyətə qatibə?" Bəni Üməyyənin yaxşılarının nə günahı var ki, lənət olunmalıdırlar?
İlahi dinin aydın hökümlərindən biri budur ki, Allah Taala heç bir dəstə və nəsli başqalarının günahlarına görə dünyəvi və axirət əzabına düçar etməz. Bu şərtlə ki, o günahın baş verməsində bir növ təsir qoyan ya ona razı olmasın və o günahdan çəkinsinlər. Quran və rəvayətlər nəzərindən bir dəstə ya qəbiləyə qoşulmağın meyarı, həmin dəstə ilə fikri və əməli uyğunluqdur. Necə ki, Allah Nuhun oğlunu Nuhun əhlindən saymır və onun səbəbini Nuhla əməldə uyğunsuzluğun olmasını bildirir. Buna əsasən, lənətlənən Bəni Üməyyədən məqsəd, onlarla fikir və əməl cəhətdən uyğun olan şəxslərdir. Yəni məqsəd Seyyidüş- şühədanın qətlinin səbəbkarları, tarixi cəhətdən təsir qoyanlar, o qətlə razı olanlar, İmaməti inkar edənlər və Bəni Üməyyəni yaxşılığa əmr və pislikdən çəkindirməyənlərdir. Amma onların yaxşılarına lənət yetişmir.
Quranın möhkəm əsaslarından biri budur ki, heç kəs başqasının günahına görə, danlanmaz və dünyəvi və axirət əzabına düçar olmaz.[1] Bu şərtlə ki, günahın baş verməsində bir növ təsir qoyan ya ona razı olmasın və ya ondan çəkindirmiş olsun. Bunların hamısında cəza və əzab başqalarının günahına görə deyil, əksinə həmin günahların özünə görədir.
Həzrət Saleh (ə)- ın dəvəsini Səmud tayfasından bir nəfər öldürmüşdü,[2] amma Qurani- kərim o günahıonların hamısına aid edir[3] və onların hamısını cinayətkar və cəzaya layiq bilir.[4] Çünki onların hamısı bu günahda razı idilər. Əli (ə) buyurur: Səmud tayfasının müştərək sevinc və qəzəbi onların müştərək bədbəxt talelərinin olmasına səbəb oldu.[5]
Qurani kərim, Peyğəmbər (s)- lə eyni dövrdə yaşayan yəhudiləri onların keçmiş nəsillərinə görə, çox danlamışdır. Məsələn, buzova pərəstiş, zülmkarlıq, Allahın sözlərini təhrif etmək, İlahi Peyğəmbərləri inkar etmək, onları öldürmək və... [6] Bu danlamaların səbəbi,baxmayaraq ki, həmin dövrün yəhudiləri belə bir günahlar etməmişdirlər. O idi ki, onlar özlərinin keçmişdə yaşayanları ilə fəxr edir və onlardan razı idilər.
Bəni Üməyyənin arasında İmamların İmamlığın əllərindən alınması, onların və şiələrinin şəhid olmasında, bəzisi səbəb cəhətdən səbəbkar, bir dəstəsi bir- başa səbəbkar, bir dəstəsi tamaşaçı və bir dəstəsi də razı və fəxr edən idi.
Ona görədə, onların hər biri etdiyi günahlara görə, lənətlənmişdirlər.
Quran və rəvayətlər nəzərindən bir dəstə ya tayfaya qoşulmağın meyarı, həmin dəstə ilə fikir və əməldə uyğun olmaqdır. Necə ki, Allah Nuhun oğlunu Nuhun əhlindən saymır və onun səbəbini Nuhla əməldə uyğunsuzluqda bəyan edir.[7] Ona gərə də baxmayaraq ki, Bəni Üməyyənin bir dəstəsi yaxşı olubdur. Amma İmamlar onları Bəni Üməyyədən saymırdılar.
Nümunə olaraq, Əbdül- əziz ibn Mərvanın övladlarından olan Səd adlı bir şəxs, qadınlar kimi uca səslə ağlaya- ağlaya İmam Məhəmməd Baqir (ə)- ın hüzuruna yetişdi. İmam buyurdu: Hansı səbəbdən ağlayırsan? Səd dedi: Necə ağlamayım ki, mən də Quranda lənətlənmiş ağacdanam? İmam Baqir (ə) buyurdu: Sən onlardan deyilsən. Sən biz Əhli- beytdənsən. Allahın sözünü eşitməmisən ki, buyurdu: Kim mənə tabe olsa, məndən olacaq.[8] Nəticədə deməliyik ki, bütün Bəni Üməyyənin lənətlənməsi, Bəni Üməyyə ilə fikir və əməl nəzərindən uyğun olan şəxslərə aiddir.
Bununla əlaqəli göstərici: Saytın 3372- ci nömrəsi.
[1] - Ən- nəcm surəsi, 38- 41.
«لا تزر وازرة وزر اخری»
"La təziru vazirətun vizrə uxra" cümləsi, Ənam surəsi, ayə 164, İsra surəsi, ayə 15, Fatir surəsi, ayə 18, Zümər surəsi, ayə 7- də gəlibdir.
[2] - Qəmər surəsi, ayə 29, Həqiqətən Səmud tayfasının dəvəsini bir nəfər öldürdü. Nəhcül- bəlağə, Doktor Sübhi Salehin çapı, xütbə 21, səh 319.
[3] - Əraf surəsi, ayə 77, Hud surəsi, ayə 65. Şüəra surəsi, ayə 157. Şəms surəsi, ayə 14.
[4] - O dəvəni Səmud tayfası öldürdü. Allahları onların günahının cəzasına onları məhv etdi və yurdlarını hamarladı. (Yerlə yeksan etdi). SŞəms surəsi, ayə 14.
[5] - Ey camaat! İnsanları bir yerə yığan yalnız sevinc və kədərdir. Səmud tayfasının dəvəsini yalnız bir kişi öldürdü. Allah əzabı onların hamısına göndərdi. Çünki onların hamısı onun işindən razı idilər. Allah Taala buyurdu: Onu öldürdülər və peşman oldular. Nəhcül- bəlağə, xütbə 201, səh 319. Doktor Sübhi Salehin çapı, Ət- təbətul- ula. Beyrut.
[6] - Bəqərə surəsi, ayə 51- 92, Nisa surəsi, ayə 153. Bəqərə surəsi, ayə 92, Bəqərə surəsi, ayə 85- 87. Ali- imran surəsi, ayə 21- 112- 181- 183. Nisa surəsi, ayə 155.
[7] - Hud surəsi, ayə 46.
«قالَ یا نُوحُ إِنَّهُ لَیْسَ مِنْ أَهْلِکَ إِنَّهُ عَمَلٌ غَیْرُ صالِحٍ فَلا تَسْئَلْنِ ما لَیْسَ لَکَ بِهِ عِلْمٌ إِنِّی أَعِظُکَ أَنْ تَکُونَ مِنَ الْجاهِلینَ»
[8] - Şəbistəri, Nəsrullah, Əl- lulu- un məzid fi şərhi ziyarəti mövlana Əbi Əbdillahiş- şəhid, səh 133, Furuği daneş, Tehran.