Allaha iman və yaxşı işlər qarşısında İlahi nemətlərdən biri də cənnət və onun nemətləridir. Behiştə daxil olmaq üçün kişiylə qadın arasında heç bir fərq yoxdur. Allahın behiştdə verdiyi nemətlərdə biri də (Hurul- eyn)- dir ki, Quran və bir çox rəvayətlər ona işarə etmişdir.
Buna görə də bir çox təfsir alimlərinin dediklərinə əsasən, behiştdə evlənmək, onun dünyada olduğu kimi olması deyildir. Bəlkə Hurul- eynlə evlənmək, bu mənadadır ki, Hurul- eynin Allah tərəfindən bağışlanması və əta edilməsi kimi təfsir olunmuşdur.
Buna da diqqət etmək lazımdır ki, Hur və eyn kəlməsi kimi və qadın üçün, hər ikisində istifadə olunur. Bunun üçün də geniş mənaya malikdir ki, hər ailəyə (istər kişi, istərsə də qadın olsun) şamil olur; qadınlar mömin kişilər üçün və kişi Hurul- eynlər isə mömin qadınlar üçündür.[i]
ƏLavə etmək lazımdır ki, behişt əhlinin xidmətçisi (qılman)- lardır (behiştin gözəl oğlanları) ki, orada qərar verilmişdir və burada da yenə kişi və qadın arasında heç bir fərq yoxdur.
Böyük nemətlərdən biri də odur ki, Allah Taala mömin və təqvalı insanlar üçün nəzərdə tutmuşdur, behişt və onun cavidan nemətləridir. Əlbəttə Allahın onlardan razı olması ən böyük nemətdir. Tək bir şey ki, behiştə daxil olmağa bais olur, insanın dünyadakı saleh əməlləri və onun imanıdır.
İnsanın hər nə qədər imanı və saleh əməlləri çox olsa, behiştdə də məqamı yüksək olacaqdır kişi və qadın arasında heç bir fərq yoxdur və hər bir kəs bu məqama yetişə bilər. Allah Taala buyurur: Kişi və qadınlardan hər bir şəxs saleh əməl görüb və imanı olsa, həqiqətən behiştə daxil olacaq və orada hesabsız ruzi sahibi olacaqlar.[1]
Əlbəttə ki, axirət aləmində hökm və qanunlar ki, maddi və dünyada icra olunur, intizarında olmaq səhv bir fikir və mənasızdır. Əgər ayə və rəvayətlərdə yeyib- içmək və çaylar kənarında gözəl üzlü cavanlardan söz açılmışdır, ən çox bizim qiyamət aləmini dərk etməmiz üçündür. Diqqət etmək lazımdır ki, bu ləzzətlər, dünyadakı ləzzətlər kimi deyildir.[2] Ayə və rəvayətlərdən istifadə olur ki, behişt əhli hər nə istəyərsə ixtiyarlarında hazır olacaq.[3] Behişt nemətlərindənHurul- eynə işarə etmək olar.
Qurani- kərimin bir neçə ayəsində behişt zövcələrindən (Hurul- eyn) kimi işarə olunmuşdur.[4]
Ərəb ədəbiyyatında hur (حور) kəlməsi hura (حوراء) kəlməsinin cəmi və o qadına deyilir ki, gözlərinin ağı daha çox ağ və gözlərinin qarası da daha qara olsun və ya o qadına deyilir ki, ahu gözləri kimi qara gözlü olsun. Amma (عین) kəlməsi eyna (عیناء) kəlməsinin cəmi böyük gözlü deməkdir.
Quran, Hurul- eyni behitdə ki, mirvarilərə vəsf etmişdir.[5] Bunu başa düşmək olur ki, Hurul- eyn dünyadakı qadınlardan başqz bir varlıqdır.[6] Allah Taala onlar barəsində buyurur: Hurul- eyn onlarla evləndirəcəyik.[7]
Bir çox ayələr[8] behişt əhliylə həmsöhbət kimi onları vəsf etmişdir: "Gözəl qadın və kişi surətində ki, ən gözəl və təravətdə mələklərdirlər".
Bunun üçün də bir çox təfsirçilər, dünyadakı evlilik kimi məna etmişdirlər ki, amma bu da behiştdə yoxdur.
Bəs məlum olur ki, Allah tərəfindən behişt əhlinə Hurul- eyni əta edilməsi və yaxın olması nəzərdə tutulmuşdur.[9]
Əlbəttə yenə də diqqət etmək lazımdır ki, hur və eyn kəlməsi kişiyə deyildiyi kimi qadına da deyilir: Bunun üçün də geniş mənaya şamil olur ki, bütün kişi və qadın cütlüyünə şamil olur; qadın hurilər mömin kişilər üçün və kişi hurilərsə mömin qadınlar üçün nəzərdə tutulmuşdur.[10]
Sonda bu nöqtəyə diqqət yetirmək daha yaxşı olar ki, behişt əhlinin xidmətçiləri, "qılman"lardır ki, onları behiştin gözəl xidmətçiləri adladırırlar. Onlar gözəl simalı oğlanlardır ki, hər an onları görsən hesab edərsən ki, təraş olunmuş gövhərdirlər.[11] Güya mirvarid zəncirləridirlər.[12]
Ayənin zahirindən bunu əldə etmək olur ki, behiştdə ki, gözəl oğlanlar yalnız behişt əhlinə xidmət etmək üçün yaranmışdırlar.
Bütün bu bəhslərdən nəticə alırıq ki:
Allahın bütün nemətləri, əməli saleh və mömin qadın və kişilər üçün nəzərdə tutulmuşdur. "Hurul- eyn" behişt əhlinin gözəl həm söhbətləri və "qılman" isə behiştdə gözəl üzlü xidmətlər istisna olunmur.
Əlavə məlumat üçün bax: Göstərici: Behişt Hurul- eyni və izdivac. Sual 848.
[1] - Ğafir surəsi, ayə 40.
[2] - İsgəndəri, Hüseyn Ayehayi zendegi, cild 5, səh 302.
[3] - Fussilət surəsi, ayə 31.
[4] - Duxan surəsi, ayə 54; Tur surəsi, ayə 22, Vaqiə surəsi, ayə 22- 23.
[5] - " و حور عین؛ کامثال اللؤلؤ المکنون " və iri gözlü hurilər; cərgədəki mirvaridlər kimi. Əl- vaqiə surəsi, ayə 23- 24.
[6] - Əl- mizanın tərcüməsi, cild 18, səh 228.
[7] - Duxan 54.
[8] - Saffat surəsi, ayə 47. Ərrəhman surəsi, ayə 58, Rəhman 70- 72, İnsan surəsi, ayə 19, Tur surəsi, ayə 24
[9] - Biharul- ənvar, cild 8, səh 99: Əl- mizanın tərcüməsi, cild 18, səh 228.
[10] - Didare yar (Məad dər kəlame vəhy 9) Həmin.
[11] - İnsan surəsi, ayə 19
«یطوف علیهم ولدان، مخلدون اذا رأیتهم حسبتهم لولوءً منثوراً»
[12] - Tur surəsi, ayə
« یطوف علیهم غلمان لهم کانهم لولوء مکنون »