Heç bir ibadətin istər ixtiyarı olsun istərsədə ixtiyarsız, Allah üçün heç bir xeyri yoxdur! Amma ixtiyari olan ibadət, insanın kamilləşməsinə və Allaha yaxınlaşmasına səbəb olur; amma ixtiyarsız ibadət başqa məxluqlar kimi, misal üçün mələklər ibadət üçün yaradılmışdır və onların ibadəti bundan qabağa gəlir ki, onlar Allah Taalanın o böyük əzəmətini və varlığını dərk edirlər.
Allahın bunları və yaxud ibadətlərinə heç bir ehtiyacı yoxdur.
Mələklərin yaradılışı təbiətdən üstündür, onun varlığını isbat etmək üçün ilahi və vəhy mənbələrinə və yaxud iman əhli olan insanların onların köməklərindən istifadə etdiyi təcrübələrdən istifadə etmək olar.
Bu təbii yaradılış cismi olmadığı üçün onun keyfiyyətindən söz açmaq olmaz. Doğrudur ki, bu yaradılmış insan şəklində görsənən və bəşərdə onu insan olaraq görsün amma həqiqətdə o insan deyil, həzrət Məryəm (ə) ruhu gördüyü kimi,[1] və yaxud mləklərin İbrahim[2] ya Lut[3] (ə)- ın huzuruna qonaq kimi gəlməsi. Bütün bunlardan əlavə Cəbrail (ə) həzrət Məhəmməd (s)- ın yanına Dehyeye Kəlbi şəklində gəlməsi kimi.
Amma bunu bilirik ki, onların da öz vücudlarına nisbət dünyaya gəlmələri müxtəlif və məhduddur. Çünki onların bəzilərinin vəzifəsi dünyada və bəzilərinin isə axirətdə əzab etməkdir. Onlardan bəziləri insanların əməl dəftərlərini və bəziləri isə insanların qəzavət və Allahın qədərini yazır, bəziləri Allahın əmrlərini yerinə yetirir, bəziləri isə vəhyi nazil edir. Bəziləri ürəklərə ilham edir bəziləri isə möminlərin köməkçisi və qoruyucusudur.
Bəziləri, digərlərinə rəhbərlik edir və bir dəstəsi də onların göstərişlərini yerinə yetirir. Bəziləri ruzinin vəkili bəziləri isə yağışın və bəziləri isə can almağın vəkilidirlər. bu zaman onlardan bəziləri həmişə səcdədə və bir dəstəsi isə ruku halında başqa bir dəstəsi isə həmişə zikr və sitayiş halında başqa bir dəstəsi isə kəbənin ətrafında möminlərin məzarını təvaf və ziyarət etdirirlər.
Bəzi bir dəstə isə mömin və Əli (ə)- ın şiələrinin bağışlanması və şəfaəti üçün dua edir başqa dəstə isə kafir, münafiq və Əli (ə)- ın şiələrinin düşmənlərinə lənət edir. Bəs bunlardan hər bir dəstənin özünə məxsus vəzifəsi və ayrı- ayrılıqda məqamları vardır.
Bunu da qeyd etmək lazımdır ki, öz işlərində heç bir ixtiyarları yoxdur və hər bir işi, onlara əmr olunduqda əməl edirlər.
İbadət, Allah qarşısında aşkara bəndəlik etmək deməkdir. İnsan nə qədər Allahın əzəmət və böyüklüyünü dərk etsə, bəndəlik edir və bundan heç bir şey Allahın xeyrinə deyil və bunun da ilahi əzəmətinə heç bir ehtiyacı yoxdur. Bunlar insanın kamilliyini və bəndəliyini göstərir. Çünki bu ibadət onun daxili təmizliyini və nəfsinin kamilləşməsini və son dərəcə insaniyyət və bəndəliyinin mükəmməl olmasına səbəb olur. bəs bu həmd və sitayiş ki, bəndə Allah üçün edir, Allah üçün heç bir faydası yoxdur və bunu tərk etməklə də Allaha heç bir zərəri yoxdur. Beləliklə ibadəti tərk etməklə, bu bəndədir ki, özünü o uca məqamlardan məhrum edir.
Bəzi mələklər üçün də bu şübhələr olunmuşdur; çünki Allah Taala onlara elan etdi ki, mən yer üzündə xəlifə qərar vermək istəyirəm; dedilər: Biz səni təsbeh və ibadət edirik, nə üçün yer üzündə bir kəs ki, fəsad edib qan tökəcək insanı yaradırsan. Allah Taala isə xüsusi bir elmi həzrət Adəmin ixtiyarında qoydu və onlar bu elmdən aciz idilər və dedilər: Bizim sən öyrətdiyin elmdən başqa heç bir şey ixtiyarımızda yoxdur! Bəs öz acizliklərini etiraf edib, həzrət Adəmə (ə) səcdə etdilər!"[4] Bundan məlum olur ki, məcbur ibadət etməkdənsə elm və ixtiyari olaraq ibadət etməyin qiyməti və dəyəri daha üstündür, çünki birinin əsəri var amma o birisinin heç bir əsəri yoxdur. O gələcəkdı olan bir şeyi indi yaradır amma bu birisinin isə hazırda olan səmərəsi sabitdir ki, bundan yuxarı yolu yoxdur və müxalifət etdiyi zaman isə öz dərəcəsini əldən verəcəkdir!
İmam Əli (ə) mələkləri bu cür vəsf edir: "Mələkləri yaratdın göylərdə onlara yer verdin, onlar üçün yorğunluq, qəflət və günah yoxdur. Nların sənə qarşı olan elmi və qorxusu bütün yaradılmışlardan üstün və bundan əlavə bütün hər kəsdən sənə daha yaxın və göstərişlərinə əməl edəndirlər. ğılları səhv etməz bədənləri yorulmazdır. Sülb və bətnlərdə gizlənməz və onları qoxulamış sudan (nütfədən) yaratmayıbsan. Onları xüsusi olaraq yaradıb göylərində onlara yer vermisən. Öz yanında kəramət verib vəhyini onlara əmanət etmisən. Bunlardan qoruyub, günahlardan pak etdin. Qüdrət verməsəydin, qüdrətləri olmazdı və əgər sabit etməsəydin sabit olmazdılar, rəhmətin olmasaydı itaət etməzdilər sən olmasaydın onlar da olmazdı. Bütün bu məqam itaətləri ki, sənin yanında vardır, səndən və əmrindən qafil deyildirlər.
Əgər öz həqiqətindən olan şeyləri onlardan gizlədib onlara bəyan etməmisənsə, əməlləri özləri üçün kiçik və xəcalətli olurlar. Çünki sənə layiqli ibadət etmədiklərini bilirlər. Sənə ibadət etmək odur ki, xaliq öz bəndələrini imtahana çəkir."[5]
İmam Əli (ə)- ın bu ibarətlərinə əgər diqqət etsək: 1. İbadətin sirri 2. Bu etirazın sirri 3. Etiraf və səcdənin də sirrini bilərik. Bunların bu ibadəti şuhudi elimlərindən qabağa gəlir. Qorxuları isə Allahın əzəmətini dərk etməkdən qabağa gəlir. Əlbəttə ki, onların elmi varlıqlarıyla münasib olaraq məhduddur. İbadətləri də onların öz həqiqətləriylə münasib və məhdudiyyətə malikdir.
Həzrəti Adəmin xəlq olduğu zaman etdikləri etirafları da onların elmləri məhdudiyyəti daxilində idi.
Bu iş onlar üçün açıqlandığı zaman sakit olaraq öz acizliklərini həzrət Adəmin yaradılışı qarşısında hiss etdilər. Buna görə də öz elmlərinin naqisliyini və olmamazlığını gördükdə (Allahın əmriylə) həzrət Adəmə (s) səcdə etdilər.
Bir sözlə mələklərin ibadətinin ixtiyari olması, o cür ki insanların ibadəti haqqında bəyan olunmuşdur və şəriətdə ona əməl etməsi lazımdır, bir deyildir. Çünki bu ibadət onların ilahi məqam və kamil olmasına səbəb olur. bəs bu ibadətləri tərk etdiklərində o ilahi məqamı itirirlər.
Bəs bu nəticəyə çatırıq ki, onların ibadəti onların Allah- Taalaya olan elm və ya Allahın əzəməti qarşısında özlərini aciz və qüdrətsiz bildiklərindən qaynaqlanmışdır. Baxmayaraq ki, bu xasiyyət insanın fitrətində də vardır. Amma bütün bu ibadətlər, yəni mələklərin ibadətinin məcbur olması Allah üçün heç bir xeyri yoxdur və Allah Taala öz qüdrətiylə yaradılışda olan hikmətinə sahibdir.
Mənbələr:
1). Qurani kərim ,Fatir surəsi, 1, Saffat surəsi, 164, Təkbir surəsi, ayə 21, Səcdə surəsi, ayə 5- 12, Ənam surəsi, ayə 62, Nəhl surəsi, ayə 2- 102, Bəqərə surəsi, ayə 97, Əbəsə surəsi, ayə 16, Məaricsurəsi, ayə 4, Hicr surəsi, ayə 21, Həcc surəsi, ayə 22, Naziat surəsi, ayə 5, Təhrim surəsi, ayə 6, zariyat surəsi, ayə 4, Mömin surəsi, ayə 7, Nəcm surəsi, ayə 26, Ənbiya surəsi, ayə 28- 1-3, Bəqərə surəsi, ayə 30- 33- 161- 248, Ali- imran surəsi, ayə 39- 124- 125, Tərhim surəsi, ayə 4, Məryəm surəsi, ayə 7- 16- 19, Zumər surəsi, ayə 73, Müddə surəsi, ayə 30, Zuxruf surəsi, ayə 77
2). Təba təbai, Məhəmməd Hüseyn, Əl- mizan, dəftər intişarate camee müdərrisin, Qum, səh 5- 13
3). Misbah Yəzdi, Məhəmməd Təqi, Məarifi Quran 1- 3 dər rahe həqq çap. 1368. Qum, səh 283- 295