Rizq və ruzu iki cürdür: Dalınca getdiyimiz ruzi və bizim dalımızca gələn ruzi. Rəvayətlərdə, bizim dalımızca gələn ruzi " talib rizq" və dalınca getdiyimiz ruzi "mətlub rizq" adlanmışdır. Talib və qəti ruzi, vücud, varlıq, ömür, şərait, mühit, ailə və istedad və sair ruzisidir ki, bu qism ruzi tərəfdən, çalışmaq və iş görmək üçün ayıqlıq, diqqət və lazimi güc və qüvvə yaranır. Bu işlər satəsində, şərtlənmiş və mətlub ruzinin qapısı açılır.
Mətlub ruzini əldə etmək üçün, hər kəs bir cürə egtiyac əlini (ciddilik və çalışmaqlıqla) Allaha tərəf uzatmalıdır. Hətta südəmər uşaöın çalışmaqlığı, onun ağlamaq, nalə və qışqırmasıdır. Bu işləri yerinə yetirdikdən sonra mətlub ruzisinə (ana südü) əl tapır. Amma həmin uşaq, elə ki, böyüdü və yuxarı dərəcələrə yetişdi, onun ciddilik və çalışmaqlığı başqa formada olur. Bədən üzvələrinin hərəkəti, işi və düşüncə və fikir formasında zahir olur və ruzinin kəmiyyət və keyfiyyəti də dəyişilir. Nəticə budur ki, şərtsiz,talib və qəti ruzinin ardından, çalışmaqlıq, düşüncə iş və fəaliyyət yaradılır. Çalışmaq, fəaliyyət və istəyin ardınca, şərtlənmiş və mətlub ruzi yaranır.
Qəti ruzi azalıb- çoxala və dəyişilə bilməz, amma mətlub ruzinin şəraitinin necə hazırlanması, onların düzülüş, sıra və tərkibinin necəliyinə bağlı olaraq, mətlub ruzini azaltmaq ya çoxaltmaq olar.
Cavab iki müqəddimə və bir nəticə formasında açıqlamaq olar:
Birincimüqəddimə: Allahın zamin olub və öhdəsinə götürdüyü ruzi bunlardan ibarətdir: Öz vücud və yaşamalarına davam verə bilmələri üçün, məxluqlara yetişməli olan payları. Əlbəttə Allaha nisbət verdiyimiz rəzzaqqiyyət və ruzi yetirən olması və ilahi əhd və zaminlik, insanlara aid olan əhd və zəmanətlərdən fərqlənir. Əgər Quranda işlənib ki, "Hər varlığın rizq və ruzisi Allahın öhdəsindədir.[1] Nəzərə almaq lazımdır ki, varlıqların ruzisini öz öhdəsinə alan şəxs, Allahdır nəinki, bir məxluq.
Allah yəni varlıqları yaradan və varlıq sistemini yaradan şəxsdir. Ona görə də ilahi əhd, bu sistemin hissəsi olan və bu sistemin varlıqlarının təsiri altında olan varlıqlarının əhdi ilə fərqlidir. Allahın işini və onun ruzi verənliyini tanımaq, varlıq sistemini tanımaqdır. Bizim özümüz varlığın bir hissəsiyik və onun digər hissələri kimi, vəzifəmiz var. Əlbəttə, bizim ərzaq və hüquq barəsində olan və xilqət ya şəriət qanunun bizi onlara vəzifəli etdiyi vəzifələrimiz, Allahın ruzi verən işlərindəndir. Bitkilərdə cəzb etmə və qidalanma sistemi, həmçinin canlılarda olan meyl, qərizə və qidanma sistemləri ki, onları yemək maddələrinə doğru yönəldir, hamısı həzrəti həqqin ruzi verən olan təzahürlərindəndir. Hər bir canlını ehtiyacı olduğu şeyin ardınca getmək və istədiklərini yerinə yetirmək üçün çalışması üçün, bir sıra istək və həvəslər vasitəsi ilə cilovlayan Allahdır. Bu düşüncə və çalışmaq. Allahın ruzi verənliyinə şərait yaradır. Ruzini yeyəni, rizq və rizq olunmuşu bir- birinə aşiq edib, bir- birinin dalınca yollayan, onun ruzi verən olnmasıdır. Varlığın əczaları arasında məxsisi bir bağlılıq var ki, onları bir- birilə əlaqələndirir. Nə vaxta qədər ki, bir şəxs uşaqlıq çağlarındadır və öz ruzisini əldə edə bilmir, onun ruzisi hazır şəkildə onun ixtiyarına qoyulur.elə ki, yavaş- yavaş, çoxlu güc topladı və zirəkliyi ilə öz ruzisini əldə edə biləcək onun ruzisi asanlıqla ixtiyarına verilməyəcək. Bu misal kimi onun ruzisini götürüb, əl çatmaz bir yerdə qoyurlar ki, ona tərəf gedib, onu tapsın və istifadə eləsin. Ümumiyyətlə ruzinin hazırlanması, ruzi yeyənin güc miqdarı və ruziyə yetişmək üçün ona qismət olan hidayət arasında uyğunluq var. ona görə də bitkilər və heyvanlara nisbət daha uca və yüksək bir varlıqdır. Bitki və heyvanların yaşayışı üçün kifayət edən şeylər, onun üçün kifayət olmaz. Onun ruzi əldə etmək məsələsi, başqa cür olacaq. Ruzi ilə ruzi yetyən arasındakı fasilə, insanın həyatında daha çoxdur. Ona görə də çoxlu vasitələr onun ixtiyarına verilib, və hidayət sistemi onun vücudunda güclənmişdir. Ona ağıl, elm və fikir verilib, vəhy və nübuvvət köməyinə gəlib, onun üçün vəzifələr təyin olub və bunların hamısı Allahın ruzi verən olma işlərindəndir. Ona görə də belə bir nəzm:
İblisdən qorxma, qoy can versin,
Dişi verən, çörəyi də verər,
Axır Alah qüdrətlidir, o gün ki,
Sənə ruzi yetirər, o qədər yanma,
Müəllif qarındakı uşaqdır,
Yazan ömür və həm də ruzidir.
Düz sözdür. Amma bu mənada deyil ki, dişin olması, insanın süfrəsi üstündə bişmiş və hazır çörəyin olmasına kifayət etsin, əksinə bu mənayadır ki, çörək olmasaydı, çörək də olmazdı, həmçinin əgər diş və diş sahibi olmasaydı, çörək də olmazdı. Başqa sözlə, yaranış məsələsində ruzi, ruzi yemək və ruzini əldə etməyin vasitələri, ruzini yemək, həzm və cəzb etmək və ruziyə tərəf hidayət vasitələri arasında bağlılıq var. insanı təbiətdə yaradıb və ona çörək verən şəxs, çörək yəni istifadə oluna bilən yemək maddəsini də təbiətdə yaratmışdır. Düşüncə, fikir, əməl və təhsil qüvvəsi və vəzifəni yerinə yetirmək hissini də onun ixtiyarına vermişdir. Bunların hamısı (hamısı birlikdə) Allahın ruzi verənliyinin təzahürüdür.[2]
İkinci müqəddimə: Rizq və ruzi iki qisimdir. Ardınca getdiyimiz ruzi və ardıməzca gələn ruzi.[3] "Talib rizq" (hansı ki, ardımızca gəlir) o ruzidir ki, həmişə bizi təqib edir, hətta ondan qaçsaq belə. Bizi tərk etmir, necə ki, ölümün caynağından xilas olmaq mümkün deyil.
«لواَنَّ ابن آدم فرّمن رِزقه کمایفّر من الموت لادرکه کمایدرکه الموت»[4]
Bu cür ruzinin kökü, ilahinin qəzasına qayıdır və onda heç cürə dəyişiklik baş vermir. Bu barədə mərhum Əllamə Təbatəbayi buyurur: Ruzi və ruzi yeyən bir- birinə bağlıdır. Ruzi yeyənin talib həyat tərzində qalmasına baxmayaraq, onun üçün ruzinin olmaması mənasızdır. Həmçinin ruzini yaranmasına baxmayaraq ruzi yeyənin mövcud olmaması və ya ruzinin ruzi yeyənin ehtiyaclarından daha çox olması mümkün deyil. Ona görə də rizq ilahi qəzanın bir hissəsidir.[5]
"Mətlub rizq" (hansı ki, ardınca gedirik) o ruzidir ki, onu axtaran üçün təyin olunub. Əgər onu axtarsaq və ona yetişmək üçün lazım olan səbəb və şərtlərə riayət etsək, belə bir ruzini əldə edə bilərik. Həqiqətdə bizim bu ruziyə yetişmək üçün səylərimiz "səbəblərin bir hissəsidir." Və əgər qeyb aləminin hazırlanmış digər səbəblərinin kənarında olarsa, ona əl tapmaq qətidir.
Bu barədə mövla Əmirəl- möminin (ə) buyurur: Yalnız axtaranı üçün olan, saysız ruzini istəyin."[6]
Zəmanətsiz axtarışın mənasız olduğu kimi, axtarışsız (mətlub ruzidə) ruziyə zəmanət vermək mümkün deyil. Ona görə də uca Allah tərəfindən bəndələr üçün təyin olunmuş ruzinin iki qisminin biri şərtsiz (talib ruzi) və o biri isə şərtlənmişdir. (mətlub ruzi). Şərtsiz ruzi hər bir
şəraitdə insanı axtarır və nə qədər ki, insanın qabiliyyət qabı, bu cür ruzi ilə dolmayıb, onun əcəl və ölümü yaxınlaşmaz. İslamın əziz Peyğəmbəri (s)- in buyurduğuna əsasən: "heç bir şəxs ruzisi kamilləşməyincə ölməz."[7] Amma şərtlənmiş və mətlub ruzinin qətiliyi bəzi işləri yerinə yetirməyə və bəzi məsələləri nəzərdə tutmağa bağlıdır ki, şəraiti yerinə yetirmədən və nəzm olmadan mövcud olmaz.[8]
Talib və qəti ruzi, vücud, varlıq, ömür, şərayit ailə mühiti və istedad və sair ruzisidir ki, bu qisim ruzinin tərəfindən, çalışmaqvə iş görmək üçün lazımi güc və qüvvə və diqqət və ayıqlıq yaranır.
Bu işlərin sayəsində şərtlənmiş və mətlub ruzinin qapısı açılır. Mətlub ruzidə, hər kəs bir cürə ehtiyac əlini (ciddilik və çalışqanlıqla) mütləq ruzi verənə (həzrəti haqq) tərəf ucaltmalıdır. Hətta südəmər uşağın çalışmaqlığı, onun ağlama, nalə və qışqırmasıdır. Bu cür işlərdən sonra mətlub ruzisinə (ana südü) əl tapır. Amma elə ki, inkişaf etdi və yuxarı dərəcəyə yetişdi, onun ciddilik və çalışmaqlığı, başqa formada olur və təfəkkür, düşüncə və bədən üzvlərinin iş və hərəkəti formasında təzahür edir və ruzinin miqdarı və keyfiyyəti də dəyişilir.
Nəticə budur ki, şərtsiz, qəti və mətlub ruzinin ardınca, çalışmaq, düşüncə, iş və fəaliyyət yaradılır və çalışmaq, fəaliyyət və istəyin ardınca, şərtlənmiş və mətlub ruzi yaranır. Qəti və mətlub ruzi, dəyişilə azala və çoxala bilməz. nə insanın hərisliyi onların hərisliyini işə salır və nə də insanın həvəssizliyi onun həvəssizliyini saxlayır.[9] Amma mətlub ruzinin müqəddimələrini yerinə yetirməyin və onların düzülüş və tərkibinin formasına bağlı olaraq, mətlub ruzini azaltmaq ya çoxaltmaq olar. Misal üçün niyyətin yaxşı olması, və həmişə təharətli olmaq, mətlub ruzini artıran işlərdən sayılırlar. Bir nəfər islamın əziz Peyğəmbəri (s)- dən sual etdi ki, ruzinin çoxalmasını istəyirəm, həzrət (s) buyurdu: "Ruzinin çoxalması üçün, həmişə təharətli ol".[10]
İmam Əli (ə) buyurdu: "Niyyəti yaxşı olan şəxsin, ruzisi çoxalar."[11]
Deməli, ruzi və ruzi yeyənin rabitəsini biləndən, ruzinin ruzi yerinə yetişməsi üçün olan vəsilələri tanıyanlardan və onu əldə etmək üçün bizim öhdəmizə düşən vəzifəni biləndən sonra, ruziyə yetişməyin ən yaxşı və doğru yolunu bilmək və çalışmaq və gücümüzü bu yolda işə salmaq və bu yolun xaliqi olan Allaha təvəkkül etmək, bizə lazımdır.
Bu yer və çoxlu çətinliklər bəsdir,
Elə ki, işin əsasını yerdə əksən,
Tutalım indi dənəni əkdin,
Çünki, iki- üç il ona getməsəz,
Allah qarşısında, əlini başına vurarsan,
Ta biləsən ki, əslində ruzi onundur,
Ruzini ondan istə, zeyd və əmrdən istəmə,
Varlılığı ondan istə, xəzinə və maldan istəmə,
Hər an ruzini Allah tərəfindən bil,
Ta hər birini yüz min aparasız,
Səbəb bildiyin yerdə,
Dua edib, ağlayasan yalnız,
Baş və əl vermək ruziyə şahiddir,
Ta ruzi axtaran ondan ruzisini istəsin,
Məstliyi ondan istə, şərab və tiryəkdən istəmə,
Köməyi ondan istə, əmi və dayıdan yox.[12]
[1] - Hud, ayə 6
[2] - Mütəhhəri, Mürtəza, iyirmi söhbət, altıncı sıhbət, səh 127
[3] - Nəhcul- bəlağə, məktub 31
[4] - Məhəmmədi Reyşəhri, Seyyid Məhəmməd Hüseyn, Mizanul- hikmənin seçilmişləri, rəvayət nömrə 2564
[5] - Əllamə Təbatəbayi, Seyyid Məhəmməd Hüseyn, Təfsirul- mizan, cild 18, cüz 27, səh 377
[6] - " اطلبوا الرزّق فانه مضمون لطالبه "Mizanul- hikmənin seçilmişi, rəvayət nömrə 2555
[7] - Həmin mənbə, rəvayət nömrə 2561
[8] - Rizq lüğətdə. Ondan bəhrələnən şey mənasındadır: " الرِزقُ ما یُنتفع به" اقرب الموارد."
[9] - Mərhim Məclisi, Biharul- ənvar, cild 77, səh 68, hədis 7, rəvayət Peyğəmbər (s)- dəndir.
[10] - Mizanul- hikmənin seçilmişi, rəvayət nömrə 2574
[11] - Həmin mənbə, rəvayət nömrə 2579
[12] - Mövləvi, Məsnəvi