İslamda Collekt düşüncə (toplum təfəkkür, nizamlaşmış düşüncələr) nəzəriyyəsini[1] Ustad Hadəvi Tehrani "Vilayət və dəyanət" kitabında[2] nəşr etdirmişdir. Bu nəzəriyyənin xülasəsini mütaliəniz üçün sizə təqdim edirik:
İslamda Collekt düşüncə nəzəriyyəsi
İslam sonuncu din və ilahi dinlərin ən kamilidir. Buna görə də, biz insan həyatının hər bir sahəsində, istər fərdi olsun, istərsə də ictimai, bu din tərəfindən özünəməxsus mövqe tutulmasının şahidi olmaq intizarındayıq. Həqiqətdə, dini təşkil edən ünsürlər olan bu tövsiyələr və proqramları iki qrupa bölmək olar:
1. Xüsusi bir sahədə İslam dünyagörüşünün fenomen və təzahürü olan dini ünsürlər. Məsələn: siyasət ya iqtisadiyyatda İslamın təqdim etdiyi tövsiyə və proqramlar. İslam dünyagörüşü ilə onların arasında olan əlaqə küllinin cüzi ya ümumun xüsus ilə arasındakı əlaqə kimidir. Belə ünsürlər xəbər cümlələri tipində olur və konkret varlıq ya hadisı barəsində fikir bildirirlər. Onlar fəlsəfi, sixolostik düşüncələri ehtiva edirlər. Məsələn: Allahın siyasi məsələlər sahəsində genezis haqq və natural hakimiyyətə malik olması ya iqtisadi sahədə ruziverən olması. Biz bu ünsürləri "fəlsəfə" adlandırırıq. Deməli, "İslam siyasi fəlsəfəsi" İslamın siyasət sahəsindəki ünsürlərinin toplusudur. Onlar dünyagörüşün təzahürü və onun cüzi bir hissəsi hesab olunurlar.
2. İslam dünyagörüşünün və ələlxüsus onun fəlsəfəsinin – yəni birinci qrup ünsürlərin – nəticələri sayılan dini ünsürlər. Bu ünsürlər əmr cümlələri tipində olurlar və insanın rəftarlarına istiqamət verərək, konkret bir əməlin "lazim" və "lazımsız" olduğunu, ona əməl etməyin icazəli ya icazəsiz olduğunu bildirirlər. Belə ünsürlər subyektiv və nisbi xarakter kəsb edirlər. Bu ünsürlər də öz növbələrində iki dəstəyə bölünürlər:
A. Bu ünsürlərin bəziləri digərləri üçün təməl, əsas və bünövrə rolunu oynayır və haradasa onları əsaslandırır və müəyyənləşdirir. Bu ünsürlər ya müəyyən bir sahədə qəbuledilmiş prinsiplər və mühəqqəq, şübhəsiz məsələlər şəkilində olurlar, belə ki onları "təməllər" adlandırırıq, ya da bir sahədə dinin hədəf və məqsədlərini müəyyənləşdirirlər, onlara da "hədəflər" deyirik. Bu təməllər və həfədlərin toplusu "məktəb" (cərəyan) əmələ gətirirlər.
B. Müəyyən bir sahədə mövcud olan təməllərin əsasında həmin sahədə nəzərdə tutulan hədəflərə çatmaq üçün dində məcmu şəkilində bir sıra ünsürlər təklif və təqdim edilir. Onlar "sistem" (nizam) adlandırılır. Həqiqətdə, onlar cahanşümul orqanların ümümi şəbəkəsi, mərkəzləşmiş aparatıdırlar. Beləliklə, biz insan həyatının hər bir sahəsində üç qrup cahanşümul ünsürlərlə rastlaşırıq: fəlsəfə, məktəb və sistem. Onların arasında möhkəm məntiqi əlaqə və qırılmaz bağlılıq vardır.
Fəlsəfə
Burada fəlsəfədən söz düşdükdə bunu qeyd etməliyik ki, müsəlman filosoflarının arasında yayılmış, geniş auditoriyaya malik olan metafizika və transsendental fəlsəfə nəzərdə tutulmur. Məqsədimiz əlavə fəlsəfə və əlaqəli fəlsəfı cəryanlara məxsus olan, riyaziyyat fəlsəfəsi, incəsənət fəlsəfəsi kimi şaxələnmiş fəlsəfədir. Deməli, siyasət meydanında "İslam siyasi fəlsəfəsi"ni qəbul ediriksə, həqiqətdə, siyasi sahəsində islam inanclarının fenomen və təzahürləri hesab edilən və "İslam siyasi məktəbi"nin təməlləri sayılan müddəa və ideyaları axtarırıq. Allahın siyasi məsələlər sahəsində genezis haqq və natural hakimiyyətə malik olması, islam insanşünaslığı, demokratiya və xalqın səsvermə hüququ ilə ilahi iradə və istəyin əlaqəsi, Allahın tədbir və idarəetməsi ilə siyasi hakimiyyətin arasındakı əlaqə kimi önəmli və fundamental məsələlər bu fəlsəfədə müzakirə və tədqiqat obyektinə çevrilir.
Məktəb
"Məktəb" hər hansı bir sahədə o sahəyə aid təməllər və həfədlərin məcmusudur. "Təməllər" əminlik gətirən prisip və məsələlərdir ki, din tərəfindən təqdim olunur və o sahədəki fikirlər toplusunun (sistem) bünövrə və özülü sayılır. "Hədəflər" dinin hər bir sahədə insan üçün nəzərdə tutduğu qayə və məqsədləridir. Deməli, "İslam siyasi məktəbi" "İslamın siyasi təməlləri" və "İslamın siyasi hədəfləri"ni əhatə edir. İnsanların bir-birlərinin üzərində hakimiyyət haqqına malik olmamaları (Allahın belə bir hakimiyyəti qəbul etdiyi yerlər istisna olunmaqla) və məsumların (ə) hazır olduqları dövrlərdə hakimiyyət və idarəçilik haqqının onlara məxsus olması kimi məsələlər "İslamın siyasi təməlləri" ünvanı altında öyrənilir və bu qəbil mövzulara aiddir. İctimai ədalətin bərpası, insanın əsas hüquqlarının qorunması, insanların maddi və mənəvi inkişafı üçün münasib şəraitin yaradılması isə "İslamın siyasi hədəfləri" mövzusuna aiddir.
Sistem
İslam hər bir sahədə öz məktəbinin əsasında kompleks şəkilində cahanşümul orqanlar təklif və təqdim edir. Onların bir-biri ilə xüsusi bir bağlılıqları vardır və birlikdə həmahənf təşkilatlar şəbəkəsi əmələ gətirirlər ki, onlar da öz növbələrində "təməllərə" söykənərək "hədəflər"i həyata keçirirlər. Bu cahanşümul orqanlar şəbəkəsini və təşkilatlar məcmusunu hər bir sahədə "sistem" (nizam) adlandırırıq.
Deməli, "İslam siyasi sistemi" həmin islamın siyasi cahanşümul orqanlar şəbəkəsinidir.
Orqan
Orqan bir sistem daxilində şəxslər, təşkilatlar və hər hansı bir sahədə aidiyyəti ünsürlərdən ibarət təsdiq və təyin olunmuş bir modeldir. Orqan dörd əsas xüsusiyyətə malikdir:
1. Cahanşümulluq: Sisemin orqanları xüsusi bir situasiya və şəraitə bağlı deyldirlər.
2. Praktikada həyata keçe bilmək məziyyəti: Sistemin orqanları məktəbin təməllərinə söykənməli, onun hədəflərini real həyatda həyata keçirməlidirlər. Buna görə də, praktikada icra olunmaq və reallıqda həyata keçe bilmək qabiliyyətinə malik olmalıdırlar.
3. Təməllərə söykənməli, hədəflərin tələbi ilə istiqamət götürməlidir: Qeyd edldiyi kimi, sistem məktəbin təməlləri əsasında onun hədəflərinin həyatakeçiricisi və icraedicisidir. Onun orqanları bir tərəfdən məktəbin təməlləri əsasında qurulmuş, digər bir tərəfdən isə məktəbin hədəfləri istiqamətində hərəkət edirlər.
4. Cahanşümul hüququn tənzimatçısı: Hər bir sahədə cahanşümul dini hökümlər bir tərəfdən o sahədəki cahanşümul orqanlara özünəməxsus forma və model verir, digər bir tərəfdən də onların bir-biri və başqa orqanlarla əlaqəsini müəyyən edirlər. Deməli, sistemin orqanları çahanşümul hüququn tənzimatçısı və təzminatçısıdır.
Bu xüsusiyyətləri nəzərə almaqla bir sisem daxilindəki orqanı aşağıdakı kimi tərif etmək olar: " Orqan məktəbin təməllər və hədəflərinin heç bir situasiyaya bağlı olmayan, çahanşümul hüququn tənzimatçısı rolunu ifadə edən praktiki modelidir". Bu orqanlar "müəyyən olunmuş bir proqram" ya "bir mücərrəd təşkilat" şəkilində təzahür edə bilərlər.
İslamın bəzi siyasi orqanları bunlardan ibarətdir: qanunvericilik, iqtisadiyyat, icraiyyə və məhkəmə orqanları.
Hüquq
Hər hansı bir sistem və quruluşun proqramlarını müəyyən bir cəmiyyətdə icra etmək istədikdə ehkam və qanunlar əməl məqamında insanların köməyinə gəlir və onları özünəuyğun tərzdə düzgün istiqamətləndirirlər. Biz bu ehkam və qanunlar toplusunu "hüquq" adlandırırıq.
Hüquq da hər bir sahədə (siyasi, iqtisadi, təhsil və s.) iki qismə bölünür:
1. Sabit hüquq: Bu hüquq o cahanşümul ehkam və qanunlara deyilir ki, sistemin orqnlarını tənzimləyir və təməllər və hədəflərin tələbinə uyğun olaraq, qoyularaq qüvvəyə minir.
2. Dəyişkən hüquq: O qrup ehkam və qanunlara deyilir ki, zaman və məkan baxımından xüsusi bir vəziyyət üçün təyin edilir və adətən məşğul olduğumuz işlərə aid olur. Dini mənbələrdə bəzən sabit və dəyişkən hüquq bir-birindən ayrı bəyan olunmuşdur. Lakin əksər yerlərdə sabit hökm xüsusi çərçivədə və məxsus situasiyanın tələbi ilə inanlara bəyan edilərək çatdırılır, belə ki, bu bəyan müştərək şəkildə hər iki hökmü əhatə edir.
Qeyd etməyi lazım bilirik ki, Ustad Hadəvinin əsərlərinin siyahisi və kitablarının kataloqu sizin və başqa istifadəçilərin istifadəsi üçün http://dr-hadavi.ir saytında yerləşdirilmişdir.
[1] - İndiyə kimi bu nəzəriyyə bir neçə variantda şərh edilmişdir:
1) Birinci variant: "Quranda iqtisadi sistemin ümumi sxemi", məqalənin girişi, (Quran elmlərinin beşinci konfransına verilən məqalələr məcmuəsi, Qum, Darül-Qurani-Kərim, yay 1375, s. 330-426)
2) İkinci variant: "İslamda Collekt düşüncə nəzəriyyəsi" məqaləsi, İmam Xomeyni həzrətlərinin hüquqi görüşlərini tədqiqi konfransına göndərilən əsərlərin toplusu, "İctihadda zaman və məkanın rolu". c. 3, "İctihad və zaman və məkan", qış 1374, s. 401-426).
3) Üçüncü variant: "Vilayəti-fəqih"(Dəftəre-əndişeyi-cavan, İslam mədəniyyət və təfəkkür tədqiqat mərkəzi, 1377, Tehran).
4) Dördüncü variant: "Məbaniye-kəlamiye-ictihad" (Xaneye-xerəd mədəni təşkilatı, 1377, Qum); "İslam məktəb və iqtisadi sistemi" (Xaneye-xerəd mədəni təşkilatı, 1377, Qum)
[2] - "Vilayət və dəyanət", s. 50-54.