Please Wait
6536
Sualda qeyd olunduğu kimi, ilahi imtahanlar məchulu bilmək üçün deyil, çünki Allah hər şeyi bilir, amma ayə və rəvayətlərdən bu ələ gəlir ki, imtahan bir ilahi qanun və adətdir. Bu ilahi adət, digər digər bir adətə əsaslanır ki, ilahinin ümumi hidayət və tərbiyəsindən ibarətdir. Allah yaratdığı hadisələr və insanlar üçün qoyduğu çəriət yoluyla, onların istedadlarını üzə çıxarmaq və hər kəs istedadlarını işə salmaqla, onun öz nəzərində olan təkamülə doğru irəliləməsini istəmişdər.
İslami kitablarda ilahi imtahanların bəyanı üçünn işlədilən sözlərdən bir, fitnə gəlmişdir. Fitnə qızılı xalis və təmizləmək mənasındadır. Rəvayətlərdə gəlmişdir ki, qəzəl imtahan olduğu kimi camaat da imtahan olurlar. Insan vücudunun gövhəri, ilahi imtahan və hadisələr axarında xalis və kamilləşən bir qızıldır. Ilahi imtahanın digər təsirlərindən biri budur ki, insanı qəflət yuxusundan oyadır. Allah Quranı- kərimin bəzi ayələrində, insanın xoşagəlməz hadisələrə düçar olmasının hədəfini imtahan və onun nəticəsində ayılması tanıtdırır. Həqiqətdə demək olar, bu hadisələr yollardakı süni döngələrdir. Sürücünün yolun düz olduğunu görə yuxuya gedib dərəyə düşməməsi üçün, yollarda düzəldirlər. İmtahanın bu mənası, kafir və fasiqlərin öz daxillərində bəslədikləri çirkinlikləri aşkara çıxarmaq üçün də lazımdır. Başqa sözlə, Allahın imtahan etməkdən iki, iradə və istəyi var biri təkvini 9yaranış) iradə və istək o biri isə təşrii (qanun qoyma). Allahın imtahan etməkdən təkvini istəyi budur ki, mömin və kafirin hər biri, özlərinin yaxşı ya pis qabiliyyətlərini aşkara çıxarsınlar, amma Allahın bu imtahanlardan təşrii istəyi budur ki, insan özünün yalnız pak batinini göstərsin və onun yaxşı istedadları çiçəklənsin.
Allah tərəfindən olan imtahan məchulu bilmək üçün deyil, çünki o hər şeyi bilir. Amma bu ilahi adət, bir təkvini adətə əsaslanır. O təkvini adət, insan kimi təklif vacib olan varlıqlarla əlaqəli olmağ cəhətdən, ilahinin ümumi hidayətdən ibarətdir.
Allahın neçə növ hidayəti var: 1. Xüsusi şəxslərə aid olan xüsusi hidayətdir və bəzi dəstə üçün qadağan edilmişdir:
«وَاللَّهُ لاَ یَهْدِی الْقَوْمَ الظَّالِمِینَ» [1]
Və ya
«قُلُوبَهُمْ وَاللَّهُ لاَ یَهْدِی الْقَوْمَ الْفَاسِقِینَ»[2].
Belə hidayətin qarşısında zəlalət qərarlaşır.
2. Yolu göstərmək mənasında olan hidayət ki, mömin və kafirə şamil olur, amma ağılsız varlıqlara bu hidayət şamil olmur.
«إِنَّا هَدَیْنَاهُ السَّبِیلَ إِمَّا شَاکِراً وَإِمَّا کَفُوراً»[3]
Və ya
«وَأَمَّا ثَمُودُ فَهَدَیْنَاهُمْ»[4]
3. Təkvini hidayət, həm ümumi məsələ baxımından, həm də nəticə baxımından, "الذى اعطى کل شى خلقه ثم هدى"[5]"Allah öz hidayətini hamıya (şüurluya və şüursuza) şamil edir.
"الذى خلق فسوّى و الذى قدّر فهدى"[6]
"Təqdir" səbəblərin varlığı yaranışının hədəf və məqsədinə doğru aparması üçün hazırlanan səbəblərdən ibarətdir. Bu ayədə Allah hidayət olmağı təqdirin nəticəsi buyurmuşdur.
Əşyalar bu (ümumi) hidayətin vasitəsilə, özlərinin hədəf və məqsədlərinə doğru irəliləyirlər və heç bir varlıq bu ümumi qanundan müstəsna deyil. İnsan öz təkamülünə yalnız ixtiyari və iradə etdiyi işlər yoluyla yetişərlər, yəni bəşərin təkamülə yetişməsi, silsiləvari ixtiyari işlərinə bağlıdır. Ona görə də Allah onun üçün bir sıra əmr və nəhylər (şəriət) qoymalıdır. Digər bir tərəfdən, onun üçün fərdi və ictimai hadisələr (onların bəzisi insanın öz ixtiyari ilədir, bəzisi isə insanın öz ixtiyarında deyil) yaratmalıdır, ta bunların ikisiylə qarşılaşdıqda, istedadı olduğu şeyləri, aşkara çıxarsa və axırda xişbəxt ya bədbəxt olsun ona görə də bu təşrii və hadisələrə imtahan və bəla deyilmişdir.
Başqa sözlə, Allah insanı imtahan edənlər. Onun imtahanın alətləri, şəriət və hadisələrdən ibarətdir ki, bunların ikisiylə, insanların dini dəvətin ona doğru çağırdığı məqsədə olan vəziyyətləri aydın olur.
Deməli ilahi imtahan, ilahinin ümumi tərbiyəsinə əsaslanır. Belə bir tərbiyə ilə, hər bir insanın vəziyyəti məlum olur ki, hansı evin adamıdır? Savab evinin adamdır yoxsa əzab?[7]
Quran, Ali imran surəsinin 14 və 140- cı ayələrində ilahi imtahanların hədəfini belə açıqlayır:
« و لیمحّصَ اللَّه الذین آمنوا و یَمحَق الکافرین »
"İmam əhlini bütün eyb və nöqsanlardan təmizləyib, kamilləşdirmək və kafirləri məhv etmək üçün."
Ardıcıl imtahanlarla, münafiq kafirlərin aldadıcı və zahiri fəzilət və imanları, tədriclə aradan gedir.[8] Əlbəttə kafirlər üçün, başqa bir məhv olmaq da var ki, Quran onun barəsində belə xəbər verib: "والعاقبة للتقوى"[9] və ya "ان الارض یرثها عبادى الصالحون"[10] nəticə budur ki, ilahi imtahanın təsirli nəticələrini neçə işdə xülasələndirə bilərik:
1. Gizli istedadların çiçəklənməsi və dözümlü olmaq ruhiyyəsi yaratmaq. Həzrət Əli (ə) bir hədisdə buyurur: "Rüzgarın çətinlik və dəyişikliklərində kişilərin cövhəri tanınar" [11]İmam Rza (ə)- dan rəvayət olub ki, buyurdu: "Camaat, qızıl imtahan olduğu kimi imtahan olarlar və qızıl təmizləndiyi kimi, təmizlənərlər."[12]
2. Fitnə, yəni qızılı pak və xalis etmək.[13] Qızılın xalis olmayan yerlərinin yanıb, xalis olması üçün, oda salırlar. Insanın vücudu da bir qızıldır ki, Allah onu çətinlik, qəzəb, şəhvət və sairin odunda xalis etmək istəmişdir. Burda demək lazımdır ki, imtahan insanların inkişaf və təkamülü üçün bir vəsilədir.
Nə qədər ki, kişi çətinlik və əzab görməyib, nə vaxt kamil olar.
Nə qədər ki, külək və yağış gəlməyə, gül harda iyli olar.
Indiki dövrdə, əsgərlərin fiziki güclərinin artması üçün, onlara çətin və ağır işləri məşq etdirirlər. İlahi imtahanlar da insanın daxili qüvvələrini gücləndirmək üçündür.
Həzrət Əli (ə) buyurur:
«و ان کان سبحانه اعلم بهم من انفسهم و لکن لتظهر الافعال التى بها یستحق الثواب و العقاب»[14]
Yəni baxmayaraq ki, Allah camaatın özündən daha yaxşı onları tanıyır, amma buna görə insanlar imtahan olunurlar ki, bəzi işləri yerinə yetirsinlər ki, o işlərlə səvab ya cəzaya layiq olsunlar. Bu insanın istedadlarının ruhiyyəsini tanımaq və onların çiçəklənməsindən ötrü çalışmaq üçün ən yaxşı fürsətdir. Bu yolla höccət ona tamamlanacaq və qiyamət günündə, savab ya ona veriləndən daha çoxa layiq olması iddiası edə bilməz.
3. Qəflətin aradan getməsi: Allah insanı bəlalara düçar etməklə təkcə imtahan etmir, əksinə bəzən nemətin bolluğu hökümət qüdrəti və sağlamlıq və sairdə ilahinin imtahan vəsilələrindən sayılırlar.[15] Bu nemət bəzən insanı elə məğrur edir ki, özünün və digərlərinin məhvinə şərait yaradır.
4. Allah belə bir insanın ayılması və nicatı üçün, onu xoşagəlməz hadisələrə düçar edir. Bu cürə onu ikinci dəfə imtahan edir, ta düz yolu tanısın və bütün nemət və varlığın Allahdan olduğuna və Allahdan qafil olub, günah bataqlığına qərq olmağa inanmalıdır. Bəlaların bəzisi sürücülərin yatmaması və dərəyə düşməməsi üçün, yollarda düzəldilən süni döngələr kimidir. Quranın çoxlu ayələrində,[16] ilahi imtahanların bu tərbiyəvi təsiri xatırlanmışdır.
Ayələrdə bəzən "xatırlatma" bəzən "ağlamaq" və bəzi yerlərdə "qayıtmaq" işlədilmişdir. Bu ona görədir ki, Allaha doğru qayıtmağın dərəcələri var. Onun brinci dərəcəsi "xatırlatma", sonra Allah dərgahına ağlamaq və bu zaman həmin şəxs əməldə öz yolunu düzəldib, qayıdır.[17]
Həzrəti Əli (ə) hədislərdən birində, Quranın bu məsələsinə belə işarə edir: Allah bəndələrini günah etdikləri zaman, tövbə etməli olmalının tövbə etməsi, günahdan əl çəkməli olmalının özünü saxlaması və öyüd olmalının öyüd olması və sair üçün, meyvələrin az olmasıyla imtahan edər."[18]
Əlbəttə, nurada belə bir sual yaranır ki, əgər belədirsə, onda Peyğəmbərlər, imamlar və ilahi övliyalay niyə imahan olmurlar?
Cavab: Çünki, qabaqcadan işarə etdiyimiz kimi, bu ilahın ümumi bir adəti və qanunudur və hamıya aiddir.
Əmirəl möminin (ə) buyurur:
«ان البلاء للظالم ادب و للمؤمن امتحان و للانبیاء درجة و للاولیاء کرامة»[19]
Yəni Peyğəmbərlərdə, dərəcələrinin yüksəlməsi üçün, imtahan olunurlar.
Bu izahlardan sonra, ilahi imtahanların hədəfi aydın oldu. Bu da məlum oldu ki, imtahan Allahın insanın vəziyyətindən xəbərdar olması üçün deyil, əksinə insan öz istedadlarını üzə çıxarmaq üçündür.
[1] - Cümə, ayə 5 "Allah zalım dəstəni hidayət etməz". Deməli Allahın bu imtahanı insanın fəaliyyətlərinin yaranması üçün lazımdır, nəinki, Allahın insanın taleyindən xəbərdar olması üçün.
[2] - Səff, ayə 5 "Allah fasiq dəstəni hidayət etməz".
[3] - Dəhr, ayə 3 "Biz (haqq və batil) yolun həqiqətini insana göstərdik (və höccəti tamamlamaq üçün, onlara elçi göndərdik) indi istəsə hidayət olub, bu nemətə şükr etsin və istəsə zəlalətəgedib, nemətə küfran etsin".
[4] - Fussilət, ayə 17, "Amma səmud tayfasını da (rəsul göndərib) hidayət etdik".
[5] - Taha 50, "O Allah ki, aləmin bütün varlıqlarına varlıq nemətini bağışladı, sonra təkamül yoluna doğru hidayət etdi.
[6] - Əla 3. "O Allah ki, aləmi yaratdı bə öz təkamül yoluna hidayət etdi."
[7] - Kəhf, ayə 7 "Biz yer üzündə olanları, yer üçün aldadıcı zinət qərar verdik, ta camaatı imtahan edək ki, onların hansı əməl cəhətdən də yaxşıdırlar"Daha çox tanışlıq və araşdırmaq üçün, aşağıdakı ayələrə müraciət edilsin. Dəhr, ayə 2, Ənbiya, ayə 35, Ali imran, 154, Fəcr, ayə 6, Təğabun, ayə 15, Məhəmməd, ayə 4, Əraf, ayə 163, Ənfal, ayə 17, Ənkəbut, ayə 3, Bəqərə, ayə 124, Saffat, ayə 106, Taha, ayə 40, Ənam, ayə 165, Əhzab, ayə 11, Mülk, ayə 2.
[8] - Müraciət edin: Əlmizan, cild 16, səh 100, cild 9, səh 124, cild 4, səh 30- 36, Əlmizanın tərcüməsi, cild 4, səh 46- 55, Quranın mövzuyi təfsiri, Cavadi amili, cild 4, səh 267- 284. Mizanul- hikmə, cild 9, səh 70
[9] - Taha, ayə 132
[10] - Ənbiya. Ayə 105
[11] - " فى تقلب الاحوال علم جواهر الرجال" Nəhcül- bəlağə, qısa hikmətlər 217
[12] - "یفتنون کما یفتن الذهب ثم قال یخلصون کما یخلص الذهب"Usuli- kafi, Seyyid Cavad Müstəfəvinin tərcüməsi, cild 2, səh 196
[13] - Əqrəbul- məvarid, cild 2, səh 901- 02, Müfrədati- Rağib, səh 371
[14] - Nəhcül- bəlağə, qısa hikmətlər, 93
[15] - Müraciət edin, Cavadi, amili Əbdüllah, Quranın mövzuyi təfsiri, cild 4, səh 267- 286
[16] - Əraf ayə 94, Rum ayə 41, Səcdə, ayə 21, Əraf ayə 30- 168, Tövbə, ayə 126
[17] - Müraciət edin: Pəyami Quran, cild 4, səh 470- 475
[18] - انّ اللَّه یبتلى عباده عندالاعمال السّیئة بنقص الثمرات... لیتوب تائب و یقلع مقلع و یتذکّر متذکّر Nəhcül- bəlağə, xütbə 143
[19] - Biharul- ənvar, cild 4, səh 235, hədis 54