Ətraflı axtarış
Baxanların
12908
İnternetə qoyma tarixi: 2011/06/21
Sualın xülasəsi
İslam dininin sülh və barışıq və ya döyüş və narahatlıq dini olmasını açıqlayın.
Sual
İslam sülh mənasındadır. Amma bəziləri onun köklü surətdə döyüş dini olmasını deyirlər. xahiş edirəm bu barədə təhlil edərək məsələni açıqlayın.
Qısa cavab

İslam dini barışıq, sülh və əmin- amanlıq dini olmasını təsdiq edərək buyurur: "Ey iman gətirənlər! Hamınız sülhə və barışığa tərəf gəlin. Şeytanın addımlarından uzaq olun. Oizin açıq aşkar düşməninizdir".

Amma bunu da diqqət yetirmək lazımdır ki, bəziləri şeytanın yolunu gedərək özü zülm etməklə bərabər başqalarını da bu yola çəkirlər. Bu yolla ictimai fəsadı təbliğ edirlər. Bu səbəbdən kamil bir dinin (İslam) bu barədə nəzər irəli sürməməyi mümkün deyildir. Əgər belə olmazsa ictimai fəsadın qarşısını almaq mümkün olmaz və İslam dininin dəyərləri aradan gedər. bu səbəbdən də İslam dini kafirlərlə, müşriklərlə və sair fasid insanlarla sülhü şərtlə bağlayır. Möminlər üçün yeganə çıxış yolu müqəddəs İslam dininə sarılmaq və Quranın göstərdiyi yolu seçmək tövsiyə olunmuşdur. Qurani kərim bütün möminləri sülhə və qardaşlığa dəvət edir.

Müqəddəs İslam dini torpaq və sərhəd genişləndirmək məqsədi ilə olunan döyüşləri qadağan etmişdir. Amma düşmən hücumunun müqabilində isə cihadı və müdafiəni vacib buyurmuşdur. Bundan əlavə insanları sevməyi, onlara məhəbbət göstərməyi və bu sevgini genişləndirməyi tövsiyə etməklə yanaşı zülmə və zülmkar həkimə qarşı çıxaraq ədaləti bərpa etməyi də vacib buyurmuşdur.

İslam dini elə bir dindir ki, bütün dünya müsəlmanlarını və insanlarını haqqa tərəf dəvət etməklə yanaşı onlara heç bir vaxt zülmlə barışmamağı və daim uca məqamlara tərəf addımlamağı tövsiyə edir. Təbiidir ki, belə bir ideologiyanın qarşısında dünyanın hegemonları və batil əqidədə olan ərbabları susmayacaqdır. Əksinə müdavim olaraq İslam dinini dünya inkişafı üçün böyük bir mane kimi tanıtdıracaqdır. Dünyada hakim olan gegemonlar öz zülmlərini siğortalayaraq müqəddəs İslam dinini narahatlıq və insan hüquqlarına zidd bir ideologiya kimi tanıtdırır.

Belə bir şəraitdə bütün möminlərə vacibdir ki, müqəddəs Əhli- beyt məktəbinə sarılaraq İslam dininin həqiqi çöhrəsini dünyaya tanıtdırsın və İslamın gözəlliyini nümayiş etdirsin.

Ətreaflı cavab

"İslam" sözü lüğətdə "ْSəlm" və "Səlam" köklü olub sülh və əmin- amanlıq mənalarında işlədilir.[1] Sülhün vacibliyi və əhəmiyyəti müqəddəs Qurani- kərimdə qeyd olunmuşdur.[2] Qurani kərim sülh və əmin- amanlıq ideologiyasını təsdiqləmək üçün buyurmuşdur:

«یا ایها الذین آمنوا ادخلوا فی السلم کافة و لا تتبعوا خطوات الشیطان انه لکم عدو مبین»

"Ey iman gətirənlər! Hamınız sülh və barışığa üz tutun. Şeytanın hiylələrinə uymayın. O sizin açıq aşkar düşməninizdir.[3]

Qurani- kərimin nəzərinə əsasən dünyada baş verə biləcək sülh və əmin- amanlıq yalnız Allaha iman gətirməklə ucalığa çevrilə bilər. Yəni dünyada olan əmin- amanlıq yalnız İlahi göstərişin əhatəsində gərçəkləşə bilər. Dünyada olan coğrafi, irqi və milli fərqli insanlar yalnız Ulu Tanrıya iman gətirməklə birləşib dünyada sülhü və əmin- amanlığı bərpa edə bilərlər. Müsəlmanların inanclarına əsasən İmam Məhdi (ə) dünyada sülhü bərpa edərək hamını vahid bayraq altında birləşdirəcəkdir. Bu inanc təbiidir ki, yalnız İslam dini və Allaha iman gətirməklə öz həqiqətini əks etdirəcəkdir.

Hətta Allah- Taala Quranda buyurur:

«و ان جنحوا للسلم فاجنح لها ...»

"Əgər sizin düşmənləriniz adilliklə sülhü tələb etsələr, siz də qəbul edin".[4]

Bunu da qeyd etmək lazımdır ki, insanların ixtiyarları öz öhdələrində olduğu üçün bəziləri bundan sui istifadə edərək zülm, zəlalət və fəsad yolunu seçərək başqalarını da buna dəvət edir. Bu səbəbdən kamil bir dinə İslam dini) vacibdir ki, bu xoşagəlməz halların qarşısını alsın və insanları qane edəcək bir hidayət yolu irəli sürsün. Başqa sözlə desək kamil bir dinin dünya fəsadlarının müqabilində onlara cavab verə biləcək bir proqramı olmalıdır.

Bəzən qeyd etdiyimiz zülmlər və qüğyanlar bir həddə çatır ki, zor tətbiq etmək və ya özünü müdafiə etməkdən savayı çıxış yolu qalmır. Bu səbəbdən də İslam dini cihad anlamını vacib buyurmuşdur. Belə ki, Qurani- kərim nitq və məntiq yolu ilə yumşalmayan, inadkarlıq edən, bilərəkdən Peyğəmbərin işlərini əngəlləyən və onunla açıq- aşkar düşmənçilik edənlər barəsində belə əmr edir: "Ey Peyğəmbər! Kafirlərlə və münafiqlərlə cihad et! (vuruş)"[5] İslam ictimaiyyəti hər cəhətdən gərək öz düşmənlərinin qəlbinə vahimə və qorxu salsınlar ki, onlar müsəlmanları zəif bilərək onlara zərbə endirməsin və ya xəyanət etməsinlər.[6]

Əlbəttə gərək İslam sərhədlərini[7] qorumaq məqsədi ilə hərbi təlimlər keçməklə, İslam dininin ən gözəl eşq məktəbi olan cihad anlamını bəzi məsələlərlə qarışdırmayaq. İslam dini bütün zamanlarda sülh və əmin- amanlığın tərəfdarı olmuşdur. Amma bu o demək deyil ki, dünyada fitnə fəsad törədən və İslam dinini aradan aparmaq istəyən kafirlərə qarşı da bu mövqedə qalmalıdır. Əkssinə Quran ayəsinə əsasən onlarla vuruşmaq və mübarizə aparmaq bizə vacib buyrulmuşdur.

Allah Taala Quranda buyurur:

«و جاهدوا فی الله حق جهاده ...»

"Allah yolunda ona layiq olaraq cihad edin".[8] Müqəddəs İslam dinində cihad anlamı sərhəd genişləndirmək və müsəlmanların şəxsi mənafeyini güdmək üçün düyil.

Deməli cihad təcavüz üçün deyil, əmin- amanlığı bərpa etmək üçündür. Buna görə də əgər bir məsələ sülh və ya danışıq yolu ilə həll ola bilərsə gərək cihada deyil məntiqə tərəf addımlamalıyıq. İslam dinində döyüş başlamazdan öncə tərəf müqabili sülhə və İslama dəvət etmək və bu ideoligiyaya əsasən vacib edilmişdir.

Müqəddəs İslam dinində zalımları, zəiflərə zülm edənləri və din düşmənlərini məğlub etmək və zəif insanlara nicat vermək onları İslam dini ilə tanış etmək üçün cihad əmrini vermişdir. Belə ki, məzlum və dünyadan xəbərsiz insanlara bu yolla nicat bəxş edir, onları dünya və axirət yoluna tərəf sövq edir.[9]

Mərhum Əllamə Təbatəbai İslam dinində döyüşün və qüdrət nümayiş etdirməyin qadağan olması barəsində buyurur: "Cihaddan əsas məqsəd dinin öz yolunu davam etdirməsidir. Deməli cihad ibadətdir və "qürbətən illəllah" da burada vacibdir. Cihad anlamı kiməsə üstünlük bəxş etmək və kiminsə malını qorumaq üçün deyildir. Əksinə insanlığı qorumaq və əmin amanlığı bərpa etmək üçündür. Deməli cihad özü özlüyündə müəyyən çərçivəyə əsaslanır və hər növ təcavüzdən uzaqdır. Allah Taala Quranda buyurur:[10]

«لا تعتدوا ان الله لا یحب المعتدین»

"Təcavüz etməyin! Allah Taala heç vaxt təcavüzkarları sevməyir".[11]

Nəticədə belə deyə bilərik ki, müqəddəs İslam dinində nəin ki, cihad əmri haqlarını qoruyur və ictimaiyyətdə insanlar üçün əmin- amanlığı bərpa edir. Cihad anlamı tuğyankar və zalım hakimiyyətə qarşı mübarizə aparmaq və zəif insanlara onların şərindən xilas etmək və ədalətsizliyə qarşı çıxmaq üçün əmr olunmuşdur. Qısa təriflə desək. "Cihad insanın dəyərlərini özünə qaytaran və onu qoruyan ədalətli bir döyüşdür".[12]

Deməli İslam düşmənlərinin müqabilində sülh anlamı yalnız müsəlmanların iqtidarı və hurriyyəti naminə şərtlə bağlanmalıdır. Həzrət Əli (ə) Malik Əştəri Misrə özü tərəfindən şəri hakim göndərərkən ona buyurur: "Əgər düşmən səni sülhə dəvət edərsə bil ki, Allahın razılığı bundandır və sülhü rədd etmə. Çünki sülh sənin döyüşçülərinin rahatlıq və asudəlik amilidir. Bundan əlavə sülhnamə və sənin hakim olduğun torpaqlara əminlik bəxş edəcəkdir. Amma sülhdən sonra öz düşmənindən qəti qafil olma və bir anda olsun ondan gözlərini çəkmə. Çünki bəzən düşmən bu hiylədən istifadə edir ki, özünü sənə yaxın etməklə səni qəflətdə saxlasın. Ehtiyatlı ol. Uzaqgörənliyi əldən vermə və düşməninə qarşı heç vaxt xoşniyyətli olma".[13] [14] Amma möminlərin arasında yeganə sülh yolu Qurandır. Qurani kərim ülvü baxışlarla möminləri bağışlamağa, mehribanlığa və qardaşlığa dəvət edir.[15]

Qurani kərim qorxaqlıq, süstlük və imanda zəiflik məqsədi ilə olan sülhləri qəbul etmir və onu məzəmmət edir. Çünki belə insanlar İslamın şücaət dəyərin ayaq altına alır və qorxaqlıq nümayiş etdirəcək sülhün bağlanmasını tövsiyə edir. Qurani kərim belə insanlara xəbərdarlıq edir:

«فلا تهنوا و تدعوا الی السلم و انتم الاعلون و الله معکم ...»

"Ey möminlər dini işlərinizdə süstlük etməyin, qorxunuzdan kafirləri sülhə dəvət etməyin. Əksinə onları İslam dininə tərəf dəvət edin. Siz uca məqamlı olacaqsınız. Allah sizinlədir. Sizin əməl dəftərinizdən heç nə azalmayacaqdır.[16]

Bütün burada qeyd olunan mövzulardan belə başa düşürük ki, İslam dini dünyada yaranmış hər hansı bir problemin və ya müharibənin amili deyildir. Ümumiyyətlə İslam dini belə bir məntiqi qəbul etmir. Amma bunu da qəbul edirik ki, İslam dini dünyada ən kamil bir din olduğu üçün bütün müsəlmanları və müsəlman olmayanları haqq yola dəvət edir və onları daim zülmlə, zalimlə, tuğyankar hakimlərlə mübarizəyə dəvət edir. Həmçinin o bu ünvanla dünyada tanınmışdır.[17]

Təbiidir ki, belə olan halda dünyanın bər- bəzəyinin düşgünü olan dünyanın hegemonları İslam dininin əsil[18] çöhrəsini gizlədir və İslam dininin bəşəriyyətin asayişinə zidd olduğunu təbliğ edir. Belə ki, İslam dinini bəşəriyyətin inkişafının əksinə olduğunu qələmə verir, onu bütün müharibələrin əsas amili bilir və bundan savayı bütün istedadı ilə İslam dinini gözdən salmağa çalışırlar. Amma bir halda ki, özləri dünyada terrorun və müharibənin əsas amilidirlər. Müsəlmanlar yalnız özlərini müdafiə edirlər.

Belə bir şəraitdə möminlərə vacibdir ki, əhli- beytin məktəbindən istifadə edərək və bu yenilməz məktəbə istinad edərək dünyada İslam dinini ucaltsınlar. Onlar gərək öz əməlləri ilə müqəddəs İslam dininin düşmənlərinin səhf təbliğatlarının qarşısını alsın və onu zərərsizləşdirsin.

Daha çox məlumat əldə etmək üçün:

A). Əl- mizan təfsiri, Əllamə Təba- təbai 10- cu cild.

B). Cihad və məravide məşruiyyət, dər Quran, müəllif Mürtəza Mütəhhəri.

S). İslamın siyasi nizamı barəsində sual- cavablar, Misbah Yəzdi, Məhəmməd Təqi səh 226- 239.

Q). Amuzeşi din, llamə Təba- Təbai, 259- 264- cü səhifələr.

Göstərici:

1). İman və əmr be məruf və cihadi ibtidai sual 196 (saytdakı nömrəsi 1161).

2). İbtidai cihad, sual 113 (saytdakı nömrəsi, 1347.

3). Din və ikrah, sual 293 (sayt nömrəsi 1747)



[1] - Kitabul- eyn, 7- ci cild, 267- ci səhifə bax göstərici: Ali- imran surəsinin 19- cu ayəsinə əsasən İslam dini anlamı necədir? 956- cı sual. Quran və İslam və müsəlmanın mənası, 829- cu sual (sayt nömrəsi, 898).

[2] - Nəml surəsi, ayə 32- 44.

[3] - Bəqərə surəsi, ayə 208.

[4] - Ənfal surəsi, ayə 61.

[5] - Təhrim surəsi, ayə 9.

[6] - Misbah Yəzdi, Məhəmməd Təqi, Porseşha və pasoxha dər bareye nizam siyasiye İslam, 233- cü səhifə.

[7] - Ənfal surəsi, ayə 60.

«و اعدوا لهم ما استطعتم من قوة ...»

[8] - Həcc surəsi, ayə 78.

[9] - Nəşriyyeye mərifət, N= 102, İslamda hədəf və cihad məqaləsi, Həmzə Əli.

[10] - Bəqərə surəsi, ayə 190.

[11] - Məhəmməd Hüseyn Təba- təbai, Əl- mizan təfsiri, 10- cu cild, 63- cü səhifə, Beyrut.

[12] - Bax: Mürtəza Mütəhhəri, cihad və İslam məvaride məşuriyyəte an dər Quran.

[13] - Nəhcül- bəlağə, 53- cü məktub.

[14] - Hüseyn İsgəndəri, zendegi ayəsi, 1- ci cild, 300- cü səhifə.

[15] - Hücurat surəsi, ayə 9- 10.

[16] - Məhəmməd surəsi, ayə 35.

[17] - İmam Xumeyninin inqilabı dünyada müsbət əks səda salmışdır.

[18] - İslam sözündən hədəfiniz Məhəmməd Peyğəmərin gətirdiyi əsil din və Əhli- beytin pak yolu nəzərdə tutulur.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Şirkətlərin və idarələrin personelinə (işçilərinə) girov adıyla ödənilən məbləğə xüms gəlir?
    5289 Nizamlar hüquq və əhkam 2011/10/30
    İmam Xumeyni və Məqami müəzzəm Rəhbərin fətvasına uyğun olaraq o pul ki, idarələr şirkətlər və fabriklərdən fəhlə işçi və personelinə girov adıyla verilir o puldan hər nə qədər xüms ilindən artıq qalarsa onun xümsu ödənilməlidir.[1]
  • Bərzəx aləmində yaxud da qiyamətdə azan deyilirmi?
    6322 Hədis elmləri 2012/03/11
    1. Azanın bərzəx aləmində deyilməsi barəsində rəvayətlərdə qeyd edilməmişfir. 2. İmam Baqirdən (ə) rəvayət olunur ki, “Peyğəmbər əkrəm (s) merac zamanı keçmiş bütün peyğəmbərlərin onun yanında olduqları zaman, Cəbrail (ə) Allahın əmri ilə onlara azan və iqamə dedi.”[1] 3. Qiyamətdə ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    6936 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Əgər hazırkı məsihi dini təhrif olunubsa və Allah onları kafir hesab edirsə, bəs nə üçün onlara şəfa verir və onlara diqqət yetirir?
    5689 Qədim kəlam 2012/01/19
    Allahın bəzi məsihilərə şəfa verməsi və diqqət yetirməsinin səbəbi Onun rəhmaniyyət və feyzinin ümumu olmasıdır. Bu rəhmət və feyz bütün insanlara şamil olur, nəticədə ilahi nemətlərdən bəhrələnmək sayəsində səadət və iman yolunu seçir, ilahi mərifət və kamala nail olurlar. Çünki Allah-taala insanları azad yaradır, ixtiyarlarına müəyyən imkanlar verməklə onları sınaqdan ...
  • Mələklərin varlığının səbəbi nədir və onların vasitə olmasına nə ehtiyac vardır?
    9759 Qədim kəlam 2012/07/22
    Məlaikələr Allahın məxluqlarından olan bir növ varlıq, Allah ilə şəhadət aləmi arasında vasitədirlər. Allah onları təkvin və təşri aləminin işlərini idarə etmək üçün təyin etmişdir. Qurani-kərimdə məlaikələr üçün çoxlu işlər sadalanmışdır: vəhyin nazil edilməsində, Allahın sözünün Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə çatdırılmasında, aləmin işlərinin tədbir ...
  • Bir Avropalı üçün İslam və şiəni olduğu kimi tanıtdırın.
    6744 Qədim kəlam 2011/05/15
    İslam lüğətdə təslim olmaq və boyun əymək deməkdir. Bunun üçün də İslam dinini, İslam adlandırmışdırlar ki, onun bütün göstərişləri aləmlərin Rəbbi olan Allahın qarşısında təslim olmaqdır ki, insan yeganə Allahdan başqasına itaət etməsin və yalnız o Allahın əmrlərini yerinə yetirsin. Həqiqətdə İslam dini bütün keçmiş ...
  • Nəyə görə İmam Əlinin (əleyhissalam)Nəhcül-Bəlağədəki 31-ci məktubundan vəsiyyətnamə kimi ad aparılır?
    5282 روایات و دعاهای برجای مانده 2015/05/30
    Vəsiyyət kəlməsi ərəb dilindən mənsı " sifariş" kimi mənalanır. İmam Əlinin (əleyhissalam)yazdığı məktub şəri vəsiyyətnamə hesab olunmur. Şəri vəsiyyətnamədə insan öz malına, sərvətinə görə sifarişlər edir ki, onun ölümündən sonra necə rəftar və sərf etsinlər. Bu məktub, zahirdə İmam Həsənə (əleyhissalam)və ya keçən bəhsdə cavabında dediyimiz
  • Нәјә ҝөрә Гуранын бәзи ајәләри илаһи пејғәмбәрләрин исмәти илә фәрглидир? Изаһ един?
    8642 Qədim kəlam 2010/06/22
    Јухарыдакы суалын ҹвабыны белә вермәк олар:1.“Исмәт” (ҝүнаһсызлыг) мәсум шәхсин хүсуси бир нәфси һаләтидир ки, инсанын ҝүнаһдан вә чиркин әмәлләрдән үз дөндәрмәсинә сәбәб олур вә инсанын ихтијарыны әлиндән алмадан, јахуд, ону мәҹбур етмәдән ону һәр ҹүр хәта вә ...
  • Qeyri İslami dövlətlərin banklarından kredit götürməyin hökmü nədir?
    7214 Nizamlar hüquq və əhkam 2011/11/12
    Kredit götürməyin əsası hakimi şərin icazəsinə bağlı deyil. Hətta əgər dövləti bir bankdan olmuş olsa belə. Vəzi hökm nəzərindən də düzgündür. Baxmayaraq ki riba və sələm də olmuş olsa. Amma riba və sələm olarsa təklifi nöqteyi nəzərdən haramdır. İstər müsəlmandan almış olasan və istərdə qeyri müsəlmandan. İstər İslami dövlətdən olsun ...
  • Yerdə və göydə Allahın qüdrət nişanələri hansılardır?
    7739 Qədim kəlam 2011/11/24
    Asiman, yer və bu ikisində olan hər bir şey və ümumiyyətlə vücud aləmində olan şeylərin hamısı Allahın qüdrət nişanələrindəndir. Bu nişanələr o qədər çoxdur ki, heç kəs onları sayıb qurtara bilməz. Qurani-Kərim insanları dəfələrlə bu ayələri müşahidə etməyə çağırmışdır. Kəhkəşanların, müxtəlif günəş ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163821 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158946 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118700 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111835 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105485 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92540 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54108 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49298 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44890 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44342 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...