Please Wait
6547
İnsanların ekizinin olması barədə bir neçə rəvayət vardır.
Rəvayətlərdə gəlibdir ki, Allah- Taala İblisə buyurdu: Oxşarını sənə vermədən heç bir adama övlad vermərəm. Hər bir adamın Şeytani oxşarı vardır.[1]
Başqa bir rəvayətdə gəlibdir ki, Peyğəmbər (s) buyurdu: Heç bir kəs yoxdur ki, onun cindən ekizi təyin olunmamış ola. Dedilər: Ya Rəsuləllah, sizin üçün də vardırmı?
Buyurdu: Mənim üçündə vardır, amma Allahım mənə kömək edibdir, o mənə təslim olub və mən ondan amandayam.[2]
Bu rəvayətdə Peyğəmbərin (s) məqsədi, başqalarını, onun həmyaşıdının (ekizinin) fitnəsindən və onun vəsvəsələri və azdırmasından çəkindirməkdir. Həmçinin bizi xəbərdar edib ki, o, bizimlədir, imkan həddində özümüzü ondan qoruyaq.
Buna diqqət olunmalıdır ki, Allah- Taala Peyğəmbərləri bəşərin hidayəti üçün göndəribdir və başqa tərəfdən də Şeytan və onun övladları sakit olmalıdırlar, bəlkə Adəm övladlarını azdırmaq üçün pusqu qurdular.
Aydındır ki, Şeytan, ancaq Allahı xatırlamadaqdan qafil olan insanlara hakim olar. Bu üzdən Allah- Taala Quranda buyurur: Hər kəs Allahı xatırlamaqdan üz döndərə, Şeytanı onun sorağına göndərərik və həmişə onun yanındadır.[3]