Please Wait
5910
Bəzi Müctəhidlərin cavabı bunlardan ibarətdir:
Ayətullah Xamineyinin dəftərxanası:
Əgər kişi mühriyyə və zamanın təyin olunmasında belə vəkil olmuşdursa, maneəsi yoxdur. Əlbəttə o halda ki, bütün şəraitlər o cümlədən ehtiyat vacibdir ki, atanın və ya babanın (atasının atası) bakirə qızların nikahında icazəsi olmalıdır.
Həzrət Ayətullah Sistaninin dəftərxanası:
Maneəsi yoxdur.
Həzrət Ayətullah Məkarim Şirazinin dəftərxanası:
O cür ki, mehriyyənin və vaxtında təyin olunmasında vəkil olmuşdur və bu işi həyata keçirmişdir, nikah düzgündür.
Həzrət Ayətullah Safi Gülpayqaninin dəftərxanası:
O cür ki, kişi bir qadını vəkil olaraq müəyyən məbləğ və zaman daxilində nikah oxumuşdur, lakin qadın sonradan məbləği və vaxtı bilmiş və qəbul etmişdirsə, nikah düzgündür.
Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin cavabı aşağıdakı şərhdən ibarətdir:
Əgər siz ona tam şəkildə icazə vermişdinizsə ki, sizi özü üçün hər bir müddət və məbləğ qarşısında nikah oxunsun, sizin nikahınız düzgündür. Amma əgər belə vəkalət vermişsinizsə, nikah o zaman düzgün sayılır ki, sizin bu zaman və məhriyyədən məlumatınız olduğunuzda ona razı olub qəbul edəsiniz, yəni icazə verəsiniz.
Əlavə məlumat üçün aşağıdakı göstəriciləri mütaliə edin:
- Müvəqqəti nikahın şəraiti; sual 1238 (sayt 1225).
- Bakirə qızın müvəqqəti nikahı; sual 2190 (sayt 2315).
- Müvəqqəti nikahda Mehriyyənin verilməsi; 3237 (sayt 3494).
- Müvəqqəti nikahın şəraitlərindən məlumat və xəbərdarlıq; 7454. (sayt 76- 64).