Ətraflı axtarış
Baxanların
6407
İnternetə qoyma tarixi: 2012/02/18
Sualın xülasəsi
Siz deyirsiniz ki, din əqli dəstəkləyir və onu etibarlı sayır. Əgər belədirsə, biz əqlimizdən istifadə edərək istintac edə (şəriət hökmünü çıxara) bilərikmi? Ümumiyyətlə, təqlidin məqam, tərif və zərurəti nədir?
Sual
Siz deyirsiniz ki, din əqli dəstəkləyir və onu etibarlı sayır. Əgər belədirsə, biz öz əqlimizdən istifadə edərək istintac edə (şəriət hökmünü çıxara) bilərikmi? Ümumiyyətlə təqlidin məqam, tərif və zərurəti nədir?
Qısa cavab

Şəriətdə dəstəklənən əql məsləhəti ayırd edə bilən və camaat arasında deyilən mühasibəçi əqldən tamamilə başqadır. Bu əqlin də şəriət sahibi tərəfindən dəstəklənməsinə baxmayaraq, diqqət yetirmək lazımdır ki, əql idraklara hüdudlanır və bir sıra külliyyatı dərk edə bilər, amma onun xüsusiyyət və incəliklərə daxil olmağa qüdrəti yoxdur. Buna əsasən, insan cüzi (konkret) məsələlər barəsində digər bir mərifət mənbəyinə ehtiyac duyur ki, bu məsələdə ona kömək etsin, onun tam incəliklərini və xüsusiyyətlərini dərk etsin. O mərifət mənbəyi də vəhydir.

Təqlid üçün iki məna təsəvvür olunur: birincisi mənfi mənadır və bəzən bu mənfi mənanın təsəvvürü insanların bu kəlmədən qaçmasına səbəb olur. Digəri isə müsbət məna olub fiqhdə irəli çəkilən təqliddən ibarətdir. Bu, ərəb dilində hər hansı bir məsələdə dərin ixtisasa sahib olan mütəxəssisə müraciət etmək mənasına olan xüsusi fiqhi termindir. Buna əsasən, dini məsələlərdə mütəxəssisə – müctəhidə təqlid etməyimizin səbəbi budur ki, biz din və şəriət məsələlərində müctəhid və dərin ixtisasa sahib deyilik.

 

Ətreaflı cavab

Şəriət hökmlərinin çıxarışında əqlin rolu

Şəriət tərəfindən dəstəklənən əql camaat arasında işlədilən mühasibəçi – məsləhətçi əqldən başqadır. Bu əql də şəriət sahibi tərəfindən müəyyən qədər dəstəklənsə də, amma əqli idraklara məxsusdur və bir sıra külli məsələləri dərk edə bilər, onun incəliklərə və xüsusiyyətlərə daxil olmağa qüdrəti yoxdur.

Buna əsasən, insan konkret və incəliklər hövzəsində digər mərifət mənbəyinə ehtiyac duyur ki, ona kömək etsin, nəticədə bu cüzi xüsusiyyətləri dərk edə bilsin. O mərifət mənbəyi də vəhydir. İslamda vəhy iki sahədə təcəlli edir:

1. Kitab (Quran) və sünnətdə. Yəni bu ilahi Kitabın mənalarından əlavə, kəlmələri də ilahi vəhydir. Bəziləri “Quranın yalnız mənaları vəhy yönlüdür” deyir və onun kəlmələrinin Peyğəmbər (səlləllahu əleyhi və alih)-in mübarək qəlbində vəhy edilməsini qəbul etmirlər. Bu söz səhvdir. İslam mədəniyyətində qüdsi hədistlərlə Quran ayələri arasında fərq budur ki, qüdsi rəvayətlərdə məzmun ilahi məzmun və vəhydir, lakin kəlmə və ibarələr Peyğəmbər (səlləllahu əleyhi və alih)-in öz sözüdür. Amma Quranın həm kəlmələri vəhyanidir, həm də bu kəlmələrin özü vəhy şəkilində Peyğəmbərin mübarək qəlbinə nazil olmuşdur.

2. Onun digər təcəllisi rəvayətlərdəki vəhyani məbnalar – əsaslardır. Yəni Peyğəmbər hava-həvəs üzündən bir söz demir. Quran buyurur: “O, heç vaxt həvayi-nəfs üzərindən söz demir. Onun dedikləri ona nazil olan vəhydən başqa bir şey deyildir.” [1]

Həmçinin rəvayətlərdə deyilir ki, bir şəxs narahat halda Peyğəmbərin hüzuruna gəldi. Həzrət ondan soruşdu: “Nə üçün narahatsan?!” O dedi: “Siz nə deyirdinizsə, mən də yazırdım, lakin Qüreyş məni bu işdən çəkindirib deyirlər: “Nə üçün onun dediyi hər şeyi yazırsan?! Peyğəmbər də insandır, o narahat olan halda bir söz deyir, xoşhallıq halında isə başqa söz!” Həzrət  buyurdu: “Sən yaz. O Allaha and olsun ki, canım Onun qüdrət əlindədir, ağzımdan haqdan başqa bir şey xaric olmaz.” [2]

Əhli-beyt (əleyhimus-salam) da Quranın tə’vilini bilirlər. Qurani-kərim onların barəsində buyurur: “Onların təvil və  təfsirini Allahdan və elmdə dərin savada malik olanlardan başqası bilinir...” [3]

Elmdə dərin biliyə malik olanlar – Əhli-beyt imamlarıdır (əleyhimus-salam), onlar Quranın təvilini, yəni Quranın əsl və kökünü bilirlər. Əlbəttə, o da ilahi elmdən qaynaqlanır. Belə ki, onların kəlamlarında təcəlli etmiş və bizim üçün nəql olunmuşdur.

Yuxarıdakı izahlara əsasən, əgər hər hansı bir dini məsələnin dəqiq xüsusiyyətini bilmək istəsək, gərək Qurana və hədisə müraciət edək. Amma Quranın başa düşülməsi üçün onun nazil olduğu dövrün ərəb ədəbiyyatına, məfhum və mədəniyyətinə vaqif olmağın, həmçinin rəvayətləri tanımağın lüzumunu nəzərə almaq lazımdır. Rəvayətlər Quran ayələrini təfsir edir, bəzi ayələr də təxsis və təqyidlə (qeyd-şərtlə) yanaşıdır. Habelə, rəvayətlərin başa düşülməsi üçün onların sənədini də dəqiq şəkildə və dərindən araşdırmağa ehtiyac duyulur. Gərək bilək ki, filan rəvayətin sənədi mötəbərdir, ya yox? Filan rəvayətə əməl etmək olar, ya yox? Bu məsələlər üsuli-fiqh elmində irəli çəkilən çox dəqiq və metodoloji bəhsləri tələb edir. Bu məlumatların məcmusu barədə dərin ixtisasa malik olmaq ictihad adlanır, yəni bu sahələrdə elə dərin ixtisasa malik olmaqdır ki, şəxs onunla dinin əsl mənbələrinə – Kitab (Quran), sünnət və əqlə müraciət edərək hökmləri əldə edə bilsin.

Əlbəttə əqlin hüdudları çox məhduddur. Hökmlərdən bir çoxunu müctəhid əql vasitəsi ilə deyil, Kitab və sünnətin əsasları və nəzəriyyələri ilə əldə edir. Şübhəsiz, camaatın hamısı din hökmlərində mütəxəssis və müctəhid deyil. İctihad da çoxlu enerji və istedad tələb edən bir məsələdir. Qurani-kərimdə bu məsələyə  işarə edilərək buyurulur ki, hamının din işlərində müctəhid və mütəxəssis olması vacib deyildir, əksinə gərək hər tayfadan bir dəstə adam dinin barəsində fəqih olub ictihada çatmaq üçün dini hövzələrə səfər etsinlər. [4] Müctəhidlər də bu dəstələrdəndir.

Təqlidin şəri hökmlərdəki məqamı

Təqlid iki cür təsəvvür edilir:

1. Mənfi məna. Bəzən camaat arasında təqlidin mənfi mənası (kor-koranə itaət) təsəvvür olunduğuna görə hamı bu kəlmədən qaçır. Şairin dediyi kimi:

خلق را تقلیدشان بر باد داد                     ای دو صد لعنت بر آن تقلید باد

“Camaatı (kor-koranə) təqlidlər bada verdi, o təqlidə iki yüz lənət olsun!” [5]

Bu, mənfi mənalı təqliddir. Yəni heç bir dəlil-sübut olmadan kor-koranə təqlid. Hər hansı bir iş modda olan zaman başqaları ona tabe olurlar, bu da camaatı bada verən kor-koranə təblidir.

2. Müsbət mənası: Bu, fiqhdə irəli çəkilən məna və xüsusi bir fiqhi termindir. Bu təqlid ərəb dilində hər hansı bir məsələdə ixtisasçıya – mütəxəssisə müraciət etmək mənasınadır. Bizim müctəhidə və şəriət hökmlərində mütəxəssis olan bir şəxsə təqlid edirik, çünki biz din işlərində müctəhid və mütəxəssis deyilik. Bu da əqlən bütün ixtisas sahələrində baş verən bir məsələdir. Nümunə üçün, bir şəxs xəstələndikdə ona görə həkimə müraciət edir ki, özü həkim və bu sahədə dərin ixtisasa malik deyildir. Camaatın hamısı fiqhdə mütəxəssis ola bilmədiyindən, gərək müctəhidə, yəni din və şəriət məsələlərində mütəxəssis olan insana müraciət etsinlər. Bu da tamamilə əqli bir məsələdir və eyni zamanda müsbət yönlü təqliddir.

Əlavə məlumat üçün aşağıdakı saytlara baxa bilərsiniz:

“Əql və onun fəaliyyət hüdudları”, sual 11724 (sayt 11546)

“Mühasibəçi əql, qəlb, iman və eşq”, sual 10758 (sayt 10664)

“Əql və din”, sual 4910 (sayt 5284)

“M üctəhidə təqlidin və müstənədlərin bəyan edilməməsinin hikməti”, sual 2441 (sayt 2991)

“Təqlid əvəzinə öz tədqiqinə əməl etmək”, sual 9188 (sayt 9179)

“Müctəhidə təqlid etməyin zərurətinin dəlilləri” sual 16557 (sayt 16289)

“Təqlid və onun məzəmməti”, sual 8165 (sayt 8320)



[1]   “Nəcm” surəsi, ayə: 3-4: وَ ما یَنْطِقُ عَنِ الْهَوى‏ إِنْ هُوَ إِلاَّ وَحْیٌ یُوحى

[2] Əhməd ibni Hənbəl, “Müsnəd”, 2-ci cild, səh. 162, Sübhani, Cəfər “Movsuətu təbəqatil-füqəha” 1-ci cild, səh. 179; Təntavi, Seyid Məhəmməd, “Ət-təfsirul-vəsit lil-Quranil-kərim”, 14-cü cild, səh. 59

[3] “Ali-İmran” surəsi, ayə: 7: ...وَ ما یَعْلَمُ تَأْویلَهُ إِلاَّ اللَّهُ وَ الرَّاسِخُونَ فِی الْعِلْم...

[4] “Tövbə” surəsi, ayə: 122

[5] Bəlxi, Movlana Cəlaləddin Məhəmməd, “Məsnəviye mənəvi”, 2-ci dəftər, səh. 204, “Bulaq” çapı, 1835-ci miladi il

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəyə görə əql dinlə ziddir?
    7458 Təzə kəlam 2011/10/24
    Əqlinsanlarıkamalatərəfaparanvəonlararəhbərlikedənbatinibirdəlildir. Şəriətisəinsanıdünyanın
  • Bir ana üçün uşağına süd verməsinin müddəti nə qədər olmalıdır?
    6101 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik: Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    6833 Təzə kəlam 2009/06/21
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    7870 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    10782 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7668 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
    6277 Nizamlar hüquq və əhkam 2012/04/09
    Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir: Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir. Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir. Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası: Bu ...
  • Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
    35586 Əməli əxlaq 2012/04/18
    Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    7129 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?
    23431 Təfsir 2012/06/23
    Sehr xariqüladə (adi qanunlardan yüksəkdə olan) bir əməldir ki, bəzən göz bağlama yolu ilə olur, bəzən ruha və xəyal qüvvəsinə təsir və təlqin etməklə, bəzən isə şeytanlardan kömək almaqla; habelə bəzi cisimlərin və maddələrin naməlum olan fiziki və kimyəvi xassələrindən istifadə etməklə baş verir. Sehrkarlar azğın dünyapərəst ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164159 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161039 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119137 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112514 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    107978 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93108 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54489 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    51525 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45432 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44977 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...