Please Wait
24064
Hətta, əgər Quranda belə bir ayə açıq şəkildə yəni, “qəlb sındırmaq” ünvanı ilə gəlməsə də əgər, Quranın insan haqları haqqınıdakı tövsiyələrinə əməl olunarsa, heç kəs nahaq yerdən heç bir insanın qəlbini sındırmaz və kimisə özündən narazı salmaz.
“Başqalarının qəlbini sındırmaq” ünvanı elə bir mövzudur ki, müxtəlif hadisələr nəticəsində baş verə bilər. Ona görə də heç vaxt nə Quranda və nə də rəvayətlərdə belə bir mövzunun küllü şəkildə qadağan olmasının ardınca olmaq lazım deyil. Məsələn, əgər bir nəfər kiməsə öyüd-nəsihət vermək üçün onu pis işlərdən çəkindirir, yaxşı işlərə dəvət edirsə və bu vaxt həmin şəxsin qəlbi qırılırsa, buna heç də “kiminsə qəlbini qırdın” – demək olmaz. Amma, bununla yanaşı çox hərəkətlər və hadisələr var ki, doğurdan da kiminsə qəlbinin qırılmasına səbəb ola bilər.
Quran-Kərimdə çox yerlər vardır ki, belə hadisələrə işarələr olunmuş, əslində başqalarını incitməyin kökləri açıqlanmış və bu mövzuda islahedici tövsiyələr verilmişdir. Biz onlardan bəzilərinə işarə edirik:
A) Bəzi qadağan olunmuş şeylər:
1.Başqalarını məsxərəyə qoymaq; “Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar.”[1]
2. Eyb axtarmaq; “” Bir-birinizə tə’nə etməyin (ayıb tutmayın)” [2]
3.Bir-birinizi pis adlar və ləqəblərlə çağırmaq; “Bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın.”[3]
4.Başqalarından üz döndərmək; “Adamlardan təkəbbürlə üz çevirmə!”[4]
5. Təkəbbür və qürurla yol getmək; “Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get)”[5]
6. Başqalarının işlərinə baş qoşmaq və qeybət etmək; “(Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın!”[6]
B) Quranda əmr olunmuş bəzi əməllər;
1.Ailədə əxlaqa riayət etmək; “(Ailədə) Öz aranızda yaxşılıqla (şəriətə müvafiq şəkildə) sazişə gəlin.”[7]
2. Camaatla yaxşı söz danışmaq; “İnsanlarla xoş danışın..”[8]
İndi bütün bunlardan sonra belə qənaətə gəlmək olar ki, əgər Quranın sifarişlərinə əməl olunsa, heç kəs nahaq yerdən kiminsə qəlbini sındırmaz.