Please Wait
9652
Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası:
Əgər soruşulmasa (onu xəbər vermək) lazım (vacib) deyildir.
Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası:
Əgər həyat yoldaşı və ya onun ailəsi soruşsa, öz xəstəliyini gizlətməməlidir. Əgər sağlam olduğunu desə və bu əsasda əqd bağlansa, sonradan yalan dediyi məlum olsa, qadın qədi poza bilər.
Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası:
Əgər tərəflərin razılaşması əqd zimnində olan şərtdə, yaxud əqdə əsaslanan şərtdə sağlamlıq əsasında olarsa, hər bir eyb əqdin fəsx olunmasına (qüvvədən salınmasına və pozulmasına) səbəb ola bilər.
Ayətullah əl-uzma Safi Gülpayqaninin (müddə zilluhul-ali) dəftərxanası:
Bərəs (cüzam) xəstəliyi farsca “pisi” adlanan dəri xəstəliyidir və onun ayırd edilməsi camaatın və təbiblərin nəzərinə bağlıdır. İzdivac barəsində onun hökmü budur: əgər kişi izdivac əqdindən sonra qadında bu xəstəliyin olduğunu bilsə, əqdi poza bilər.
Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir:
Xəstəliyin gələcək həyat yoldaşına deyilməsi vacib deyildir. Amma əgər gələcəkdə bu xəstəlikdən agah olarsa, nikah əqdini pozmaq haqqına malikdir.