Ətraflı axtarış
Baxanların
5887
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Hansı dəlillərə əsasən Məmun İmam Riza (əleyhis-salam)-ın bayram namazı qılınmasının qarşısını aldı?
Sual
Hansı dəlillərə əsasən Məmun İmam Riza (əleyhis-salam)-ın bayram namazı qılınmasının qarşısını aldı?
Qısa cavab

Məmunun İmam Əli ibni Musər-Riza (əleyhis-salam)-ın imaməti ilə fitr bayram namazı qılınmasının qarşısını almasının ümdə dəlili o həzrətin namaz qılması ilə əlaqədar hökumətə yönələn təhlükə hissi idi. Bu hadisə Mərv (Xorasan) əhalisinin İmam Riza (əleyhis-salam)-ın müsəllaya getməsi xəbərini eşitməklə eyni zamanda hamılıqla evlərindən müsəllaya tərəf axışmaları zamanı baş vermişdi. Onlar yolun iki tərəfində oturub səbirsizliklə İmamın gəlişini gözləyirdilər. Qadınlar və uşaqlar damlara çıxıb onun mübarək qədəmlərinin intizarını çəkirdilər. Bütün ordu sərkərdələri, örkənin məşhur siyasi şəxsiyyətləri – hər sinifdən olursa olsun – İmam (əleyhis-salam)-ın evinin qarşısına toplaşmışdılar. Hamı o həzrətə məhəbbət göstərirdi. Bu zaman Məmun və onun müşavirləri hiss etdilər ki, İmam tərəfindən bu namazın qılınması və xütbə oxunması onun hökumətini devirə bilər. Onlar İmamın nəinki adi camaatın arasında, hətta sarayın əyan-əşrafları, ölkənin ordu sərkərdələri və məşhur şəxsiyyətlər arasında bu qədər sevilməsini əsla təsəvvür etmirdilər. Buna görə də göstəriş verdi ki, İmam bayram namazını qılmaq fikrindən keçsin, bu yolla həm özünü, həm də hökumətini ehtimal verilən təhlükələrindən qoruyub saxlasın.

Ətreaflı cavab

Məmunun İmam Əli ibni Musər-Riza (əleyhis-salam)-ın imaməti ilə fitr namazını qılınmasının qarşısını almasının (halbuki bu təklifi Məmunun  özü vermişdi) dəlillərini başa düşmək üçün demək lazımdır: Məmun atası Harun ər-Rəşidin ölümündən sonra ölkə vəziyyətini sahmana saldı, sonra İmam Riza (əleyhis-salam)-a bir məktub yazaraq onu Xorasana dəvət etdi. İmam Riza (əleyhis-salam) müəyyən səbəblərə görə bu təklifi alqışla qarşılamadı. Lakin Məmun yenidən öz istəyini təkrar və israr etdi ki, hökmən Xorasana tərəf gəlməlisən. İmam Riza (əleyhis-salam) onun israrlarını hiss etdikdə qəbul edib Xorasana səfər etmək məcburiyyətində qaldı.

İmam Riza (əleyhis-salam) Xorasana (Mərvə) daxil olandan sonra Məmun təklif etdi ki, xilafəti qəbul etsin. İmam Riza (əleyhis-salam) bu istəklə kəssin şəkildə müxalifət etdi. Məmun onu təhdid edərək dedi: – Gərək vəliəhdlik məqamını qəbul edəsən!

Həzrət buyurdu ki, bəzi şərtlər daxilində qəbul edərəm. Məmun dedi: – Şərtiniz nədir?

İmam buyurdu: – Şərtim budur ki, hökumət və siyasət işlərindən heç birinə dəxalət etməyəm, hakimlərin və sərkərdələrin vəzifəyə təyin olunması və ya işdən götürülməsində heç bir rol oynamayam.

Məmun da İmamın şərtlərini qəbul etdi. Bundan sonra fitr bayramında İmam Riza (əleyhis-salam)-a dedi: – Bu gün bayram günüdür. Bayram namazının imamətini öhdənə al. Camaat üçün bayram xütbəsi oxu.

Həzrət buyurdu: – Sən bilirsən ki, təklifini müəyyən şərtlər daxilində qəbul etmişəm, onlardan biri də bu kimi mərasimlərdə iştirak etməməkdir.

Məmun yenidən xəbər göndərdi və dedi: – Mən camaatı xatircəm etmək istəyirəm ki, qəlblərində sizə meyl etsinlər, fəzilətlərinizi eşidib tanısınlar.

Məmun bu əməli çox israrla tələb etdikdə həzrət buyurdu: – Məni bu işdə üzrlü sayın. Amma əgər israr edirsinizsə, onda cəddim Rəsulullah (səlləllahu əleyhi və alih) kimi bayram namazı qılacağam.

Məmun dedi: – Necə istəyirsinizsə, o cür də qılın.

İmam Riza (əleyhis-salam)-ın bayram namazı qılmaq məqsədi ilə müsəllaya gedəcəyi elan olunan zaman Mərv (Xorasan) əhalisi yolun iki tərəfində oturub o həzrətin gəlişini gözləyirdilər. Uşaqlar və qadınlar evin damlarına çıxıb o həzrətin mübarək qədəmlərinin intizarını çəkirdilər. Bütün ordu sərkərdələri, ölkənin görkəmli siyasi şəxsiyyətləri (hər sinifdən və təbəqədən olursa olsun) İmamın evinin qarşısına toplaşıb o həzrətin çölə çıxmasının intizarını çəkirdilər. Bu zaman bayram günəşi saçmağa başladı, həzrət qüsl edib başına ağ əmmamə qoydu, onun bir ucunu sinəsinə, digər ucunu isə kürəyinə atdı, öz paltarlarını dizinə qədər çırmalayıb yuxarı qaldırdı. Sonra bütün qulamlara, kənizlərə və xidmətçilərə göstəriş verdi ki, onlar da belə etsinlər. Bundan sonra xüsusi bir çəliyi əlinə aldı və evdən xaric oldu. Həzrət hərəkət edəndə camaat onun arxasınca yola düşdülər. Həzrət mübarək başını asimana tərəf qaldırdı və dörd dəfə təkbir dedi.

Həzrət və onun köməkçiləri bu məxsus şəkildə evin qapısında bir qədər dayandı və اَللَّهُ اَكْبَرُ، اَللَّهُ اَكْبَرُ، اَللَّهُ اَكْبَرُ، اَللَّهُ اَكْبَرُ عَلَى مَا هَدَانَا، اَللهُ اَكْبَرُ عَلَى مَا رَزَقَنَا مِنْ بَهِيمَةِ اْلاَنْعَامِ وَ اْلَحَمْدُ لِلَّهِ عَلَى مَا أَبْلَانَا “Əllahu əkbər, Əllahu əkbər, Əllahu əkbər, Əllahu əkbəru əla ma hədana, Əllahu əkbəru əla ma rəzəqəna min bəhimətil-ən’am vəl-həmdu lillahi əla ma əblana” dedikdə hamı bir səslə bu təkbirləri təkrar etməyə başladı.

Bu zaman camaatdan uca şivən səsi eşidilməyə başladı, sanki, Mərv şəhərinin divarları lərzəyə gəlmişdi. Ordu sərkərdələri və ölkənin tanınmış şəxsiyyətləri İmam Riza (əleyhis-salam)-ın ayaqyalın hərəkət etdiyini gördükdə onlar da atlarından enib ayaqqabılarını çıxartdılar və piyada hərəkət etməyə başladılar. İmam Riza (əleyhis-salam) hər on addım getdikdən sonra dayanır və həmin təkbirləri üç dəfə deyirdi. Sanki, asiman, yer, şəhərin divarları belə onunla həmsəda olmuşdu, şivən və nalə səsləri Mərv şəhərini bürümüşdür.

Bu hadisəni dərhal Məmuna çatdırdılar  və onu hazırkı vəziyyətdən xəbərdar etdilər. Vəziri Fəzl ibni Səhl, Məmuna dedi: – Əgər Əli ibni Musa həmin vəziyyətlə özünü müsəllaya çatdırsa, hamı ona məftun və aşiq olacaqlar. Məsləhət görürəm ki, onun müsəllaya getməsinin qarşısını alasan.

Məmun da bir nəfəri göndərdi və həzrətə dedi ki, evinə qayıtsın. İmam da öz paltarlarını və ayaqqabılarını geyib atına mindi və öz yerinə qayıtdı.[1]

İmam Riza (əleyhis-salam)-ın camaat arasında həddindən artıq sevilməsi, camaatın misilsiz bir vəsflə  onun pişvazına çıxması və məhəbbət göstərməsi səbəb oldu ki, Məmun onun bayram namazı qılmasının qarşısını alsın. Çünki Məmunun və onun müşavirinin gümanına əsasən bayram namazının belə əzəmətli şəkildə qılınıb xütbə oxunması ilə onun hökuməti təhlükəyə düşə bilərdi. Halbuki,  o, bu namazdan özünün xeyrinə təbliğat aparmaq istəyirdi və heç vaxt fikirləşməzdi ki, İmam nəinki adi camaat arasında, hətta ölkənin siyasi şəxsiyyətləri və ordu sərkərdələri arasında belə, bu qədər məhəbbət qazammış olsun. Buna görə də göstəriş verdi ki, İmam namaz fikrindən keçsin. Beləliklə özünü və hökumətini o həzrət nahiyəsindən ehtimal verilən təhlükələrdən xilas etsin.

 


[1] Kuleyni, “Kafi”, 1-ci cild, səh. 488-490, hədis 7, "Darul-kutubil-islamiyyə", Tehran, 1368-ci şəmsi il; Ətarudi, Əzizullah, “Müsnədu imam Riza (əleyhis-salam)”, müqəddimə, səh. 64, “Astani Qüdsi Rəzəvi”, Məşhəd, 1-ci çap, 1406-cı qəməri il; “İmam Riza (əleyhis-salam)-ın xəbər və əsərləri”, səh. 99-102

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəyə görə əql dinlə ziddir?
    7458 Təzə kəlam 2011/10/24
    Əqlinsanlarıkamalatərəfaparanvəonlararəhbərlikedənbatinibirdəlildir. Şəriətisəinsanıdünyanın
  • Bir ana üçün uşağına süd verməsinin müddəti nə qədər olmalıdır?
    6101 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik: Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    6833 Təzə kəlam 2009/06/21
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    7870 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    10782 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7668 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
    6277 Nizamlar hüquq və əhkam 2012/04/09
    Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir: Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir. Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir. Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası: Bu ...
  • Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
    35586 Əməli əxlaq 2012/04/18
    Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    7129 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?
    23431 Təfsir 2012/06/23
    Sehr xariqüladə (adi qanunlardan yüksəkdə olan) bir əməldir ki, bəzən göz bağlama yolu ilə olur, bəzən ruha və xəyal qüvvəsinə təsir və təlqin etməklə, bəzən isə şeytanlardan kömək almaqla; habelə bəzi cisimlərin və maddələrin naməlum olan fiziki və kimyəvi xassələrindən istifadə etməklə baş verir. Sehrkarlar azğın dünyapərəst ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164159 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161039 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119137 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112514 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    107978 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93108 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54489 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    51525 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45432 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44977 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...