Please Wait
7518
Əvvəlcə bunu bilmək lazımdır ki, Quran ümumi olaraq söz deyir və onun açıqlaması isə hədislər çərçivəsindədir.
Bu nöqtəyə nəzər saldıqda Quran kərimin iki ayrı- ayrı dəstədə olan ayələrindən o həzrətin varlığını və zühur etməsini sabit etmək olar:
1- O ayələr ki, İlahi nişanələrin insanlar arasında olmasını zəruri bildirir. O cümlədən Allah Taala öz Peyğəmbərlərinə (ə) buyurur: Həqiqətən sən qorxudan və hər cəmiyyət üçün yol göstərənsən." Bu ayə və bir çox təfsir rəvayətləri o İlahi rəhbərlərin insanlar arasında olmasını bildirərək onları təyid etmişdir.
2- O ayələr ki, Saleh, zəif və mömin insanların hakim olmasından xəbər verir. Misal üçün Qurani- kərimdə gəlmişdir: "və həqiqətən zəbur və ondan sonra Tövratda (yazmışdıq) yazdıq ki, yer üzünü saleh bəndələr irs (miras) aparacaqdırlar." Quranın başqa bir hissəsində, Allah Taala "vədə" verir ki, saleh bəndələri qüdrət və güc sahibi olacaqlar və dünyada əmniyyət yaradıb dini bütün dünyaya nəşr edəcəklər.
İmamın zühuru və o gün ki, gəlib yer üzünü ədalətlə dolduracaqdır, bunu bütün dinlər və məzhəblər qəbul edir. Amma onun bəzi xüsusiyəti barəsində də müxtəlif nəzəriyyələr vermişdirlər. Şiənin əqidəsi budur ki, dünyada nicat verib onu əmin- amanlıqla təmin edən şəxs həzrət Məhdi (ə)- dır.[1]
Buna əsasən ki, Quran insan fitrəti daxilində nazil olmuşdur, hər bir elmi və dini mövzu üçün ən gözəl sənəddir. Əvvəlcə bu nöqtəyə diqqət etmək lazımdı ki, Quran bir növ ümumi söz açır və onu tozih və təfsiri üçün isə Quran elmlərinə sahib olan şəxsə müraciət etmək lazımdır; yəni məsum imamlar (ə)- dan öyrənmək lazımdır. Başqa cür desək Quran ayələrinin məqsədlərini açıqlayıb insanlara çatdırmaq məsuliyyəti İlahi rəhbərlərin öhdəsinə qoyulmuşdur.[2]
Bu sualın cavabında bu mövzuyla əlaqəsi olan ayələrə işarə edirik və əlbəttə bəzi yerlərdə ayəni daha yaxşı dərk etmək üçün Əhli- beytdən (ə) bizə çatan rəvayətlərdən də istifadə edəcəyik. Beləliklə bu iki dəstə Quran ayələrindən İmamın varlığını sabit etmək üçün istifadə etmək olar:
1- O ayələr ki, İlahi rəhbərlərin insanlar arasında olmasını zəruri bilir.
2- O ayələr ki, möminlər, saleh insanlar və zəiflərin yer kürəsinə rəhbərlik etmələrindən xəbər verir.
1. O ayələr ki, İlahi rəhbərin yer kürəsində olmasını zəruri bilir:
"Qurani kərimin" nəzərində, insan həyatında, yer üzü heç bir zaman İlahi rəhbərlərdən boş olmamış və Allah hər bir ümmət üçün münasib bir şəxsi təyin etmişdir ki, insanları hidayət yoluna doğru dəvət etsin. O cür ki, Allah Taala buyurur:
«إِنَّما أَنْتَ مُنْذِرٌ وَ لِکُلِّ قَوْمٍ هاد»[3]
Bəs insanlar, arasında hər bir zaman İlahi rəhbər olmuşdur ki, onları hidayət etsin. İmam Sadiq (ə) işarə olunan ayənin təfsirində buyurur:
Hər bir dövrdə bizim nəslimizdən bir imam vardır insanları Allahın rəsulu gətirən (islam dininə) o yola hidayət etsin.[4]
Bu cür ayə və rəvayətlərdən İlahi rəhbərin hər bir əsrdə insanların hidayəti üçün gəlməsinin zəruri olmasını dərk etmək olur. Məsum imamın cəmiyyətdə zəruri olmasına başqa bir dəlil budur ki, Quranı açıqlayan və təfsir edən bir şəxsə ehtiyac vardır; İmamdan başqa heç bir kəs Quranın bütün ayələrini təfsir etməyə qüdrəti yoxdur. Bəs ağıl bunu tələb edir, Peyğəmbərdən (s) sonra məsum imam lazımdır.[5]
İmam Rza (ə) İmamın zəruri olması barəsində buyurur: "Əgər yer kürəsi bir göz qırpımında İlahi höccətdən boş olarsa, öz əhlini özündə qərq edər.[6]
Məsum imamlar (ə) varlığını rahatlığı və əmin- amanlığı deməkdir. Allah ilə bir vasitədir ki, Allah bütün nemət və bərəkəti onların vasitəsiylə insanlara verir. Əgər bir anlıq olar olmasa yer öz əhlini özünə çəkəcəkdir.[7]
Amma bu imamın kim olması haqqında çoxlu rəvayətlər vardır ki, İmam Həsən Əsgəri (ə)- ın övladının olmasını bildirir.[8]
2. İkinci dəstə ayələr ki, mömin, saleh və zəif insanların yer kürəsinə rəhbərlik etməsindən xəbər verir:
Onlarla ayələr əsasında, İmam Məhdinin (ə) zühurunu sabit etmək olar, bu ayələrin diqqəti daha çox saleh və zəif bəndələrin haqlarının özlərinə qaytarılması və qüdrət sahibi olub dünyada bir hökumətin təşkil olunmasından xəbər verir ki, haqq və ədalət əsasında isbatın bütün dinlərə qələbə əldə etməsindən söhbət açır.
Qurani- kərim bir tərəfdən açıqlayır bu xəbər başqa səmavi kitablarda da gəlmişdir." Və o cür ki, (Tövrat)- da qeyd etdikdən sonra Zəburda yazdıq ki, yer kürəsini mənim layiqli bəndələrim irs (miras) aparacaqdırlar.[9]
Başqa bir tərəfdən isə bu xəbəri Allahın iradəsiylə əsalandırır: Və istədik yer üzünü zəiflərə minnət qoyaq və onları rəhbər qərar verək.[10] Bu ayələr zühurdan xəbərdarlıq edirlər ki, onun təfsirində çoxlu rəvayətlər vardır və bu da bizim iddiamızı və fikrimizi isbat edir.
Başqa bir ayədə isə Allah möminlərin canişin və rəhbərlik etmələrini, mömin bəndələri üçün "İlahi vədə" kimi açıqlayıb əmniyyət və rahatlığı onlar üçün müjdə verir: Allah Taala sizlərdən o şəxslər ki, iman gətirmişdilər və yaxşı əməl sahibi olmuşdurlar, vədə verir ki, həqiqətən onları yer üzündə (öz canişini qərar verəcək və o din ki, onlar üçün seçmişdir onlar üçün xeyirli, qorxularını əmniyyətə çevirəcəkdir ki, ibadətlərinə riayət etsinlər və ... [11]
Məsum imamların (ə) rəvayətləri bu ayəni həzrət Məhdi və onun əshabına şamilolduğunu bildirir.[12]
İmamın zühurunu gözləmək və onun intizarında olmaq özü geniş bir bəhsdir ki, bu da "zühur" və həzrətin (ə) həyatda olmasına dəlalət edir ki, Quranda və məsumların (ə) rəvayətlərində ona işarə olunmuşdur.
«و ارتقبوا انی معکم رقیب»[13]
Başqa bir hədisdə İmam Rza (ə) qeyd olunan ayənin təfsirində imam Zamanın intizarını çəkməyi rahatlıq kimi açıqlamışdır.[14]
Nəticə:
İşarə olunan ayə və rəvayətlərdən istifadə olunur, Allahın lütf və hikməti əsasında insan tarixində İlahi rəhbərlər həmişə insanlar arasında olmuş və onları pis işlərdən çəkindirib xeyir işlərə dəvət etmişdirlər. Allah Taala onların varlığının bərəkətini yer üzündə (əbədi) həmişəlik etmişdir.
Həzrət Məhdi (ə) bu dövrdə dünyanın rəhbərlik və imamlıq məqamını daşıyır və bir gün zühur edəcəkdir.[15]
[1] - Əlavə məlumat üçün bax: Göstərici: İmam Zaman (ə) və dinlər sual 1428 (sayt 1631).
[2] - Səqəleyn hədisi, müstədrəke hikəm, cild 3, səh 148. Beyrut, Darul- mərifət intişaratı.
[3] - Həqiqətən sən qorxudan və hər bir cəmiyyət üçün rəhbərsən, Rəd, surəsi, ayə 7.
[4] - Biharul- ənvar, cild 23, səh 5.
«و فی کل زمان امام منا یهدیهم الی ماجاء به رسول الله (ص)»
[5] - Bəniyi İsfahani, Seyyidə Nüsrət əmin, Məxzənul irfan dər təfsire Quran, cild 3, səh 39, Nəhl surəsi, ayə 44- ün tozihi.
[6] - Biharul- ənvar, cild 23, səh 29, qeyd olunmuş mənbədə bu məzmunda olan başqa rəvayətlərdə qeyd olunmuşdur.
[7] - Biharul- ənvar, cild 23, səh 56, ağıl bunu tələb edir ki, hər bir zaman səmavi rəhbərin olması lazımdır.
[8] - Bax: Muntəxəbul- əsər, Nəcmul- saqibə, Biharul- ənvar, cild 23, və...
[9] - Ənbiya surəsi, ayə 150.
«و لقد کتبنا فی الزبور من بعد الذکر ان الارض یرثها عبادی الصالحون»
[10] - Qəsəs surəsi, ayə 5.
[11] - Nur surəsi, ayə 55.
[12] - Bax: Ümude səbz, səh 34. Fərzi Məhəmməd əli,
[13] - Hud surəsi, ayə 93. İntizar çəkin ki, mən də çəkirəm.
[14] - Əl- mizan, səh 393- 394.
[15] - Əlavə məlumat əldə etmək üçün bax: moudu tanımaq və şübhələrə cavab, Rizvani Əliəsgər, səh 287- 298.