Please Wait
7270
- bölüşdürülməsi
Həzrət ayətullah uzma Xameneinin dəftəri:
Əgər spirt məsd edici növdən və adi halda maye şəklində olmazsa, halaldır.
Həzrət Ayətullah uzma Məkarim Şirazinin dəftəri:
Yukskək faizə malik olmasına diqqət etməklə ondan istifadə edilməməlidir.
Həzrət Ayətullah uzma Sistaninin dəftəri:
Suala əsasən, caiz deyil.
Həzrət Ayətullah Hadi Tehraninin izahı aşağıdakı kimidir:
Spirti içmək haramdır. Baxmayaraq ki, spirt pakdır. Buna görə, əgər bir növ içməli spirt mövcud olarsa, lakin spirt onda məhv edilmiş olarsa, onu içməyin eybi yoxdur. Yəni, spirt içiləcək ya da yeyiləcək maddənin tərkibində o qədər az olmalıdır ki, aqillərə görə bu maddə spirtsiz hesab olunsun, bu madəni yeməyin eybi yoxdur. Əgər həqiqətən vanil tozunda 35% spirt vardırsa, onu yemək haramdır. Əks halda gərək digər maddənin tərkibində məhv olmalıdır. Məsələn, əgər çox az miqdarda vanil çox miqdarda tortun bişirilməsində istifadə edilərsə və adətə əsasən bu tortun spirtli olmaması deyilərsə, bu tortu yeməyin eybi yoxdur.
Bu sualın ətraflı cavabı yoxdur.