Please Wait
Baxanların
5224
5224
İnternetə qoyma tarixi:
2012/04/10
Saytın kodu
fa14753
Arxiv kodu
23332
- bölüşdürülməsi
Sualın xülasəsi
Əgər bir nəfər özünün nağd pulunu ehtiyaclı olan şəxslərə versə və altı ay müddətində həmin nağd pulu, xammal alınmasına sərf olunan məbləğ fərqini (verdiyi pula) əlavə etmək şərti ilə çek şəkilində təhvil alsa, onun hökmü nədir?
Sual
Bir nəfərin peşəsi xammal üçün müddətli və nağd hesabdan istifadə etməkdir. Əgər bir nəfər özünün nağd pulunu ehtiyaclı olan şəxslərə versə və altı ay müddətində həmin nağd pulu, xammal alınmasına sərf olunan məbləğ fərqini (verdiyi pula) əlavə etmək şərti ilə çek şəkilində təhvil alsa, onun hökmü nədir? Bu sələm hesab olunurmu?
Qısa cavab
Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası:
Sualın fərz edildiyi halda riba (sələm) sayılır və caiz deyildir.
Ayətullah ə1-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası:
Yalnız o halda caizdir ki, qarşı tərəfdən müəyyən bir malı müddətli şəkildə alsın və pulunu nağd ödəsin.
Ayətullah əl-uzma Safi Gülpayqaninin (müddə zilluhul-ali) dəftərxanası:
Belə müamilə sələmdir və haramdır.
Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir:
Əgər nağd pulu ehtiyaclı şəxsə borc ünvanı ilə verirsə, ondan artıq miqdar ala bilməz: bu əməl sələm və haramdır.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız