İrfanda müzakirə olunan mövzulardan biri, kəramət və qeyri- adi işləri göstərmək məsələsidir.
İrfan və nəfsi saflaşdırma yolunda, kəramət, mükaşifə və qeyri- adi işlərin yaranması, bunlar insanı məğrur edib və onları çox mügüm sayan işlərdən deyillər. Bunlar, Allah Taalanı şuhudi tanımanın çox aşağı dərəcələri və ibtidai addımların nəticələrindəndir. Allaha bağlı və düz yolda olan ariflər, bu cür işlərə heç vaxt bağlanmırlar.
Bu yolda, belə bacarıqlar və qeyri- adi işləri görmək, haqq və batil arasında müştərək olduğuna görə, hər şəxsin Allah yanında yaxşı insanlardan olmasına və onun və məslək və yolunun haqq olmasına sübut deyil. Onu, o şəxsin Allah övliyalarından olmasına və Allah- Taala bilmərik. Əlbəttə, onların mövqe və məqamlarının olmamasına da, sübut deyil.
Ola bilsin, həqiqətən layiqli bəndələr olsun ki, Allah onların əli ilə bəzən qeyri- adi işlərin baş verməsini məsləhət bilsin. Ona görə də, kəramət və qeyri- adi işləri göstərən şəxs, düzgün tanınmalıdır.
İrfanla tam qarışıq olan və onda işləri görmək məsələsidir. Allah övliyaları və böyük insanlardan çoxunu tanıyırıq ki, belə məqamlara sahib olublar. Onların bəzisi hətta yaşadıqları zaman kəramət və qeyri- adi işlərlə məşhur olub və camaatın onlara xüsusi hörmətləsi olubdur.
İslam irfanında, kəramətdən məqsəd budur ki, insan ruhi cəhətdən elə bir gücə sahibdir ki, ondan qeyri- adi işlər baş verir. Və varlıq aləmində onun əməlləri baş verə bilər.[1] Məsələn, təyyul- ərz (bir anda istədiyi yerdə ola bilmək) edə, xəstəyə şəfa verə ya zahiri köməklər olmadan bir şeyi bir yerdən digər bir yerə apara bilər. Əgər bu işlər Allahla əlaqənin göstəricisi və İlahi iznlə olsa, kəramət adlanır. Peyğəmbərlik və İmamət iddiasını isbat etmək üçün, Peyğəmbər, övliya və İmamlar (ə) vasitəsi ilə baş verən bu işin ən yuxarı dərəcəsi, möcüzə adlanır.[2]
İrfan və qeyri- adi işlərin aşkar olması və yerinə yetirilməsi münasibətdə əhəmiyyətli məsələ budur ki, əslində irfan və nəfsi saflaşdırmaq yolunda, kəramət və mükaşifənin yaranması və insanların daxilindən xəbərdar olmaq, insan onlarla qürurlanan işlər deyillər və o qədər mühüm işlər sayılmamalıdırlar. Bunlar, Allah- Taalanı şühudi tanımanın çox aşağı dərəcələri və ibtidai addımların nəticələrindəndir. Düz yolda olan və saf qəlbli ariflərin, bu işlərə heç vaxt qəgbi bağlılıqları olmur.
Allah- Taalanın özünün xəbərdar olduğu məsləhətə əsasən, bəzən bu işlərin bəzisini müəyyən şəxslərə verir və bəzən də bəzi məsləhətlərə görə, bir şəxsə bu verilmir. Necə ki, bəzi yerlərdə də, bəzi şəxslər kəramət sahibi olsalar da, amma bəzi məsləhətlərə əsasən, onu aşkar etmirlər.
Hər halda, bəziləri tərəfindən kəramətin zahir olması inkar edilə bilməyən həqiqi bir işdir. İnsanların bəzisi bəzi hallarda sahib olduqları ruhi güc vasitəsi ilə, bəzi məsələləri anlaya, bəzi şeyləri görə ya eşidə və ya digərlərinin onları anlamaq, görmək, eşitmək və yerinə yetirməkdə aciz olduqları işləri yerinə yetirə bilərlər.
Amma, belə bacarıqlar və qeyri- adi işləri görmək haqq və batil arasında müştərək olduğuna görə, hər şəxsin Allah yanında yaxşı insanlardan olmasına və onun və məslək və yolunun haqq olmasına sübut deyil. Onu, o şəxsin Allah övliyalarından olmasına və Allah- Taala yanında xüsusi mövqeyə malik olmasına sübut gətirə bilmətik, çünki:
a). Belə bacarıqların hətta Allaha heç inamları olmayan insanlar üçün də baş verməsi mümkündür. Dinə, Allaha və qiyamətə heç bir inamları olmayan Hindistan murtazları (astet, tərki dünya) kimi. Amma çəkdikləri çətinliklərlə, onların bəzi məlumatlar əldə etmələrinə, bəzi şeyləri görmələrinə və digərlərinin edə bilmədiyi işləri görmələrinə səbəb olubdur. Bunun qarşı tərəfində, kəramət və bəzi qeyri- adio işlər, bəndəçilik, Allahın əmrlərinə əməl etməyin və şərii və düzgün tərki dünyalığın nəticəsidir ki, bu sahədə böyük şəxsiyyətlər də tanınıblar.
b). İrfan və Allaha yetişməkdə əsas və mümkün dirək, insanın Allahı məqsəd, huzuri və müşahidə mərifətidir. Bu elə bir şeydir ki, insanın özündən başqa, heç kəs onu dərk edə bilməz. Belə bir mərifətin insanda olub ya olmaması və əgər varsa hansı dərəcədədir, bizim elm və məlumat sahəmizdən xaric olan bir işdir.
Yalnız bu barədə gümanlar etmək olar.[3]
c). İrfanın həqiqəti olan Allah- Taalanı qəlbi və müşahidə şəklində tanımağın, irfani məsələələri zahir etmək və demək və ya qeyri- adi işlər görməyi lazım tutmur. Nə irfani məsələləri bilmək və demək və qeyri- adi işləri görmək, bir şəxsin irfanın həqiqətinə sahib olmasına sübutdur, nə də, irfani məsələləri və terminləri bilməmək və bir şəxsdən qeyri- adi işlərin zahir olmaması, onun Allahı hüzuri və müşahidə mərifətdən heç faydalanmamasına sübutdur.[4]
Ona görə də, özündən kəramət və qeyri- adi işlər göstərən şəxs, yaxşıca tanınmalıdır. Yəni, onun etiqad, məzhəb, məslək və rəftarının düz olub, və həyatının müqəddəs şəriətin əmrlərinə uyğun tənzimlənib ya şəriətin əksinə əməllər edən, batil əməllər edən və düzgün əqidəsinin olmaması araşdırılmalıdır. Çünki, kəramət və onun kimilərin aşkar olması, insanın onlara qəlbini bağlamalı işlər deyillər, əksinə belə işlərə qəlbi bağlamaq əslində bir növ şirkdir və bu yolda şeytanın tələblərindən sayılır. Allaha həqiqi bəndəlik budur ki, insan Allah- Taalanı, yalnız Allahdır deyə, bəndəlik etməlidir. Əgər Allah məsləhət bilsə, onlara belə işləri bağışlayar. Deməli Allahha kəramət və müşahidə niyyəti ilə bəndəlik edilməməlidir. əks halda, Quranın deməsi ilə, öz həvəsini öz məbudu qərar vermələrin, xarici mənalarından olacaq. " أَ فَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلهَهُ هَواهُ"[5] "Məbudunu öz həvayi- nəfsi qərar verən insanı görmədinmi? "
[1] - Misbah Yəzdi, Məhəmməd Təqi, İslam irfanının axtarışında, səh 294, İmam Xumeyni (rh) təlim və araşdırma müəssisəsinin nəşriyyatı, Qum, çap ikinci, 1387 hicri şəmsi.
[2] - Daha çox məlumat üçün, "Peyğəmbərlərin İlahi işlərində möcüzələrin mövqeyi" göstəriciləri, sual 11681 (sayt: 13467)- ci oxuyun.
[3] - İslam irfanının axtarışında, səh 317.
[4] - Həmin, səh 318.
[5] - Casiyə surəsi, ayə 23.