Allah-taalanın məxluqlara verdiyi nemət və ləzzətlər maddi şeylərdə həsr olunmur; əksinə bu nemətlər mənəviyyata da şamildir və mənəvi nemətlər daha artıq ləzzətə malikdir. Təqva sahibləri, ariflər və zahidlər Allahın mənəvi nemətlərindən, batini zinət və ləzzətlərindən daha artıq bəhrələnirlər. Onlar maddi imkanlardan mümkün olan ən aşağı həddə istifadə etməklə, mənəviyyatdan bəhrələnməklə çox yüksək irfani məqamlara çatmış, elm və təqva mərhələlərində yüksək dərəcələrə nail olmuşlar. Dini təlimlərdə “dünya nemətləri möminlər üçün yaradılmışdır” deyilməklə eyni zamanda, həm də elə həmin təlimlərdə deyilir: “Bilin ki, dünya həyatı oyun-oyuncaqdan, baş qatmaq vasitəsindən və aldadıcı matahdan başqa bir şey deyildir.”
Ariflərin imamı, təqvalıların rəhbəri həzrət Əli (əleyhimus-salam) zahidlərin vəsfində buyurur: “Möminlərin və zahidlərin dünyadakı istəkləri çox azdır.” Buna əsasən, insanın Allah barəsindəki mərifəti və agahlığı nə qədər artıq olarsa, dünya ləzzətləri onun üçün bir o qədər sadə görünəcəkdir. Görkəmli alimlər belə sadə həyat tərzini zahidləri imamları həzrət Əli (əleyhis-salam)-dan irs aparmışlar. Bütün dünya nemətləri və maddi imkanlar o həzrətin ixtiyarında olsa da iki köhnə libasla, iki arpa çörəyi ilə qənaətlənirdi. Aydındır ki, hətta kiçik bir cəmiyyətdə olan həyat mühitində belə, camaat bu alimləri özlərinə bir örnək və nümunə kimi tanıyırlar ki, bu rəftar sözlərinin nüfuzlu olmasında daha çox təsirli ola bilər.
Sualda istinad edilən ayənin məfhumunu düzgün başa düşmək üçün bir neçə məsələyə diqqət yetirmək zəruridir:
1. Bildiyimiz kimi, “hər hansı bir iş və ya şey halaldır” dedikdə məqsəd budur ki, həmin iş müqəddəs şəriət sahibi tərəfindən qadağan olunmamışdır. Bu halal şey ya yeməklərdən, ya içməlilərdən, ya da əncam verilməli işlərdəndir. Halal olmaq bu mənaya deyildir ki, şəriətdə qadağa qoyulmadığı üçün onu yerinə yetirmək mütləq vacib olsun.
2. Allah-taalanın xəlq etdiyi halal nemətlərdən bəhrələnməyin müxtəlif mərhələləri vardır. Allahın halal buyurduğu şeylərdən biri, insanı ruhi asayişinə və fiziki aramlığına səbəb olan gecə istirahətidir.[1] Amma gecə yarısı şirin yuxudan oyanaq Allah-taala ilə minacat etmək çoxları üçün hər bir halal nemətdən daha artıq ruhi aramlıq bağışlayır.
3. Allahın halal etdiyi nemətlər və ləzzətlər yalnız maddi şeylərdə həsr olunmur, əksinə mənəviyyata da şamil olur. Mənəvi nemətlər bir çox maddi ləzzətlərdən daha artıq ruhi ləzzət bəxş edir. Ariflər və zahidlər əsas etibarı ilə Allahın buyurduğu mənəvi zinət və ləzzətlərdən bəhrələnirlər. Görkəmli və pəhrizkar insanlardan çoxu halal maddi imkanlardan ən aşağı səviyyədə istifadə etməklə və bunun müqabilində mənəviyyatdan bəhrələnməklə çox yüksək irfani məqamlara, elm və təqva dərəcələrinə nail olmuşlar.
4. Bildiyimiz kimi, Quran təlimlərinə yalnız birtərəfli baxılmamalı və təkcə bir ayə əsasında mühakimə yürüdülməməlidir. Əksinə وَ الْقُرْآنُ يُفَسِّرُ بَعْضُهُ بَعْضًا “Quranın bəzisi bəzisini təfsiri edir”[2] hədisinə diqqət yetirməklə digər ayələri də, eləcə də onun şəni-nüzulu ilə əlaqədar mövcud olan digər rəvayətləri də araşdırmaq və məhz bundan sonra mühakimə yürütmək lazımdır.
5. Dini təlimlərdə “dünya nemətləri mömin üçün yaradılmışdır” deyə buyurulsa da, elə həmin təlimlərdə deyir ki, möminlər gərək dünyanın maddi nemətlərindən əz az səviyyəyə kifayətlənsinlər. Quranda buyurulur: “Bilin ki, dünya həyatı oyun-oyuncaq, (baş qatmaq üçün) məşğuliyyət, (puç) şan-şöhrət axtarmaq, (yersiz) öyünmək, (zavala uğrayan) mal-dövlət və övladla müsabiqədən başqa bir şey deyildir. Eynilə məhsulu əkinçiləri təəccübə salan, sonradan quruyan yağışa bənzəyir... (Hər bir halda) dünya həyatı aldadıcı matahdan başqa bir şey deyildir.”[3]
6. Ariflərin imamı Əli (əleyhis-salam) zahidlərin vəsfində belə buyurur: فَالْمُتَّقِينَ ... وَ حَاجَاتُهُمْ خَفِيفَةٌ “(Həqiqi) möminlərin və zahidlərin dünyadakı istəkləri çox azdır.”[4] İnsanın Allaha mərifət və agahlığı nə qədər çox olsa, dünya ləzzətləri onun üçün bir o qədər mənasız olacaqdır, bunun müqabilində mənəvi işlər onun üçün daha ləzzətləri və dəyərli olacaqdır. Görkəmli insanlar mənəvi ləzzətlərə elə qərq olurlar ki, sanki, behişti görür və onun nemətlərindən bəhrələnirlər.[5] Buna görə də ötəri maddi nemətlərə və onların ləzzətlərinə əsla diqqət yetirmirlər.
7. Görkəmli alimlər bu kimi sadə həyat tərzini zahidlərin imamı Əli (əleyhis-salam)-dan irs aparmışlar. O həzrət də maddi nemətlərdən ən aşağı səviyyəli istifadə etməklə kifayətlənirdi:
أَلَا وَ إِنَّ إِمَامَكُمْ قَدِ اكْتَفَى مِنْ دُنْيَاهُ بِطِمْرَيْهِ وَ مِنْ طَعْمِهِ بِقُرْصَيْهِ أَلَا وَ إِنَّكُمْ لَا تَقْدِرُونَ عَلَى ذَلِكَ وَ لَكِنْ أَعِينُونِي بِوَرَعٍ وَ اجْتِهَادٍ وَ عِفَّةٍ وَ سَدَادٍ
“Agah olun! Sizin imamınız dünyadan iki köhnə paltara və iki (arpa) çörəyi ilə qənaətlənmişdir. Bilin ki, sizin bu işə qüdrətiniz çatmaz, lakin təqvada, ciddi-cəhdlə səy etməkdə, iffətli və möhkəm olmaqda mənə kömək edin.”[6]
İmam Əli (əleyhis-salam) buyurur: “Allah-taala adil rəhbərlərə vacib etmişdir ki, öz həyatlarını cəmiyyət arasında olan ən zəif insanların həyatı ilə həmahəng etsinlər, nəticədə fəqirlər və yoxsullar fəqirliyə dözə bilsinlər.”[7]
8. Aydındır ki, öz həyat şəraitləri hətta kiçik cəmiyyətlərdə belə, camaat üçün ülgü qərar verilən belə təqvalı alimlərin sözləri daha çox təsirli ola bilər. Tarix boyu da belə olmuşdur.
[1] “Fürqan” surəsi, ayə: 47: وَ هُوَ الَّذي جَعَلَ لَكُمُ اللَّيْلَ لِباساً وَ النَّوْمَ سُباتاً “O həmin Allahdır ki, gecəni sizin üçün paltar və yuxunu (ruhunuz üçün) aramlıq vasitəsi qərar verdi”
[2] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 29-cu cild, səh. 352, “Vəfa” müəssisəsi, Beyrut, 1409-cu qəməri il
[3] “Hədid” surəsi, ayə: 20
[4] “Nəhcul-bəlağə”, “mütəqqilər” xütbəsi
[5] Yenə orada
[6] “Nəhcul-bəlağə”, 45-ci məktub (İmam (əleyhis-salam)-ın Osman ibni Hüneyfə məktubu)
[7] “Nəhcul-bəlağə”, səh. 324, kəlmə 209: إِنَّ اللَّهَ تَعَالَى فَرَضَ عَلَى أَئِمَّةِ الْعَدْلِ أَنْ يُقَدِّرُوا أَنْفُسَهُمْ بِضَعَفَةِ النَّاسِ كَيْلَا يَتَبَيَّغَ بِالْفَقِيرِ فَقْرُهُ