Please Wait
10651
Şeytan kəlməsinin kökü ilə əlaqədar fikir ayrılığı olduğuna görə onun mənasında da ixtilaf vardır. Şeytan sözünün mənasında üç nəzəriyyə vardır:
a) Şeytan شَاطَ “şatə” maddəsindən tutulmuşdur, qəzəb üzündən olan yandırmağa və şölələnməyə deyilir;
b) Xəbis və alçaq varlıq mənasına olan شَاطن “şatin” kökündəndir;
v) Şeytan sözü شَطَنَ يَشَْطُنُ “şətənə yəştunu”dan alınmışdır və uzaqlaşmaq mənasınadır.
İblis bəndələrin Allaha ibadət və bəndəlik etdiklərinə görə qəzəblənib əsəbi olduğuna, yaxud çox inadkar və itaətsizlik edən varlıq olduğuna, yaxud da Allah dərgahından qovulduğuna görə şeytan adlandırılmışdır.
İblisin adı ibri, yaxud siryani dilində Əzazildir. Ərəb dilində onun adı Haris, bəzi mənbələrdə isə Nabil, künyəsi isə Əba Kədusdur.
Şeytan kəlməsinin hansı kökdən alınması ilə əlaqədar fikir ayrılığına nəzər yetirməklə onun mənasında da ixtilaf yaranmışdır. Buna görə də əvvəlcə şeytan kəlməsinin mənasını araşdırırıq. Bu sözün məfhumu ilə əlaqədar üç nəzəriyyə mövcuddur:
a) شيطان Şeytan شَاطَ “şatə” kökündən alınmışdır, fə’lan vəznindədir və onun axırındakı “əlif və nun” (ان) kökünə artırılmışdır. “Şatə”nin mənası qəzəb üzündən yanmaq və şölələnmək deməkdir.[1]
b) O شَاطن “şatin” kökündən alınmışdır, bu halda şeytan xəbis və alçaq varlıq mənasına olur.[2]
d) Bəziləri də demişlər ki, şeytan kəlməsinin axırındakı “nun” (ن) hərfi kəlmənin əsl hərfidir və o, “uzaqlaşmaq” mənasına olan شَطَنَ يَشَْطُنُ “şətənə yəştunu” kökündən alınmışdır.[3] Buna əsasən şeytan xeyirlərdən və rəhmətdən uzaqlaşdırılmış mənasınadır.[4]
Bu kəlmə üçün deyilən mənalara əsasən, şeytanın belə adlandırılmasının səbəbi aşağıdakılardır:
Birinci nəzəriyyəyə əsasən, İblis bəndələrin Allah dərgahında ibadət və bəndəlik etdiyinə görə qəzəblənib əsəbi olduğundan şeytan adlandırılmışdır.[5]
İkinci mənaya əsasən, İblis çox alçaq və xəbis, həmçinin inadkar və üsyankar varlıq olduğuna görə ona şeytan deyilir.[6]
Üçüncü məfhuma əsasən, şeytan Allah dərgahından qovulduğuna görə ona belə ad verilmişdir. Belə ki, Allah-taala buyurur: فَاخْرُجْ مِنْها فَإِنَّكَ رَجِيمٌ “Buradan xaric ol! Çünki sən qovulmuşsan!”[7]
Şeytan üçün deyilən çoxlu mənalara diqqət yetirməklə hər bir inadkar və üsyankar şəxsə də şeytan deyilə bilər,[8] istər insan olsun, istər cin, istərsə də başqa canlı.[9] “Ən`am” surəsinin 112-ci ayəsi də həmin məsələyə də dəlalət edir.[10]
Nəticə:
Şeytanın və ya İblisin adı ibrani (yaxud siryani dilində)[11] Əzazildir. Ərəb dilində isə Harisdir.[12] Bəziləri demişlər ki, onun adı (ərəbcə) Nabil, künyəsi isə Əba Kədusdur.[13] Buna əsasən, onun adı elə əvvəlcədən şeytan olmamış, əksinə Allahın əmr və fərmanına itaətsizlik etdikdən sonra şeytan adlandırılmışdır.
[1] Təyyib, Seyid Əbdül-Hüseyn, “Ətyəbul-bəyan fi təfsiril-Quran”, 1-ci cild, səh. 399, “İslam” nəşriyyatı, ikinci çap, Tehran, 1378-ci şəmsi il
[2] Məkarim Şirazi, Nasir, "Təfsiri nümunə", 1-ci cild, səh. 191, 192, "Darul-kutubil-islamiyyə", birinci çap, Tehran, 1374-cü şəmsi il
[3] Müstəfəvi, Həsən, “Əttəhqiqu fi kəlimatil-Quranil-kərim”, 6-cı cild, səh. 61, “Kitab” tərcümə və nəşr qurumu, Tehran, 1360-cı şəmsi il
[4] “Ətyəbul-bəyan fi təfsiril-Quran”, 1-ci cild, səh. 399
[5] Yenə orada
[6] "Təfsiri nümunə", 1-ci cild, səh. 191-192
[7] “Hicr” surəsi, ayə: “Sad” surəsi, ayə: 77, “Ətyəbul-bəyan fi təfsiril-Quran”, 1-ci cild, səh. 399
[8] “Ətyəbul-bəyan fi təfsiril-Quran”, 1-ci cild, səh. 399
[9] "Təfsiri nümunə", 1-ci cild, səh. 191, 192
[10] وَ كَذلِكَ جَعَلْنا لِكُلِّ نَبِيٍّ عَدُوًّا شَياطينَ الْإِنْسِ وَ الْجِنِّ “Beləcə. Hər bir peyğəmbər üçün cinlərdən və insanlardan olan düşmən qərar verdik.”
[11] Əsfəraini, Əbul-Müzəffər Şahfur ibni Tahir, “Tacut-təracim fi təfsiril-Quran lil-əacim”, tədqiq: Hərəvi, Nəcib, Mail və İlahi Xorasani, Əli Əkbər, 3-cü cild, səh. 13, “Elmi-mədəni nəşriyyat”, birinci çap, Tehran, 1375-ci şəmsi il
[12] Əllamə Məclisi, "Biharul-ənvar", 60-cı cild, səh. 308, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü il; “Tacut-təracim fi təfsiril-Quran lil-əacim”, 3-cü cild, səh. 1319-cu il
[13] Burucerdi, Seyid Hüseyn , “Təfsirus-siratil-müstəqim”, tədqiq: Qulamrza Mövlana, 5-ci cild, səh. 258, “Ənsariyan” müəssisəsi, birinci çap, 1416-cı qəməri il, Qum