Please Wait
5619
Həzrət Ayətullah əl- uzma Xamneyi (muddə- zilləhul- ali)- nin dəftəri:
Şərii şərtlərə riayət etməklə borc almağın öz- özlüyündə iradı yoxdur. Amma son vaxtlar bankların həcc və ömrə üçün verdiyi borc barəsində, həcc işləri barəsində böyük rəhbərin dəftəri tərəfindən verilən və müxtəlif agentliklərdə də yayılan xəbərdarlığa, müraciət edin.
Həzrət Ayətullah əl- uzma Sistani (Muddə- zilləhul- ali)- nin dəftəri:
Bu yolla Ömrəyə getməyin iradı yoxdur.
Həzrət Ayətullah əl- uzma Məkarim Şirazi (Muddə- zilləhul- ali)- nin dəftəri:
Bu borc nə cualədir (iş qarşılığında pul vermə) nə də, mal almaq qabilindədir, əksinə qarşılığında açıqca mənfəət alınan bir borcdur. Mənfəət də əmək haqqı həddində deyil (ən çoxu yüzdə- dördün mənfəətidir) buna əsasən sələmədir və şərii cəhətdən haramdır.
Həzrət Ayətullah əl- uzma Safi Gülpayqani (Muddə- zilləhul- ali)- nin dəftəri:
Hazırda bəzi bankların ad yazdığı cualə adı altında olsa, şərii sayılmır. Həqiqətdə sələmə və haram olan əlavə olmaq şərti ilə olan borcdur. Sələmə pul ilə, müfrədə ömrəyə ad yazdırmaq düzgün deyil.