Ətraflı axtarış
Baxanların
12180
İnternetə qoyma tarixi: 2011/02/14
Sualın xülasəsi
Peyğəmbər (s-)- in bütün kəlmə və sözləri vəhy olub ya xeyir?
Sual
Peyğəmbər (s)- in bütün kitabları kəlmə və sözləri vəhy olub ya xeyir? Başqa sözlə, Peyğəmbərin (s) buyurduğu bütün sözlər və onun etdiyi bütün işlər, vəhy yolu ilə ona çatdırılmış ilahi təlimlər idi, yoxsa o həzrətin özünün vəhydən başqa dedikləri var v ya o həzrətin dinə və hökmlərə aid sözlərini, həyatın adi və gündəlik danışıqlarına aid ola sözlərindən ayırıb və onların arasında fərq qoymaq lazımdır?
Qısa cavab

Bu barədə alimlərin nəzəri fərqlidir:

Bəziləri Nəcm surəsinin 3 və 4- cü ayələrinin[i] mütləq gəlməsinə istinad edərək bu fikirdədirlər ki, Peyğəmbərin bütün söz, rəftar və əməlləri vəhydən qaynaqlanır.

Bəziləri də bu fikirdədirlər ki, Nəcm surəsinin 4- cü ayəsi Qurani- kərim və Peyğəmbər (s)- ə nazil olan ayələr barəsindədir. Baxmayaraq ki, Peyğəmbərin sünnəsi höccətdir və onun söz, rəftar və sükutu hava və həvəs üzündən deyil.

Bizim fikrimizcə bu məsələ barəsində qəti şəkildə deyilə biləsi şey budur ki, Peyğəmbər (s)- in rəftar əməlləri heç vaxt vəhyin icazəsi olmadan olmayıb, nacə ki, onun sözləri də belədir və Peyğəmbərin (s) adı və gündəlik danışıqları da, həva və həvəs üzündən olmayıbdır. Həqiqətdə bu məsələlərdə də o həzrətin günah etməsi qeyri mümkündür.



[i] - "و ما ینطق عن الهوی ان هو الا وحی یوحی".

Ətreaflı cavab

Şübhəsiz ilahi Peyğəmbərlərin Allahla xüsusi rabitələri olubdur. Onlar bu əlaqə vasitəsi ilə ilahi təlim, qanun və hökümləri alıb və camaata çatdırırdılar.

Bu əlaqənin həqiqət və mahiyyəti çox mürəkkəbdir. Bəşər onu dərk edə bilməz. Əlbətdə bu, insanın bu mövzuya mütləq cəhli mənasında deyil. Başqa sözlə, "vəhy" məsələsi o mövzulardan deyil ki, insan onun həqiqət və mahiyətini dəhr edə bilmədiyinə görə, onu tərk etməlidir. Əksinə öz ağıl və düşüncəsinin tutumu miqdarda, vəhy və ilahi kəlam barəsində araşdırma edə bilər.

Vəhy lüğətdə: Vəhy elm və ondan qeyrisini çatdırmaq üçün olan bir qaydadır. Vəhyin xüsusiyyətləri bunlardan ibarətdir: Yazıya sürətli işarə, bəzən rəmzlə xəbərdarlıq, bəzən tərkibsiz formada, bəzi üzvlərə işarə və bəzən gizli kəlam və ilhamla.

Buna əsasən, gizli, sürətli və rəmzli olmaq vəhyin əsasını təşkil edir.[1]

Vəhyin həqiqəti: Vəhy çox vaxt elm və idrak növündəndir, hərəkət və əməl növündən deyil. Baxmayaraq ki,əməl zamanı fikir düşüncədən kömək alır. Elm və idrak mahiyyəti olmayan vücudun xüsusi bir formasıdır.

Başqa sözlə, vəhy varlıqdan götürülmüş bir məfhumdur. Ona görə də, mahiyyəti yoxdur. Onu cins cə fəsl və hədd və rəsm yolu ilə tərif etmək olmaz. Deməli vəhy mahiyyətin məşhur məqulatları tərkibində qərar tapa bilməz. vəhy məfhumun (varlığın mənası kimi) müxtəlif və fərqli dərəcələri olan mənalara malikdir.[2]

Ona görə də, vəhy üçün verilən təriflər həqiqi təriflər deyil, əksinə şəhrül- ismi tərifdir. Bundan əlavə, vəhy adi əlaqə deyil ki, onu anlamaq hamı üçün mümkün olsun.

Vəhyin tərifi

Əllamə Təba- təbai vəhyin tərifində buyurur: Vəhy Peyğəmbərin daxilində xüsusi bir dərk və şüurdur ki, onu anlamaq ilahi köməklə şamil olan insanlardan qeyrisi üçün mümkün deyil.[3]

O başqa yerdə yazır: Vəhy daxili idraklar qəbilindən olan qeyri adi olan bir iş və zahiri hissiyyatdan gizli olan rəmzli şüurdan ibarətdir.[4]

Qeyd olunan sualın cavabında deməliyik ki:

İslam alimləri ayə və rəvayətlərdən istifadə etməklə, müxtəlif və fərqli fikirlər irəli sürüblər: Əbdür- rəzzaq Lahici bu barədə deyir: Bir nəfər əgər belə düşünürsə ki, Peyğəmbər (s) bir iş barəsində, öz rəyinə əməl edib və vəhyi gözləməyib həqəqətən Peyğəmbərlik və Peyğəmbərin həqiqətinə cahil olub. Belə bir şəxsin ağıl cəhətdən dindən çıxması daha uyğundur, məxsusən ki, Quranın açıq hökümünün əksinədir. " و ما ینطق عن الهوی"[5] " ان هو الا وحی یوحی"[6] Bunu bəzi işlərdə xüsusiləşdirmək ağılsızlıqdır. Çünki dinə aid bütün şeylər, ilahi və rəbbani vəhyin icazəsinə ehtiyaclı olmaqda bərabərdirlər. Əgər Peyğəmbər (s) öz rəyinə əməl edə bilməzsə, başqaları bunu necə edə bilərlər.[7]

Təfsiri- nümunə də belə deyir: Quranın bu cümləsi " ان هو الا وحی یوحی " təkcə Quran ayələri barəsində deyil. Əksinə qabaqkı ayələrin quruluş forması Peyğəmbərin sünnəsinə də şamil olur ki, təkcə o həzrətin sözləri deyil, hətta rəftar və əməlləri də ilahi vəhyə uyğundur. Çünki Nəcm surəsinin 3- və 4- cü ayələrində açıqca bəyan olubdur: O həva- həvəs üzündən danışır. Nə deyirsə vəhydir.[8]

Əllamə Təba- təbai " و ما ینطق عن الهوی" ayəsinin təfsirində deyir: "Ma yəntiqu" mütləq gəlibdir. Mütləq gəlməklik, Peyğəmbərin bütün sözlərində həvayi- nəfsin olmamasını tələb edir. Amma bu ayələrdə "sahibukum"[9] müşriklərə xitab olubdur [10]ki, o həzrət siz müşrikləri ona tərəf çağırdığı və Qurandan sizin üçün oxuduğu bütün şeylər və sözləri nəfsin istəklərindən qaynaqlanmır. Əksinəbu barədə dediklərinin hamısı, Allah- Taalanın ona etdiyi vəhydir.[11]

Yəni bu ayə o həzrətin hidayət, dünya görüşü məsələlərində nəinki dünyaya məxsus xırdalıqlar barəsində dini sözlərinin[12] hamısının vəhy olmasını isbat edir.[13]

Əlbəttə bu ehtimal qəbul olunur ki, o həzrətin adi sözləri və fərdi və ailə işlərindəki əmr və nəhyləri, məsələn Peyğəmbər həyat yoldaşına o su qabını mənə ver. Deməsinin nəfsin istəkləri üzündən olması[14] kimi sözlərdə də, Peyğəmbər (s) məsum və səhvsizdir.[15] Ona görə də o həzrətin söz və əməlinin [16] belə məsələrdə caiz və ilahi razılıqla müxalif olmamasını istifadə edirik. Çünki, əgər bu əmələrin problemi olsaydı, Peyğəmbər yerinə yetirməzdi.

Daha çox axtarış və mütaliə üçün müraciət edin:

Usuli fiqhdə düşünmək, Usul elminin xaric dərsləri silsiləvi, birinci kitab, beşinci dəftər sünnənin sadir olmasının əsasları.

İsmətin dərəcə və əhatəsi, səh 34- 67, ustad Mehdi Hadəvi Tehrani.



[1] - Rağib İsfəhani, Quran kəlməsinin mənaları, vəhy kəlməsi.

[2] - Bu barədə daha çox məlumat əldə etmək üçün, bu kitablara müraciət edin: Quranda vəhy və nübüvvət, Cavadi Anuli, Qurandan nəticə almaqda ictihadın kəlami əsasları, Hadəvi Tehrani, səhifə 77- 78.

[3] - Təba- təbai, Məhəmməd Hüseyn, əl- mizan (farsaca tərcüməsi, cild 2, səhifə 159.

[4] - Təbatəbai- Məhəmməd Hüseyn, Əl- mizan (farsca tərcüməsi) cild 2, səhifə 160. Həmçinin daha çox məlumat əldə etmək üçün müraciət edin, Ustad Hadəvi Tehrani, İctihadın kəlami əsasları, səh 76- 77, Xosrov Pənah, Əbdül- Hüseyn, Dinin əhatə dairəsi, səh 117- 130 və Göstərici: Vəhy və onun keyfiyyəti, sual 88.

[5] - Nəcm surəsi, ayə 3.

[6] - Nəcm surəsi, ayə 4.

[7] - Fəyyaz Lahici, Əbdür- Rəzzaq, Məqsədin gövhəri, səhifə 461.

[8] - Təfsiri nümunə, cild 22, səhifə 481

[9] - Nəcm surəsi, ayə 2.

[10] - O Müşriklər ki, Peyğəmbərin dəvətini və onlara oxuduğu Quran, Allaha yalan və iftira bilirdilər.

[11] - Təba- təbai, Məhəmməd Hüseyn, Əl- mizan (farsca tərcümə), cild 19, səhifə 42. Hüseyni Tehrani, Seyid Məhəmməd Hüseyn, parlayan məhəbbət, səhifə 212- 213

[12] - Bir dini ünsür, hansı ki, insanın həqiqi xoşbəxtliyində rolu var.

[13] - Cavadi Amuli, Abdulla, Quranın mövzui təfsiri., Quranda Peyğəmbərin əhvlatları cild 8, səhifə 32.

[14] - Diqqət edin ki, bizim dediklərimiz bu sözlərdən yuxarıdır. Bəziləri deyilblər ki, şübhəsiz Peyğəmbər (s)- in vücudunun eyğəmbərlik və vəhyin ona nazil olmasından əlavə, onun özü öz zəmanəsinin nüfuzlu və təcrübəli şəxslərindən olubdur. Buna əsasən iki cür danışıq ola bilər: 1. Vəhyə aid olan sözlər. Quran ayələri və hədis- qüdsi kimi. 2. Ağıla uyğun həkimanı sözlər ki, o həzrətin əqlani şəxsiyyətindən qaynaqlanıbdır.

[15] - Baxmayaraq ki, onun dini olmasını isbat edib və onların arasında bağlılığın olmasına qail olmaq olmaz. Yəni məsum heç vaxt qəflə, xəta, unutqanlıq və günah etməz. Fərq etmir ki, onun dediyi söz və hərəkəti dini işə aid olsun, ya da dediyi və etdiyi qeyri dini şey olsun. Buna əsasən əgər məsum dini şey sayılmayan bir şeyi açıqlasa (məsələn elmi bir məsələ barəsində danışa) onun sözü həqiqətə uyğun olmalıdır. Necə ki, əgər şərii və dini bir məsələni açıqlasaydı, onu sözündə heç bir xəta olmazdı. Usuli fiqh elmində düşüncələr, birinci kitab, beşinci dəftər, sünnəsinin sadir olma əsasları, ismətin dərəcə və əhatəsi , səhifə 35.

[16] - "Və ma yəntiqu ənil- həva" ayəsindən istifadə olunur ki, Peyğəmbər (s)- in rəftar və hərəkətləri də onun sözlərindən əlavə, heç vaxt vəhyin icazəsi olmadan, olmayıbdır. Əgər fərz edək ki, belə bir ümumi mənanı ayədən də ələ gətirə bilməsək, digər ayələrdən ənam surəsinin 50- ci ayəsi və digər ayələrdən, belə bir şeyi əldə edə bilərik. Cavadi Amuli, Abdulla. Quranın mövzui təfsiri, Quranda Peyğəmbər (s)- in əhvalatları, cild 8, səhifə 33

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13927 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Behiştdəki hər hansı bir fərd mələklə evlənə bilər? Belə olan vaxtda hər bir hurinin bir əri olacaq? Behiştdə gedən qadınların da kişi mələkləri olacaq?
    6711 Qədim kəlam 2011/06/19
    Allah Taalanın imanlı şəxslərə əta etdiyi nemətlərdən biri də behişt və onun nemətləridir. Behiştə getmək üçün kişi və qadının heç bir fərqi yoxdur. Behişt nemətlərindən biri də "huri əl- eyndir" (behişt mələyi) ki, bu barədə ayə və hədislərimiz vardır. Bir çox təfsirçilərin nəzərinə əsasən behiştdə evlənmək yoxdur. Belə ...
  • Динин сијасәтлә ујғунлуғу вармы?
    7081 Təzə kəlam 2009/11/10
    Илаһи тәрәфиндән ҝөндәрилән дин дүнјанын сонуна гәдәр бәшәријјәтә сәадәт јолуну зәманәт верир. Бу о демәкдир ки, онун ҹәмијјәтин әсасыны тәшкил едән дөвләт вә гурулуша биҝанә јанашмасы гејри-мүмкүндүр. Имам Рза (ә) ислами дөвләтин зәрурилији һагда бујурур: “Биз тарихдә елә бир күтлә вә ја милләт ...
  • Vəliye fəqihin vəhdətinə rəvayət dəlili hansıdır?
    5633 Nizamlar (Qurluşlar) 2012/09/01
    Bu sualın cavabında qeyd etmək lazımdır ki, vilayete fəqihin vəhdəti rəvayi dəlillərlə isbat edilmir. Bu rəvayətlər yalnız meyarları bəyan etməklə kifayətlənir və vəliye fəqihin vəhdətinə və sayına işarə vurmamışdır. Bu vəliye fəqihin vəhdəti və sayı bu rəvayətlər əasında icazə verilən və düzgündür və cəmiyyətin dini mütəxəssisləri də ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Əgər hazırkı məsihi dini təhrif olunubsa və Allah onları kafir hesab edirsə, bəs nə üçün onlara şəfa verir və onlara diqqət yetirir?
    5720 Qədim kəlam 2012/01/19
    Allahın bəzi məsihilərə şəfa verməsi və diqqət yetirməsinin səbəbi Onun rəhmaniyyət və feyzinin ümumu olmasıdır. Bu rəhmət və feyz bütün insanlara şamil olur, nəticədə ilahi nemətlərdən bəhrələnmək sayəsində səadət və iman yolunu seçir, ilahi mərifət və kamala nail olurlar. Çünki Allah-taala insanları azad yaradır, ixtiyarlarına müəyyən imkanlar verməklə onları sınaqdan ...
  • Oğurluq günahını necə bərpa edə bilərik?
    11298 Nizamlar hüquq və əhkam 2011/11/24
    Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə ...
  • Bilmək istərdim ki, İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət varmı?
    8784 Nizamlar hüquq və əhkam 2015/08/01
    Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur. Amma, bəzi ölkələrdə uşaqların öz vəziyyətlərini ruhi cəhətdən nəzərə almaqla, onların bu yaşda kifayət qədər ixtiyar sahibi olmamaları və ...
  • Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
    9666 Təfsir 2012/07/22
    Farsca ziba (gözəl) kəlməsinin müxtəlif mənaları vardır: layiqli, yaxşı, xoş surət. Termində isə kamalın üzərinə çəkilmiş şəffaf bir pərdəyə deyilir. Ümumiyyətlə, gözəlliyin dörd növü vardır: Hiss olunan, hiss olunmayan, məqul (əqli) və Allah-taalanın mütləq gözəlliyi. Quran nəzərindən insanın gözəlliyi, təbiət gözəlliyi, mənəvi və əxlaqi gözəlliklər ...
  • Нәјә ҝөрә Шура сурәсинин 23-ҹү ајәсиндә “әл-гурба” сөзүнү Әһли-Бејт мәнасында тәфсир едирсиниз?
    6469 Qədim kəlam 2010/11/22
    Һәр бир ҹүмлә вә ја кәлмәдә данышанын мәгсәд вә һәдәфи мәлум олмаса, кәнарда олан елә әламәт вә шаһидләрә мүраҹиәт етмәк лазымдыр ки, һәмән мәгсәд вә һәдәф мәлум олсун. Гуранын Шура сурәсинин 23-ҹү ајәсиндә охујруг: “Де: "Мән сиздән бунун (рисаләти тәблиғ етмәјимин) мүгабилиндә Әһли-бејтә ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163889 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159553 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118843 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112034 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106186 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92698 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54209 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50017 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44531 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...